H.B.Zərdabi (1842-1907) də cəmiyyətin mərhələlər üzrə inkişaf etdiyini qeyd edir və istibdadı onun körpəlik mərhələsi hesab edirdi.
Siniflərin yaranmasının özünəməxsus nəzəriyyəsini yaradan Zərdabi cəmiyyəti yoxsullara və varlılara bölür və yazırdı ki, mülkiyyət və sərvət əməyin nəticəsidir. Keçmişdə bəziləri çox işləmiş, varlı, qüvvətli olmuşlar, başqaları isə az işləmişlər, ona görə də kasıb və zəif olmuşlar. Beləliklə, ikincilər zəifləmiş, birincilər isə getdikcə daha çox varlanmış və qüvvətlənmişlər. Bu səbəbdən də yoxsullar varlılardan asılı vəziyyətə düşmüşlər. Yoxsulların cahilliyini istəyən varlılar isə onları cəhalətdə və gerilikdə saxlayırlar ki, onların özlərindən asılılığını möhkəmləndirsinlər. Ona görə də ağıllı və ləyaqətli adamların əksəriyyəti öz imkanlarından məhrum olur və heyvan kimi yaşayır. Lakin heyvan həmişə öz ovu uğrunda mübarizə aparır. İnsan isə öz cahilliyi üzündən alın təri ilə özü üçün qazandığını öz əlləri ilə varlıya verir, bununla da onun daha da varlanmasına kömək edir.
Zərdabi öz publisistik məqalələrində dövrünün bir sıra əsaslı siyasi məsələlərinə münasibətini bildirmiş və onların bir çoxu haqqında qiymətli fikirlər söyləmişdir.
cu əsrin sonu - 20-ci əsrin əvvəllərində Azərbaycanın siyasi fikrində böyük bir canlanma müşahidə olunur. Məhz bu dövrdə həyat mövqeləri, ideya baxışları, məram və məqsədləri bir-birindən çox vaxt kəskin surətdə fərqlənən görkəmli mütəfəkkirlər yaşayıb- yaratmışlar.
Həmin mütəfəkkirlərdən biri MəhəmmədAğaĘaxtaxtlı (1846-1931) olmuşdur. Öz dövrünün çox savadlı şəxsiyyətlərindən biri olan M.Ęaxtaxtlının məşğul olduğu məsələlərin əhatə dairəsi olduqca geniş idi. Onun publisistik əsərlərində mühüm yer tutan problemlərdən biri sosial tərəqqi olmuşdur. O bu problemə "Müsəlman həyat qabiliyyətinin böhranı" adlı xüsusi bir əsər və "Müsəlmanların avropalaşması" - adlı bir məqalə həsr etmişdir.
Burada "tərəqqi" anlayışı "sivilizasiya", avropalaşma" anlayışlarına tam uyğun gəlir. O yazırdı: "Avropalılar öz həyat tərzindən başqa, özlərinin biliyi, elmi, maarifi, sənayesi ilə, bir sözlə, mədəniyyət, sivilizasiya adlanan nə varsa, onunla müsəlmanlardan üstündürlər". O, avropalaşdırma prosesinə nə isə sarsılmaz bir şey, "sosial qanun" kimi baxırdı.
Ęaxtaxtlı əhalinin ümumi kütləsindən "yüksək sinfi", "hakim sinfi" və "aşağı sinfi" ayırırdı. Dövlət formaları məsələsində o, respublika idarə formasına tərəfdar çıxırdı.
Ęaxtaxtlının əsərlərində dövlət, hüquq, din, şəriət, beynəlxalq hüquq və i. a. ilə bağlı bir çox məsələlər tədqiq olunmuşdur. Onun fikrincə, qanun həyatdan geri qalmamalı və onu tənzim etməlidir; qanun həyatdan doğur və ona əks təsir göstərir. Ęaxtaxtlı demokratik hüquqların tərəfdarı kimi çıxış edir, "həyat və fəaliyyət azadlığını" "insanın yüksək nemətləri" sırasına aid edirdi.
ci əsr Azərbaycan inqilabçı demokratlarının bütöv bir nəslini tərbiyə etmiş görkəmli yazıçı və publisist, "Molla Nəsrəddin" jurnalının banisi və redaktoru C.Məmmədquluzadə(1866-1932) xalqımızın siyasi fikrinin inkişafında böyük rol oynamışdır.
1907-ci ildə yazdığı "Cümhuriyyət" məqaləsində C.Məmməd- quluzadə öz dövlət quruluşu idealını şərh etmişdir. O, demokratik respublikanın qızğın tərəfdarı kimi çıxış edirdi. O yazırdı: "Cümhuriyyət üsulu mocibində məmləkətin idarəsi camaatın öz ixtiyarındadır. Camaat dedikdə vətənin sahibidir. Dəxi heç bir kəsin ixtiyarı yoxdur ki, özünə padşah adı qoyub, millətin rəyindən kənar məmləkət işinə qarışsın. Məmləkət müəyyən qanunlar gücü ilə idarə olunur. O qanunları yazan və təsdiq edən millətin məbusları, yəni vəkilləridir". Onun fikrincə, belə respublikada ən demokratik seçkilər olacaq, bütün vətəndaşlara eyni hüquqlar veriləcəkdir. Bu respublikada prezident təsisatı vardır. Prezident dövlətin ya bütün millət tərəfindən, ya da ölkənin ali qanunvericilik orqanı tərəfindən seçilən başçısıdır. Gündəlik işində ona prezident müavinləri kömək edirlər.