3- cü FƏSİL SİYASƏT
Cəmiyyətin siyasi həyatı
Bəllidir ki, anlayışların məzmununun açılması, öz- özlüyündə, heç bir ciddi elmin əsas məqsədi ola bilməz. Bununla belə, hər bir elmdə elə kateqoriyalar vardır ki, onlar həmin elmin tədqiqat obyektini öyrənmək üçün özünəməxsus "açar" rolunu oynayırlar. Politologiya elmində belə bir kateqoriya siyasətdir.
Siyasət bəşər mədəniyyətinin mühüm tərkib hissəsidir. Onun vəzifəsi ictimai inkişafı lazımi istiqamətə yönəltməkdir.
İnsan sosial varlıq kimi mövcud olduğu andan onun həyatı daim siyasi həyat olmuşdur. Hətta ilk baxışda siyasətlə heç bir əlaqəsi olmayan ibtidai qəbilənin özündə də bu və ya başqa səviyyədə siyasət mövcud olmuşdur. Müasir həyatımıza gəldikdə isə, o, tamamilə siyasət pərdəsinə bürünmüşdür. Belə ki, hazırda mədəni dünyada siyasətdən kənarda duran adam, demək olar yoxdur. Hətta özünü siyasətdən kənar hesab edən şəxslər də siyasi hakimiyyətin qərarlarına hörmət və əməl etməyə borcludurlar. Bu mənada, siyasət insan üçün zərurət və eyni zamanda tələbat kimi çıxış edir.
Siyasət sosial həyatın daim nəzərə alınması lazım gələn mühüm ölçülərindən biridir. İnsanların kollektiv həyatı üzərində onun gözəgörünməz möhürü həmişə hiss olunur. Sosial həyata siyasətin həlledici təsirini lap erkən vaxtlardan hiss edən insanlar onun müəmmalı dünyasına vaqif olmağa cəhd etmişdilər. Siyasi gerçəkliyi anlamaq tələbatı siyasət haqqında çoxsaylı əsərlərin meydana gəlməsinə səbəb olmuş, lakin buna baxmayaraq, hər dəfə bu mövzuda yeni əsər yazılarkən müəllif belə bir sualın qarşısında qalmalı
olmuşdur: "Siyasətin mahiyyətini açıqlamaq üçün nədən başlamaq lazımdır?"
Cəmiyyət həyatı insanlar arasında ictimai əlaqələrin bütün təzahürlərini birləşdirir. Zəruri fəaliyyəti həyata keçirən insanlar, bununla da öz ictimai əlaqələrini daim istehsal və təkrar istehsal etmiş olurlar. Nəticədə onların ictimai həyatı yaranır. Onun ayrı-ayrı sferaları ictimai əlaqələrin bu və ya başqa növünə uyğun gəlir. Bu əlaqələrin xarakterindən, onların formalaşması xüsusiyyətlərindən asılı olaraq, ictimai həyatın müxtəlif növləri, yaxud formaları yaranır. Belə ki, məsələn, insanlar arasındakı iqtisadi əlaqələr ictimai həyatın iqtisadi formasını, siyasi əlaqələr isə, öz növbəsində, onun siyasi formasını yaradır. Həmin əlaqələrin dinamikası isə cəmiyyətin, müvafiq olaraq, iqtisadi və siyasi həyatını təşkil edir. Deməli, nəticə etibarilə, cəmiyyətin siyasi həyatı insanlar arasındakı siyasi əlaqələrin istehsalı və təkrar istehsalı prosesidir.
İctimai həyatın mənbəyi mənafe ilə şərtlənmiş fəaliyyətdir. Buradan aydındır ki, siyasi əlaqələrin spesifikliyi məhz siyasi fəaliyyətlə bağlıdır.
Siyasi əlaqələr müxtəlif səviyyələrdə təzahür edirlər. Onların nisbətən sadə forması siyasi münasibətlərdir. Sonuncular siyasi fəaliyyət prosesində subyektlərin bir-birinə münasibətdə vəziyyətini əks etdirir. Mənafelərin bir-birinə uyğun gəlməsi, yaxud gəlməməsindən asılı olaraq, insanların bir-birinə münasibəti müxtəlif olur, yəni onlar müxtəlif mövqelər tutur. Buna uyğun olaraq, insanlar arasında yaranan münasibətləri siyasi əməkdaşlıq və ya siyasi rəqabət münasibətlərinə ayırmaq olur. Başqa sözlə desək, siyasi münasibətlər insanların siyasi mənafelərinin uyğun gəlməsi, yaxud gəlməməsinə əsasən yaranan, siyasi əməkdaşlıqda, yaxud siyasi rəqabətdə təzahür edən siyasi əlaqələr formasıdır. Siyasi münasibətlər sferası bütün siyasi fəaliyyət obyektlərinin məcmusudur, başqa sözlə desək, cəmiyyətin siyasi həyatı məhz bu münasibətlərdə üzə çıxır. Həmin münasibətlərin xüsusi rolu bunda ifadə olunur ki, onlar böyük insan qruplarının kütləvi hakimiyyətə görə münasibətlərini ifadə edirlər.
İnsanların siyasi əlaqələrinin ikinci əsas forması siyasi
Dostları ilə paylaş: |