Siyasi fikrin inkişafının əsas mərhələləri və siyasət anlayışı


Siyasət: mənafelər və dəyərlər



Yüklə 130,8 Kb.
səhifə16/17
tarix16.10.2022
ölçüsü130,8 Kb.
#65261
1   ...   9   10   11   12   13   14   15   16   17
Mühazirə 2

Siyasət: mənafelər və dəyərlər


Yuxarıda qeyd etdik ki, siyasi davranışın və siyasi münasibətlərin əsasında mənafe durur.
Ümumi şəkildə mənafe cəmiyyətdə müxtəlif sosial qrupları əmələ gətirən ictimai münasibətlər forması, real əlaqədir. Bu mənada o, obyekt-subyekt münasibəti, obyektiv imkanların subyektiv ifadəsidir. Siyasi mənafeyə gəldikdə isə sosial-siyasi münasibətlər sistemində subyektin vəziyyəti, ictimai sistemin strukturunda onun yeri son nəticədə siyasi mənafenin obyektiv tərəfini müəyyən edir. Sosial subyektin konkret davranışı isə siyasi mənafenin obyektiv təzahür formasıdır. Bu onu göstərir ki, subyekt məhz həmin davranış formasını öz mənafeyinə uyğun, daha optimal hesab edir. Müvafiq
davranış üsulu isə öz növbəsində o zaman siyasi mənafeyə çevrilir ki, o. subyekt üçün mövcud vəziyyətdə ən əlverişli, optimal olsun.
Subyektin öz vəziyyətini dərk etməsi mərhələsi siyasi mənafenin subyektiv tərəfini əmələ gətirir. Qeyd etmək lazımdır ki, bu proses həm adi şüur səviyyəsində, həm də tarixi planda həyata keçirilir.
Siyasi mənafenin dərk edilməsi fasiləsiz baş verir. Adi şüur səviyyəsində bu proses siyasi biliklərin, qiymətlərin. yönümlərin işlənib hazırlanması formasında baş verir. Onlar isə öz növbəsində praktik fəaliyyəti, sosial fəallığı, vətəndaşlıq mövqeyini şərtləndirir.
Beləliklə, geniş mənada siyasi mənafe böyük ictimai qrupların öz mənafeyini siyasi hakimiyyət vasitəsi ilə reallaşdırmaq imkanlarını obyektiv surətdə dərk etməsidir. Siyasi hakimiyyətin ələ alınması, möhkəmləndirilməsi, müvafiq təsisatlarda bərkidilməsi, habelə onun təkmilləşdirilməsi siyasi mənafenin birbaşa obyektidir. Siyasi hakimiyyətin təsirinə məruz qalan digər münasibətlər isə onun bilavasitə subyektidir.
Nisbətən dar mənada siyasi mənafe siyasi hakimiyyətdə iştirak etməyin obyektiv imkanlarının sosial subyekt tərəfindən dərk edilməsidir.
Müxtəlif əlamətlərə görə siyasi mənafeləri aşağıdakı kimi təsnif etmək olar:

  • mənafeni təmsil edən orqana görə: dövlət, partiya, ictimai təşkilatların və birliklərin mənafeyi;

  • siyasi xəttin xarakterinə görə: ultrasol, sol (solçu), sol mərkəz, mərkəz, sağ mərkəz, sağ, ultrasağ;

  • siyasi rejimin xarakterinə görə: totalitar, demokratik və s. Siyasi mənafe zaman etibarilə, adətən sabit xarakter daşıyır,

yəni müvafiq qüvvə hakimiyyət başında olan dövrdə çoxsaylı sosial birliklərin bir çoxu məhz həmin hakimiyyət münasibətləri formasına üstünlük verir, çünki bu, onların davranışında dəfələrlə təkrar olunur və reallaşır. Bu proses mənafelərin təsisatlandırılması adlanır, yəni bu zaman müvafiq birliyin mənafeyi müəyyən təsisatlarda öz təcəssümünü tapır. Həmin minvalla bu təsisatlar iqtisadi, sosial və
siyasi hüquqları və dəyərləri bu və ya digər sosial subyekt üçün təsbit edir.
Beləliklə, siyasi mənafe beş əsas mərhələdən keçir:

  • cəmiyyətlə praktik ilişkilərdə subyektin vəziyyəti;

  • bu vəziyyətin subyekt tərəfindən dərk edilməsi səviyyəsi;

  • davranış və fəaliyyət motivləri;

  • obyektiv aləmdə mənafenin təsdiq olunması prosesindən ibarət hərəkətin özü;

  • mənafenin təsisatlandırılması.

Qeyd etdik ki, siyasi mənafe zaman etibarilə sabit xarakter daşıyır. Lakin bu heç də onun dəyişilə bilməsi imkanını inkar etmir. Belə ki, iqtidarda olan qüvvələrin öz mənafeyini lazımi səviyyədə reallaşdıra bilməməsi cəmiyyətdə yeni siyasi qüvvələrin meydana gəlməsinə səbəb ola bilir. Bunun qarşısının alınması müvafiq cəmiyyətdə hakim olan siyasi dəyərlərə, normalara və prinsiplərə dəqiq əməl olunması yolu ilə mümkündür. Misal üçün, xarici siyasət sahəsində çox böyük uğurlar qazanmış C.Buş daxili siyasəti "unutduğuna" və buna görə də amerikalıların praqmatizminə biganə qaldığına görə, respublikaçılar partiyası 1992-ci il noyabr prezident seçkilərində öz yerini demokratlara "güzəştə getməli" oldu. Eyni vəziyyət 2012-ci ildə Fransada yaşandı. Sağçı prezident N. Sarkozini solçuların namizədi əvəz etdi.
Hər bir cəmiyyətdə mütləq siyasi dəyərlər mövcud olur. Bunlar əsas etibarilə aşağıdakılardır: insanın muxtariyyatı və onun ləyaqəti; fərdin və cəmiyyətin rifahı; sosial təşkilat və qayda.
Mütləq siyasi normalar bloku sosial idealı yaradır. O isə öz növbəsində əbədi siyasi dəyərləri meydana gətirir. Onlar daxili və xarici siyasət sahəsində qərarların qəbul edilməsi zamanı siyasi və əxlaqi qiymətləndirmənin başlıca meyarı kimi çıxış edir. Mütləq dəyərlərin inkar edilməsi tamamilə dövlətə tabe olan bir cəmiyyət idealının (totalitarlığın) yaranmasına gətirib çıxarır.
Sosial ideallar arasındakı ziddiyyət siyasi normalarda öz əksini tapır. Siyasi norma əbədi və keçici, mütləq və nisbi, zəruri və təsadüfi siyasi dəyərlərə nail olmaq qaydasıdır. Siyasi normalar sosial qruplar
və fərdlər tərəfindən hakimiyyət uğrunda mübarizə gedişində və onun həyata keçirilməsi zamanı istifadə olunur. Onlar sosial sanksiyalar tətbiq etmək hədəsi ilə qorunub saxlanılır.
Siyasi normalar sosial gerçəkliyin üç sferasında mövcuddurlar:
•iqtidarın və təbəələrin normativ mülahizələrində;

  • siyasi normaların fəaliyyətini şərtləndirən sosial münasibət-

lərdə;

  • şüurda.

Siyasi normaları siyasi prinsiplərdən fərqləndirmək lazımdır.
Əgər siyasi normalar dövlət tərəfindən irəli sürülürsə və sanksiyaların köməyi ilə təmin olunursa, siyasi prinsiplər ümumi strateji məqsədləri ifadə edir. Siyasi normaların hərəkət sferası siyasi prinsiplər tərəfindən müəyyən olunur.
Hər bir cəmiyyətdə siyasi həyatın real hadisələrinə qismən uyğun gələn və uyğun gəlməyən dəyərlər sistemi vardır.
Siyasi dəyərlərin nəzərdən keçirilməsi əxlaqın və siyasətin nisbətini aydınlaşdırmağı tələb edir. Qeyd etmək lazımdır ki, bu,siyasi və fəlsəfi fikir tarixində ən mübahisəli məsələlərdən olmuş və müxtəlif fikirlər doğurmuşdur.
Tarixin erkən dövrlərində əxlaq və siyasət eyni bir fəaliyyət və biliklər sisteminə aid edildiyindən onların nisbəti məsələsi çox da diqqəti cəlb etmirdi. İctimai əmək bölgüsünün inkişafı və elmin tərəqqisi gedişində əxlaq və siyasətin bir-birindən ayrılması o səviyyəyə çatdı ki, hətta insan fəaliyyətində əxlaqi qiymətləndirmənin mümkün olduğu və olmadığı sahələrin mövcudluğu haqqında təsəvvürlər getdikcə hakim mövqe tutmağa başladı. Buna uyğun olaraq insanın fərdi davranışı əxlaqi qiymətləndirmə sferası, iqtisadiyyat və siyasət sferaları isə ondan kənar elan edildi. Hətta ictimai fikir tarixində əxlaqın siyasətə tabe etdirilməsi fikrini irəli sürənlər də tapıldı. "Məqsəd vasitəyə bəraət qazandırır" prinsipinə əsasən hərəkət edənlər bəşəriyyətə qarşı bir çox cinayətlərin baş verməsinə səbəb olmuşlar. Qeyd olunan hərəkət obrazı öz klassik əksini Makiavellinin "Hökmdar" əsərində tapmış və tarixdə "makiavellizm" kimi tanınmışdır. Onun mahiyyəti əxlaqın siyasətə
sözsüz tabe etdirilməsi tələbindən ibarətdir. İmkan daxilində qarşıya qoyulan məqsədlərə əxlaq normalarını pozmadan nail olmağı tövsiyə edən Makiavelli, eyni zamanda, lazım olan halda onlarla hesablaşmağı tələb edirdi.
Bununla belə tarixdə siyasətin özünün əxlaqa tabe etdirilməsi tələbi ilə çıxış edənlər də olmuş, onlar siyasəti əxlaq qaydalarına tam uyğun şəkildə həyata keçirməyi məqsədəuyğun hesab etmişlər. Klassik formada bu təlim Hind xalqının böyük oğlu M.Qandinin etikasında öz əksini tapmışdır.
XX əsrdə baş vermiş qanlı müharibələr bəşəriyyəti əxlaq normalarına doğru qayıtmağa, bütövlükdə ictimai münasibətləri humanistləşdirməyə vadar etdi. İkinci dünya müharibəsi, Çernobıl qəzası, kütləvi qırğın silahlarının istehsalı, ətraf mühitin sürətlə çirklənməsi və s. bütöv xalqların bəşəriyyət qarşısında məsuliyyəti məsələsini qarşıya qoydu. Nəticədə sosial və siyasi etika təşəkkül tapdı. Sübut olundu ki, əxlaq və siyasət heç də ictimai həyatın bir- birindən tamamilə təcrid olunmuş sferaları deyildir. Onlar qəbul olunmuş dəyərlər ierarxiyası əsasında həyat hadisələrinə qiymət verir və beləliklə də, hər biri konkret məzmunla və konkret şəraitdə çıxış edirlər.

    1. Yüklə 130,8 Kb.

      Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin