Siyasi fikrin inkişafının əsas mərhələləri və siyasət anlayışı



Yüklə 130,8 Kb.
səhifə13/17
tarix16.10.2022
ölçüsü130,8 Kb.
#65261
1   ...   9   10   11   12   13   14   15   16   17
Mühazirə 2

N.Nərimanov (1870-1925) öz yaradıcılığının ilkin dövrlərində
maarifçi kimi çıxış etmiş, sonralar isə inqilabi demokrat və marksist kimi fəaliyyət göstərmişdir.
N.Nərimanov aşağıdakı dövlət formalarını bir-birindən ayırırdı: despotiya, maarifçi monarxiya, konstitusiyalı monarxiya, demokratik respublika. O, desiotizmi, şərq istibdad üsul-idarəsini kəskin tənqid edirdi. Buradan çıxış edərək, o, gənclik illərində maarifçi monarxiyanı ("Nadir şah") təbliğ edirdi.
1906-cı ildən etibarən N.Nərimanov demokratik respublika tərəfdarı kimi çıxış edir və yazırdı ki, burada dövlət başçısı ümumi seçki yolu ilə seçilir. "Belə bir səltənətdə azadəlik artacaq olar, tərəqqi, millət və dövlət qabağa gedər".
O yazırdı ki, dövlət və hüquq bir-biri ilə qarşılıqlı əlaqədə olan və eyni səbəblər-xüsusi mülkiyyətin yaranması və cəmiyyətin antaqonist siniflərə bölünməsi nəticəsində meydana gələn ictimai hadisələrdir. Hüquq hökmran siniflərin iradəsini ifadə edir və istismarçı, cəmiyyətlərdə zəhmətkeşlərin mənafeyinə zidd çıxır.

  1. ci əsr Azərbaycan siyasi fikrində M.Ə.Rəsulzadə (1884- 1955) mühüm yer tutur. Onun siyasi görüşlərində müstəqil Azərbaycan dövlətçiliyi ideyası, hürriyyət və azadlıq məsələləri araşdırılmışdır. Rəsulzadə hürriyyətin beş əsas formasını göstərirdi: söz azadlığı, mətbuat azadlığı, cəmiyyət və ittifaq azadlığı, vicdan azadlığı, malın, canın mühafizə olunması. O, hürriyyətin xalq qüvvəsi olduğunu, onun mərkəziyyətə qarşı çevrildiyini göstərərək yazırdı ki, "bir qüvvə insanları bir arada toplayıb bir mərkəzə tabe tutaraq, fərdi cəmiyyətə məhkum edən bir istibdad mərkəziyyət, digər şəkildə - cəmiyyətçilik, kollektivizm adını alır. Digər qüvvə də hüriyyətdir".

Rəsulzadə dövlətin demokratik quruluşuna, şəxsiyyətə, vətəndaş hüquqlarına yüksək qiymət verərək yazmışdır: "Azərbaycan cumhuriyyətinin əsas idarəsi bütün vətəndaşların bərabər hüquqla yaşaması üzərində qurulmuşdur. Kişi-qadın, müsəlman-xristian, türk- türk olmayan, cins-milliyyət fərqi qoymadan varlı-kasıb, sahibkar- işçi, torpaq sahibi-muzdur, vəzifə, nəsil, bilgi imtiyazı aramadan bütün vətəndaşlar məmləkətin idarəsində iştirak edir, qanun verən qurumlara girmək haqqına da sahib idilər". Onun fikrincə, dövlət
quruculuğu hüquqi əsaslarla aparılmalı, hüquqi dövlətin əsas təsisatları yaradılmalıdır.
Azərbaycanın ictimai - siyasi fikir tarixində Əlimərdan bəy Topçubaşovun (1862-1934) özünəməxsus böyük rolu olmuşdur.
Ə.Topçubaşov Azərbaycan Demokratik Respublikası parlamentinin sədri, Rusiya imperiyası dövründə seçilən Rusiya Dumasının deputatı olmuş, Rusiya Müsəlmanları İttifaqının yaradılmasında xüsusi xidmətlər göstərmişdir. Bir neçə dəfə keçirilən Ümumrusiya Müsəlmanları Qurultayına sədrlik etmişdir.
Ə.Topçubaşovun siyasi baxışlarında müəyyən dövrlər Qafqaz konfederasiyası ideyası mühüm yer tutmuşdur. O, I dünya müharibəsi ərəfəsində bu ideyanı Rusiya imperiyasının Qafqaz xalqları arasında düşmənçilik toxumu səpmək cəhdlərinə qarşı ən səmərəli vasitə hesab edirdi. Rusiyada Oktyabr çevrilişindən sonra 1917-ci il noyabr ayının 14-də Tiflisdə Zaqafqaziya komissarlığının və 1919-cu ilin fevral ayının 10-da Zaqafqaziya Seyminin yaradılması müəyyən mənada Ə.Topçubaşovun təbliğ etdiyi ideyanın həyata keçirilməsi sahəsində atılan addım kimi qiymətləndirilə bilər.
Sonrakı dövrlərdə Ə.Topçubaşovun siyasi fəaliyyətində əsas diqqət Azəbaycanın dövlət müstəqilliyinin dünya birliyi tərəfindən tanınmasına nail olmağa yönəldilir. Paris Sülh Konfransı ərəfəsində o deyirdi: "Biz istərdik ki, hamı, bütün xalqımız indi müstəqil ictimai
-siyasi həyata qadir olduğumuzu sübut etmək üçün imtahan verməyimizi yaxşı başa düşsün".
Azərbaycanda müstəqillik və milli - dövlətçilik ideyalarının işlənib hazırlanmasında Əli bəy Hüseynzadə (1864-1940) və Əhməd bəy Ağayevin (Ağaoğlu) (1869-1939) xidmətləri də böyük və əhəmiyyətli olmuşdur. Azərbaycanda milli mətbuatın inkişafına xüsusi töhfə verən Ə.Hüseynzadə azadlıq ideyalarına böyük önəm verirdi. "Hürriyyət ... o nə qüdrətdir ki, zehnləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir" məşhur kəlamı ona məxsusdur.
Əhməd bəy Ağayev milli özünüdərkin ideya əsaslarının işlənib hazırlanmasına həsr edilmiş bir sıra əsərlərin müəllifidir. Onun
ictimai - siyasi fikirlərində cəmiyyətin müasirləşməsi, bu prosesdə milli - mənəvi amilin, o cümlədən islam dini amilinin rolu geniş işıqlandırılmışdır. Ə.Ağayevin ictimai - siyasi baxışları əsasən onun "Üç mədəniyyət" əsərində şərh edilmişdir. "Mədəniyyət demək - həyat tərzi deməkdir" postulatından çıxış edən mütəfəkkir milli mənsubiyyəti qoruyub saxlamaqla müasirləşmək, daha dəqiq ifadə etsək, qərbləşmək ideyasına üstünlük verirdi.

Yüklə 130,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin