***
Qan dənizlərindən başqa, neçə-neçə nəsillərin mənəvi
axtalanması, hər şeydən əvvəl ziyalıların bu kökə salınması
Stalin "mərhəmətinin" böyüklüyünə inanmağa qoymur. Axı bu
günün ağır gerçəkliyindən səmimi şəkildə narazı olan adamlar
nostaljiyə vararaq təkcə Stalin dövrünü xatırlamırlar, bir az da
irəli gedərək o dövrün qayıtmasını arzulayırlar. Hər kəs
ürəyində düşünür ki, buna yeni qurbanlar, repressiyalar,
dəhşətli zülmlər bahasına nail olmaq mümkündürsə, onun
özünün, ailəsinin və ən yaxın adamlarının canı və qanı
bahasına olmayacaq. Aman Allah, bu sözlər necə də tanışdan
tanışdır, tarix bizə – kəsilib elə hey bir sinifdə qalan adamlara –
eyni dərsi nə qədər keçəcək.
***
Mənim fikrimcə, bir çox rəylərə rəğmən Stalin termidora
yol verməmişdi. Ancaq onun əl-qolu açılanda, yəni inqilabın
ilkin mərhələsinə aid olan, cəmiyyət tərəfindən qəbul edilən
şəxslər, məsələn, Leninə yaxın olan təkcə Trotski, Zinovyev,
Kamenev, Buxarin yox, həm də Qorki və Krupskaya, hətta
Kirov kimi potensial rəqiblər, potensial təhlükə mənbəyi olan
generalitet və milli ideyanın daşıyıcıları olan şəxslər (Sultan
Galiyev, Nərimanov, B.Mdivani) ictimai və siyasi arenadan
götürüldükdən sonra o, əvvəlcədən düşündüyü, ancaq ona
məxsus siyasi səbrlə uzun müddət gizli saxlanılan niyyətini
540
yeritməyə başladı. Parlaq təhsilə malik olan, bir neçə Avropa
dillərini bilən, Avropanın özü ilə çox yaxşı tanış olan, nəzəri
baxımdan savadlı, iti ağıllı, həm də sərrast natiqlik
qabiliyyətinə malik publisistlərlə əhatə olunmuş, rus dilində
çətinliklə danışan Koba içinin bütün hirs və hikkəsini çox
primitiv qanqster oyununa – silahdaşlarını, kin saxladığı
şəxsləri onların öz əlləri ilə, bir-birinin əli ilə aradan götürməyə
sərf etdi. Yalan və alçaqlıq, xəyanət və satqınlıq, arxadan
vurma (qoy lap Smolnı dəhlizinin gizlin bir yerində olsun),
qorxu və yaltaqlıq, kimisə təhdidetmə, kimininsə qılığına
girmək. Bu gün aşkar edilən çoxsaylı sənədlər, ən müxtəlif
tədqiqat və kitablar - həm SSRİ-də, həm də xaricdə çap edilən
materiallar meydana çıxdıqdan sonra – Stalin obrazının əsas
cizgiləri az və ya çox dərəcədə aşkarlanır. Eyni zamanda Stalin
fenomeni heç kəsin aça bilmədiyi bir bilməcəyə çevrilir.
Təsadüfi deyil ki, çoxsaylı şahidlərin yanında baş verən ölümü
ilə birlikdə həyatı da çeşidli suallar dumanına bürünmüşdür.
Onun fiziki baxımdan ölümü də çox çəkdi, amma öləndən
sonra belə hadisələrin gedişinə təsiri bitmədi. Bu adam ölsə də,
canı çıxmayan, tarixin, necə deyərlər, ən "uzunölümlü"
tiranıdır. Rasputin kimi, Stalin də ölüm yatağında özünün aşkar
və qeyri-aşkar qatillərinin gözündə qorxulu idi. Belə bir
tragikomik əhvalat xatırlanır ki, Stalinin ölümünün şahidi olan
Beriya guya deyib ki, tiran öldü. Bu zaman Stalin gözlərini
açaraq hamıya dəhşətli nəzər salır və Beriya onun ayaqlarına
düşür. Bu əhvalatdakı fantastika açıq-aşkar görünsə də, əsas
olan onun mifoloji konturlarıdır və bu, Stalinin yenilməyən
dəhşətli qüvvəsinin simvolik ifadəsinə çevrilir.
***
Əlbəttə, Stalinin şəxsiyyətinə, onun xarakterinə Freyd təlimi
ilə yanaşmaq mümkündür, hətta zəruridir. Psixoanalizin
predmeti kimi Stalinin öz valideynlərinə münasibəti, onun atası
barədə əzabverici şübhə kompleksini (doğrudanmı, o, Stalinin
atası idi?), anasına yadlaşma, ona qarşı sırf ritual münasibəti və
541
s. götürmək olar. Oğlanlarına laqeyd münasibət və nəhayət,
ikinci arvadına - Alliluyevaya münasibəti. Stalin heç zaman
ona intiharını bağışlamamışdı, bu qadının gülləni ürəyinin
başına sıxmasını Stalin məhz onun özünə – İosifə xəyanət kimi
qəbul etmişdi. Onun anormal ağlı təlqin edirdi ki, düşmənləri
ona bu oyunu qura biliblər, arvadını Stalindən intiqam almaq
üçün öz həyatına qəsd etməyə məcbur ediblər. Və artıq
həyatdan getmiş Alliluyevanın ölümünün hayıfını hər kəsdən –
onu bu addımı atmağa məcbur edən adamlardan almağa
başladı, Stalin öz silahdaşlarının arvadlarını (səciyyəvidir ki,
məsələn, Orjenikidzeni, Molotovu, Kalinini, Poskerbışevi yox,
məhz onların arvadlarını) zindana saldı. Buxarinə, qəribə
yaxınlıq və mehribançılıq duyğusu ilə və xüsusi qısqanclıqla
(Stalin Buxarini cavan arvadı ilə görəndə demişdi: "Bu
məsələdə də sən məni ötüb keçmisən") yanaşdığı bu şəxsə
münasibətdə o, necə deyərlər, ürəyinin ən dərin guşələrindən
gələn TmərhəmətU hissini əsirgəməmişdi – ərini güllələtmiş,
arvadını sürgünə yollamışdı. İş yoldaşlarının arvadlarına qarşı
bu nifrət və ümumən, onun qadınlara münasibəti Freyd
psixoanalizinin çox dərin və mürəkkəb predmetini təşkil edə
bilər. Birinci nikahdan olan oğlu Yakova heç cürə
anlaşılmayan qısqanclıq hissi bəsləmiş və faktiki olaraq onu
Hitlerin baltasının altına itələmişdi. Və Stalinin oğlunun
müharibədə ölməsindən sonra Siyasi Büronun üzvləri və
Respublikaların rəhbərləri üçün oğullarının döyüşdə ölməsi bir
növ TdəbəU çevrilmişdi.
Bu, rəhbərə qarşı özünəməxsus loyallığın könüllü və ya
məcburi əlamətlərindən biriydi – arvadını itirib, biz də dul
qalmışıq, oğlu müharibədə həlak olub, bu "bəla" bizdən də yan
ötüşməyib. Yeri gəlmişkən, "bəla" sözündən dırnaqları atardım
– kim olmağından asılı olmayaraq övlad itirən valideynlərin
əzab çəkməsinə şübhə etmək günahdır.
***
Ancaq Stalinin çəkdiyi dərdin səmimiliyinə necə
542
şübhələnməyəsən ki, sevimli arvadının intihar etməsindən sonra,
görünür, onun TxətrinəU Alilluyevanın ən yaxın qohumlarını qırıb
çatdı, müharibədə ölən oğlu Yakovun arvadını sürgünə göndərdi,
bacanağı və gənclik dostu Svanidzeni güllələtdirdi.
***
Stalinin xarakterindəki patoloji zülmkarlıqla yanaşı,
ikiüzlülük də əsas cəhətdirmi? Özünün əsl və ya xəstə
təxəyyülü ilə uydurduğu düşmənlərinə - rəqiblərinə qarşı
göstərdiyi cəlladlıq və amansızlıq elə onlara - dostlarına və
silahdaşlarına, onların ailə üzvlərinə qarşı büruzə verdiyi
dəhşətli riyakarlıqla qəribə şəkildə birləşir. O, öz fotosunu
M.Tomskiyə bağışlarkən fotosunun arxasında ürək titrədən
sözlər yazır - "dostum Mişa Tomskiyə", bu sözləri onu intihara
məcbur elədiyi zaman və "dostu Mişanın" bütün ailə üzvlərinin
öldürməsi ərəfəsində yazır. Eyni üslubla vaxtilə gənc Kobanı,
sözün əsl mənasında, ölümün cəngindən alan Məmməd Əmin
Rəsulzadənin qoca anasını, arvadını sürgünə yollayır, cavan
oğlunu güllələtdirir. Mənə deyirlər ki, Stalinin Rəsulzadənin
ailə üzvlərinin başına gətirilənlərdən xəbəri olmaya da bilərdi,
yaxşı, Tomskinin, Orjenikidzenin, Svanidzenin, Yenunidzenin,
ona şəxsən yaxın olan bir çox şəxslərin ailə üzvlərinin başına
gətirilənlərdən ki, xəbərdar idi.
***
Təkrar edirəm, barəsində ölüm hökmü kəsilən ailə üzvləri,
azyaşlı uşaqları haqqında o, hər şeyi bilirdi. Təsəvvür eləsək ki,
doğrudan da, ataların günahı yüzdə-yüz sübut olunmuşdu, bəs
onların arvadlarının, azyaşlı uşaqlarının günahı nə idi?
***
"Oğul ataya cavabdeh deyil" - bunu Stalin bəyan etmişdi və
uşaqları kiminsə övladları olduğu üçün güllələtdirirdi. Burada
hansı cəhət özünü daha çox büruzə verir – ifrat amansızlıq,
yoxsa tayı-bərabəri olmayan ikiüzlülük?
***
Güman etmək lazım deyil ki, terror maşını öz-özünə
543
işləyirdi, onu hərəkətə gətirən Stalin idi. Poskerbışevin
arvadını, onun icazəsi olmadan həbs edə bilərdilərmi?
Poskerbışevin arvadı həbs edildikdən sonra Stalin demişdi: "Bu
nədi belə, qaş-qabağın yernən gedir, sənə başqa arvad taparıq"
– bu sözləri Xruşşovun memuarlarından Stalindən gətirdiyi
başqa bir cümlə ilə tutuşdurmaq olar. Stalin çoxdan nifrət
bəslədiyi, narazı qaldığı və görəndə əsəbiləşdiyi Krupskaya
haqqında, Nikita Sergeyeviçin şəhadətinə görə, bir dəfə belə
deyib: "Axı kim deyib ki, Leninin dul arvadıdır? Biz Leninə
başqa dul taparıq". Bu cümlə Qoqol qələminə layiq sözlərdir.
Amma Qoqolun da ağlına belə bir şey gələ bilərdimi? Və əsl
həqiqətdə Leninin ölümündən 6-7 il keçəndən sonra Nadejda
Konstantinovnanın əvəzinə Stasovanı, ya da Zemlyaniçkanı
onun dul arvadı elan etmək istəyirdilər. Yeri gəlmişkən,
Leninin dəhşətli (güllələmək, öldürmək, asmaq), yaxud sırf işlə
bağlı sərəncamlarının içində belə bir incə qeyd - sual da vardır:
"Mossovetin adından İnessa Armandın qəbrinin üzərinə gül
dəstəsi qoymaq olarmı?" Görünür, məşuqəsinin məzarına öz
hesabına pul qoymağa xəsislik edib.
***
Beləliklə, Stalinin qadınlara və dul arvadlara münasibətinə
qayıdaraq demək olar ki, onun ölçüsündən yanaşdıqda, təkcə
arvadların yox, həm də dul arvadların dəyiş-düyüş edilməsi çox
normal bir hadisədir. Bu, belə demək olarsa, Stalinin insanlara,
onların hisslərinə, həyati seçimlərinə və talelərinə sayqısız
münasibətinin kvintessensiyası idi. Bu kvintessensiya Stalinin
dünyaya antiəxlaqi münasibətinin düsturuna çevrilmişdi:
insanlar vintciklərdir, arvad, dul arvad, uşaqlar - vaxtaşırı
olaraq dəyişdirilə bilən vintciklərdən başqa bir şey deyildir.
***
Stalinin riyakarlığı həm də ondadır ki, ağıllı adam kimi
(şübhəsiz ki, o, ağıllı adam idi) hərəkətlərindən xəbəri olmamış
deyildi. O, necə inana bilərdi, yaxud özünü inandıra bilərdi ki,
Buxarin Lenini öldürmək istəyirmiş, yaxud Qorkini öldürüb.
544
Yaxud Kirovun ölümünü təşkil edib. O, bilirdi ki, əvvəl-axır
tarix bu prosesin əsl mahiyyətini üzə çıxaracaq (amma günü bu
gün də həmin o Tsəmimi etiraflarınU sirri və səbəbi
açılmayıbdır, görünür, Stalin bu mənada, doğrudan da,
uzaqgörən imiş). Ancaq bütün bunlara baxmayaraq, ölümdən
sonra şüurlu, yaxud qeyri-şüuri cinayətləri üçün mənəvi bəraət
barədə düşünən Stalin nəsillər qarşısında özünü safa çıxarmağa
cəhd göstərərək, xüsusən qocalıq illərində özünün imicini –
humanist, xeyirxah, qayğıkeş rəhbər, böyük Sovet ailəsinin
atası imicini yaratmaqla məşğul idi. Bu gün biz onun
cinayətləri haqqında müəyyən məlumatlara malik olduğumuza
görə onun uşaqlarla çəkdirdiyi şəkillər bizdə dəhşətli ikrah
hissi oyadır. Bu şəkillərin birində Stalin atasını öldürdüyü qızı
qucaqlayıb. Totalitar dövlətdə tiran onunla əlbir olan şəxslər
üçün modelə çevrilir. Yejov – qanlı Stalin cəlladı öz əli ilə
öldürdüyü Tomskinin oğluna məhəbbət izhar edir. Beynəlxalq
müsabiqədə qalib gələn skripkaçıya böyük məbləğdə pul
mükafatı verilir və Stalin bu zaman zarafatından qalmır – sən
əsl varlı adama çevrildin, küçədə görsən məni tanımazsan, heç
salam da verməzsən – deyir. Ətrafdakı adamlar gülməkdən az
qalır tumanlarını batırsınlar: gör bu adam necə sadə, geniş
ürəkli insandır ki, uşaqlarla belə zarafatlar eləyir.
***
Bax, Stalin mifi də həmin bu portret cizgiləri və
əhvalatlardan hörülmüşdür - bu, XX əsrin ən böyük mifidir. Bu
dərindən-dərinə yalanla süstlənən mifdə ən qorxulu şey odur
ki, o, günü bu gün də yaşarıdır. O, bu qeydlərin əvvəlində
mənim xatırlatdığım anlayışa – mənfi yapışıqlığa – Stalin
xarizmasının özülünə uyğun gəlir. Çoxları üçün sirri-xudadır
ki, insan necə bu dərəcədə amansız, təsəvvür olunmayan
dərəcədə qana susayan, insan əzablarından doymayan şəxsə
çevrilə bilər. Ancaq tapmaca deyilmi ki, bu gün hamısı olmasa
da, Stalinin cinayətlərinin çoxu açılsa belə, milyonlarla
insanların qətlə yetirilməsində onun şəxsi günahı sübut olunsa
545
belə, bir çox insanlar üçün Stalin şəxsiyyət kimi öz parlaqlığını
saxlamışdır, əvvəllər olduğu kimi, yenə də onların kumiridir.
Məsələ təkcə qoca təqaüdçülərin öz gənclik illərinə bəslədiyi
nostaljidə deyildir. Məsələ demokratiya qarşısında özünü itirən
insanların dəmir ələ ehtiyac duymalarında da deyildir. Məsələ
heç də qul psixologiyasında, azad mənəvi seçim etməkdən,
müstəqillikdən qorxan, yuxarıdan necə yaşamaq, duymaq,
sevmək və nifrət etmək, nədən danışmaq və susmaq barədə
göstərişlər gözləyən insanların psixologiyasında da deyildir.
Məsələ ondadır ki, Stalinin törətdiyi cinayətlərin açılması onun
şəxsi mənfi yapışıqlığını zərrə qədər də azaltmamışdır.
***
Bu mənfi yapışıqlıq hələ də işindədir, onun şəxsiyyəti, sifəti,
sarımtıl bığları və sarımtıl kinli gözləri haqqında nə qədər
yazılsa da, bir çoxları üçün o, yenə də xeyirxah, kövrək ürəkli
qoca, mavzoleyin tribunasında sarışın qız uşağını
qucaqlayaraq, ona heyran kəsilən və onun heyran kəsildiyi
xalqı salamlayan bir insandır.
***
Bəli, Stalin, heç şübhəsiz ki, tarixdə ən uzunölümlü tirandır.
1953-cü ilin mart ayının əvvəlində onun xəstəliyi haqqında
rəsmi xəbər yayılanda, hamı güman edirdi ki, günləri sanılıdır.
Və bu qədər həyəcanlı gözləmələrdən sonra martın 5-də elan
edildi ki, o, ölmüşdür. Ancaq ölümündən sonra da canlıların
bədəninə vicvicə salan qorxu gücünə Stalin uzun müddət canlı
olaraq qaldı. Onun canlı surətini əbədi hifz etmək üçün
bədənini balzamlayıb Leninlə yanaşı uzatdılar. Xruşşovun
Stalini ifşasından sonra onu mavzoleydən kürüyüb atdılarsa da,
o, təkcə XX deyil, XXII qurultaya qədər də yaşadı. O, bundan
sonrakı bir çox qurultaylarda da sağ idi. O, Xruşşovu devirərək
hakimiyyətə Brejnevi gətirdi və Brejnev onun soyadını dilinə
gətirəndə, yüksək partiya - dövlət xadimləri ilə ağzına qədər
dolmuş Qurultaylar Sarayı alqışlardan lərzəyə gəldi. O,
bugünkü döyüşlərdə də sağdır və S.Alliluyeva doğru demişdi
546
ki, TQorbaçov hədər yerə atamın kölgəsini qılınclayır,
Qorbaçov onun öhdəsindən gələ bilməzU. Əksinə! Bunu isə
mən özümdən əlavə edirəm.
23 oktyabr, 1988-ci il
Stalin haqqında uzun illərin düşüncələrinin məhsulu olan bu
qeydlərmi bir gecənin içində - 23 oktyabr 1988-ci ildə kağıza
köçürdüm. Zaman mənim bu sonuncu gümanımı doğrultdu.
Ölməyən Stalin Qorbaçovu da devirdi. Gələcəkdə daha nələr
baş verəcəkdir? Bəlkə onu "uzunölümlü" tiran yox, Tölməyən
tiranU adlandıraq?
15 mart, 1997-ci il
***
Tarixin gedişatında obyektiv və subyektiv faktorlar,
şəxsiyyətin rolu və real şərait haqqında danışmalı olsaq, ən
parlaq nümunə kimi Xruşşov götürülməlidir. Stalin dövründə
bir müstəqil şəxsiyyət kimi o, bir elə dəyərə malik deyildi,
mövcud şəraitdə funksional olaraq fəaliyyət göstərən
adamlardan biri idi. Belə çıxır ki, şərait şəxsiyyətdən güclüdür.
Ancaq Stalindən sonrakı dövrdə də o, əvvəlki iş yoldaşlarının
öhdəsindən gələ bilmədiyi bir işi gördü – destalinizasiyanın
əsasını qoydu. Görünür, hər halda şəxsiyyətdən də nəsə asılıdır.
Müəyyən qeyd-istisnalarla bərabər, bunu Qorbaçov haqqında
da demək olar. Məlumdur ki, "yenidənqurma" ideyaları onun
beynində hələ "yenidənqurmayaqədərki" dövrdə yetişmişdi.
Yadıma gəlir ki, "Drujba narodov" jurnalının əməkdaşı,
Moskvanın siyasi məkanında kifayət qədər məlumata malik
olan şəxs, hələ Andropovun dövründə (yaxud Çernenkonun
dövründə, indi dəqiq xatırlamıram), hər halda Brejnev dövrü
qurtardıqdan sonra mənə demişdi ki, Moskva ziyalılarının
bütün ümidi Qorbaçovadır, o, hakimiyyətə gəlsə, çox şey
547
dəyişəcək.
***
1985-ci ilin mart ayında Qorbaçov hakimiyyətə gəldiyi
zaman Moskvada mən tbilisili erməni, rusdilli yazıçı, vaxtilə
ssenari kurslarında bir yerdə oxuduğumuz Armen Zurabovla
rastlaşdım, erməni yazıçılarının bir çoxundan fərqli olaraq,
mənə elə gəlir ki, o, şovinizmdən uzaq bir adamdır, sonrakı
illərdə də antiazərbaycan kompaniyalarının heç birinə
qoşulmadı. Bəli, həmin zaman, Qorbaçovun hakimiyyətə
gəldiyi ilk ayda hələ Tbilisi ilə əməllicə vidalaşmayan Armen
vaxtının çoxunu Moskvada keçirirdi, Moskvada tanınmış
evlərə gedib-gəlirdi, bir sözlə, paytaxtın siyasi iqlimi ilə kifayət
qədər tanış idi. Mərkəzi Ədəbiyyat Evində nahar süfrəsi
arxasında yenidənqurma və aşkarlıq haqqında fikirlərimizi
bölüşürdük. Mən dedim ki, 56-cı ildən, XX qurultaydan sonra
olduğu kimi siyasətdə bir çox dəyişikliklər gözlənilir. Armen: –
Yox, – dedi, – çox böyük kardinal dəyişikliklər baş
verəcəkdir. Bu dəyişikliklər 1917-ci il oktyabr inqilabı
hadisələrinə bərabər olacaqdır. Hər şey kökündən dəyişəcək.
Çox sonralar anladım ki, Armen yalnız proqnoz vermirmiş,
sadəcə qabaqdan gələn illərdə hansı hadisələrin baş verə
biləcəyi barədə dəqiq məlumata malik imiş. Dolayısı ilə bu
məni bir daha inandırdı ki, ermənilər, hətta fəal ictimai axından
bir az kənarda qalan ermənilər belə siyasi proseslər barədə
mükəmməl məlumata malikdirlər.
***
Yenə də şəxsiyyətin tarixdəki roluna qayıdaq. Şəxsi
motivlərin gücünə revanş arzusuna düşərək, inqitam arzusu ilə
yanan Yeltsini xatırlamaq lazımdır. Bəlkə də bütün bunların
gücünə o, böyük tarixi kataklizmlərin içində önəmli bir fiqura
çevrildi. Ümumiyyətlə, Sovet imperiyasının çökməsində təbii
ki, obyektiv tarixi səbəblərlə yanaşı, bir çox konkret
şəxsiyyətlər də əhəmiyyətli rol oynadılar. Xaricdə olanlardan
Roma papasını, Bzejinskini, Reyqanı və Tetçeri misal çəkmək
548
olar. Bzejinski və Voytilaya gəlincə, onlar üçün stimul rolunu
damarlarından axan polyak qanı, etnik vətənləri olan Polşanı
Sovet hegemonluğunun buxovlarından qurtarmaq arzusu
oynadı. Reyqan və Tetçer öz aqressiv hərəkətləri ilə həmişə
gözlənilməz olan (Berlin divarı və Berlin blokadası,
Macarıstan, Çexoslavakiya, Əfqanıstan, Kuba böhranı,
ölkədaxili repressiyalar, Saxarovun sürgün edilməsi,
Soljenitsinin ölkədən qovulması və s. və i.a.) əbədi təhlükə
mənbəyini, Şər imperiyasını məhv etmək istəyirdilər. Ölkənin
daxilində digər disidentlərlə yanaşı, mənim fikrimcə, dörd şəxs
– Soljenitscn, Saxarov, Qorbaçov və Yeltsin həlledici rol
oynadı. Və yenə də, obyektiv tarixi faktorlarla yanaşı, şəxsi
motivlər də əhəmiyyətli sambala və gücə malik idi. Əgər
Soljenitsin öz vaxtında təqdim edildiyi Lenin mükafatını
alsaydı, görəsən, Sovet ədəbi isteblişmentinə qatılmazdımı?
Hökumətin səfeh siyasəti, burnundan uzağı görməyən
məmurların təhdidləri Saxarovu da radikallaşdırdı.
***
Yeltsin və Qorbaçovun qarşılıqlı münasibətlərinə gəlincə,
mənə belə gəlir ki, Yeltsin vaxtında Siyasi Büronun üzvü
seçilsə idi, Sovet tarixi tamam başqa yolla addımlayardı.
***
Ola bilsin ki, mən problemi bir balaca sadələşdirirəm; Sovet
imperiyası gec-tez çökəcəkdi. Ancaq bu subyektiv faktorlar
olmasaydı, mənim fikrimcə, imperiya belə tez yox, daha gec
çökəcəkdi. Yeri gəlmişkən, kommunist rejimində SSRİ-ni
imperiya adlandırmaq Cinayət Məcəlləsinin müvafiq
maddəsində nəzərdə tutulduğu kimi, antisovet hərəkəti olardı.
Ancaq sistem və ölkə özülündən laxlayan kimi, ilkin olaraq
rusların özü (təbii ki, rus yazıçıları) minillik tarixə malik
imperiyanın, rus, məhz rus dövlətinin məhvi barədə haray
qaldırmağa başladılar. Eynihüquqlu xalqların birliyindən ibarət
Sovet dövlətinin məhvindən yox, yalnız dominant xalqın
məhvindən danışdılar. Beləliklə, hər şey öz yerini aldı. Məlum
549
oldu ki, ölkənin beynəlmiləl xarakteri haqqında bütün söhbətlər
onun imperiya mahiyyətini pərdələməkdən ötrü ortaya atılan
sözdən başqa bir şey deyilmiş.
***
Yenə öz mövzumuza qayıdaq. Beləliklə, Qorbaçov Yeltsini
Siyasi Büroya buraxmır, küsmüş Yeltsin özünün parlaq və
iddialı xarakterinin gücünə inqitam almağa hazırlaşır. Bundan
sonra, hökumət orqanları ona qarşı bütün yaramaz vasitələrdən
– alçaltmadan tutmuş təhqirlərə qədər hər şeydən istifadə
edirlər, bütün bunlar onun intiqam hissini, özünütəsdiq
iradəsini daha da gücləndirir və o, Qorbaçovun bütün
qüsurlarından, xüsusən onun təbliğat maşınının küt işindən
yararlanaraq hamının rəğbətini qazanır, cəmiyyətin ən geniş
təbəqələri arasında yüksək reytinqə malik olur. O, kütlənin
gözündə ən yaxşı hökmdar obrazına çevrilir və bu dalğanın
axarı ilə hələlik Rusiyada ən yüksək vəzifəni əldə edir. Elə
bunun özü də kifayət qədər böyük nailiyyətdir, yerdə qalanlar,
necə deyərlər, texniki məsələdir, ağıllı siyasi manevrlərdən
asılıdır. Artıq laxlamış Qorbaçovu darmadağın etmək üçün
(xüsusən, avqust ayında baş verən yalançı putçdan sonra) hər
şeydən əvvəl çürümüş strukturu dağıtmaq, Qorbaçovun hələ ki
formal şəkildə başçılıq etdiyi ölkədən yaxa qurtarmaq, yəni
SSRİ adlanan məmləkəti dünya xəritəsindən silib-süpürmək
lazım idi. SSRİ yoxdursa, demək, onun prezidenti də yoxdur.
Ekzekusiya aktı Belovej meşəsində baş verdi. Əsrin bu
hadisəsində subyektiv və obyektiv faktorların hansı nisbətə
malik olmasını, şəxsi və ictimai amillərin hansı nisbətdə rol
oynamasını müəyyənləşdirmək tarixə məxsusdur. Beləliklə,
bütün bunlar XX əsrin ən böyük imperiyalarından birinin
darmadağın olması ilə nəticələndi.
***
Bizim ölkəmizdə azadlıq probleminin açılmayan düyününün
mahiyyəti hər şeydən əvvəl onda ifadə olunur ki, rus xalqı azad
olmasa, say etibarilə azlıq təşkil edən digər xalqlar da azad
550
olmayacaqlar. Ancaq rus xalqı yalnız o zaman azad olacaq ki,
digər xalqlar azad olsun. Yadıma gəlir, Portəgizin o zamankı
prezidenti Suareş Bakıda "Gülüstan" sarayındakı qəbulda öz
tostunda nə qədər sadə və elementar olsa da, çox dərin bir fikir
söyləmişdi – Portəgiz totalitar rejimdən Salazarın çökdüyü
zaman yox, öz müstəmləkələrindən imtina edəndə qurtuldu.
İndi Marksı daha çox tarixi proqnozların qeyri-dəqiqliyi
üstündə söymək moddadır, ancaq onun bir fikri tarixin bütün
gedişi boyu özünü doğrultmuşdur – digər xalqları əsarət altında
saxlayan xalq özü azad deyil. Mən dərhal etiraz eşidirəm - rus
xalqını sistemlə qarışıq salmayın, rejimi rus xalqı ilə
eyniləşdirməyin, bu rejim ona da, digər xalqlara da beləcə
sırıdılıb. Mən nə dəyişik salıram, nə də eyniləşdirirəm.
Doğrudur ki, rus xalqı daha acınacaqlı gündədir, ancaq o, digər
xalqlardan fərqli olaraq çoxsaylıdır, buna müvafiq olaraq,
demək, həm də güclüdür, o qədər güclüdür ki, indiyə kimi onu
digərləri ilə bərabər sıxıb saxlayan zəncirləri ilkin olaraq qıra
bilər. Mən hələ onu demirəm ki, hakimiyyətin mərkəz
anlayışını ifadə edən, yəni rus dövlətinin ənənəvi paytaxtı olan
Moskvada digər xalqların nümayəndələrinin iştirak payı ilə
müqayisə olunmayan dərəcədə böyük xüsusi çəkiyə ruslar
malikdir.
Dostları ilə paylaş: |