***
Əfqanıstan hadisələri zamanı mən Asiya və Afrika
ölkələrinin Həmrəylik Komitəsinin nümayəndə heyətinin
başçısı kimi Kabulda idim, moskvalı alim-politoloq Aleksey
Kivi də nümayəndə heyətinin tərkibində idi. Ən müxtəlif
mövzularda fikir mübadiləsi aparmaq üçün imkan yaranmışdı.
Məni təəccübləndirən o idi ki, bu yüksək sivilizasiyalı sovet
adamı, kommunist tükünü də tərpətmədən doğrudan-doğruya
(şübhəsiz ki, özünə görə) hətta SSRİ-nin də yox, Rusiyanın
müstəmləkə siyasətinə haqq qazandırır, bunu onunla
əsaslandırırdı ki, Rusiyanın dəniz qıtlığı var və buna görə də,
bütün tarixi boyu isti cənub dənizlərinə çıxmağa cəhd göstərir.
İki dünya okeanına çıxışı olan, Ağ dənizdən Qara dənizə,
Xəzər dənizindən Oxot dənizinə qədər uzanan Rusiya dənizdən
qıtlıq çəkir?
***
Müstəmləkə siyasətinə haqq qazandıran daha bir cəhd -
arqument ondan ibarətdir ki, Rusiya öz sərhədlərinin
təhlükəsizliyini təmin etməlidir. Taftalogiya olsa da,
soruşuram, bu təhlükəsiz sərhədlərin sərhədi haradan keçir?
Yeni ərazilər zəbt etdikdən sonra yeni sərhədlər müəyyənləşir
və bu yeni sərhədləri qorumaq məqsədilə yeni-yeni istilalar
üzrə strateji vəzifələr meydana çıxır – dünya xəritəsinə ləkə
kimi hopan və çoxdan özünün milli konturlarını itirən dövlət öz
sərhədlərini haraya qədər uzatmaq niyyətindədir? Sərhədləri
Qərbə, Cənuba, yaxud Şərqə uzatmasından asılı olmayaraq
"təhlükəsizlik xətti" yeni-yeni ərazilərdən keçəcəkdir. Bu həvəs
sonsuza qədər uzanacaq, Antraktidaya qədərmi?
***
Hətta ən ağıllı rusların təfəkkürünə hakim kəsilən belə bir
imperiya düşüncəsi Rusiyanın özündə demokratik həyat
tərzinin bərqərar olmasına əngəl törədəcək, sivilizasiyalı
ölkələrin ailəsinə qorxu və qamçı vasitəsiylə yox, bərabər
529
şəkildə daxil olmağa mane olacaq. Bu təfəkkür tərzi Rusiyanı
yenidən totalitarizmin ağuşuna atacaq. Bu artıq ictimai
təfəkkürə sakitcə və oğrun-oğrun sirayət edir. Bütün bunlara
baxmayaraq, mən yenə hesab edirəm ki, demokratik düşüncə
tərzinin formalaşmasını dayandırmaq mümkün deyildir, çünki
bununla yanaşı, hər şeydən öncə texniki inkişaf, kütləvi
ünsiyyət vasitələri ilə bağlı universal dünyəvi inkişaf
tendensiyası da mövcuddur. Təbii ki, bu çətin prosesdir, bayaq
dediyimiz kimi, spiralabənzər yolu xatırladan bir prosesdir,
ancaq qaçılmaz.
***
Yaddan çıxarmaq olmaz ki, Rusiyada imperiya təfəkkürü
ənənələrinin dərin kökləri vardır və bu Rusiyada ən ağıllı
adamlar üçün də üzvi və təbii anlayışlar sayılır. Hətta ən
savadlı və dünyagörüşü geniş olan adamların digər xalqların
milli taleyinə münasibətinin nümunəsi kimi Çaadayevin XIX
əsrdə Polşada baş verən hadisələrə münasibətini göstərmək
olar. İşə bax, polşalıların özləri yox, məhz Çaadayev Polşa
üçün hansı həyat şəraitinin yaxşı olmasını qərarlaşdırır. Bu
mənada dahi Puşkin də günahdan xali deyil. Düzdür, Polşaya
münasibətdə tam ədalətli mövqe tutan Gertsen də var. Bir sitata
fikir verin: "Rus liberal güruhu Polşanı müdafiə etdiyinə görə
Gertsendən uzaqlaşanda, bütün "ziyalı
cəmiyyəti"
"Kolokoldan" üz döndərəndə də, Gertsen yolundan dönmədi.
O, Polşanın azadlığını müdafiə etməkdə və II Aleksandrın
cəlladlarını qamçılamaqda davam etdi. Gertsen rus
demokratiyasının şərəfini xilas etdi. "Biz rus adamının şərəfini
xilas etdik - o, Turgenyevə belə yazırdı – və buna görə də
çoxluğun tənəsinə tuş gəldik". Bu, Leninin sitatıdır. Bu gün adı
mənfi planda çəkilən Leninə məxsus başqa bir sitat da var: "Biz
milli fəxarət hissi keçiririk və buna görə də, qul keçmişimizə
nifrət edirik (mülkədar və dvoryanlar Macarıstan, Polşa və
Çinin azadlığını boğmaq üçün mujikləri müharibəyə
yollayanda), bugünkü qul vəziyyətimizə nifrət edirik. Bu
530
zaman kapitalistlərlə əlbir olan mülkədarlar bizi Polşa və
Ukraynanı boğmaq, İran və Çində demokratik hərəkatı
batırmaq, bizim velikorus milli ləyaqətimizə ləkə yaxan
Romanov, Bobrinski və Pruşkeviçlərin dəstəsini gücləndirmək
üçün müharibəyə çəkirlər… "Digər xalqlara zülm edən xalq
azad ola bilməz" – XIX əsrin ardıcıl demokratiyasının böyük
nümayəndələri Marks və Engels belə yazırdılarU. Vladimir
İliçin çoxcildli əsərlərində bir-birinə daban-dabana zidd olan
bu kimi fikirləri tapmaq bir elə çətinlik törətmir. Sitatın
götürüldüyü məqalə isə çar hökmranlığı dövründə yazılmışdır,
bu sözlərin müəllifi özü hakimiyyətə gələndə, Azərbaycanda,
Gürcüstanda və Ukraynada azadlığı boğmağa girişdi, biz hələ
onun şagirdləri olan Stalindən Brejnevə qədər hökmdarların ən
müxtəlif ölkələrdə – Polşada, Macarıstanda, Çexoslovakiyada
və Əfqanıstanda xalqların azadlığını, milli heysiyyətini,
nəhayət, demokratik hərəkatı ayaqlar altına atmasını demirik.
Bunlar azdırmı? Məsələ bax, bu yerdədir. Sözlər, sözlər,
sözlər… İş, iş, iş…
***
Ən kədərli fakt budur ki, bu həqiqətin əks-sədası,
başqalarının yerinə "yaxşı-pisdi" problemini, başqalarının
yerinə onların necə həyat tərzi keçirməsi məsələsini həll etmək
– bəşər tarixində tiran hökmranlığına qarşı mübarizə aparan ən
cəsur şəxslərdən biri, böyük yazıçı Soljenitsinin "Rusiyanı necə
qurmalı?" adlı traktatında da eşidilir. Bu əsər ağrı və əzabla
yazılsa da, digər xalqların dərdini anlamaqdan uzaqdır, o yalnız
öz xalqının başına gələn milli fəlakətlər üstündə köklənmişdir.
Ancaq axı bu dünyada, xüsusən XX əsrdə hər şey bir-birilə
bağlıdır. Deyək ki, Qarabağ konflikti ilə əlaqədar ədalətsiz
fikirlər Rusiyanın öz taleyində də əks-səda verir. Mən nə
yazdığımı gözəl şəkildə başa düşürəm, həm də onu da başa
düşürəm ki, bunları, bu fikirləri məhz Soljenitsinin cəsurluğu
və özünü fəda etməsi sayəsində dəyişən bir ölkədə yaza
bilirəm. Nə gizlədim, mən Soljenitsin mənəvi təqibə məruz
531
qalarkən onun müdafiəsi naminə bir kəlmə də yazmadım
(əleyhinə də heç nə yazmadım). Bəlkə də indi, icazəli cəsarət
dönəmində onun mühakimələri ilə mübahisəyə girməyə mənəvi
haqqım çatmır. Ancaq mənə görə Soljenitsinin mübarizəsində
məqsəd bu idi ki, hər bir şəxsə onun düzgün saymadığı
fikirlərlə mübahisə etmək hüququ verilsin, o, öz
mühakimələrini irəli sürə bilsin.
***
Rus xalqını isti dənizlərə çəkən səbəblər içərisində təkcə
tarixi və strateji məsələləri hallandırmaq düzgün deyildir,
burada sırf bioloji amil də vardır. Yayda Qara dənizin, yaxud
Xəzər dənizinin çimərliklərində olmaq kifayətdir ki, günəş
görməyən adamların buludsuz səmaya və isti dəniz dalğalarına
genetik həsrətini başa düşəsən. Bu, milli xarakterin bütün
genetik strukturuna qeyri-şüuri şəkildə sirayət edən bədənin
ehtiyacıdır. Bütün dünyada şimallı turistləri cənub dənizləri
özünə cəlb edir, ancaq bununçün İslandiya, yaxud İsveç dünya
kommunizminin təntənəsi adı ilə Maltanı və ya Balear adalarını
öz ərazisinə qatmaq fikrinə düşmür. İslandiya da, İsveç də,
ABŞ-da – bu ölkələrdə mütləq əksəriyyət təşkil edən orta sinfi
cənub ölkələrinə səfər etmək, orada istirahət etmək və bütün
mövcud iqlim şəraitindən həzz almaq imkanı ilə təmin etmiş,
ancaq heç zaman bu gözəl yerlərə tank və təyyarələrini
göndərməmişdir. Öz xalqını layiqli xoşbəxtliklə təmin etmək
istəyən Rusiya heç bir ritorik yalana və demaqogiyaya əl
atmadan da Yer kürəsinin istənilən nöqtəsində arzulanan qonaq
ola bilər, bir şərtlə ki, o, başqasının torpağını zəbt etmək fikrinə
düşməsin.
***
Yadıma gəlir ki, "Qurtuluş" adlı primitiv səviyyəli filmdə
Stalin "mən əsgəri generala dəyişmirəm" sözlərini dilinə
gətirəndə kinozal necə alqışlara qərq oldu. Bu sözləri deyəndə
o, əsirlikdə olan oğlu Yakovu nəzərdə tuturdu, onu faktiki
olaraq əzablı, işgəncəli ölümə məhkum edərək marşal Paulyusa
532
dəyişmək təklifini rədd edirdi.
Zalda mənimlə yanaşı, kənddən sanki elə indicə gəlmiş
yeniyetmə uşaqlar oturmuşdular. Onlar dayanmadan əl
çalırdılar, onlardan biri dedi: "Ay sizin... hələ bir şəxsiyyətə
pərəstişdən danışırsınız!" Və bütün bunlar Xruşşovun guya
Stalini darmadağın etməsindən – XX qurultaydan sonra,
Stalindən sonrakı epoxada baş verirdi. Bu sözləri həmin
epoxanın təmsilçiləri deyirdi. Bu uşaqların qəzəbinin ünvanı
partiya, dövlət, cəmiyyət, rəhbərlər, nəhayət, antistalinizm
pafosu idi. (Ümumən, totalitar cəmiyyətdə hər hansı məişət
problemi üstündə yaranan cüzi narazılıq belə hirsə, qəzəbə
dönərək bütün dövlət sisteminə qarşı çevrilir: dəlləkxana bir
neçə gün idi ki, nəyə görəsə bağlanmışdı, hamı kommunal
təsərrüfatının rəhbərliyini yox, ümumilikdə Sovet hökümətini
söyürdü. Yadıma gəlir, iki tələbə küçədə dövlət
piştaxtalarından alma aldılar. Onlardan biri almanı dişlədi, sən
demə, alma qurdlu imiş, oğlan ürəkdən deyinirdi: "Çürük
hökümətin alması da çürük olar").
***
Təzədən Stalin mövzusuna qayıdaq. Guya ki, hansısa
mücərrəd dövlət marağı naminə oğlundan, konkret insani və
mənəvi motivlərdən imtina etmək, əslində həmin mücərrəd
ideyanı yaxın bir insanın həyatına qarşı qoymaqdır. Stalinin
özü də həmin o qeyri-insani, qeyri-əxlaqi ideyanın dəhşətli
təcəssümü deyildimi?
***
Mənfi yapışıqlılıq – müəyyən səhnə ampluasına malik olan
aktyorlara tətbiq edilir. Teatr termini olan bu sözlə mən
Stalinin obrazını səciyyələndirmək istərdim. Uzun illər boyu
mən özümdən asılı olmayaraq həmin obraz haqqında düşünüb-
daşınmaqdan usanmıram.
***
"Gecə düşüncələri"nin bu hissəsində uzun illər boyu Stalin
haqqında düşündüklərimi, dəlil və fikirlərimi, onun bizim
533
taleyimizdə oynadığı rol barədə mülahizələrimi bir yerə
yığmağa çalışıram – bir şey də var ki, Stalin mövzusu o qədər
mürəkkəb, o qədər çoxölçülüdür ki, hətta son illər işıq üzü
görən ən qalın kitablar belə bu mövzunun miqyasını və bu
problemin bütün aspektlərini əhatələyə bilməz. Mənim özüm
də belə bir şeyə iddia etmirəm. Diqqətinizə təqdim etdiklərim
sadəcə Stalin haqqında düşüncələrimdən ayrı-ayrı
fraqmentlərdir.
***
Bütün inqilablar güya ki, yaratma, qurma naminə olsa da,
ancaq və ancaq dağıtmaqdan, dağıdılmaqdan başlayır. Leninin
dahiliyi (bu ifadə - həmin düşüncələrin qələmə alındığı illərdə
təfəkkürümə hakim kəsilən ifadə klişəsi idi. İndi bu sözləri mən
o vaxtın anlamında işlətməzdim, halbuki, indinin özündə də
Lenini dahi, ancaq şər dahisi hesab edirəm. Buna baxmayaraq,
həmin sözü 25 il bundan əvvəl – 70-ci illərin ortalarında qəbul
etdiyim kimi saxlayıram), beləliklə, Leninin dahiliyi dağıtma
prosesinin öz içindəcə quruculuğun müəyyən cücərtilərini
yaratmağa qadir idi; o, dağıdılmalı olan şeylə qurulacaq şey
arasındakı uçurumu dərinləşdirmək istəmirdi. Mümkün olan
dərəcədə yeni şeyi keçmişin xarabalıqları üstündə yox, hifz
olunmuşların yarımçıq təməli üzərində qurmağa cəhd
göstərirdi. Mədəniyyət sahəsində bir neçə nümunə bu fikrin
doğruluğunu təsdiqləyir. (Bolşoy Teatra münasibət, keçmiş
mütəxəssislərin bəzilərinə göstərdiyi qayğı, müəyyən şəxslərin
monumental təbliğatı, o cümlədən ŞeytanlarUın müəllifi
Dostoyevskiyə də abidə qoymaq fikri). Ziddiyyətli, siyasi və
fəlsəfi baxımdan təkəbbürlü olsa da, öz millətinin dühası kimi,
L.Tolstoya hörmətlə və hətta fəxarətlə yanaşması və s. Leninin
kifayət qədər savadlı davamçıları - Buxarin, Çiçerin,
Lunaçarski, qəribə səslənsə də dəhşətli çekist repressiyaları,
amansız qırmızı terrora mənəvi bəraət qazandıran Dzerjinski
belə müəyyən dərəcədə həmin yolla getməyə cəhd
göstərmişlər. Oktyabr çevrilişinin dağıdıcı stixiyası isə daha
534
çox Trotski və Stalinin şəxsiyyətində qərarlaşmışdı. Trotskini
və Stalinin özünü inqilabın mahiyyətindən, onun məntiqindən
ayırmaq düzgün deyildir. Vəhşilik, kor ehtiraslar, dağıdılan
şeyə nifrət olmadan dağıntını təsəvvür etmək mümkün deyildir.
Trotski və Stalin inqilabın kor ehtirasıdır, əlbəttə, fərdi
fərqlərlə, xarakterlərindəki, talelərindəki, həyat
təcrübələrindəki ayrı-ayrı nüansları nəzərə almaqla. Stalin
dönəmində Trotskini, Xruşov dönəmində Stalinin özünü
inqilaba düşmən kimi qələmə vermək cəhdləri həqiqətə uyğun
deyildi. Hər ikisi inqilabın mahiyyətini təcəssüm edirdilər.
Trotskidə romantik-ibarəli, Stalində isə konkret-dəftərxana
üslubu şəklində. İstənilən kor ehtiras qanunauyğun şəkildə
dəhşətli amansızlığa, bu da öz növbəsində məqsədə,
şəxsiyyətin özünüifadəsinə və özünütəsdiqinə çevrilir. Sadizm
vasitə yox, məqsəd olur. (Halbuki, hər hansı məqsədə çatmaq
yolunda vasitə kimi də ondan istifadə yolverilməzdir). İnqilab
cəngavərinin – "Dəmir Feliksin" romantik haləyə bürünmüş
xofu zaman keçdikcə eybəcərləşir, təbii şəkildə Yejov-Beriya
kimilərin vulqar, heyvərə, iyrənc, eyni zamanda isə şəxsi
tamahının əsiri olan əməllərinə çevrilir. Dzerjinskini istənilən
sifətdə təsəvvür etmək olar, ancaq sənədli sübutlar aşkara
çıxarıldığı halda belə mən, onun üçün qadın təşkil edən hansısa
aradüzəldəni (necə ki, Beriyanın şəxsi yavəri Sərkisyan edirdi)
olduğunu təsəvvür edə bilmərəm. (M.C.Bağırova qarşı sürülən
ittihamlardan biri də onun Beriya ilə dostluğu idi. Bəli, Bağırov
Beriyanın sədaqətli dostu, hətta onun törətdiyi bir çox qanlı
cinayətlərin iştirakçısı idi, ancaq Beriyanın oğraşı o yox,
Sərkisyan idi).
***
İctimai quruluşun təkmilləşdirilməsi uğrunda start götürən
hadisələr və onun kifayət qədər radikal bəlirtiləri – inqilabi
təmizləmələr, yaxud bu evfemizmin arxasında duran
milyonlarla insanın qətlə yetirilməsi – tarixdə analogiyası
olmayan alçaqlıq və çirkabda təcəssüm edirdi.
535
***
Qeyri-əxlaqi durum, təkcə mənəviyyatsız prinsiplər yox,
həm də tamamilə başqa "dəyərləri" təsdiq edən, şüurla işlənib
hazırlanan antihumanist prinsiplər insanlığın min illər boyu
yaratdığı xeyir və şər anlayışını ayaqlar altına saldı. Belə çıxır
ki, hansısa mücərrəd sinfi məqsəd, yaxud sinfi həmrəylik
naminə Manu və ya Hammurapidan başlamış, Roma
hüququndan tutmuş bu günlərə qədər, istinasız olaraq ən böyük
dünya dinlərinin Şər saydığı satqınlıq, alçaqlıq, xəyanət, yalan
və s. kimi hərəkətlərə yol vermək mümkündür.
Xatirimdədir, Bakıda xeyrat məclisində artıq yaşlaşmış
çekistlərdən biri danışırdı ki, Azərbaycanda 20-ci ilin aprel
ayından sonra onun ən yaxın dostu qaçaq kimi dağlara
çəkilibmiş. Həmin dövrdə onu tutmaq, başçılıq etdiyi dəstəni
dağıtmaq bir elə asan deyildi. Bu iş həmin sözləri danışan
adama tapşırılmışdı. Bu adam dostunun yanına gedərək əsl kişi
sözü, dost sözü ilə onu dağlardan düşürdü, ona tam
təhlükəsizlik zəmanəti verərək hökumət orqanlarına tabe olmaq
üçün dilə gətirdi. "Bəli, zaman o zaman idi" – ÇK veteranı öz
sözlərini bitirdi və çaydan bir qurtum aldı. Mənim üçün ən
qəribə hadisə o idi ki, bu adama öz əhvalatını bitirmək, sona
qədər danışmaq lazım deyildi, görünür, məclisdəkilərin hamısı
üçün bu əhvalatın sonluğu məlum idi. Bircə, deyəsən, mən
məsələnin sonluğunu başa düşməmişdim. Soruşdum: "Bəs bu
qaçağın başına nə gətirildi?". "Necə yəni nə? – yaşlı çekist,
sözün əsl mənasında, təəccübləndi – güllələdik, getdi".
Bir daha təkrar edirəm, ən dəhşətlisi odur ki, üstündən 60 il
ötməsinə baxmayaraq, bu adamda elədiyi hərəkət barədə bu
hərəkətin yüzdə-yüz açıq alçaqlıq olması barədə zərrə qədər də
şübhə yaranmamışdı. "Hər şey inqilab naminə edilirdi",
görünür, bu adam uzun ömrü boyu düşünüb-düşünüb heç nə
anlaya bilməmişdi. Biz isə, bu gün cəmiyyətimizin dərin-dərin
köklərinə sirayət edən yalanı, ikiüzlülüyü görəndə
təəccüblənirik, gənc nəslin heç bir səbəbi olmayan sinizmini,
536
digər nəsillərin də nifrət və qəzəb hissindən yoğrulduğunu
görəndə, az qalır gözlərimiz hədəqəsindən çıxsın. Həmin
cəmiyyətin sinfi "əxlaqı" məhz bu əsaslar üzərində – yalan və
satqınlıq, amansızlıq və xəyanət, çuğulçuluq və alçaqlıq
üzərində qurulmuşdu. Qisasçılıq, şübhəgirlik, vəhşət,
amansızlıq kimi keyfiyyətlər elə zəruri tərkib hissələri idilər ki,
Stalin və onun əlaltıları, bu "qandan xörək bişirən aşbazlar" bir
çox nəsillər üçün qida məhsulları hazırlayırdılar. Təbii ki, bu
əxlaqı qəbul edə bilməyən şəxslər üçün yeganə vasitə bu işdə
iştirak etməmək, sükut, çox zaman uğursuz olsa da,
gerçəklikdən qaçmaq, öz daxili qürbətinə çəkilmək, gözdən-
könüldən uzaq olmağa çalışmaq, başqa sözlə desək,
unudulmaqda xoşbəxtliyi bulmaq idi.
***
Trotski və Stalin mövzusuna qayıdaraq, onların birinin
digərindən fərqini anlamağa çalışanda düşünürəm ki, birincisi
həmin kor ehtirası – cəmiyyətdən narazılığı və bununla da onun
içində ilan kimi yatan intiqamı ifadə edirdi, bu ifadədə cavan,
hələ kamala çatmamış şəxsin emosional cəhətləri qabarıq ifadə
olunurdu (baxmayaraq ki, Trotski oxumuş və ayıq-sayıq
siyasətçi idi). O, bütün gizlin ehtiraslarını üzə çıxarmışdı.
Stalində isə həmin emosional hiddətin əsər-əlaməti də yox idi
(bəlkə onun kindən başqa, ümumiyyətlə, heç bir emosiyası yox
imiş. Stalinin içindəki əsl və yalançı incikliklərdən qidalanan
və içini yandırıb yaxan bu kin ətrafı da qarsıyırdı), yaxud onun
emosiyası o dərəcədə dərinlərdə gizlənmişdi ki, bunların
varlığından heç özünün də xəbəri yox idi. Bunun əvəzində,
emosional ehtirasın çölə püskürməsi ilə birlikdə (əsl Qafqaz
temperamentinə məxsus üslubda) ölçülü-biçili, ardıcıl, uzaq
tarixi perspektivə hesablanmış, öz iradəsinə tabeetmə sistemi,
əzmə, zülmetmə mexanizmi var idi. Zülm birdəfəyə
qurtarmırdı, hissə-hissə, etapla icra edilirdi: son məqsədə
çatmaq naminə.
***
537
Buna görə də, Stalini inqilabdan ayırmaq, təcrid etmək
düzgün deyildir, onun əvvəlcə əksinqilabçı, az qala çar
rejiminin agenti, yaxud konyuktur ustası olması barədə
versiyalar düz deyil. (Xruşşov dönəmində elə bu fikri sübut
etməyə çalışırdılar). Yox, Stalindən əksinqilabçı, yəni
cəmiyyətdə mövcud olan tarazlığın saxlanmasının tərəfdarı
çıxmazdı, çünki onun üçün inqilab ideyasının özü – intiqam
almağın, zülm etməyin – dəhşətlərlə dolu bioqrafiyasının bütün
bəlirtilərinin sinonimi idi.
Stalinin əlahiddə zalımlığı təkcə mücərrəd formalı
ümumdövlət ideyasında yox, həm də şüurlu şəkildə yeridilən
sadizmdə idi. Milyonlarla insanın qətlə yetirilməsi haqqında
sərəncam vermək (Hitlerin elədiyi kimi) rəqəmlərin kölgəsində
konkret insan taleyini görməməkdir. Yox, Stalinin zalımlığı
mücərrəd zalımlıq deyil, bu, onun ən yaxın tanışları, köhnə
silahdaşları, onların ailə üzvləri, uşaqları, öz ailə üzvləri, hətta
həyatını borclu olduğu insanlara tuşlanan bir zülmdür. Bütün
bu yaxın adamları çarmıxa çəkilmiş, əzab və işgəncələrdən
qıvrılan və nəhayət, alçaldılmış, qırılmış, ayaqlar altına
salınmış halda görmək arzusu – Stalinin daxilindən püskürən
bir ehtiyac idi, onun ola bilsin ki, yeganə kef mənbəyi idi
("Mayn Kayf" – kimsə Brejnevin trilogiyası ilə bağlı bu uğurlu
ifadəni tapmışdı).
***
Bəli, Stalinin bu gün mövcud olan məddahları onun gördüyü
böyük-böyük işlərdən danışırlar. Müharibədəki qələbə, ucu-
bucağı görünməyən quruculuq işləri, geridə qalmış aqrar
ölkənin dünyanın super dövlətinə çevrilməsi və bu səbəbdən
bütün dünyanın həmin super dövlət və Stalin qarşısında tir-tir
əsməsi.
***
Quruculuq – mənəvi əsaslardan məhrum olan, öz adını
əbədiləşdirmək naminə həyata keçirilən quruculuq Stalinin
538
zamandan, tarixdən, Allahın özündən aldığı intiqamı idi. O,
Allahı hətta özünə bərabər səviyyədə belə qəbul etmək
istəmirdi. O, Allaha belə özünün üstünlüyünü sübut etmək
istəyirdi və təkcə bütün bəşəriyyətin taleyi və ölümünə
sərəncam vermək hüququ ilə yox, həm də quruculuq işləri ilə.
O, təbiətə iqlimi də sırımaq istəyirdi – süni meşələrin
salınması, çayların axınının dəyişdirilməsi və s. Ancaq bütün
bunlar – istilik-elektrik stansiyaları, zavodlar, fabriklər,
dəmiryolları, şəhərlər rus xalqını, yaxud SSRİ tərkibində
yaşayan digər xalqları daha xoşbəxt, yaxud heç olmasa,
müəyyən mənada təminatlı edə bildimi? Hətta Stalin xalqın bir
hissəsi üçün – nomenklatura üçün bunu bacardımı? Yox.
Nomenklatura, əvvəla, cəmiyyətin çox nazik təbəqəsidir,
ikincisi, onun qeyri-sabitliyi, Kremlin verdiyi payı həbs
düşərgəsiylə dəyişmək alternativi bu zümrənin belə firavanlıq
içində yaşamasına heç bir təminat vermir. Təminat, müəyyən
həyat səviyyəsi yaratmış olsa belə, hətta sosial təminatın,
xüsusən müharibəyəqədərki dövrdə müəyyən mənada özünü
göstərməsi axı nəyin sayəsində əldə olunmuşdu? Sürgünlərin
hesabına, milyonlarla insanın qətlə yetirilməsi hesabına –
əvvəla, kütləvi qətllərdən sonra cəmiyyətdə yeyənlərin sayı
azalmışdı, ikincisi isə, fiziki cəhətdən məhv edilməyən əhali
pulsuz qul əməyinin daşıyıcılarına (fəhləyə yox, qula)
çevrilirdi. İndi həmin dövrdə, məhz müharibədən sonrakı
dövrdə hər il qiymətlərin endirilməsindən danışırlar, bu mənim
uşaqlıq yaddaşımda ilişib qalan bir nəsnədir. Yadımdadır,
qiymətlərin aşağı salınması insanlarda necə ironiya yaradırdı,
axı onsuz da heç kəsin almadığı, almaq istəmədiyi məhsulların
qiymətini aşağı salırdılar. İndi isə söhbət həmin hadisədən
düşəndə, insanın naşükürlüyündən şikayətlənirlər. Ancaq bir
şeyi də yaddan çıxarmaq olmaz ki, milyonlarla sürgün edilmiş
və qətlə yetirilmiş insanlardan başqa, xalqın azadlıqda qalan
hissəsi də öz daxilində sürgünə göndərilmişdi – öz içindəki
məhbəsə, özünün təkadamlı kamerasına, içərisindəki sükuta,
539
qorxuya, heç kəslə, hətta ən yaxın adamları ilə ünsiyyət
qurmamaq məcburiyyətinə
məhkim edilmişdi. Stalin
çoxmilyonlu xalqı kar və kor bir cəmiyyətə çevirmişdi və bu
qorxu sindromu bir çox sonrakı nəsillərin taleyinə də hakim
kəsildi və deyim ki, içərisində mənim özüm də olmaqla biz, bu
günə qədər həmin qorxu sindromundan yaxa qurtara
bilməmişik. Yox, necə olmasa da, Stalin çox dahi bir insan idi,
çünki o, təsəvvürə gətirilməyən bir şeyi – "Homo sapyensin"
təbiətini dəyişərək Xeyirdən üz döndərməyə məcbur etmiş,
üzünü Şərə doğru çevirmişdi.
Dostları ilə paylaş: |