Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə29/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   25   26   27   28   29   30   31   32   ...   49

*** 

Bu sistemi Stalinmi yaradıb, yoxsa sistem Stalini yaradıb? Əgər 

bu sualı bir neçə il qabaq versəydik, o, Sovet cəmiyyətinin 

əksəriyyəti tərəfindən dəhşətli bir təhqir kimi qəbul edilərdi. 



 483 

Cavab,  şübhəsiz ki, sərt və birmənalı olardı: bax bu şeytan və 

cəllad Stalin total təqib, danos, repressiya, dəhşətli cəzalar, 

təfəkkürü iflic edən, iradəni sındıran, gecə  həbsləri ilə qorxu 

toxumları səpən, ölü sükut zonası yaradan sistemi yaratmışdır. İndi 

isə vəziyyət tamamilə dəyişmişdir - əksinə Stalinin özünə sistemin 

doğurduğu bir hadisə kimi baxılır. Bir zaman yeni sənədlər (daha 

doğrusu, köhnə  sənədlər) meydana çıxanda aydın oldu ki, bütün 

bu dəhşətlər hələ Lenin epoxası ilə başlamışdı – tarixdə ilk həbs 

düşərgələri, çar ailəsinin qətli, din xadimlərinin kütləvi həbsi, 

amansız qırmızı terror, dəhşətli qərarlar, insafsız fərmanlar, insana 

qənim teleqramlar – güllələmək, rəhm etməmək, öldürmək, 

asmaq, boğmaq… 

Belə olduqda, sual meydana çıxır: – Leninmi bu sistemi 

yaratmışdı, yoxsa sistem Lenini? Nəzərə alsaq ki, başçı olsa da, 

Lenin inqilabi hərəkatın, oktyabr hadisələrinin və yenicə 

qurulan hökumətin fiqurlarından biri idi, nəzərə alsaq ki, hətta 

ən böyük siyasətçinin də  şəxsiyyəti öz-özlüyündə tarixin 

gedişini dəyişdirə bilmir, olsa-olsa ona bu və ya digər dərəcədə 

təsir göstərir, onda məntiqi nəticə alınır – sistem, sözün geniş 

mənasında, tarixin özü Lenini, leninizmi və bundan doğan 

Stalini və stalinizmi yaratmışdır. Tarix Lenini və Stalini seçdi 

və öz iradəsini onların vasitəsilə yeritdi. Sistemə belə  şəxslər 

lazım idi. Hansı sistem, hansı tarix? Şübhəsiz ki, çar 

Rusiyasının sistemi, onun tarixi. Görünür, bu sistem o qədər 

pozğun, insana qənim idi ki (bu gün monarxiya ovqatı üstündə 

köklənən bütün nostaljiyə – poruçik Qolisın və Kornet 

Obolenski haqqında mahnılara baxmayaraq), onu dağıtmaq, 

yerlə-yeksan etmək lazım gəldi, bunu isə bolşeviklər çox 

böyük uğurla həyata keçirdilər. Bəs onları  nəyə görə söyüb 

damğalayırlar? Görünür, tarixin özünün məntiqi bundan 

ibarətdir ki, öz şər potensialını tükədən bir zülm sistemi öz 

yerini formaca fərqli olsa da, mahiyyət etibarilə insana nifrət 

təbliğ edən digər sistemə verir. Qum saatının işləmə prinsipi. 

Yuxarı aşağıya, aşağı yuxarıya çevrilir. Dünən heç kəs olan, bu 


 484 

gün  ən qüdrətli  şəxsə çevrilir. Növbəti dövr yetişməyincə, 

əqrəblər fırlandıqca fırlanır, qum saatından qum töküldükcə 

tökülür. 

Görünür, bu qapalı faciə dairəsindən yeganə çıxış yolu zülm 

etməmək fəlsəfəsidir ki, bunu vaxtilə L.Tolstoy Rusiyanın 

yaxın gələcəyindən  narahat olaraq demişdi. Həmin  əqidəni 

apardıqları mübarizənin mənəvi təməli kimi götürən 

Hindistanda Mahatma Qandi və Amerikada Martin Lüter Kinq 

ona  əsaslanırdılar ki, sözügedən təlimdən, bu əsas prinsipdən 

Rusiyada olduğu kimi imtina etmək… dəhşətli  şeylərin 

meydana gəlməsinə yol açır. 

Bu gün yalnız bu fəlsəfə, yalnız bu mənəvi mövqe nifrətlə 

ləbələb dolan ölkəni xilas edə bilər. Reaktorlar (nüvə  və 

ekstremist) bir anın içində nəinki Rusiyanı və SSRİ məkanını, 

bütün dünyanı dağıda bilər, bütün bəşəriyyəti fiziki və mənəvi 

baxımdan darmadağın edə bilər. Özünün mənəvi ölümünü 

anlamayan bəşər  əhli fiziki cəhətdən qırılır, yoxsa insanların 

mənəvi ölümü nəticəsində onlar məhz özlərinin fiziki məhvinə 

hissiyyatsız və laqeyd şəkildə yanaşırlar? 

 

8 avqust, 1991 

 

*** 

Axundovun asıb-kəsməyən monarxdan narazılığı əks etdirən 

müdrik "Aldanmış  Kəvakib" pritçası bu gün konturları aydın 

şəkildə cızılan psixoloji fenomeni nişan verir – insanlar qeyri-

şüuri  şəkildə zalım hökmdarın gəlişini arzulayırlar (fərqi 

yoxdur monarx olsun, yaxud böyük bir idarənin müdiri olsun), 

çünki bu adamların yarımçıqlıq kompleksi belə bir 

özünətəlqinlə tamamlanır ki, onlar gücə tabedirlər, başqa çıxış 

yolu görmürlər. Yaxud belə bir özünətəlqin – təsəlli daha 

humanist bir formada meydana çıxır: bəli, bax mən o filankəs 

kimi uca-uca zirvələri fəth eləyə bilmədim. Ancaq mən zalım 

deyiləm, heç kəsə pisliyim keçməyib, heç kəsi bədbəxt 


 485 

eləməmişəm. Amma bu böyük başçı (fərqi yoxdur hökumətin, 

yoxsa idarənin başçısı) da xeyirxahdırsa, demək, bizim 

gərəksizliyimizi sübut edir. Bu çox dəhşətli bir hadisədir. Biz 

qorxduğumuz adamlarla daha rahatıq, nəinki hörmət etdiyimiz 

adamlarla. Bax burada yenə fiziki ölümündən otuz altı il 

keçəndən sonra da Stalinin diri qalması məsələsi ortaya çıxır. 

 

1989 

 

*** 

Dərdin adam elədiyi adamlar da var, dərdin zalımlaşdırdığı 

adamlar da… Bu sonuncular təkcə doğmalarının ölməyindən yox, 

başqalarının hələ də sağ qalmağından yasa batırlar.  

 

*** 

Dövlətin və cəmiyyətin mədəniyyətə münasibəti Xala xətrin 

qalmasınU prinsipi üzərində yox, "insan təkcə çörəklə yaşamır" 

iradəsi üzərində qurulmalıdır. Üstəlik çörək məsələsinin özü də 

sən deyən şəkildə yoluna qoyulmayıb.  

*** 

Cinsi əlaqə kimi bədii əsər də müəllifin qurtulmağı və rahat 

olmasıdır. Müəllif, doğrudan da, mühüm və özü üçün olsa da 

məhrəmanə bir şey yaradaraq daxili aləminə yığışan yükdən - 

dərddən-qəmdən, qüssəli xatirələrdən, tənhalıq hissindən, gecə 

qarabasmalarından, ölüm qorxusundan azad olur. O, tövbə 

edirmiş kimi, bütün bunları öz sənəti vasitəsilə digər  şəxslərə 

müraciət formasında ifadə edərək canını qurtarır və rahatlıq 

tapır. Bunun özü gözəl bir işdir. Sənətə içindəki HƏR  ŞEYİ 

verərkən o həm də sevgi hissiyatından, ruhun dadlı əzabından, 

ümid və illüziyalardan, nə  qədər faciəli olsa da, bu həyatdan 

vəcdə  gəlməkdən, xoşbəxtlik vədlərindən və  təsəlli 

ümidlərindən azad olur. Bu isə kədərlidir, çox kədərlidir. 

*** 

Nəyə görə müxtəlif insanlar keçmişə  fərqli qiymətlər 



 486 

verirlər? Ona görə ki, ötüb gedən bütün KEÇMİŞ üçün eyni 

zaman yoxdur. Kimlər üçünsə əvvəlki rejim əl verirdi və onlar 

bu zamanı  həzin qüssə  və nostalji ilə xatırlayırlar. Digər 

insanlar və onların doğmaları üçün isə bu keçmiş yalnız 

faciələrdən yoğrulub və buna görə  də onlar həmin keçmişdə 

baş verən hər  şeyə nifrətlə baxırlar. Ancaq insan 

psixologiyasının paradoksallığı ondadır ki, Sovet dönəmində 

hətta çox acınacaqlı vəziyyətdə yaşayan insanlar belə bəzən bu 

keçmişi həzin bir qüssə ilə xatırlayırlar. Bu isə, insanın ictimai 

varlıq olmasından yox, bioloji təbiətindən irəli gəlir: hətta 

məşəqqətlər içində başa çatan gənclik illəri də zaman 

keçdikdən sonra xoş həyəcanla xatırlanır. 

*** 

Bir çox dinlərdə olduğu kimi, müəyyən ideoloji sistemlərdə 

də insan həyatı, mövcudluğun özü inkar edilir. Bu nöqteyi-

nəzərdən insan həyatı ondan ya zaman, ya da məkan etibarilə 

kənarda hər hansı bir uğurun qazanılması üçün olsa-olsa yalnız 

bir alətdir. Yer üzərində baş tutmayan cənnət ideyası, 

kommunizmin vəd etdiyi gələcək xoşbəxtlik, minillik Reyx. 

Ancaq hər bir insan həyatı heç kəsin görə bilmədiyi finiş 

xəttinə qədər estafet ağacı ilə qaçış – bu estafetin gələcək nəslə 

ötürülməsindən ibarət olan qaçış deyildir. Bu yolun hər bir 

parçası  hər bir insan üçün onun mövcudluğunun doldurduğu 

bütöv dünyadır – beşikdən tabuta qədər. Təkrar edirəm, yolun 

bir parçası yox, bütöv yol. İnsan öləndə onun üçün bütün tarix 

ölür. İnsan həyatının təsdiqi kimi, onun dəyəri və təkrarsızlığı 

kimi humanizmin bütün mahiyyəti bu fikirdədir. Bütün gerçək 

dünyanı, özünün bütün əməllərini cənnətə giriş, yaxud digər 

insanlar üçün işıqlı  gələcəyin inşasına başlamaq sınağı kimi 

götürmək – mən bunu anlamıram. 



*** 

Ancaq ayrı-ayrı  şəxslərin xoşbəxtliyi və rifahı dövlətin 

xoşbəxtliyinə və onun çiçəklənməsinə təminat verə bilər, yaxud 

əksinə. Yəni belə bir fikir qəbuledilməzdir ki, dövlətin 



 487 

xoşbəxtliyi və rifahı, habelə onun güclənməsi naminə onun 

vətəndaşlarının hər birinin həyatı və taleyi qurban verilməlidir. 

Əks halda biz elə bu kimi hadisələrlə daha çox üzləşirik, 

dövlətin imperiya və hakimlik ambisiyaları naminə onun 

vətəndaşlarının bütöv bir nəslinin həyatı qurban verilir. 

Ümumən götürdükdə isə, dövlətin qazandığı var-dövlət guya 

onun öz xeyrinə tutulur və iqtidar tərəfindən onun lazım bildiyi 

şəkildə  və vicdanının rəva gördüyü qaydada bölüşdürülür. 

Cəmiyyət varlı adamların hakimiyyətə yiyələnməyi üzərində 

qurulur və  həm də  əlinə qara qəpik də çatmayan insanların 

üzərində. Quldarlıq cəmiyyətində belə bir ictimai qayda 

mövcud olsa da, bu işdə heç bir riyakarlıq yox idi və o zaman 

heç kəs demirdi ki, dövlət qulların maraqlarına xidmət edir. 



*** 

İnsanın bütün davranışı inam və etibar üzərində 

qurulmuşdur. Dini təfəkkürdə belə bir inanış var ki, ölümdən 

sonra həyat mövcuddur. Əvəzin verilməsi və cəza. Bir tərəfdən 

baxanda ateist də  NƏYƏSƏ inanır, o inanır ki, dünyaya 

gəlişinə  qədər və o, dünyadan köçdükdən sonra da tarix 

mövcud olacaqdır, yəni başqa sözlə desək, o, şəxsən  şahidi 

olmadığı,  şəxsən hiss etmədiyi, ancaq başqalarından eşitdiyi 

bütün  şeylərə (lap o biri dünyaya inanan insanlar kimi) – 

Keçmişə və Gələcəyə inanır. 



*** 

Azərbaycanda dissident ədəbiyyatı, dissident sənəti, 

ümumən dissident təfəkkürü mövcud olubmu? Sözün dar 

mənasında yox, ancaq sözün geniş  mənasında - bəli, olub, 

çünki rejimin hakimiyyət formasına qarşı birbaşa çıxmadan 

həyat həqiqətinə susamağın özü elə bir növ dissidentlik idi. Bu 

baxımdan yanaşdıqda, Rusiyada təkcə Soljenitsin və Saxarov, 

Bukovski və Amalrik, Şaranski və Qinzburq, vicdan etalonu 

olan digər  şəxslər - general Qriqorenko və Sergey Kovalyov 

yox, həm də  Şukşin, Astafyev, Yuri Kazakov, Brodski, 

Rasputin, Trifonov, Qrekova, Bitov, Makanin, Fazil İskəndər, 


 488 

Okucava, Yevtuşenko, Voznessenski, Axmadullina və digər 

saysız-hesabsız şəxslər də dissident olublar. Azərbaycanda isə 

həyat həqiqətinə susamaq və onu ifadə etməyin özü dissidentlik 

olub (bu haqda danışmaq həm gülməlidir, həm də bir az yerinə 

düşmür, ancaq deyim ki, altmışıncı illərdə bizim yazıçı-

publisistlərimizdən biri məni antisovetçilikdə günahlan-

dırmışdı. O, belə demışdı: "Bizim də Soljenitsinimiz peyda 

olub – Anar". (İndi bu fikir bir az vaxtı ötmüş kompliment 

təsiri bağışlaya bilər, (mən buna layiq olmasam da) ancaq o 

zaman bu sözlər birbaşa siyasi donos və  təhdiddən başqa bir 

şey deyildi). 

Bizim  ədəbiyyatın məhz  ən yaxşı nümunələri ictimai 

təfəkkürün sərbəstliyə hazırlanmasında (məncə, bu anlayış 

müstəqillikdən daha önəmlidir) böyük rol oynamışdır. Mənə 

belə  gəlir ki, Azərbaycanda harayçı-patriotik-ritorik  ədəbiyyat 

gələcəkdə, tarixi perspektivdə ifşaedici, satirik ədəbiyyatdan 

daha az qiymətləndiriləcəkdir. Mirzə  Fətəli, Mirzə  Cəlil və 

Sabirin ifşaedici və satirik əsərləri günü bu gün də canlı  və 

aktual olaraq qalır, ancaq deyin görək onların müasirləri olan, 

tərif və milli dəyərlər haqqında difiramblar yazan şəxsləri bu 

gün kim tanıyır? Özünüz fikir verin – bu gün həmin patriotların 

heç adresatı qalmayıb, çünki onların oxucu kontingentinin özü 

milli müstəsnalıq ideyaları ilə  xəstələniblər. Bizim millilik 

duyğusu zəif olan rusdilli oxucumuz isə bu tipli ədəbiyyatı 

mütaliə etmədiyindən onun haqqında heç nə bilmir və buradan 

başqa bir paradoks doğur: öz dilini bilməyən, yaxud çox zəif 

bilən rus təhsilli oxucu bir çox hallarda əsərləri yalnız 

orijinalda çap olunan bəzi  şair və yazıçıları başqalarından 

eşitdikləri rəylərə görə qiymətləndirirlər və halbuki, onları 

orijinalda oxusaydılar, bu əsərləri estetik baxımdan qəbul 

etməzdilər. 

İctimai fikri müstəqilliyə alışdıran satirik ədəbiyyat isə 

özünün bütün qəzəbini müstəqillik dövründə  də  xərçəng kimi 

metastaz verən bəlalara – hər  şeydən  əvvəl Azərbaycanın 


 489 

mübtəla olduğu üç bəlanın üzərinə – yerlipərəstlik, korrupsiya 

və nadanlığın üzərinə tuşlamışdı (Füzulidən Sabirə  qədər 

korrupsiya və rüşvətxorluğu qamçılayan klassiklərimizi, 

M.F.Axundov, N.Nərimanov, C.Məmmədquluzadədən bu günə 

qədər avamlığı qamçılayan yazıçıları, yenə 

də 

C.Məmmədquluzadədən bu günə  qədər yerliçiliyi qamçılayan 



yazıçıları götürüb oxuyun). 

Xatırlatmağa dəyərmi ki, bu bəlalar heç də  təkcə 

Azərbaycana xas deyil, Qoqolun "Müfəttiş"  əsərini,  Şedrinin 

əsərlərini, Karamzinin Rusiya haqqında "talayırlar" deməsini 

xatırlatmaq kifayətdir. Amma kimsə xərçəngə tutulubsa, başqa 

birisinin də bu xəstəliyə tutulması fikri onun üçün heç də 

böyük təsəlli deyildir. Yazıçı-satiriklərin öz millətinə böhtan 

atması, onu pis vəziyyətdə qoyması barədə səslənən hər hansı 

ittiham doğru deyildir, çünki satirik yazıçılar gördükləri işlə 

eyni zamanda milləti sağaltmağa cəhd göstərmiş və heç olmasa 

bəlanın diaqnozunu qoya bilmişlər. 

"Elə indicə L.Tolstoyun yeni dramını oxuyub başa 

çatdırmışam və  hələ  də  dəhşətdən özümə  gələ bilmirəm – 18 

fevral 1887-ci ildə K.Pobedonostsev III Aleksandra belə 

yazırdı:  TDoğrudanmı, bizim xalq elə Tolstoyun təsvir etdiyi 

kimidir? Təsəvvür eləyin ki, rus kənd məişətinin xaricdə bu 

şəkildə nümayiş etdirilməsi necə  əks-səda doğuracaq, o yerdə 

ki, bütün mətbuat Rusiyaya nifrətdən yoğrulub, əlinə keçən hər 

hansı bir faktdan dərhal bizim əleyhimizə istifadə etməyə 

çalışır və  bəzən çox əhəmiyyətsiz uydurma faktların 

quyruğundan yapışıb Rusiyada hökm sürən dərəbəylikdən 

geniş  şəkildə  bəhs edir. Deyəcəklər ki, baxın görün rusların 

özləri bunu necə təsvir edirlər". 

Cəlil Məmmədquluzadə  və onun çap etdiyi "Molla 

Nəsrəddin" jurnalına qarşı  təqribən bu tonda ittihamlar 

eşidilirdi – guya C.Məmmədquluzadə  və onun jurnalı öz 

xalqına qara yaxır, onu bütün dünyada biabır edirdi. Bəzən 

daha məntiqli və ağıllı opponentlər belə bir fikirlə razılaşırdılar 



 490 

ki, jurnalda yazılanlar yalan yox, həqiqətdir, ancaq dərhal bu 

fikrə gəlirdilər ki, "hər həqiqəti də yazmaq olmaz axı". 

Bu gün biz Babək və Koroğlunun adı ilə bağlı olan tarixi 

keçmişin  şanlı  səhifələrinin də elə bu şəkildə qaralanmasının 

şahidi oluruq (bir vaxtlar, Böyük Vətən müharibəsi illərində 

mərhum Cəfər Cəfərovun bizim şairlərin yeri gəldi gəlmədi 

Koroğlu obrazına müraciət etməsi ilə ilgili işlətdiyi "Koroğlu 

harda aşdı, orda başdıU cümləsi onu ictimai qınağın obyektinə 

çevirmişdi). 

Korrupsiya, avamlıq, yerlibazlıq və digər bəlalarla 

mübarizəyə  gəldikdə isə, deməliyik ki, ədəbiyyat bu 

mübarizəni daha ardıcıl, məqsədəuyğun  şəkildə aparmış 

olsaydı, biz bu gün millətin iradəsini az qala iflic edən bəladan 

çoxdan qurtulmuş olardıq – axı bizim erməni həyasızlığı 

qarşısında acizliyimiz hər  şeydən  əvvəl ondan doğur ki, 

beynimizə  hər  şeyin alınıb satılması ideyası  təkidlə 

yeridilmişdir, odur ki, xalq təfəkküründə  hər hansı  şəhərin 

düşmən  əlinə keçməsi təkcə döyüş  əməliyyatının uğursuz 

nəticəsi kimi yox, sadəcə o şəhərin satılması kimi 

qiymətləndirilir. Axı satqınçılıq və korrupsiya barədə danışmaq 

cəhdinin özü belə öz xalqına atılan böhtan kimi damğalanırsa, 

buna qarşı əks reaksiya Thər şeyi, lap doğma torpağı da satmaq 

olarU  şəklində meydana çıxır.  İddia olunur ki, bizim 

keçmişimiz ancaq şərəfli hadisələrdən ibarətdir, xalqa böhtan 

atmaq olmaz, bizdə satqınçılıq, yaxud bu kimi digər mənfi 

hallar ola bilməz. Ya da bunun tam əksi bəyan edilir – hamı 

satqındır, hər  şey satılır, bütün tarixi şəxsiyyətlər, bir neçə 

seçilmiş şəxsləri çıxmaq şərtilə milləti satıblar – bu cərgəyə əsl 

satqınları göstərən şəxslər də aiddir. Hələ bu harasıdır. Bu gün 

elə bir adam yoxdur ki, korrupsiya, yaxud rüşvət barədə 

qəzəblə danışmasın. Bir məsələ aydın deyil, hamı rüşvətin 

əleyhinədirsə, bəs onda rüşvət alan kimdir? Keçmişdə ali 

məktəbə  qəbul imtahanlarında keçid balını, dərmanı, yaxşı 

müalicə etmə bacarığının özünü, gəlirli vəzifəni,  ədalətli 


 491 

mühakimə prinsiplərini satmaq bir elə  çətin deyildi. Bu gün 

belə acı  təcrübəni xalq canından və qanından keçiribsə, kimi 

heyrətləndirmək olar? Ona görə  də,  şəhərlərin, bütöv 

rayonların satılması fikri də çoxuna təbii görünür. 

Dünən bəzilərini bağlayan yerliçilik bu gün Azərbaycanı 

ayrı-ayrı parçalara doğrayaraq artıq eybəcər traybalizmə 

çevrilmişdir – bu tipli separat cəhdlərin etnik əsasında isə yenə 

də  həmin yerliçilik mərəzinin metastazı durur. Satirik 

ədəbiyyat məhz bu bəlalara qarşı mübarizə aparırdı. 

Üçüncü bəlamız olan avamlıq özünü həm də qrafomanlıqda 

büruzə verir. Əsrlər boyu ədəbiyyat və incəsənətdəki 

qrafomanlıq bu gün həm də siyasi qrafomanlıq müstəvisində 

peyda olub. Siyasi diletantlıq, ictimai düşüncənin mədəni 

səviyyəsinin aşağı olması da elə avamlıqdan, milli lovğalıqdan 

və  təkəbbürdən irəli gəlir və bütün bu şeylərin nəticəsi kimi 

meydana çıxır. Dünyadan xəbərsiz olan bu adamlar öz 

xırdacıq, son dərəcə adi uğurlarını layiq olduqları  dəyər və 

mənadan çox-çox yuxarıya ucaldır, qəhrəman keçmişi, yaxud 

keçmişin qəhrəmanlarını, rəhbərləri, onların qəhrəmanlığını 

göylərə qaldıraraq mədhiyyə ədəbiyyatını satirik ədəbiyyatdan 

üstün sayırlar. Keçmişlə  məzələnə-məzələnə biz fürsətimizi 

əldən vermiş, gələcəyi itirmişik.  Ən azı onu, gələcəyi sual 

altına qoymuşuq. 

 

15 may ,1993-cü il, İstanbul 

***  

Keçən  əsrdə rus ordusunun könüllü olaraq dəvət olunması 

(Gürcüstana, Kabardaya və bilmirəm daha hara) bu gün 

mövcud olan paralellərin (1956-cı ildə Sovet tanklarını 

Macarıstana guya Yanos Kadar, 1968-ci ildə isə 

Çexoslovakiyaya Bilyak və İndra dəvət etmişdi) tarixi şəkildə 

əsaslandırılmasından başqa bir şey deyildir. 1979-cu ildə Amin 

və Babrak Karmalın dəvəti ilə Sovet ordusunun "məhdud 

kontingenti"  Əfqanıstana soxuldu (belə  çıxır ki, onları buraya 

dəvət edən Aminin özünü öldürmək üçün).  



 492 

*** 

Ermənistanla müharibə  təkcə meydanlarda, daha doğrusu

döyüş meydanlarında yox, həm də  KİV-də (bu da döyüşün 

başqa bir formasıdır), banklarda, beynəlxalq korporasiyalarda, 

beynəlxalq terrorizm mərkəzləri və düşərgələrində, hökumət 

kabinetlərində  və onun dəhlizlərində, silah alverçilərinin 

sövdələşmələrində, narkomafiyada, neftlə qazanılan dollarlarda 

və s. aparılır. Bir vaxtlar mən tarixi faktlara, keçmişin şəhadət 

və  sənədlərinə istinad edərək bizim haqlı olduğumuzu 

sadəlövhcəsinə sübut etməyə çalışırdım. Bütün bunların heç bir 

əhəmiyyəti yoxdur, yaxud bunlar çox cüzi əhəmiyyət daşıyır. 

H.Əliyevin Parisdə Fransanın o zamankı Prezidenti ilə görüşü 

zamanı Fransua Mitteran əsl fransız sinizmi ilə dedi ki, əlbəttə, 

siz haqlısınız, ancaq ədalət çox zaman zəfər çalmır. Doğrudan 

da, bu tipli konfliktlərdə haqq-ədalət – arabanın beşinci 

təkərinə çevrilir. Hər  şey bir çox digər nöqteyi-nəzərlərdən 

(lobbinin gücü, diasporun təsiri, satın alınmış mətbuat və TV, 

geosiyasi maraqlar, xristian simpatiyası  və müsəlman 

antipatiyası), özü də Bakıda,  Əskəranda, Yerevanda, yaxud 

Xankəndində deyil, Moskvada Kremldə, Vaşinqtondakı  Ağ 

Evdə və nəhayət, Parisdəki Yeliyes sarayında həll edilir. 

*** 

Həm rus şovinistləri, həm də bir çox Şərq respublikalarında 

onların yaltaq züy tutanları sonuncu müstəmləkəçi imperiyanın 

dirçəlməsinə açıq-aşkar və əl altdan böyük ümidlər bəsləyirlər. 

Birincilər ona görə belə edirlər ki, onlar Qərbə münasibətdə 

əbədi natamamlıq kompleksini Şərq üzərində hakimiyyətlə 

tarazlaşdırmaq istəyirlər (Vladivostok, Vladiqafqaz 

şəhərlərinin təkcə adlarına fikir verin), ikincilər isə özlərinə 

başqa bir iş tapa bilmədiklərinə görə nökərçilik missiyalarını 

cani-dildən yerinə yetirirlər. 



*** 

1994-cü ilin sentyabr ayında Bəstəkarlar  İttifaqının 

Zuğulbadakı Yaradıcılıq evində  hələ Türkiyədə olduğum 


 493 

zaman başladığım "Otel otağı" povestini tamamladım. Bura əsl 

cənnətdir – sakitlik, rahatlıq, evin altındakı  dənizə açılan 

eyvan... Axşamlar sahildə uzaq-uzaq işıqlar yanıb-sönür. Maşın 

sahil boyu sakit-sakit getməyindədir: içindəki nədir – 

 

məhəbbət, cinayət, yoxsa tənhalıq. Tolstoyun "İvan  İliçin 



ölümü" povestini, digər  əsərlərini – "Dəlinin qeydləri"ni, 

"Şeytan"ı  və s. yenidən oxudum. Buna qədər isə Çexovun 

"Darıxdırıcı əhvalat"ını yenidən oxumuşdum. Şəhvət, günah və 

ölüm qorxusu – L.Tolstoy bu üç motivi müxtəlif variasiyalarda 

işləyir. Daha doğrusu, burada iki mövzu var – şəhvətin 

doğurduğu günah və  cəza qorxusu. Daha doğrusu, ölüm 

qorxusu. 

*** 

Yuxular  əsl möcüzədir, bəzən mənim yuxularım elə aydın, 

əyani olur ki, həyatda heç zaman görmədiyim və tanımadığım 

insanların ən xırda üz cizgilərini belə görürəm; məsələn, qəzet 

satan uşağı yuxuda yaşıl corablarına qədər, yaxud siqaret çəkən 

bir şəxsi görürəm. Bəzən yuxuda gördüyüm şəxslər və fiqurlar 

o dərəcədə dəqiq və təfərrüatlı olur ki, onların üz cizgiləri elə 

dəqiqliklə görünür ki, bunun yuxu olduğunu kəsdirmək belə 

çətin olur – gördüyüm hər şey elə aydın, elə real biçimdə peyda 

olur ki… Bəzən mən yuxuda makinada çap olunmuş, yaxud əl 

ilə yazılmış, üzərində səhvləri tutulan, bolbol qrammatik səhvə 

yol verilən mətnləri görürəm – bunun özü də  mənim kitab 

hərisliyimin bəlirtisidir. 

Bir dəfə yuxuda əvvəllər heç zaman eşitmədiyim Everest 

Maksimoviçin adını  eşitdim. Gələcəkdə bu adlı  şəxslə 

görüşəcəyəmmi? Bu adda və onu daşıyan  şəxsdə hansı sirri-

xuda gizlənmişdir, doğrudanmı, belə bir şəxs dünyada 

mövcuddur? Bu qəribə adı qulağıma kim pıçıldayıb? Kimdir o 

və  mənim taleyimlə  nə  əlaqəsi var? Yuxuda bu adı  mənə 

deyəndə qəribə həyəcan keçirtdiyimi xatırlayıram. 



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin