***
Bax budur, keçən ilin sonuna beş dəqiqə qalıb və mən
həyəcanla özümə sual verirəm: hansı ili qarşılayırıq: 1997-ni,
yaxud 1937-ni?
31 dekabr, 1996
***
Bu gün 40 il bundan əvvəl olduğu kimi, mən Azərbaycanda
ən cavan yazıçıyam.
***
Tarix Allahın dözümüdür.
***
"Oqonyok"da Bulat Okudcava ilə müsahibə verilmişdir.
Sual: "Bu gün 60-cıların idealına necə yanaşırsınız?" Cavab:
"…Gənc "yetmişincilər" "altmışıncıların" əlindən yaman
əsəbidirlər. "Altmışıncılardan" yazanda onlara elə gəlir ki, nəsə
böyük bir şey icad edirlər, yaddan çıxarırlar ki, atalarla oğullar
arasında mübahisə çoxdanın davasıdır. Burada heç bir kəşf-
filan yoxdur. Təbii ki, "altmışıncılar" öz dövrlərinin övladları
idilər. Onlar inqilabçı olmadılar. Onlar həmin şəraitdə yaşaya
506
bilməyən abırlı insanlar idilər. Onlar bu rejimi laxlatmaq
barədə düşünmürdülər. Onlar sadəcə rejimi bir balaca
insaniləşdirmək istəyirdilər ki, azacıq azad nəfəs alsınlar.
Bundan başqa heç nə. İndi isə üzümü "yetmişincilərə" tutub
deyirəm: buyurun, indi sizin növbənizdirU. (Bulat Okudcava,
Daha Arbat yoxdur. Suallara cavablar. "Oqonyok" № 30, iyul,
1997).
***
Kimsə Alber Kamünün Nobel mühazirəsi haqqında
istehzayla demişdi: o, yalnız tərəddüdləriylə zəngindir. Mənim
fikrimcə, əslində Kamünü bir sənətkar kimi zənginləşdirən
bolluca şübhənin olmasıdır. Bu da mənim fikrimdir ki, şübhə
quru hökmlərdən daha canlı və daha diridir.
***
Bu da həqiqətdir ki, relyativizm şəxsiyyətin bütövlüyü üçün
müəyyən təhlükə törədir. Dönmədən, dayanmadan, təkidlə
özünəməxsus həqiqətdən şübhələnmək, eyni zamanda isə,
qarşısıalınmaz ehtirasla başqa şəxslərin həqiqətini dərk
etmək… son nəticədə səni öz-özünü anlamaqdan saxlayır.
Hamını, hər şeyi anlayıb bilmək, hər şeyi bağışlamaq
dözümünün içində mənəvi relyativizm təhlükəsi gizlənmişdir.
Sərhədsiz tolerantlıq, dözümlülük yenə də insan bütövlüyünü
təhlükə altına alır və sənin öz həqiqətinin tamlığına xələl
yetirir.
***
Deyirlər ki, o, bizim vicdanımız idi. Uzun müddət
başqalarının vicdanına çevriləndə öz vicdanından, şübhəsiz ki,
yadırğayırsan.
***
Stalinçilərin uğursuzluğu ondadır ki, stalinizm yaşasa da,
Stalinin özü yoxdur.
***
Hakimiyyət tənhalıq deməkdir. Mütləq hakimiyyət mütləq
tənhalıqdır.
507
***
Əsl həyat kağız üzərində yaradılan həyatdır, mətndən
doğulan gerçəklikdir.
***
Adamlar var ki, təkcə sənin mövzularını və ideyalarını yox,
həm də xatirələrini oğurlayırlar.
***
Yeganə ümid yeri mətndir. Müasirlər onun səsini ya eşitmir, ya
da eşitmək istəmirlər. Ümid yalnız onadır ki, gələcək var.
***
Reyqan şər imperiyasını devirmək istəyirdi, Brejnev isə onu
saxlamaq. Qorbaçov imperiyanı saxlamaqla, onun içindəki şəri
məhv etmək istəyirdi. Yeltsin imperiyanı çökdürsə də, şər
nəinki qaldı, bir az da böyüyüb artdı.
***
Nə vaxtsa Rusiyada qırmızılarla ağlar vuruşurdu. İndi ağlar
(ruslar) qaralarla (çeçenlərlə) və onların şəxsində bütün Qafqaz
millətləri ilə müharibə aparırlar.
***
Nə vaxtsa zamanın rəngləri qırmızı, yaxud ağ və ya ancaq
qəhvəyi idi. İndi isə qırmızı-qəhvəyi, yaxud qəhvəyinin
çalarları meydana çıxıb. Yaşıllar – bu adla bütöv bir partiya,
ekoloji, yaxud dini donlu partiyalar zühur edibdir. Mavilər də
üzə çıxıblar.
***
KİV-də bolşeviklərin tiranlığı, xüsusən televiziya, teatr və
kinoda inhisarı menşeviklərin yox, azlıqların tiranlıqları ilə
əvəz olunub. Seksual azlıqların.
***
Dövran dəyişib, bala. Raket qorxusu reket qorxusuna
çevrilib. Marazmatik rəhbərlərin yerinə xarizmatik rəhbərlər
peyda olub, ancaq onlar da öz növbəsində xarizmalarını itirərək
təzədən marazma uğrayıblar. Çeşidli prezidentlər gördük –
pleyboyundan tutmuş plebeyinə qədər.
508
***
Siyasət və incəsənət əks qütblərdir. İncəsənətdə emosiya
tələb olunur, siyasətdə bu faciə ilə sonuclana bilər. Siyasət
güzəşt, kompromis tələb edir, incəsənətdə isə hər hansı güzəşt,
kiçicik kompromis belə hər şeyin darmadağın olmasıyla bitə
bilər.
***
Provaslavlığın üstünlüyünü etiraf etmək (Dostoyevskidə
olduğu kimi) o deməkdir ki, onun Allah iradəsinin yeganə
ifadəçisi olduğunu qəbul edirsən və katolik, islam və
iudaistlərin bu hüquqa malik olduğunu inkar edirsən; bu, o
deməkdir ki, Allah özünü yalnız bir dini konsepsiyada və
konfessiyada təcəlla etdirərək qalanlarını bir kənara
tullamışdır.
***
Yevgeni Yevtuşenkonun "Ölümdən qabaq ölmə" romanını
oxudum. Müəllifin özü ilə əlaqədar bu fikri işlətmək yerinə
düşərdi – "Ölümdən sonra yaşama". Çünki əgər o, Allah
eləməsin, 60-cı illərin birinci yarısında ölüb eləsə idi, sözün əsl
mənasında, qurbana və əzabkeşə çevrilərdi, heç olmazsa
üzərində Mayakovski imici qalardı. Ölümündən sonra bir belə
yaşamaqla o, İqor Sevzryanın imicinə malik oldu. Amma hər
halda 60-cı illərin ictimai fikrinin təşəkkülündə Yevtuşenkonun
poeziyası və mövqeyinin əhəmiyyətini inkar etmək istəmirəm.
***
Ağıl və müdriklik başqa-başqa şeylərdir. Ağılda şər toxumu
da ola bilər. O, hiyləgər və qəddar da ola bilər. Müdriklik
həmişə xeyirxahlıq, özgə dərdini anlamaq və bağışlamaq
deməkdir.
***
O dəyişmir, dəyişilən onun sabunla girdiyi ...-lərdir.
***
O, tarixi aldatmaq cəhdində bulunur. Xalqı aldatmaq olar,
dövləti, hökuməti də aldatmaq olar, hətta istəsən içində
509
yaşadığın zamana da kəf gələ bilərsən, ancaq tarixi aldatmaq
olmaz, bala. Tarix gec-tez hər şeyi yerbəyer eləyir. Hər kəsə öz
haqqını verir. Ucaldır, yaxud ayaqlar altına salır, ancaq bütün
hallarda və bütün hallar üçün şübhə yeri qoymur.
***
Klassik rəngkarlıq yeni rəngkarlıqdan – mən impressionizmi və
postimpressionizmi, erkən Pikassonu və Matissi nəzərdə tuturam –
xalis formal, yaxud texniki fəndlərə görə fərqlənmirdi, onunla
fərqlənirdi ki, klassik rəngkarlıqda zaman kirəcləşmiş formadadır,
yeni rəngkarlıqda isə zaman balıq kimi sürüşüb əldən çıxır, hərəkət
stixiyası çarpan damara bənzəyir. Yadıma gəlir, cavan
vaxtlarımda, o zaman ki, impressionizm haqqında heç nə
bilmirdim, köhnə sovet ensiklopediyasını vərəqləyərkən,
Pisarronun "Yağışlı havada Paris bulvarı"
əsərinin
reproduksiyasını gördüm. Bir anlıq yad bir şəhərin küçələrində
çisələyən yağışın səsini hiss etdim. Zaman axırdı, çisələyən yağış
üzümə çırpılırdı. Matissin rəsmindəki rəqqas fiqurlar da beləcə
hərəkət edirdi, Pikassonun, Təlində şar tutan qızıU az qalırdı ki,
müvazinətini itirsin, ayağı yerdən üzülsün, bax elə indicə yıxılacaq
– bu, daban-dabana zidd sənətkarları stilistik fərqlər yox, zamanı
hərəkətdə qavramağın özü birləşdirirdi. Yapon rəssamlarından
birinin dediyi kimi (bu sitatı səhv eləmirəmsə, Matiss də
vermişdir), ağac çəkəndə onun necə böyüdüyünü hiss etməlisən.
***
Bizdə plüralizmdir. Bizdə çoxpartiyalılıq yox, traybalizmə
söykənən çoxmərtəbəli tayfa sistemi mövcuddur. Şairlər də
tayfa (traybalist) şkalasına görə qiymətləndirilir, bu və ya digər
sənətkarın əsl qiymətini vermək cəhdi az qala mafioz qrupların
terrorist akta əl atmasına səbəb olur.
***
Sözün əsl mənasında, ədəbiyyat tarixi və ümumən, tarix
mövcuddurmu? Bəlkə, bütün bunların hamısı ancaq humanitar
elm sahələridir.
***
510
30-cu illər SSRİ-də ədəbi döyüşlər əsl qladiator döyüşlərinə
bənzəyirdi, döyüşə girənin həyatı qumara qoyulmuşdu, özü də
Roma qladiatorlarından fərqli olaraq yenilən insanın dərdi
təkcə onun yox, bütün ailə üzvlərinin çiyinlərinə yüklənirdi.
Bizim dövrün ədəbi döyüşləri isə ən yaxşı halda şahmat
turnirinə bənzəyir; qalib yalnız cədvəldə – göstəricilər
tabelində daha yüksək yer tutmağa iddia edir.
***
Siyasətçilər, xüsusən nüfuzlu siyasətçilər öz şəxsiyyətinə
hörmət edən insanları xoşlamırlar. Onlar çuğulçulara,
satqınlara (hətta onların özlərini də satanlara) üstünlük verirlər.
Birinciləri onlar ona görə sevmirlər ki, həmin insanların
xeyirxahlığından əsəbləşirlər. Belə bir xeyirxahlıq, satılmazlıq
və əyilməzlik onlara dünyanın dəhşətli dərəcədə əzablı işi kimi
görsənir. İkincilərlə isə rahat dolanır, bu adamlara nifrət
eləsələr də, dözürlər, çünki plastilindən (daha dəqiq desək,
gildən, ən pis halda isə nəcisdən) qayrılmış insanlarla
dolanmaq daha rahatdır. Bəs necə, bu yumşaq materialdan
istədiyin formanı ala bilərsən, onlardan istədiyin kimi istifadə
edə bilərsən.
***
İnsanların yiyələndiyi bilik, həyatı tam şəkildə bütün dərinlə
və əsəbinlə qavramağa bəs etmir, çünki özgəsinin təcrübəsi ən
yaxşı halda dərk edilə, duyula və qavranıla bilər, ancaq heç bir
halda sən onu bütün varlığınla hiss edə bilməzsən.
***
Haçansa beynimizə yeridiblər ki, bu dünyada sosialist
(əlbəttə, əsl sosialist) və burjua (şübhəsiz ki, əldəqayırma)
demokratiya tipləri mövcuddur. Bu iki demokratiya tipi barədə
heç nə deyə bilməsəm də, əminəm ki, demokratiyanın üçüncü
forması da mövcuddur – dekorativ demokratiya. Yəni üzdə
demokratiyanın bütün atributları - çoxpartiyalılıq, mətbuat
azadlığı, yığıncaq azadlığı görünsə də, əsl həqiqətdə hər şey
dekorasiyadan başqa bir şey deyildir.
511
***
Gördüyüm yuxulardan birini danışım sizə. Yuxuda Bakını
görürəm, orada mən əsl həqiqətdə mövcud olmayan hansısa
böyük binanı, yaxud bütöv bir məhəlləni görürəm. Yuxudaca
təəccüblənirəm, necə ola bilər ki, mən bunu indiyə kimi öz
doğma şəhərimdə, hər künc-bucağını tanıdığım şəhərdə
görməmişəm. Bu, gördüyüm şəhərlərin hansısa tikili və
məhəlləsinin Bakıya köçürülməsi də demək deyildir. Yox,
məhz bizə məxsus olan, ancaq indiyə qədər görmədiyim bir
mənzərədir. Bax, məni qorxudan da budur. Burada bütün
sürrealist sənətin gizlinlərindən boy göstərən qorxu mexanizmi
gizlənir. Tanıdığın şeyin tanış elementi olsa da, bu, təbiətdə
yerli-dibli mövcud deyildir.
***
Qısa radio dalğalarında gənclərin zarafatları, proqramın
aparıcısına və bir-birlərinə ünvanladığı səfeh sözləri yayılır.
Mən necə də beləcə ağılsız və gənc olmaq istərdim. Birinciyə
çatmaq bir o qədər çətin deyildir. İkinci daha çətindir.
***
Mərkəzi mətbuatda çap edilən birtərəfli antiazərbaycan
məqalələri, TV-də göstərilən antiazərbaycan verilişləri nəticə
etibarilə antierməni səciyyəsi daşıyır, çünki qarşı tərəfi
dinləməmək, digər tərəfin sübut və faktlarını yaxına
buraxmamaq gerçəkliyin deformasiyaya uğramış yalançı
mənzərəsini yaradır, bu isə öz növbəsində mübahisəli
məsələlərin realist mövqedən həllinə mane olur.
***
Anlamağın da maksimum həddi vardır. Anlamaq prinsipini
son həddə gətirib çatdırsan, gərək bütün yaramazları
bağışlayasan.
***
Sən Allah olmaq istəyirdin və həm də istəyirdin ki, dostların
olsun. Allahın nə dostu, nə də iş yoldaşı olur. Allah həmişə
təkdir, həm də tək, yeganə yox, tənhadır.
512
***
Ağlın və ürəyin özünəməxsus təcrübələri var. Ağlın,
mühakimənin gəldiyi nəticə deyir ki, bütün dostlar potensial
satqına, bütün qadınlar isə xəyanətkara çevrilə bilərlər. Buna
görə də sən heç kəsə inanmırsan, belə olanda ürəyini şübhə
toxumları yeyir. Ağlın təcrübəsi səni nə qədər müdafiə etsə də,
hər bir xəyanət ürəyini yaralayacaq, çünki ürəyin də öz yolu
var, elə bir yol ki, ağlın məntiqinə tabe olmur. Burada daha heç
bir nəzəri təskinlik də kara gəlmir – "bəyəm buna hazır
deyildin?" – bu vəziyyətdə heç nə sənə kömək etməyəcək. Bəli,
sən bunu nəzəri cəhətdən, yəni ağlınla dərk etsən də, şüuraltın
qulağına bunun belə olmadığını pıçıldayırdı.
***
Qadınların diqqətini cəlb etmək üçün əvvəlcə onun
rəfiqəsini təriflə, ancaq qəfildən əlavə elə ki, şübhəsiz, sən
rəfiqəndən daha cazibəlisən. Sonra yavaş-yavaş bax, indi
göylərə qaldırdığın həmin rəfiqənin ayrı-ayrı qüsurlarını dilə
gətirib tənqid et. Dərhal o, səni başa düşəcək. Qadının ürəyinə
yol, onun ən əziz rəfiqəsi olsa belə, başqa bir qadının meyiti
üzərindən keçir.
***
Çar generalı Knyaz Sisiyanov Rusiya imperatoruna yazırdı:
TXalqın yaddaşından Gəncə adını tamamilə silib atmaq üçün
mən Yelizavetanın şərəfinə şəhəri Yelizavetpol adlandırdımU.
Hələ çox-çox əvvəllər, görünür, elə bu məqsədlə həmin şəhərin
adını digər istilaçılar Şah Abbasın şərəfinə Abbasabad
adlandırmışdılar. Bolşeviklər də daha sonra bu şanlı feodal
ənənəsini davam etdirərək, Gəncəni Kirovabad adlandırdılar,
Azərbaycan ziyalılarının içərisindən də elələri tapıldı ki,
Moskva qəzetlərində yazdılar: TBəli, biz fəxr edirik ki,
KirovabadlıyıqU. Yenidənqurma illərində moskvalı jurnalist
Fərhad Ağamalıyev şəhərə qədim adının qaytarılması
məsələsini qaldıranda (ondan da qabaq mən bu təkliflə çıxış
etmişdim və mənim təklifim "Ədəbiyyat və incəsənət"
513
qəzetində çap olunmuşdu) onun iş yoldaşları, o cümlədən Bakı
jurnalisti Q.Oqanovun fəal müdaxiləsi ilə Fərhad üçün
obstruksiya yaratdılar, onu pisikdirdilər və uzun illərdən bəri
işlədiyi qəzetdən ("Sovetskaya kultura") qovulmaq məsələsini
qaldırdılar. Mən, "Sovetskaya kultura" qəzetinə Fərhadı
müdafiə etmək üçün məktub yazdım, məktubu mənimlə
birlikdə Maqsud İbrahimbəyov, Əkrəm Əylisli və Fərhad
Bədəlbəyli imzaladı. Düzdür, məktub heç bir nəticə vermədi.
Fərhad oradan çıxarıldı. Ancaq Sisiyanovun "Gəncə" sözünü
xalqın yaddaşından silib-süpürmək niyyəti də baş tutmadı. Bu
gün xalqın yaddaşında təkcə Abbasabad və Yelizavetpol kimi
adlar yox, həm də son illərin Kirovabad sözü də yaşamır.
Gəncə isə min il bundan əvvəllər mövcud olan Gəncədir.
***
Üç əbədi sual var ki, cavabsızdır. İkisi fiziki dünyayla
mövcudluğun mahiyyəti – zamanın əvvəli və sonu ilə bağlıdır.
Məkan harada başlayıb, harada qurtarır? Üçüncü sual sosial
xarakterlidir: azadlıq nədir, azadlığın məhdudlaşdırılması nə
deməkdir? Təsəvvür edək ki, mən camaatı azadlığın
məhdudlaşdırılmasına çağırıram. Buna qadağa qoymaq azadlığı
boğmaqdır, icazə vermək onu məhv etməkdir.
***
İnsanın təbii keyfiyyətləri sırasında onun təbiətinə xas olan,
azadlıq və müstəqillik problemləriylə bağlı üzə çıxan ikili
münasibəti göstərmək olar. Yaxud başqa sözlərlə desək, bu
münasibət demokratiya və tiranlıq şəklində zühur edir. İnsanı
kiminsə onun üzərindəki hökmranlığı əzəndə onun təbiətində
asılılığa nifrət hissi baş qaldırır və o, azadlıq və demokratiyaya
susayır. Azadlığı, daha doğrusu, seçim azadlığını əldə etdikdən
sonra o, çoxvariantlı seçim qarşısında özünü itirir, qəti qərar
qəbul etməkdən çəkinir. Bundan başqa, demokratiya
başqalarına da özünəməxsus rəyə malik olmaq imkanı verir,
olsun ki, bu rəy sənin rəyinlə üst-üstə düşməsin, onunla əkslik
təşkil etsin. İdeya, fikir, söz və əməl mübarizəsində qalib gələ
514
bilməsən, hər şey gözünə anarxiya şəklində görünəcək, bütün
bunlar sənə əvvəlcə sövq-təbii təsir bağışlasa da, sonra tam
şüurlu şəkildə istəyəcəksən ki, hamı üçün vahid ictimai
davranış formasını, qayda-qanunu bərqərar edən möhkəm əl
gəlsin. Bu möhkəm ələ sən də, sənin opponentlərin də tabe
olsun (razılaşsalar da, razılaşmasalar da). Yəni öz
hərəkətlərinin məsuliyyətini başqalarının üzərinə qoyursan –
elə buradan da asılılıq, başqalarının iradəsinə tabe olmaq istəyi
cücərir. Həmin hisslər təzədən səni sıxıb suyunu çıxarır, azad
olmaq arzunu boğur, insana xas olan azadlıq ehtirasını xıncım-
xıncım edir.
***
Yeri gəlmişkən, azadlıq deyilən şey təsəvvür olunan qədər
də sadə və birmənalı deyildir. Azadlıq, doğru deyirlər ki,
anarxiya deyil. Ancaq icazəli azadlıq da azadlıq deyil. Bu
problemlə bağlı bir neçə məlum nümunəni xatırladaq. Volter
deyirdi ki, mən heç vaxt sizin rəyinizlə razılaşmaram, ancaq
həyatımı verərdim ki, siz onu demək imkanına malik olasınız.
İkinci analogiya – bu, bir az kobud analogiyadır – mənim
yumruğumun azadlığı sənin burnunun bir neçə millimetrliyində
qurtarır. Və nəhayət, uzun illər boyu məndə dərin təəssürat
oyadan və müxtəlif şəraitlərdə dəfələrlə təkrar etdiyim sözlər.
ABŞ-da olarkən hansısa dini xadimin çıxışını dinlədim (təbii
ki, tərcümədə). Bu o vaxt idi ki, Amerika həyəcan içində
yaşayırdı. Ağ Evin qarşısında Uotorqeyt münaqişəsi özünün ən
yüksək məqamına yetişmişdi, bura bizi ekskursiyaya
aparmışdılar, təəccüblənirdik ki, turistləri Amerika
Prezidentinin iqamətgahı olan Ağ Evə ekskursiyaya gətiriblər.
Prezidentin dairəvi kabinetinə və bir çox vacib dövlət
kabinetlərinə baş çəkdik. Maqsud bələdçidən Niksonun yataq
otağının harada olmağını soruşurdu. Elə Ağ Evin ərazisindəcə,
az qala prezidentin kabinetində bizə kağız ötürdülər, orada
yazılmışdı: "Amerikanı yalançı Niksondan xilas edin", Ağ Evin
qarşısında isə əllərində Niksonun əleyhinə plakatlar və onun
515
portretləri, bir də əynində zolaqlı türmə geyimi çəkilmiş, türmə
barmaqlıqları arxasında təsvir edilən o vaxtkı vitse-prezidentin
(səhv eləmirəmsə, Aqnyu) portretini tutan piket var idi.
Televizorda keşişin çıxışında ömrüm boyu yadımdan çıxmayan
sözlər isə bax, budur: "Amerikanın Atlantika sahilində, Nyu-
Yorkda Azadlıq heykəli ucalır. Gərək biz başqa bir
monumental abidəni – Məsuliyyət heykəlini Amerikanın o biri
tərəfində Sakit okean sahilində, məsələn, San-Fransiskoda
ucaldaq, ölkəmiz azadlıqla məsuliyyət arasında yaşadığını dərk
etsin, çünki məsuliyətsiz azadlıq ola bilməz".
***
Yuxarıdakı qeydlərin altına tarix qoymasam da, onların 80-
ci illərin ikinci yarısına aid olduğu aydındır, bu zaman SSRİ-də
yenidənqurma və aşkarlıq dövründə demokratik alternativ,
düşüncə azadlığının müəyyən toxumları peyda olmağa
başlamışdı. Ancaq bu günlərdə (1997-ci ilin martında)
"Literaturnaya qazeta"da (5 mart – Stalinin ölümü günü)
rəhmətlik Andrey Sinyavski – Abram Tersin "Dissidentlik
şəxsi təcrübə kimi" adlı böyük essesini oxudum. Mənim bir çox
düşüncələrimin Sinyavskinin fikirləri ilə üst-üstə düşməsi məni
bir o qədər də təəccübləndirmədi – bunun özünəməxsus izahı
var, axı biz eyni zamanda və eyni bir cəmiyyətdə yaşamışıq –
təəccüblü olan onların Dostoyevskinin fikirləri ilə üst-üstə
düşməsində idi. Etiraf edim ki, həmin fikirləri xatırlamırdım.
Bunlar mənim, şübhəsiz ki, çox-çox əvvəllər mütaliə etdiyim
"Karamazov qardaşları" romanından idi. Bəla da elə budur –
kitablara bir daha üz tutmaq imkanın olmayanda özün üçün
sərbəstcə mühakimələr yürüdür və guya bəzi-bəzi həqiqətləri
də yenidən TkəşfU edirsən. Ancaq məlum olur ki, bu
həqiqətlər haqqında sənə qədər də deyilib və onları səndən çox
əvvəl kimlərsə kəşf edib. Nəhayət, Sinyavskinin essesində
Dostoyevskinin adının xatırlandığı yerə qayıdaq: "Bəlkə
Dostoyevskinin dahi inkivizatoru belə bir fikrində haqlı idi ki,
insanlar azadlığı sevmir, ondan qorxurlar, onlar bu həyatda
516
çörək, avtoritet və möcüzə kimi dayaqlar axtarırlar? İnsanlar
kimin qarşısında əyilməyin fərqinə varmadan günlərin birində
öz azadlıqlarını verdikləri hansısa nüfuzlu şəxsin qarşısında
əyilmək istəyirlər…T Bundan sonra Sinyavski özü əlavə edir:
"Qərb disidentlərinə münasibətdə konformizmin əsas təhlükəsi
ondan ibarətdir ki, insanlar birlikdə baş əyməli olduqları
ümumi büt axtarışına çıxıblar".
***
Deyirlər: üslub elə insanın özüdür. Ancaq üslub həm də
cəmiyyət deməkdir. Bu gün bizim dona bürünmüş
cəmiyyətimizin üslubu demaqogiya və ritorikadır. Sözün
magiyası – Natiqlərin nitq irad edərkən işlətdikləri cadugərlik
nümunəsi. Bu ölkənin əbədi xəstəliyi olan bürokratiya ilə
bərabər cəmiyyət uzun illərin susqunluğundan sonra söz içində
itib-batıb. Belə cəfəng sözlərin içində qurunun altıda bir
hissəsini təşkil edən məmləkəti batırmaq olar. İndi cəmiyyət
söz xəstəliyinə tutulub, necə ki, əvvəllər lallıq azarına mübtəla
olmuşdu. Klişelənmiş söz cərgələri – anlayışlar – bunlar elə
təfəkkürün qəlibləridir. Ritorik fiqurlar – bunlar reallığın
yalançı əlamətləridir. Heç nə ifadə eləməyən ritorik pasajlar.
Ritorika demaqogiyanın bədii-publisistik, orator ifadəsidir.
***
Sözlər, sözlər, sözlər… daha nə qalır? Yenə də Hamlet
demişkən, yerdə qalan sükutdu bəlkə? Daha dəqiq söyləsək:
"Bundan sonra – sükut". Yaxud Hamletin yox, öz sözlərimlə
desəm: "Ən yaxşısı sükutdu bəlkə?"
***
Bu qədər söz axını, hirs, "hay-küy və hiddətdən" sonra bu
cəmiyyətin uzun müddət inadkarlıqla burnundan vurub
itələdiyi dəyərlərə qayıda bilərikmi – zülmə qarşı zor
işlətməmək – Tolstoyun, M.Handinin, Martin Lüter Kinqin
həqiqətinə tapına bilərikmi?
Dostları ilə paylaş: |