Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)


Dekabr yağmuru, konyak çiskini



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə11/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   7   8   9   10   11   12   13   14   ...   49

Dekabr yağmuru, konyak çiskini 

 

Dünyadan xəbərsiz olmağım gəlir bəzən  

  

dekabr 

yağmurunda, 

 

  konyak 

çiskinində... 

Belin qırılsın, belin 

mənə şer yazdıran qüvvə! 

...Bel bağlaya bilmirəm 

nə qadına, nə saza, 

Neynim, Rəsul əmi, 

neyləyim, Rəsul Rza! 

Səksəninci ilin dekabr yağmuruyla 

 208 

içimin konyak çiskini 

ölüm ayağında yatdığın 

xəstəxanaya gətirdi məni... 

Gördüm, vallah, gördüm öləcəyini. 

Gördüm,  

ömür boyu kor dayansam da 

  

xoşbəxtlik qarşısında... 

Allah dərd verməyə göz verib mənə! 

Deyə bilmərəm, qadan alım, 

sənə olan, məhəbbətim uzatdı dodaqlarımı 

   

 

sağ əlinin  

qupquru dərisinə, 

ya baş əydim 

konyak zəhrimarın iradəsinə, 

Bağışla, şair, bağışla yenə. 

Danladın Vaqif bala deyib 

dünyaya sevdirmək istədiyini. 

Danladın  

dekabr yağmurunda 

konyak çiskininə düşdüyüm üçün! 

Ancaq mavi yaş da doldu 

ala gözlərinə, Rəsul əmi... 

Bildim, o dekabr günündə bildim  

qışı yola verəcəksən birtəhər. 

Di gəl 

  çıxa bilməzsən 

   

bir daha yaza. 

İndi, 

bu dekabr yağmurunda, 

bu konyak çiskinində  

 neynim, 

Rəsul əmi,  

  

neyləyim, Rəsul Rza! 

Dekabr yağmuruyla 

o konyakın dəli çiskini 

 209 

gecə yarısından xeyli keçmiş də 

gətirdi məni xəstəxanaya. 

Niyə Vurğun oğlu gəlməyəydi, 

 

  neçin, 

niyə? 

Qabağımı qızın kəsdi, Rəsul əmi, 

 

  necə kəsdi! 

Kəsdi Fidan bala. 

O gecə öldürəcəkdi məni az qala! 

Dedi: yatır, 

buraxmadı, Rəsul əmi, məni sənin yanına, 

Çıxdım xəstəxanadan. 

Qoşuldum dilsiz yağmura, gözsüz ayaza 

Neynim, Rəsul əmi, 

neyləyim, Rəsul Rza... 

Rəsul əmi, ömrün gedir, 

çətin günlər sona yetir, 

hansısa arzular itir. 

Hansısa ümidlər bitir... 

Mənim beş–on ümidim var, 

Bilmirəm kimə yalvarım! 

Allah, mənə ömür göndər, 

Öldürmə, sağ saxla yenə, 

Beş-on yazılmamış şerim, 

Beş-on duam qalıb sənə... 

 

Dərində üzə bilmirəm, 

ölsəm girmərəm dayaza! 

Neynim, Rəsul əmi, 

  

neyləyim, Rəsul Rza? 

Kədərli olsam da danlama məni, 

Zəhm də gətirmə ala gözünə, 

nə qədər sevsəm də dünyada səni, 

heç baxmamışam allah sözünə. 

 

 210 

Odur, Rəsul əmi, sözünü saxla, 

Açılan sinəni bu axşam bağla, 

Gəl duraq üz–üzə gözü yumulu, 

Mən sənə ağlayım, sən mənə ağla. 

Arzum yetim qalır, ümidim sənsiz, 

Kimsə ölüm hökmü mənə də verir, 

Yuxuma hər gecə sahilsiz dəniz, 

bir də ağ yelkənli tabutlar girir. 

Gözüm görə-görə gedirsən neynim? 

Ağlayıb diz döyüm, yoxsa dil deyim? 

Dünyada varıydın, varı neylədim, 

İndi yox olursan, yoxu neyləyim? 

 

Ürək beyninə baxıb 

Yas tutub ağlayanda,  

Dünyanın min əlacı 

bir havaya neyləsin! 

Araya dərd düşəndə 

Ağıl vaya neyləsin? 

Rəsul Rza öləndə, 

bu sözləri yazarkən 

gözlərimi siləndə 

kar Allahı görməyən 

bu kor dünya neyləsin. 

*** 

Mayın 19-u atamın ad günüdür. 

Yadımdadır, bu günə açılan gecəni xəstəxanada anamın 

yanında mən qalmışdım. Anam taqətdən düşdükcə, zəiflədikcə 

gündüz və gecənin çox hissəsini yuxuda keçirirdi, hərdən ayılıb 

bir-iki kəlmə söz deyir, sonra yenə mürgüləyirdi. Hər gün 

Rəsulu xəbər alırdı. "Qorxulu bir şey yoxdur, – deyirdik, – 

amma təzyiqi hələ  də yüksəkdir, həkimlər durmağa icazə 

vermirlər". 

Yaya planlar qururdu: 



 211 

–Bir az yaxşılaşım, bağa köçərik, – deyirdi, – Allah 

kərimdir, Rəsul da o vaxta babatlaşar, Buzovnaya gələr, bağ 

həmişə düşür bizə. Tural da instituta girsin, inşallah, onun 

qonaqlığını özüm verəcəm.  

Tural bu yay ali məktəbə imtahanlara hazırlaşırdı. 

Amma məhz o gün dəqiq yadımdadır, mayın 18-də, uzun 

çəkən yuxudan ayılıb zəndlə  mənə baxdı. Otaqda yalnız 

ikimizdik. Qəfilcən: 

–Bilirəm, dedi, – mən daha bu xəstəlikdən durmayacam. 

Anam yazıq da belə getdi. Ölümünə 10-12 gün qalmış ancaq su 

içirdi, gecələr məndən elə hey su istəyirdi. Bir gecə istəmədi. 

Elə yuxudaca keçinmişdi. Mən də yəqin elə gedəcəm. 

–Nə olub sənə, – dedim, – yenə belə napək sözlər danışırsan 

("napək" onun özünün çox işlətdiyi söz idi – A). 

–Yox, ölümdən qorxmuram, – dedi. – Sizə yazığım gəlir. 

Bir böyüyüvüz qalmayacaq. 

–Başlama yenə, Niyarə, – dedim. Özləri bizi belə 

öyrətmişdi, atamı da, anamı da adlarıyla çağırırdıq. 

–Yox, yox, elə belə sözdür də, dedim... 

Başını qatmaq, bu fikirlərini yayındırmaq üçün ordan-

burdan söhbətlər etməyə başladım. 

O gün xeyli danışdı. Axırıncı  dəfə idi ki, mənimlə belə 

uzun-uzadı, müxtəlif məsələlərdən söhbət edirdi. Hardansa söz 

gəlib Silva Kaputikyanın üstünə çıxdı. 

–O vaxt – 30-cu illərdə münasibətlər tamam başqa idi. 

Yerevana Sasunlu David yubileyinə getmişdik. Rəsul, Səməd, 

Mirvari, mən... Vallah, erməni yazıçıları başımıza pərvanə kimi 

dolanırdılar. Rəsul o vaxt Soyuzun sədri idi, Bakıda işləri 

vardı, bizi Səmədə tapşırıb yubileydən yarımçıq qayıtdı. Silva 

da o vaxt lap cavan qız idi, əldən-ayaqdan gedirdi bizimçün... 

Uşaqlıq rəfiqəsi F. haqqında danışmağa başladı. F. haqqında 

həmişə çox böyük nəvazişlə danışardı. 

Necə gözəl qız idi, necə gözəl ziyalı idi, necə də bədbəxt idi. 

İstəyirəm bir dəfə onun bütün həyatını sənə danışım, bəlkə bir 


 212 

gün gərəyin oldu. Əsl romandır elə bil. 

Sanki bir daha heç bir vaxt danışa bilməyəcəyini duyurmuş 

kimi indi danışmağa başlayır. 

–F.–nin atası dul qalır, amma elə arvadının qırxındaca gəlib-

gedən gəlin-qızlara göz qoyurmuş. Birinə gözü düşür və yası 

verib qurtaran kimi dərhal onu alır. Kişinin böyük övladları, 

hətta nəvələri varmış, hamısı ondan üz döndərir, köhnə 

arvadının ilini gözləmədiyi bir yana dursun, kişi özü qoca, təzə 

arvadı isə lap cavan imiş. Hacıkənddə evləri varmış, həmin o 

qoca kişi də cavan arvadıyla bu evin axar-baxarlı eyvanında 

oturub mürəbbəli çay içərmişlər. 

"Mənə bu söhbəti anam, xalam eləyib, yaşımdan çox qabaq 

olub bu işlər, amma həmin səhnəni elə aydın,  əyani təsəvvür 

edirəm ki, elə bil o axar-baxarlı eyvanı da, o mürəbbəli çayı da 

özüm öz gözlərimlə görmüşəm". 

Deməli, anam da kiminsə yaddaşında saxladığı səhnələri öz 

yaddaşına bütün əyaniliyiylə köçürürmüş, indi də  mən onun 

hafizəsində  həkk olunmuş  mənzərələri öz İçəri dünyama 

almaq, orda saxlamaq, hifz etmək, qorumaq istəyirəm. 

"Bir sözlə, F. bax, həmin bu nikahdan doğulub, necə 

deyərlər, məhəbbət övladıdır. Cavan anası zinger Məmməd 

deyilən bir dərzi vardı, onun bacısıydı. F. böyüyəndə onu da 

dərziyə  ərə verdilər, özünün meyli yox idi o adama, amma 

valideynlərinin iradəsinə tabe oldu. Əri, həmin o dərzi isə, o 

zamanlar dəb imiş deyə pasportunda yazdırıb ki, guya iranlıdır. 

İranlıları köçürəndə mən F.-nin pasportunu alıb gizlətmişdim – 

haranın iranlısıydı F. axı.  

Amma o razı olmadı təkid edib pasportunu aldı, əriylə bərabər 

getdi. Orda bir qızları olub. Mənə məktublar yazırdı, yazırdı ki, bu 

körpənin dünyaya gəlməsi mənə təsəvvür edilməyəcək bir sevinc, 

səadət gətirdi, elə bil həyatım, nəhayət, bir məzmun qazandı, elə 

bil kimsə mənə ömrümün indiyəcən dərk etmədiyim mənasını, çox 

yüksək bir mənasını başa saldı. 56-cı ildən sonra qayıtdılar. 

Gəncədə yaşayırdılar. F. qızıyla bağçada gəzirmiş, altı 


 213 

yaşındaymış  qızcığaz. Küçəni keçərkən anasının  əlindən qopur, 

qaçır. Maşın vurur uşağı, elə ordaca canı çıxır. Fikirləşirəm ki, F.-

nin bütün həyatı sınaq idi! Tale niyə insanı belə amansız sınaqlara 

çəkir, nə  məqsədlə, nə üçün axı? Bu son sınağa daha tab gətirə 

bilmədi. Nə uşaqlığının çətin illəri, nə sonrakı bəlalar onu sındıra 

bilməmişdi, amma balaca balasının ölümü sındırdı.  

İndi F. özü də yoxdur. 

F. bütün mənim uşaqlığım, gəncliyimdir..." 

Söhbətindən yorulur. 

–İşığı keçir, yatacam, – deyir. Bir azdan sakit, yuxulu 

nəfəsini eşidirəm. 

Nə görür yuxusunda görəsən? 

Təklik çətin olur 

həm şad gündə, 

həm tufanda... 

Alagözlü gəlin Göy gölümü 

düşünürəm. 

Yuxularıma Hacıkəndin 

palıd meşələri girir, 

Gənclyim Xaçbulaq yaylağında 

sarı çiçək dərir. 

Səhər oyanan kimi mənə dedi: 

–Bu gün Rəsulun yaşıdır. Mərdəkana gedəcəksiniz? 

–Hə. 


–Mənim adımdan da ona bir dəstə yasəmən al apar. 

–Yaxşı. 


Xəstəxanadan çıxdım. Bazara getdim. İstəyirdim yasəmən alıb 

atamın məzarı üstünə aparım. Bazarda yasəmən tapılmadı. 

Evlərinə  gəldim, kitab rəfinin üstünə baxdım. Gördüm ki, 

atamın iri şəklinin yanında vaza bir dəstə yasəmən qoyulub. 

Fidan alıbmış. Özü də anamın xahişini bilmədən məhz 

yasəmən alıb. 

Saat 2-də  Fəxri xiyabana yollandıq. Bir azdan sonra xeyli 

adam gəldi – yazıçılar, alimlər, jurnalistlər. 



 214 

Bu gün qəzetlərdə  də atamın  şeri çıxmışdı, axşam 

televiziyayla onun haqqında çəkilmiş Moskva verilişini 

göstərəcəkdilər. Qohumlar, dostlar atamgildə toplaşmışdı. 

Radio atam haqqında verilişə başladı. Ölümündən 49 gün sonra 

ilk dəfə səsini eşitdik – şer oxuyurdu. 

Atamın ölümündən iki aya yaxın vaxt keçmişdi, amma 

ünvanına hələ  də müxtəlif yerlərdən, müxtəlif  şəhərlərdən 

məktublar gələrdi. Azərbaycandan gələn məktublar bizə 

başsağlığı  məktubları idi – Azərbaycanda Rəsul Rzanın 

vəfatından xəbərdar olmayan adam çətin tapılardı. Amma 

başqa  şəhərlərdən gələn məktubların bəzilərində onun özünə 

müraciət edirdilər – vəfat etdiyini bilmirdilər. Burda belə 

məktublardan üçünü – Heç vaxt sahibinə çatmayacaq 



məktubların tərcüməsini gətirmək istəyirəm. 

"Hörmətli ustad! 

Sizə Vyetnamdan yazıram. 

Əziz yoldaş Rəsul. 

Altmışıncı illərdə "Nedelya" jurnalında Sizin rənglərə aid 

şerləriniz dərc olunmuşdu. Çox xoşuma gəldi. Qərara aldım ki, 

dərhal tərcümə edim. Təəssüf ki, o vaxt müharibə gedirdi. Şer 

vaxtı deyildi. Amma mən tərcümənin  əlyazmasını –itirdim. 

Orijinalı kitabxanada axtardım. Heç cür tapa bilmədim. 

Turgenevi, Paustovskini və Antonovu da çevirmişəm.  Şer 

tərcüməsinə çox ehtiyatla yanaşıram. Çevirmək istədiyim 

yeganə şerlər Sizinkilərdir. Lütfən teleqram, ya kağız vasitəsilə 

şerlərinizin "Nedelya"nın hansı nömrəsində, hansı ay və hansı 

ildə  dərc olunduğunu mənə bildirərsinizmi? Bizim 

kitabxanamızda "Nedelya"nın 1958-ci ildən bəri bütün köhnə 

nömrələri var – mən tərcüməni Oktyabr bayramına, ya da 

bizim partiyanın I qurultayına çatdırmaq istəyirəm. Kağız çox 

gec çatır. Bakıdan Hanoya yarım ilə gəlir. 

Əgər gələcəkdə  şerlərinizin məcmuəsini mənə göndərsəniz, 

mən Sizə çox minnətdar olaram. Niyə Sizin şerləriniz rus 

dilində bizə gəlib çatmır. Etiraf edirəm ki, Sizin haqqınızda az 

 215 

şey bilirəm. Amma elə yalnız bircə  şerinizlə tanışlıq Sizi 

həmişəlik sevmək üçün kifayətdir. 

Sizə cansağlığı, səadət və böyük yaradıcılıq 

müvəffəqiyyətləri arzulayıram. 

Hörmətlə, 

Səmimiyyətlə Sizin 

Buy Monq Kuin. 

VSR Hanoy". 

 

"Əziz yoldaş Rəsul Rza!  

(Bağışlayın ki, belə rəsmi müraciət edirəm – atanızın adını 

bilmirəm). 

Mən heç zaman yazıçılardan, şairlərdən, ya artistlərdən heç 

birinə kağız yazmamışam, çünki onları  işlərindən ayırmaq 

istəməzdim. Amma bu dəfə özümü saxlaya bilmədim. 

Məsələ ondadır ki, 1960-cı ildə  məni orduya çağırdılar, 

evdə arvadım və  oğlum qaldı. Arvadım gözləməkdən usandı. 

Vəfasız çıxdı. Halım ağır oldu və  mənə elə  gəldi ki, artıq 

ömrümdə yaxşı heç bir şey olmayacaq. Bax elə bu zaman Sizin 

"Dördümüzün söhbəti"  şeriniz dərc olunmuş "Literaturka" 

əlimə keçdi.  

Bu şer məni sarsıtdı, müvazinətimi qaytarmağa mənə kömək 

etdi. O vaxtdan poeziya ilə maraqlanmağa başladım. Bu şeri 

isə ömürlük yadımda saxladım. 

Bir neçə il bundan qabaq həkimlər bacımda qlaukoma 

olduğundan  şübhələndilər. Bacım özü də  həkimdir və yaxşı 

dərk edirdi ki, nəticədə kor qala bilər. Nədən qorxduğunu açıb 

mənə deyəndə  mən ona da Sizin həmin  şerinizi oxudum. Şer 

onun da karına gəldi. Xoşbəxtlikdən diaqnoz təsdiq olunmadı. 

Ancaq bu sonralar məlum oldu. 

Bütün bu illər mən həmin  şeri axtarmışam. Müəllifin adını 

dəqiq yadımda saxladığıma  əmin deyildim, odur ki, sizə 

qabaqlar yazmırdım. Hər halda Sizin ələ keçirə bildiyim şer 

kitablarınıza baxırdım, başqa gözəl  şerlərinizlə  də tanış 

 216 

olurdum, amma o şerinizi nədənsə – kitablarınıza daxil 

etmirdiniz. Bu günlərdə isə  oğlum, (onun artıq 25 yaşı var) 

mənə Sizin şerinizi göndərdi. Mənə  xəbər verdi ki, bu şeri 

"Oqonek"un 1960-cı il nömrələrinin birində tapıb. 

Mənim taleyimdə hər şey Sizin şerinizdəki kimi oldu – yeni 

ailə, xoşbəxtlik, qız övladım. Uşaqlarım (qızın 16 yaşı var) da 

poeziyanı sevirlər. Yaxşı kitabları almaq çox çətin olduğu üçün 

mən artıq on il var ki, xoşladığım şerləri dəftərimə köçürürəm, 

mənim övladlarımın da beləcə dəftərləri var. Birimiz yaxşı bir 

şer tapanda, o birilər bu şeri öz dəftərlərinə "layiq" biləndə bu 

hamımız üçün ən böyük sevinc olur. 

Sizin digər  şerlərinizdən  ən çox xoşuma gələnlər "Dəniz 

nəğmələri", "Qayıqlar", "Damlalar" və xüsusilə "Gənclik və 

qocalıq" haqqında şerlərinizdir. 

Bağışlayın ki, Sizi işinizdən ayırıram, amma Sizə  təşəkkür 

etmək çox böyuk arzum idi. Bir də sağ olun. Sizə cansağlığı, 

uzun illər və yeni şerlər diləyirəm. 

Sağ olun. 15.01.81 

 

Mənim 46 yaşım var, mühəndis-radiotexnikəm, oğlum da 



mühəndisdir. EHM proqrammistdir, qızım 9-cu sinifdə oxuyur. 

Ünvanım: 310092 Xarkov-92, Şekspir küçəsi 12. mənzil 4. 

Markov Valentin Semyonoviç".  

 

"Hörmətli Rəsul Rza 

Sizə Ukraynanın Senkov 8 illik məktəbinin "Rassvet" ədəbi 

studiyasının və "Poisk" gənc kitab həvəskarları klubunun 

üzvləri müraciət edirlər. 

Əziz Rəsul Rza, SSRİ-nin yaranmasının 60 illiyi şərəfinə 

Sizinlə dostcasına məktublaşmağı çox arzu edirik. Bizim 

ədəbiyyatçılara və kitab həvəskarlarına dostluq 

məsləhətlərinizi verməyi rica edirik. Habelə, Sizin avtoqraflı 

kitabınızı almaq, Sizin yaradıcılığınız və xalqınız haqqında 

məlumat toplamaq istərdik. Çox xahiş edirik ki, məktubumuza 

cavab yazasız. Sizin cavabınız bizimçün xalqlarımızın 

 217 

dostluğunun rəmzi olacaq. Yazın, Sizin dilinizdə "xleb", 

"pesnya", "drujba" sözləri necədir. Sizə yaradıcılıq uğurları, 

sağlamlıq və səadət arzulayırıq. 

Hörmətlə  

Poltava əyaləti Qadyan rayonu Senkov 8 illik  

məktəbinin "Rassvet" ədəbi studiyasının və  

"Poisk" klubunun üzvləri". 

 

Bu məktublar cavabsız qaldı. Poltava məktəbliləri də 



bilmədilər ki, Azərbaycan dilində "xleb", "pesnya", "drujba" 

sözləri necə  səslənir. "Smertğ" sözünün azərbaycanca "ölüm" 

olduğunu da bilmədilər.  

 

*** 

Azərbaycan yazıçılarının III Qurultayı keçirilməliydi. Bu 

Qurultay  ərəfəsindəki bir çox hadisələr, söhbətlər situasiyalar 

da ömrümün qəmli yüz gününə düşür, amma bu ayrıca bir 

söhbət mövzusudur.  

Qurultay vaxtı iki gün ərzində xəstəxanaya anama baş çəkə 

bilməmişdim. Qurultayın səhərisi gün yanına gəldim.  İmran 

Qasımovun ölümünü anama deməmişdik.  İmranın  əlacsız 

xəstəliyini bilir və tez-tez onu soruşurdu. Bir dəfə – bəlkə  də 

onu yuxuda görmüşdü – təlaşla xəbər aldı: 

–Düzünü deyin, İmrana nə olub? 

Deyirdik ki, halı yaxşı deyil, xəstəliyi  şiddətlənir, odur ki, 

ərizə verib Yazıçılar İttifaqındakı vəzifəsindən çıxıb. Hardansa 

anama söhbət gəlib çatmışdı ki, İmranın yerinə təyin olunacaq 

namizədlər arasında mənim də adımı çəkirlər. 

Qurultaydan sonra anamı zarafatla təbrik elədim, "sədrliyə 

qardaşını seçdik", – dedim. (Mirzə  İbrahimov anama həmişə 

"Nigar bacı" deyərdi, biz də anamla söhbətdə M.İbrahimovun 

adı gələndə "sənin qardaşın" deyərdik – A). 

Anamın sifətinə çox məmnun və rahat bir təbəssüm qondu. 

Əlini uzadıb yastığının altından üç manat çıxardıb mənə uzatdı: 


 218 

–Gedəndə bunu nəzir ver, – dedi, – nəzir eləmişdim ki, o 

yerə səni qoymasınlar.  

*** 

İyunun 20-də  qəzetlərdə  məlumat dərc olundu ki, Nigar 

Rəfibəyliyə ədəbiyyat sahəsində böyük xidmətlərinə görə Xalq 

şairi adı verilir.  

Xəstəxanaya təbrik teleqramları  gəlməyə başladı. Anam: – 

Niyə bu camaat məni belə istəyir, – dedi, – mən ki həmişə 

kölgədə olmuşam.  

Mən atamın adından da ona kiçik bir təbrik kağızı yazdım, 

gətirib oxudum. 

O qədər zəif və halsız idi ki, artıq bu şeylərə  də heç bir 

reaksiya vermirdi. Atam haqqında daha az-az, hərdən-birdən 

soruşurdu. Bir dəfə dayısı  qızı  Sənubərlə  tək qalanda ona 

gileylənib: "Görürsən Rəsulu, mən o qədər onun qulluğunda 

durdum, – üç aydır xəstəyəm, bir dəfə yanıma gəlmədi..." 

Gündüzün və gecənin çox hissəsini yuxuda keçirirdi, 

oyananda da heç dinib-danışmırdı. Arabir Füzulinin beytlərini 

oxuyurdu: "Mənim tək heç kim zari-pərişan olmasın, yarəb!". 

Bir də bir sətri tez-tez təkrar edirdi: 



"Fəsli bahar tək gedərəm". 

Bilmirəm bu misra kimindir – başqa bir şairinmi, ya 

özününmü? Bəlkə  mənə  məlum olmayan, yaxud da hələ 

yazılmamış şerindəndir. Hələ yazılmamış və daha heç bir vaxt 

yazılmayacaq  şerindən bir sətir, yalnız bircə  sətir. Anamın 

zəifləmiş, amma əvvəlki məlahətini saxlamış  səsiylə, 

pıçıltısıyla təkrar etdiyi bu misra daima qulağımdadır: 

"Fəsli bahar tək gedərəm". 

Gedirdi də,  şam kimi gün-gündən  əriyirdi, sönüb gedirdi 

əlimizdən. Fəsli bahar tək gedirdi. 

Ömrünün axırıncı baharıyla bərabər gedirdi. 



Yaşıllanır çöllər, oyanır torpaq, 

Bəzənir gəlintək hər dərə, hər dağ 

Ruhuma bir adət olur çırpınmaq  

 219 

Məhəbbətim səndə, könlüm səndədir, 

Bahar nə nazəndə, nə nazəndədir. 

 

Gah yoluna çıxdım, gah yola saldım 

Gah intizar çəkdim, həsrətdə qaldım. 

Qışda sorağını uzaqdan aldım, 

Dedim əmanətim, eşqim səndədir, 

Bahar nə nazəndə, nə nazəndədir. 

 

Xoş nəğmələr qoşdum sənin adına, 

Saf bir nəfəs kimi çatdın dadıma. 

Bir həzin axşamda düşsəm yadına 

Bil ki, məhəbbətim, könlüm səndədir 

Bahar nə nazəndə, nə nazəndədir. 

Xalq  şairi adı alması münasibətilə radioda anam haqqında 

veriliş düzəltmişdilər.  Əzizə xanım  Cəfərzadə danışdı, 

şerlərini oxudular, mahnılarını  səsləndirdilər. Tranzistorla 

qulaq asırdı, mənə elə gəlirdi ki, yarıyuxuludur, duman içində 

qavrayır hər  şeyi. Amma verilişin onun xüsusi tərifləndiyi 

yerində  zəif-zəif gülümsündü, taqətsiz halda əlini qaldırdı  və 

alnına apardı – hərbi salam kimi. Bunu bizimçün edirdi: son 

zarafatıyla bizi toxtaq saxlamaq üçün... 

İyunun 29-u anamın ad günüdür. Palatası başdan-başa gül 

içindəydi. Atamın adından da ona bir dəstə çiçək gətirmişdik. 

Yuxuda çiçəklər görürəm hər gecə, 

öpürəm onları gizlicə 

hər yanım çiçək, 

yastığım, yorğanım çiçək. 

Çiçəklər əlvan-əlvan, 

çəmən-çəmən. 

Bu çiçəklər aləmində 

xumarlanıb yatıram mən 

Yuxuda çələnglər görürəm, 

qərənfili seçir könlüm 


 220 

çiçəklər arasından 

Elə bil iki damla, qan sızır 

ürəyimin yarasından. 

Bu alov rəngli qərənfilləri 

yar vermişdi ayrılıq dəmi, 

Elə bil çökmüşdü 

Onların üstünə dünyanın qəmi. 

Yuxuda qərənfillərimi görürəm, 

yığıb solan çiçəklərimi 

ümid çələngi hörürəm. 

Ümidə yer qalmırdı; təşəkkür sözlərini demək üçün belə 

dodaqlarını güclə tərpədə bilirdi. 

Anamın bir gənclik  şəkli var – gərək ki, Moskva 

yaxınlığında Maleyevkada çəkilib; ağ çiçəklərlə dopdolu geniş 

bir çöldə  çəkdirib bu şəkli – özünün də qucağında çəməndən 

topladığı iri bir çiçək dəstəsi var. 

Körpəlikdə anamın dilindən eşitdiyim ilk laylay yadıma 

düşür:  

Laylay dedim yatasan 

Qızıl gülə batasan 

Qızılgülün içində 

Şirin yuxu tapasan. 

İndi öz yuxusunu qızılgüllərin, çox sevdiyi qərənfillərin 

içində tapırdı. Bəzən mənə elə  gəlir ki, o özü də bizim 

dünyamıza, hamımızın həyatına o ağ çiçəklərlə, güllərlə 

dopdolu olan bir aləmdən gəlmişdi və bir gün ora qayıdası  

idi... 


Güllər içində tapdığı bu "acı yuxuda" yalnız dünyayla deyil, 

yalnız bizimlə deyil, çiçəklərlə də vidalaşırdı: 



Sevib oxşadığım əlvan çiçəklər 

Əlvida, ey gözəl dağ çiçəkləri. 

Öpdüm gözlərimlə sizi hər səhər 

Yığdım dəstə-dəstə ağ çiçəkləri. 

 

 221 

Əssin üstünüzdə ruzgar ahəstə, 

Yığsın sizi qızlar hey dəstə-dəstə. 

Yel əssə tökülün sinəmin üstə, 

Payız çiçəkləri, yaz çiçəkləri. 

 

"Əzizim Nigar! 



Sənə hamı Nigar xanım. deyir. 

Mən isə Nigar! 

Mənə elə gəlir ki, xanım sözü bizim gənclik dostluğumuzun, 

məhəbbətimizin arasında sədd olar. 

Mən səni bu illər  ərzində fikrimdə, xəyalımda həmişə o 

səmimiyyətlə yaşatmışam. 

Bu günlərdə xəstə olduğunu eşitdim. 

Özüm xəstəxanadayam, odur ki, görüşünə gələ bilmədim. 

Sarı bülbül! Sənə  xəstəlik yaraşmayır, sən  şairsən, 

nəğməkarsan, demək güclüsən, əbədiyyətsən. 

Bir vaxt mən ağır xəstələndim. Sağalmağıma ümid az idi. 

Onda mənim həyata olan eşqim, inamım və poeziyanın işığı 

azarın söndürdüyü işıqları bir-bir yandırdı. Mən həyata 

qayıtdım. Yenə xəstəyəm, lakin həyata ümidim çoxdur. Sən də 

özünü bərk saxla. Tale bizə  şairlik kimi əvəzsiz bir sərvət və 

qüvvət verib. Qoy poeziyanın odu, işığı azarların bütün 

fəsadlarını yandırsın: Sənin qəlbində sağlamlıq, gümrahlıq 

çıraqları yandırsın.  

Amin! 

Öpürəm səni! 

Sənə tezliklə sağalmaq arzu edirəm. Şairə bacın, rəfiqən 

 

Mirvarid Dilbazi". 

 

Hamımız hiss edirdik: möhlət sona yetməkdədir – axırıncı 



günlərini yaşayır. Qərara gəldik ki, onu evə aparaq. Həkimlər 

də bizim qərarımızla razılaşdılar. Doğum gününün səhərisi – 

iyunun 30-da anamı evə apardıq. Dedik ki, həkimlər  şəraiti 

dəyişmək məsləhət görür, müalicəni evdə davam etdirəcəklər. 



 222 

Etiraz eləmədi. Yəni məgər etiraz eləyəsi halda idi? 

Xəstəxanadan çıxmaqdan qabaq nədənsə üzüyünü Fidana 

verdi: 


–Götür bu üzüyü, – dedi, – sənə bağışlayıram. 

Mat qalırdım: üç ay ərzində aclıq keçirən, müstəqil hərəkət 

edə bilməyən, çətinliklə danışan bu yaşlı, xəstə qadında nə 

qədər mənəvi güc vardı, iradə vardı, yumor vardı – ömrü boyu 

onun özünün də, bizim hamımızın da dadına çatan, qolundan 

tutan bu keyfiyyətlərini hələ də saxlamışdı. 

Maşınımız evə çatanda: 

–Məni evə  gətirdiz? – deyə  xəbər aldı. – Bəs mən elə 

bilirdim basdırmağa aparırsınız.  

Fidan eyniylə onun tərzində zarafatyana bir sərtliklə: 

–Heç diri adamı da basdırarlar, Nuruş? – dedi. 

Evdə isə birdən yenə Fidana müraciət elədi: 

–Madam ki, ölmürəm, onda qaytar üzüyümü, – dedi, – daha 

sənə bağışlayası olmadım. 

Yenə zarafat edirdi, amma bu, deyəsən, artıq axırıncı 

zarafatı idi. 

Biz hamımız, mən də, bacılarım da anamgildə gecələyirdik. 

Evə  gətirdiyimiz birinci gecə onun yatdığı otaqda Təranə 

növbə çəkirdi. 

Səhər – iyulun 1-də – atamın ölümündən düz üç ay keçən 

gün – sübh tezdən Təranə həyəcan içində məni çağırdı. Adətən 

özünü saxlamağı bacaran Təranə karıxıb qalmışdı: 

–Anar, tez bura gəl. 

Anam yatan otağa qaçdım. Anamın geniş açılmış gözlərində 

qeyri-adi bir dəhşət vardı, elə bil başqa dünyadan baxırdı bu 

gözlər. 


Gözlərini düz gözlərimin içinə zilləmişdi. 

–Rəsula nə olub? – deyə soruşdu. 

Təranə lap özünü itirmişdi, anamın bu sualı sübh tezdən 

verməsi, doğrudan da adamı vahiməyə salırdı. Bu an məni də 

dəhşət bürüdü. Amma bu hissə təslim ola bilməzdim. 


 223 

–Nə olub ki, Rəsula dedim. – İndicə  Mərdəkana, yanına 

gedəcəm. 

Sözləri ağır-ağır tələffüz edərək: 

–Axı sən heç vaxt məni aldatmamısan, – dedi. Görünür bu 

cümləni, bu tutarlı dəlili uzun zaman hazırlamışdı, bu cümlənin 

hökmüylə həqiqəti məndən qoparmaq istəyirdi, – düzünü de, nə 

olub? 


İndiyəcən başa düşə bilmirəm ki, axı  nə  səbəbdən üç ay 

ərzində atamın səhhəti haqqında uydurduğumuz bütün 

yalanlara inanmışdı, bu gün, iyulun 1-də, sübh tezdən belə inad 

və israrla həqiqəti öyrənmək istəyir və deməli, bütün 

uydurmalarımızı  şübhə altına alırdı. Bəlkə daha heç bir 

sözümüzə inanmırdı? Baxışında nə isə elə bir şey vardı ki, 

bunu sözlə  təsvir eləmək mümkün deyil – elə bil hər  şeyi – 

atamın yoxluğunu – öz gözüylə görmüşdü. 

Anamı  gətirməzdən  əvvəl evi diqqətlə  səliqəyə salmışdıq. 

Yasdan işarə, əsər-əlamət qalmamışdı. Hər şey onların evi qoyub 

getdikləri şəkildə idi. Bəs öz evində keçirdiyi elə ilk gecədən sonra 

bu şübhə onun ürəyinə haradan, necə dammışdı? 

–Bax, aşağıda maşın gözləyir, – dedim. – Mərdəkana 

Rəsulun yanına gedirəm. İki saatdan sonra qayıdacağam. 

Bilmirəm bu sözlərə inandı, inanmadı, amma bir daha atam 

haqqında heç nə soruşmadı. 

Gündüzlər bir-iki saatlığa onun yanından gedirdim, 

studiyada olurdum "Üzeyir Hacıbəyov" filmi üçün Qədir 

Rüstəmovun səsini yazırdıq, geyim eskizlərinə baxırdıq. 

Evə qayıdanda anam: 

–Necə  oğulsan? – deyirdi. – Ananı burda qoyub gedib 

itirsən. Neçə gündür səni görmürəm. – Onun yanından iki-üç 

saat qabaq getmişdim; artıq vaxtı qarışdırırdı. 

Axırıncı iki günü artıq danışmırdı, ancaq iki qolunu havaya 

qaldırırdı. Çox qəribə bir jest idi bu – nə qədər taqətsiz olsa da 

hardansa güc tapır və qollarını havaya atırdı – elə bil uçmaq 

istəyirdi. Elə bil üç aylıq ölüm yatağının cazibəsini qırıb 


 224 

qanadlanmaq istəyirdi. "Durna olduğu yuxularında 

qanadlandığı" kimi. 

Elə bil haçansa yazdığı misralarını təsdiq etmək istəyirdi: 



Demirəm dünyadan köçüb gedəndə 

Vətəndə şöhrətli bir adım qalsın 

İstəyirəm bircə həzin xəyalım, 

Bir də uçmaq istəyən 

iki qanadım qalsın.  

Axşamlar qohumlar gəlirdilər, bizə ürək-dirək vermək 

istəyirdilər, əllərindən gələn köməyi təklif edirdilər. Amma nə 

kömək edə bilərdilər ki? Ümumiyyətlə, kim kömək edə bilərdi 

bizə… 

Anamın pəhləvan qamətli geoloq qardaşı  Rəşid dayı aciz-



aciz soruşurdu: 

–Həkimlər nə deyir axı, heç bir ümid yoxdur? 

Ona da təskinlik verməyə çalışırdıq. 

Gecə yarsına yaxın hamı dağılışırdı  və yalnız biz övladları 

qalırdıq. Elə bil başqa bir zaman, vaxt kəsiyinə düşürdük – axı 

neçə il idi ki, hərəmizin öz ev-eşiyi, öz ocağı, ailəsi vardı, bir-

birimizdən ayrı yaşayırdıq. 

Neçə gecə idi gözümüzü yummurduq – bu müdhiş, 

dözülməz bir vəziyyət idi – ananın ölüm yatağının yanını 

kəsdirəsən, biləsən ki, əlindən gedir və heç bir şey etməyi 

bacarmayasan.  Əlindən heç nə  gəlməyə. Vaxtı dayandıra, 

saxlaya bilməyəsən,  əcəl saatını yubada bilməyəsən. Ölümü 

azdıra bilməyəsən. Əlindən heç nə, heç bir şey gəlməyə... 

Biz danışırdıq da, susurduq da. Susanda da eyni bir şey 

haqqında susurduq. İçəri dünyalarımız bir-birinə qovuşub 

birləşmişdi hərə öz daxili aləminə çəkilmişdi, amma bu daxili 

aləmlərimiz – umumi yaddaşımız idi, – uşaqlığımız, diri 

atamız, sağlam anamız, hamımızın bir dam altında yaşadığımız 

günlər, aylar, illər... 

İyulun doqquzundan onuna keçən gecə – hiss etmişdik ki, 

axırıncı gecəsidir. Gecəyarısı qohumlar dağılışdılar. Rauf 


 225 

axşamdan getmişdi, zəng elədim ki, gəlsin. Saat birə yaxın halı 

lap xarablaşdı. Təcili yardım  çağırdıq. Gəldilər. Həkim: 

–Burda biz nə edə bilərik ki? – dedi... 

İynə vurdular, çıxıb getdilər... Anamın  ətrafında 

oturmuşduq, çox ağır nəfəs alırdı. 

Birdən nəfəsi sakitləşdi. Fidanın gözlərində ümid oyandı, 

elə bildi ki, halı bir az yaxşılaşıb. 

Mən dərhal başa düşdüm. Bu – son demək idi. Rauf 

güzgünü üzünə tutdu. Nəfəsi kəsilmişdi.  Əzab-əziyyəti bitib 

qurtarmışdı. 

Fidan: 


–Anasız qaldıq, – dedi, ağladı, Təranəni qucaqladı. 

Təranə: 


–Ağlaya bilmirəm, dedi, – göz yaşım qalmayıb. Ancaq bu 

saatlarda bir-birimizə bildirdik ki, həkimlərin ona ölüm hökmü 

verdiyi hamımıza məlum imiş. Təranə mənə və Fidana baxıb: 

–Birdən sizə bir şey olar, – dedi, – onda mən neylərəm. 

Anamın yoxluğunun ilk saatlarında danışdığımız bütün bu 

adda-budda sözlər, pərakəndə, mənasız cümlələr elə bil qızmar 

maşayla – hafizəmə həkk olub – bu gecənin hər dəqiqəsi, hər 

sözü dünənki kimi yadımdadır. Fidanın qəfil isterikası da, 

dərddən quruyub daşa dönmüş  Təranənin halı da... Səhərə 

yaxın Zemfiraya zəng vurdum. 

Telefonda hönkürdü: 

–Haçan? 


–Üç saat bundan qabaq, – dedim.  

–Niyə elə gecə zəng vurmadın?  

Bir qədər sonra qohumumuz Fikrətə zəng vurdum. 

Səhər açılanda Elçinə zəng elədim. 

Mənim bir neçə yaxın dostum var, hamısı  mənə  əzizdir, 

onları heç vəchlə bir-birinə qarşı qoymaq istəməzdim. Amma 

atamın vəfatı günündə də, anamın keçindiyi gecə də yadıma ilk 

düşən Elçin oldu. 

Ev yavaş-yavaş qohum-əqrəbayla dolurdu. 


 226 

Yüz gün içində ev ikinci dəfə matəm libası geyinirdi – 

güzgülərə qara örtük çəkilir, qonşulardan stol, stul daşınırdı. 

Ölümü müşayiət edən yüz cür iş başlanırdı... 



Dünya, bir sirrini aşkar et mənə, 

Nədən parlayırsan, nədən sönürsən! 

Bu qədər siqləti alıb arxana, 

Sən öz məhvərində necə dözürsən. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin