Cavab;Müəssisələrin işçilərinə tibbi xidmətin aşağıdakı əsas profilaktik iş formaları daxildir:
- işə girən zaman qabaqcadan tibbi yoxlama və sonralar vaxtaşırı yoxlama (hal-hazırda işçilərin dövrü tibbi müayinədən keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 yanvar 2000-ci il tarixli 1 saylı qərarına və Səhiyyə Nazirliyinin 23.01.1998-ci il tarixli 13 saylı əmrinə müvafiq olaraq aparılır);
- işçilərə müalicəvi-profilaktik və sanitar-gigiyena yardımının təşkili o, cümlədən müəssisələrdə xəstələnmiş, yaxud zədə almış işçilərə tibbi yardım göstərilməsi;
- ümumi və peşə xəstəliklərin öyrənilməsi, təhlili, səbəblərinin aradan qaldırılması üzrə konkrekt tədbirlər işlənib hazırlanması;
- müəssisənin rəhbərliyi təhkim olunmuş müalicə profilaktika idarəsinin razılığı ilə tibbi müayinənin keçirilməsi barədə əmr verir;
Müəssisənin rəhbərliyi (kadrlar şöbəsi, müfəttişi), işçilərin vaxtında müayinədən keçmələrinə cavabdehlik daşıyır.
3) Sual; Mühafizə obyekti ərazisinə nələrin buraxılması qadağandır?
Cavab: şəxsi nəqliyyat vasitələri (zəruri hallarda obyekt rəhbəri bu və ya digər şəxsi nəqliyyat vasitəsinin əraziyə daxil olmasına (müddət göstərilməklə) yazılı surətdə icazə verə bilər) ;
- spirtli içkilər və digər bihuşedici maddələr;
- təsərrüfat çantaları, çamadanlar və bağlamalar (kiçik əl çantaları və qovluqlar istisna olmaqla);
- partlayış, yanğın təhlükəli və güclü təsirli zəhərli maddələr;
- odlu silah və kəsici alətlər;
BİLET № 3
Sual; Təhlükəsizlik texnikası üzrə giriş təlimatının aparılması qaydası ?
Cavab;Təhsilindən, peşəsi üzrə iş stajından və vəzifəsindən asılı olmayaraq müəssisəyə yeni qəbul olunan fəhlələr, qulluqçular və mühəndis-texniki işçilər, habelə habelə istehsalat, tikinti quraşdırma, təmir və digər işlərin müvəqqəti olaraq yerinə yetirilməsi üçün kənar müəssisə və təşkilatların fəhlələri, qulluqçuları və mühəndis-texniki işçiləri, istehsalat təcrübəsi, təlimi keçmək üçün gəlmiş tələblər təsdiq edilmiş proqram əsasında giriş təlimatı keçirilməlidir.
Fəhlə və qulluqçulara giriş təlimatını əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidməti işçilərdən biri. Giriş təlimatı zamanı işçilər ümumi təhlükəsizlik qaydaları, əmək qanunvericiliyinin əsas müddəaları, daxili əmək intizamı qaydaları, yanğın təhlükəsizliyi, istehsalat sanitariya qaydaları, təhlükəli və zərərli istehsalat amilləri ilə, gəmilərdə, platformalarda, vertolyotda özlərini aparmaq qaydaları ilə tanış edilməlidirlər.