Sual;Əməkdaş əmək vəzifələrini yerinə yetirərkən təhlükəsizlik baxımından əsas nəyə riayət etməlidir?
Cavab; Hər bir işçi əmək vəzifələrini yerinə yetirərkən əməyin təhlükəsizliyi qaydalarına riayət etməli və yaxınlıqda işləyən iş yoldaşının belə işi təhlükəsiz yerinə yetirməsinə nəzarət etməlidir;
- Sağlamlığını qorumaq məqsədi ilə işçilər istehsalat sanitariyası və şəxsi gigiyena qaydalarına riayət etməli və müəyyən olunmuş müddətlərdə tibbi müayinədən keçməlidirlər;
- Baş vermiş qəza, yanğın və bədbəxt hadisə barəsində işçi bilavasitə öz rəhbərinə məlumat verməlidir;
- Hər bir işçi qəza xidmətlərinin (yanğın, qaz sızması, tibbi yardım və s.) telefon nömrələrini bilməli və lazım gəldikdə istifadə etməlidir.
- Yanğın və ya bir qəza vaxtı işçiləri binadan çıxarmalı olduqda hər mərtəbədə divara asılmış təxliyə sxeminə uyğun olaraq hərəkət etmək lazımdır.
-İlk tibbi yardım göstərməyi bacarmalıdır.
Sual; Ürək masajının effektli yerinə yetirilməsi hansı əlamətlərlə ölçülür?
Cavab ; -qasıq, yuxu və bilək arteriallarında nəbzin bərpası.
-arterial təzyiqin 60-80 mm civə sütununa qalxması.
-bəbəklərin daralması və işığa qarşı reaksiyaya cavab verməsi.
-dəridən göyümtül rəngin və meyid solğunluğunun yox olması.
-sonradan sərbəst tənəffüsün bərpa olması.
Sual; Parol nədir və necə tətbiq olunur?
Cavab: Tİ-nin rəisinin əmrinə əsasən, etibarlı mühafizə xidmətinin aparılması işinə kənardan müdaxilənin edilməsinin qarşısını almaq, eyni zamanda xüsusi rejimli obyektlərdə həmin obyektlərin vəzifəli şəxsləri tərəfindən öz vəzifə mövqelərindən sui-istifadə etməklə müvafiq iş yerində və qeyri-iş vaxtlarında hər-hansı bir pozuculuq fəaliyyətinin aparılmasının qarşısını almaq məqsədi ilə qarovul xidmətləri üçün Parol (şərtləşdirilmiş məxvi söz) tətbiq olunmalıdır. Parol qarovulun dəyişdirilməsi zamanı da tətbiq olunmalı və mühafizə növbəsini qəbul etmiş qarovulun buna səlahiyyətli olduğunu təsdiq etməlidir.Parol eyni zamanda, Tİ və ya HMB rəhbərliyinin adından qarovula gəlmiş hər hansı şəxsin sözlərində və səlahiyyətlərində doğru olduğunun təsdiq edilməsi vasitəsi hesab edilir. Parol Tİ, eləcə də ümumilikdə SOCAR üzrə gün ərzində 12 saatdan bir (səhər saat 08:00-da və axşam 20:00-da) dəyişdirilməklə hər qarovul növbəsi üçün fərdi qaydada müəyyən edilir. Parollar Tİ-nin MTŞ tərəfindən hər növbəti ay üçün əvvəlcədən hazırlanmalı, Tİ-nin rəisi tərəfindən təsdiqlənməli, qapalı zərflərdə möhürlənərək saxlanmalı və daşınmalıdır. Parol kimi işlədilən sözlər təyinolunma tarixinə və vaxtlarına görə növbəti uyğun tarixdə və vaxtda təkrarlanmamalıdır. Parol, onun rəsmi təqdim edildiyi və istifadəçisi olan vəzifəli şəxs tərəfindən məxfi saxlanılmalıdır. SOCAR üzrə paroldan istifadə etmək səlahiyyəti olan vəzifəli şəxslərin dairəsi Tİ-nin rəisi tərəfindən müəyyən edilir.Növbəti yarım ay üzrə qüvvədə olacaq parollar, qapalı və möhürlənmiş zərflərdə HMB-nin rəislərinə və ya onların vəzifələrini icra edən şəxslərə əvvəlcədən təqdim edilməlidir. Qarovul növbəsi üzrə təyin edilmiş parol, qarovul rəislərinə HMB-nin rəisləri tərəfindən növbəni qəbul etmək, yəni mühafizəçilərə təlimatın keçirilməsi ərəfəsində, sözlə deyil, yazılı forması göstərilməklə və müvafiq kitaba imza etdirilməklə bildirilməlidir. Parolu almanın qeydiyyat kitabında, parolun yazılı forması göstərilməməlidir. Parolu almış şəxs, onu ciddi sirr kimi saxlamalıdır. Parol kimliyindən asılı olmayaraq başqa şəxslərin iştirakı ilə və ya yaxınlığında soruşulduqda səsli bildirilməməli, kağız parçasına yazılaraq göstərilməlidir. Parol ilə tanışlıqdan sonra yazılmış kağız parçası dərhal yandırılmaqla məhv edilməlidir. Parolların yazıldığı zərf itirildikdə və ya istənilən üsullarla kənar şəxslərə bəlli olduqda, habelə buna şübhə yarandıqda, eləcə də parolların qüvvədə olduğu müddətdə onlara bəlli olduğu vəzifəli şəxslərdən hər hansı biri ilə bağlanmış əmək müqaviləsinə səbəbindən asılı olmayaraq xitam verildikdə parollar dərhal qüvvədən düşmüş hesab olunmalı və yeniləri ilə əvəz edilməlidir. Parolların qüvvədə olduğu müddət bitdikdən sonra, parolların yazıldığı zərf MTŞ-yə qaytarılmalıdır.