Sual; Hansı hallarda birdəfəlik təlimat keçirilməlidir?
Cavab; Bütün fəhlələr, onların vəzifəsinə aid olmayan birdəfəlik işləri yerinə yetirmək və ya yüksək dərəcədə təhlükəli şəraitdə işləmək üçün tapşırıq (tapşırıq-icazə) alarkən.
Sual;I dərəcəli donvurma və əlamətləri?
Cavab; I dərəcəli donvurma qan dövranının bərpası ilə nəticələnən dəri zədələnmələri ilə xarakterizə olunur.
Əlamətləri:
- Dəri bir qədər avazımış və şişkindir.
- Hissiyyat qismən və ya tam itirilmişdir.
- Dəridə şişkinlik və küt ağrılar olur
- Bu əlamətlər bir neçə gündən sonra çəkilib gedir.
Sual; Kimlər saxlanıla və inzibati qaydada tutula bilər?
Cavab; Aşağıdakı şəxslər saxlanıla və ya inzibati qaydada tutula bilərlər:
Hər bir saxlanma halı barədə, saxlama yerinə əlavə köməyin göndərilməsi və saxlanılan şəxsin qarovul məntəqəsinə müşayət olunması üçün dərhal qarovul rəisinə müraciət edilməlidir.