Sual; Əməkdaş iş vaxtı sağlamlığını qorumaq məqsədilə nələrə riayət etməlidir?
Cavab; Həyat və sağlamlıq üçün təhlükəli ola biləcək sahələrə yanaşmamalı, təhlükəli sahələr barədə komanda rəhbərliyinə təcili məlumat verməli, əlaqəli mütəxəssislər gələnə qədər həmin ərazini qoruma altına alaraq kənar şəxslərin yaxınlaşmasına icazə verməməlidir.
Sual; Qan itirmə çox olduqda xəstəni hansı vəziyyətdə saxlamaq məsləhətdir?
Cavab; Bu huşun itməsinə və şok vəziyyətinə gətirib çıxardıqda, o halda xəstəni elə yerləşdirmək lazımdır ki, baş bədəndən aşağı səviyyədə olsun.
Sual; Obyekt ərazisində tüstülənmə, yanma, yanğın aşkar etdikdə şəxsi heyətin hərəkətləri?
Cavab; Obyekt ərazisində tüstülənmə baş verdikdə Tİ əməkdaşı dərhal həmin əraziyə gedərək tüstülənmənin hansı səbəbdən baş verdiyini dəqiqləşdirir, qarşısının alınması üçün tədbirlər görüb, bu barədə qarovul rəisini və tüstülənmə baş vermiş əraziyə məsul şəxsi məlumatlandırır. Yanma, yanğın baş verdiyi təqdirdə atıcı obyektin mühafizəsinin zəiflətmədən imkanları daxilində yanmanı, yanğını söndürərək bu barədə qarovul rəisini və yanma (yanğın) baş vermiş əraziyə məsul şəxsi məlumatlandırır. Əgər yanğını söndürmək iqtidarında deyilsə hadısə barədə dərhal qarovul rəisini məlumatlandırır, mühafizəni zəiflətmədən yanğının həcminin böyüməsinin qarşısını almaq üçün müvafiq tədbirlər görür.
BİLET № 9
Sual; Fəhlələrin ilkin biliklərinin yoxlanılması nə vaxt aparılmalıdır?
Cavab; Bütün fəhlələrin müvafiq təlimdən (nəzərdə tutulan hallarda) və iş yerində ilkin təlimat keçdikdən sonra, sərbəst işə buraxılmazdan əvvəl və ya bir işdən digərinə keçirildikdə, əmək təhlükəsizliyi tələbləri üzrə bilikləri yoxlanılır (ilkin yoxlama).