Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə21/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   17   18   19   20   21   22   23   24   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

258 


 

Dedi:-Çıx dustaqdan, biz qaçaq

Gedək orda dinclik tapaq, yer tapaq, 

Sən başçı ol Uruyerdə, mən qonaq, 

Tanrı gözüac yaradıb adamı. 

 

*** 



Xruş dedi:-At yarağı, tutağı, 

Qardaşlıqda yaraq gərək olmayır. 

Sən qabaqda, mən də sənin dalınca, 

Qardaşlıqda yaraq gərək olmayır. 

 

Yarağını, tutağını atdı o, 



Arxasınca dustağını dartdı o, 

Xruş getdi, öz atını yortdu o, 

Qardaşlıqda yaraq gərək olmayır. 

 

Gözətçinin qurşağında bıçağı, 



Xruş onu qapdı qırğı sayağı, 

Vurdu, kəsdi üç damarı, qırtlağı, 

Qardaşlıqda yaraq gərək olmayır. 

 

Xırıldadı, o, torpağa sərildi, 



Ağız açıq qaldı, gözlər bərəldi, 

Çabaladı, qol-qıç atdı, gərildi, 

Qardaşlıqda yaraq gərək olmayır. 

 

Xruş dedi “–Asurelə çıxaram,  



Alçiçəyi əllərimlə boğaram, 

Böyük Turqu bu bıçaqla yaxaram, 

Qardaşlıqda yaraq gərək olmayır. 

 

*** 



Tanrım, məni öz yurdumda şah elə, 

Hamı istər başçı olsun, şah olsun. 

İstəyirəm buyuruqçu mən olum, 

Hamı istər başçı olsun, şah olsun. 

Mən bacımı öldürdüm ki, şah olum, 

Öldürməkdir, aldatmaqdır qan yolu, 

Gözlərimə acıq yatıb, qan dolub, 

Hamı istər başçı olsun, şah olsun. 

 

Mindiyara gücü çatmır Asurun, 



Hardan hara uzanıbdır bu qurum, 

Gərək onu yüz qatlayım, yüz burum, 

Hamı istər başçı olsun, şah olsun. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

259 


 

 

Gərək gedim Balasqelə əyilim, 



Odun olub ocağına tökülüm, 

Ya da Misrə, Babilelə çəkilim, 

Hamı istər başçı olsun, şah olsun. 

 

Qaça-qaça yalvarırdı, dururdu, 



Dizlərinə tez-tez yumruq vururdu, 

Qumluqları tiyə-tiyə yarırdı, 

Hamı istər başçı olsun, şah olsun. 

 

 



               XV QAPI 

 

         Ana südü söylənci 

 

Odərboydan dərpaya yüz il yol, 

Od-ocağa bağlan, otur, yüz yaşa. 

Biri suya, biri oda quylanıb, 

Od-ocağa bağlan, otur, yüz yaşa. 

 

Turqun yerə dəyməmişdi heç dizi, 



Qocalanda bir oğluydu, bir özü. 

Bir də sonda Alçiçəkdən bir qızı, 

Od-ocağa bağlan, otur, yüz yaşa. 

 

Qocalanda şirin olur sonbeşik



Heyin gedir çıxaranda ilk dişi. 

İlk addımı, ilk sözüylə yerişi, 

Od-ocağa bağlan, otur, yüz yaşa. 

 

Ad qoymadı Turq qızına düz on il, 



Yer buz idi gözlərində sular, lil, 

Qızın gözü çer olmuşdu, üz çil-çil, 

Od-ocağa bağlan, otur, yüz yaşa. 

 

Qarışmışdı varlığına odla su, 



Qız od idi, göz yaşıysa axar su 

Odur ata ad qoymaqda çox susur, 

Od-ocağa bağlan, otur, yüz yaşa. 

 

*** 



El-obaya göyöskürək yayıldı, 

El sarsılır qanı qara olanda. 

El-obaya qızılca da yayıldı, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

260 


 

El sarsılır qanı qara olanda. 

 

Qızılcayla göyöskürək artırdı, 



Uşaqları ölümlərə qatırdı, 

Qalanlar da ölümüstü yatırdı, 

El sarsılır qanı qara olanda. 

 

Yataqdaydı qızılcadan Çilçiçək, 



El baxırdı göz yaşları tökərək, 

Qız öləcək, ya qalacaq, nə bilmək? 

El sarsılır qanı qara olanda. 

 

Yenilməz Turq sanki susub qalmışdı, 



Mindiyarı qara günlər almışdı, 

Turq yolunu çöllüklərə salmışdı, 

El sarsılır qanı qara olanda. 

 

*** 



-Böyük Tanrı, bu nə gündü, söylə bir, 

Tanrıların səsi, sözü qapalı. 

Yardım elə, el-obalar yazıqdır, 

Tanrıların səsi, sözü qapalı. 

 

Nədən idi, tanrılar da susurdu, 



Mindiyarı hərdən qara basırdı, 

Bu sözlərə Tanrı qulaq asırdı, 

Tanrıların səsi, sözü qapalı. 

Turq gəzirdi, “Tanrı, yardım et” deyə, 

Yalvarırdı dağa, daşa, küləyə, 

Gölə, çaya, kola, ota, çiçəyə, 

Tanrıların səsi, sözü qapalı. 

 

Birdən bir səs eşidildi uzaqdan, 



Səs yaxından, gur-gur axan bulaqdan, 

Söz yağırdı sınıq-sallaq budaqdan, 

Tanrıların səsi, sözü qapalı. 

 

Turq atına:- dayan! –dedi, saxladı, 



Hər bir yanı, sağı, solu yoxladı, 

Səs ucaldı, dağlar-daşlar laxladı, 

Tanrıların səsi, sözü qapalı. 

 

*** 



“-Mənəm! Yerin alt qatında Qızçiçək! 

Sevgi məni tutuq etdi insana, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

261 


 

Bacar öldü, mən qayıtdım Alt Yerə

Sevgi məni tutuq etdi insana. 

 

Alpis məni qayalara bağlayıb, 



O ipləyib məni, tutuq saxlayıb, 

Şimşək olub məni hər gün dağlayır, 

Sevgi məni tutuq etdi insana. 

 

O öldürə bilmir məni, yox hayı, 



Tək sevgiyə onun gücü çatmayır, 

İnsan sevdim, ölüm məni tutmayır, 

Sevgi məni tutuq etdi insana. 

 

Qızçiçəyəm, Üst, Alt Yerdə köçəri, 



Anasıyam Qarçiçəyin, Tuncərin, 

Bacar idi ilk sevgili dağ ərim, 

Sevgi məni tutuq etdi insana”. 

 

Səs kəsildi, Turq bağırdı, at aşdı, 



Səs Üst Yeri, səs Alt Yeri dolaşdı, 

Yer titrədi, göy diksindi, çay daşdı, 

Sevgi məni tutuq etdi insana. 

 

*** 



Qızçiçəyin səsi gəldi yenidən, 

“Alpis tanrı yamanlığın tanrısı, 

O sarsıdıb Mindiyarı, Mineli, 

Alpis tanrı yamanlığın tanrısı. 

 

Tutub eli göyöskürək, qızılca, 



Gələcəkdir sarılıq da dalınca, 

Öləcəkdir kiçik, körpə, balaca, 

Alpis tanrı yamanlığın tanrısı. 

 

Düşərliyin tanrıları burada, 



Gəl, onları öldür, götür aradan, 

Güc veribdir sənə böyük yaradan, 

Alpis tanrı yamanlığın tanrısı. 

 

Ana südü, çörəyindən güc götür, 



O çörəkdən qurşağında bol gətir, 

Qabağında ölüm nədir, güc nədir, 

Alpis tanrı yamanlığın tanrısı. 

 

Süddür böyük yaranışda təbərrik, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

262 


 

Ölümlərin qabağında o, dirrik, 

Üç tanrını öldür, bitsin düşərlik, 

Alpis tanrı yamanlığın tanrısı.” 

 

*** 


Turq tərpəndi, Şimşək atı çaparaq, 

Ana südü tanrılardan güclüdür. 

Səsləyirdi onu tez-tez Qızçiçək, 

Ana südü tanrılardan güclüdür. 

 

-Alçiçəyim, öz südündə çörək yap, 



Mənə yundan qat görməmiş qurşaq tap, 

Mən gedirəm vuruşlara, çaphaçap, 

Ana südü tanrılardan güclüdür. 

 

Daha məndən “nədir-mədir” soruşma, 



Uşağa bax, çöl işinə qarışma, 

Hər bir şeydən yapışqan tək yapışma, 

Ana südü tanrılardan güclüdür. 

Mən gedirəm, tez qayıdıb gələrəm, 

Düşərliyi Mindiyardan silərəm, 

Bu yoldaca gərək olsa ölərəm

Ana südü tanrılardan güclüdür. 

 

Odur, məni çağırmaqda Qızçiçək, 



Gedər-gəlməz bir ölümə gedərək, 

Ölümlərə tez son qoyum mən gərək, 

Ana südü tanrılardan güclüdür. 

 

*** 



Turq buraxdı Şimşəkatın başını, 

Tanıyırdı o yolları Şimşəkat. 

Yer altının dolaq yolu hardadır, 

Tanıyırdı o yolları Şimşəkat. 

 

O yel olub, yel tək atı çapırdı, 



Yumaq yolun dolağını tapırdı, 

Hərdən-birdən düz yolunu sapırdı, 

Tanıyırdı o yolları Şimşəkat. 

 

Turq atını yeldən iti sürürdü, 



Bulud yerə ağ döşənək sərirdi,  

O elə bil şirin yuxu görürdü, 

Tanıyırdı o yolları Şimşəkat. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

263 


 

-Çap, iti get, yenilməyən təkərim, 

Yeraltının, Yerüstünün kəhəri, 

Qalsın yerdə qoşa-qoşa ləpirin, 

 Tanıyırdı o yolları Şimşəkat. 

 

Çap, qardaşım, atam, oğlum, yorulma, 



Göz oxşayan gözəlliyə vurulma, 

Çətinlikdən sınma, durma, qırılma, 

Tanıyırdı o yolları Şimşəkat. 

 

*** 



Bir ulartı eşidildi meşədən, 

Meşə sonsuz, dilsiz, qoca söyləncdir, 

Bir qurd igdi, ağlayırdı elə bil, 

Meşə sonsuz, dilsiz, qoca söyləncdir. 

Sürdü atı Turq, o səsə yan aldı, 

At dayandı, o nə gördü, nə oldu, 

Bir qurd idi, beş balası ölüydü, 

Meşə sonsuz, dilsiz, qoca söyləncdir. 

 

Qurd ulayır, süd axırdı döşündən, 



Səs çıxmırdı balaların beşindən, 

Gəzdirirdi hər balanı dişində, 

Meşə sonsuz, dilsiz, qoca söyləncdir. 

 

Turq söylədi:-Yazıq, dağdır bu ağrı, 



Tanrı sənin ürəyini beş yarıb, 

Nədən ölüb sənin, yazıq, beş yavrun? 

Meşə sonsuz, dilsiz, qoca söyləncdir. 

 

Turq xurcundan ət çıxartdı, pay qoydu, 



Ət iyini qurd nə aldı, nə duydu, 

Hey uladı, meşələrə səs yaydı, 

Meşə sonsuz, dilsiz, qoca söyləncdir. 

 

 



 Heyvərələrlə vuruş söylənci 

 

Turq yollandı Yeraltının yoluna, 



Yeraltında nələr vardır, nələr yox

Düyün yollar, dolaq yollar, düz yollar, 

Yeraltında nələr vardır, nələr yox. 

 

Tutulurdu yavaş-yavaş yer üzü, 



Bürüyürdü toranlıqlar gündüzü, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

264 


 

Tanımırdı lap yaxından üz üzü, 

Yeraltında nələr vardır, nələr yox. 

 

Tanınmayan səs-söz, haray, bağırtı, 



Yağıntıya bənzəməyən yağıntı, 

Hər yer yanğın, hər yer tüstü, dağıntı, 

Yeraltında nələr vardır, nələr yox. 

 

Quşlar tərsə – beli üstə uçurdu, 



Ceyran ürküb dalı-dalı qaçırdı, 

Günəş ay tək solğun işıq saçırdı, 

Yeraltında nələr vardır, nələr yox. 

Nə görsəydin əyintiydi, baş-ayaq, 

Yel əsirdi, fırlanırdı çaysayaq, 

Bulaq göllər, göl bulaqlar daşqalaq, 

Yeraltında nələr vardır, nələr yox. 

 

*** 



Kişnəyirdi nəsə tez-tez Şimşəkat, 

Tutulursan görünməmiş görəndə, 

Dişi tayın çağırırdı elə bil, 

Tutulursan görünməmiş görəndə. 

 

Birdən quduz bir heyvərə göründü, 



Turq üstünə dördayaqlı süründü, 

Boynu uzun, gözü-ağzı dərindi, 

Tutulursan görünməmiş görəndə. 

 

Atılanda Turq üstünə arxadan, 



Bir qurd ona ağız atdı qorxmadan, 

Qorxu aldı iki yanı arada, 

Tutulursan görünməmiş görəndə. 

 

Onlar birdən dəlisayaq boğuşdu, 



Boz heyvərə kirpi sayaq yığışdı, 

Qılınc endi boğazına, sığışdı, 

Tutulursan görünməmiş görəndə. 

 

Ana qurdu Turq tanıdı yenə də, 



Südlü döşlər sallanırdı hələ də, 

O gəlmişdi Turqla birgə meşədən, 

Tutulursan görünməmiş görəndə. 

 

*** 



Bir səs gəldi, Qızçiçəyin səsiydi, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

265 


 

“Vuranların vuran əli sağ olsun! 

Göyöskürək tanrısını öldürdün, 

Vuranların vuran əli sağ olsun. 

  

Qızılcanın çil-çil olub dərisi, 



O heyvərə heyvərələr tanrısı, 

O qoruyur qanlı qancıl Alpisi, 

Vuranların vuran əli sağ olsun. 

Ağzı çaydır, su daşlanır ağzından,  

Yüz ayının çəkisində azından, 

Ancaq hey yox gövdəsinin yarsında, 

Vuranların vuran əli sağ olsun. 

 

Sarılığın tanrısı da quduzdur, 



O heyvərə donuzsayaq donuzdur, 

Döşü, başı oxbatmazdır, toppuzdur, 

Vuranların vuran əli sağ olsun. 

 

Ancaq qaçıb o, Alpisin əlindən



Qızılcanı vursan, vur sən belindən, 

Çıxacaqsan onda Alpis çölündən, 

Vuranların vuran əli sağ olsun. 

 

İgid olsan, qızılcayla bacarsan, 



Gəlib məni qayalıqdan açarsan, 

Alpis ilə üzləşməkdən qaçarsan, 

Vuranların vuran əli sağ olsun.”  

 

*** 



Bir il idi Turq yolları ölçürdü, 

Yol yolçuya düz olmağı öyrədir, 

Qurtarırdı ana südü çörəyi, 

Yol yolçuya düz olmağı öyrədir. 

 

Son əppəyi son döyüşdə yeyirdi, 



Alçiçəyi yada salıb öyürdü, 

Qızılcanı, sarılığı söyürdü, 

Yol yolçuya düz olmağı öyrədir. 

 

Dağ döşündən bulud endi torpağa, 



Bir heyvərə yolda durdu ayağa, 

Yaşıl idi, oxşayırdı batlağa, 

Yol yolçuya düz olmağı öyrədir. 

 

Caynaq atıb lapdan Turqdan yapışdı, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

266 


 

İki qancıl bir-biriylə çarpışdı, 

Qanlar axdı, bir-birinə qarışdı, 

Yol yolçuya düz olmağı öyrədir. 

 

Turqu alıb dartdı, göydə saxladı, 



Yarağını, geyimini qoxladı, 

Qılıncını görüb, içdən laxladı, 

Yol yolçuya düz olmağı öyrədir. 

 

*** 



Onun üstə cumdu birdən ana qurd, 

Gözlənilməz səs də qorxu yaradır. 

Heyvərənin ayağını çeynədi, 

Gözlənilməz səs də qorxu yaradır. 

 

Qorxub Turqu aldı o, sol əlinə, 



Turq qılıncı vurdu onun belinə, 

Səs yayıldı Yeraltının çölünə, 

Gözlənilməz səs də qorxu yaradır. 

 

Qızılcanın beli sındı, çökdü o, 



Caynağıyla yeri eşib sökdü o, 

Titrəyərək qan içində səkdi o, 

Gözlənilməz səs də qorxu yaradır. 

 

*** 



Alpis gəldi, dişi Qorat üstündə, 

Atda, qurdda, quşda sevgi suçu var, 

Dedi:-yaxşı görüşümə gəlibsən, 

Atda, qurdda, quşda sevgi suçu var. 

 

Gəlibsənsə səni alıb yaxaram, 



Yeraltında ölməyinə baxaram, 

Bacarın da acığını çıxaram, 

Atda, qurdda, quşda sevgi suçu var. 

 

Qorat birdən şahə qalxdı, kişnədi, 



Tayın görüb, yüyənini çeynədi, 

Alpis dedi:-dəli atım, neynədin? 

Atda, qurdda, quşda sevgi suçu var. 

 

Alpis aşdı atdan, yerə sərildi, 



Şimşəkqılınc başı üstə gərildi

O, bir öldü, sanki bir də dirildi, 

Atda, qurdda, quşda sevgi suçu var. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

267 


 

*** 


Alpis durub qaçdı, yer-yer gizləndi, 

Yamanlıqdan acıq çıxdı yaxşılıq. 

Yeraltında yandı iplər, kəndirlər, 

Yamanlıqdan acı çıxdı yaxşılıq. 

 

Çıxdı yenə tutuqluqdan Qızçiçək, 



Addım-addım Turqa yaxın gələrək, 

Yuxudaydı sanki, qalxdı gülərək, 

Yamanlıqdan acıq çıxdı yaxşılıq. 

 

Üz tutaraq yerə, göyə, bağırdı, 



Yeraltından Alçiçəyi çağırdı, 

Dedi:-Doğmam, bu ayrılıq ağırdı, 

Yamanlıqdan acıq çıxdı yaxşılığ. 

 

-Yerüstünə gəlləm, ollam bir qonaq, 



Mən görünməz olacağam, bil, ancaq, 

Özüm deyil, səsim-sözüm olacaq, 

Yamanlıqdan acıq çıxdı yaxşılıq. 

 

Turq yıxıldı, dili, gözü tutuldu, 



Düşər oldu, qızılcaya qatıldı, 

Qızçiçəyin ağ qaşları çatıldı, 

Yamanlıqdan acıq çıxdı yaxşılığ. 

 

Qızılcayla çarpışanda, sən demə, 



Qızılcaya yoluxubdu Turq dədə, 

Yoxsa niyə yıxılaydı, o nədən, 

Yamanlıqdan acıq çıxdı yaxşılıq. 

 

 



        Turqun qızılcaya 

       yoluxması söylənci 

 

Turq yatmışdı, ağır nəfəs alırdı, 

Tanrı, özün eloğluna yardım et. 

Turq hərdənbir zarıyırdı, qusurdu, 

Tanrı, özün eloğluna yardım et. 

Turq olmasa Mindiyarı udarlar, 

Bu ölkənin lap sonuna çatarlar, 

Alıb onu özlərinə qatarlar, 

Tanrı, özün eloğluna yardım et. 

 

Böyük tanrı, güc ver Turqa, yaşaya, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

268 


 

Qızçiçəyəm, pisliklərə qarşıyam, 

Yeraltının, Yerüstünün quşuyam, 

Tanrı, özün eloğluna yardım et. 

 

Qızçiçəyəm, sevdim insan oğlunu, 



Mən çatlatdım pisliklərin bağrını,  

Mən yalana qarşı qoydum doğrunu, 

Tanrı, özün eloğluna yardım et. 

 

Mən çağırdım onu Alpis çölünə, 



Tanrı, məni üzüqara eləmə

Turqu sağalt, qaytar doğma elinə, 

Tanrı, özün eloğluna yardım et. 

 

*** 



Ana südü-çörək olsa sağalar, 

Kim olsa da ana, yenə tanrıdır. 

Bir qırıq da olsa çörək, sağaldar, 

Kim olsa da ana, yenə tanrıdır. 

 

-Nə xurcunda, nə qurşaqda çörək var, 



Ana qurdun südü vardır, sağaldar, 

Sağın, görüm qurd südündən nə olar, 

Kim olsa da ana, yenə tanrıdır. 

 

Ana qurdu sağdı ana Qızçiçək, 



O sağalar, ya sağalmaz, nə bilmək? 

İsti süddən hər gün içsin Turq gərək, 

Kim olsa da ana yenə tanrıdır. 

 

Yol getdilər beş ay, on ay, il keçdi, 



Turq ayıldı, hər gün üç yol süd içdi, 

Bir il, beş ay atlar çapdı, yol ölçdü, 

Kim olsa da ana, yenə tanrıdır. 

 

Yerüstündə əsməkdəydi yel, külək, 



Ancaq nədən yox olmuşdu Qızçiçək? 

Ana qurdla Turq qalmışdı təkbətək, 

Kim olsa da ana, yenə tanrıdır. 

 

*** 



Çiçəklənib sağalmışdı Mindiyar, 

Hər ölkənin yey başçısı tanrıdır. 

Uşaq, körpə sağlam idi, oynağan, 

Hər ölkənin yey başçısı tanrıdır. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

269 


 

 

Turqun qızı böyümüşdü, beş ildə, 



Çil-çilliyi nə üzündə, nə əldə, 

Ona gözəl söylədilər çox eldə, 

Hər ölkənin yey başçısı tanrıdır. 

 

Ad qoymuşdu ellər ona, Elçiçək, 



On yaşında qaplan idi, kəpənək, 

Oğlanlarla süpürləşmək, güləşmək, 

Hər ölkənin yey başçısı tanrıdır. 

 

Elçiçəyi evdə görmək olmurdu, 



Bir anlığa o, bir yerdə qalmırdı, 

Oynağan qız öyüd-möyüd bilmirdi, 

Hər ölkənin yey başçısı tanrıdır. 

 

Turq elləri dolanmaqdan doymurdu, 



Şimşəkatı darıxmağa qoymurdu, 

Hər gələni, hər gedəni saymırdı, 

Hər ölkənin yey başçısı tanrıdır. 

 

 



      Ana qurd söylənci 

 

Elçiçəyin qocalmışdı atası, 

Qocalıq da yaraşıqdı kişiyə. 

Əl çəkmirdi təkcə ondan qızılca, 

Qocalıq da yaraşıqdı kişiyə. 

 

Sağalmışdı hamı, bütün el-oba, 



Sağalmırdı bircə Turqda çox yara, 

Üzülmüşdü, qıpqırmızı, qapqara, 

Qocalıq da yaraşıqdı kişiyə. 

 

Qızılcanı Turq düşərlik saymırdı, 



Sızıltını boğub yaxın qoymurdu, 

Ana qurdla oynamaqdan doymurdu, 

Qocalıq da yaraşıqdı kişiyə. 

 

Ana qurdun qurumuşdu döşləri, 



Ağ süd kimi ağarmışdı dişləri, 

Anlayırdı ağır sözü, işləri, 

Qocalıqda yaraşıqdı kişiyə. 

 

Sanki Turqu anlayırdı bir azca, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

270 


 

Sarsıtmışdı nər kişini qızılca, 

Ona yardım eləmişdi bu qoca

Qocalıq da yaraşıqdı kişiyə. 

 

*** 


Ana qurdun Turqtaydaydı qulağı, 

Adam kimi qurd da soya sayıqdır. 

Sanki Turqda tapmışdı qurd soyunu, 

Adam kimi qurd da soya sayıqdır. 

 

Qurd atılıb qalxdı evə lapbadan, 



Turqu görüb nərildədi o, bir an, 

Yaxınlaşdı, sızıldadı astadan, 

Adam kimi qurd da soya sayıqdır. 

 

Sonra Turqun əl-qolunu yaladı, 



Üz-gözünü, baş-boynunu yaladı, 

Ağzını da, burnunu da yaladı, 

Adam kimi qurd da soya sayıqdır. 

 

Sonra Turqu bir də, bir də yaladı, 



Sonra durub bərkdən-bərkdən uladı, 

Sanki evdə olanları hayladı, 

Adam kimi qurd da soya sayıqdır. 

 

*** 



Ana qurdun səsi çatdı hamıya, 

Qurd uladı, yatanları oyatdı. 

Alçiçək də, Elçiçək də gəldilər, 

Qurd uladı, yatanları oyatdı. 

 

Qurd yox oldu, hamı qaçıb gələndə, 



Susdu hamı Turqu ölmüş biləndə, 

Turq diksindi, tutdu qızın əlindən, 

Qurd uladı, yatanları oyatdı. 

 

Turq hamıdan ana qurdu soruşdu, 



Bir söz hərdən bayqın qoyur hamını, 

Dedi:-Məni yalayırdı ana qurd, 

Qurd uladı, yatanları oyatdı. 

 

Dedi:-Məni aparırdı qızılca, 



Ana qurdu gələn görüb qaçdı o, 

Hamı susdu, susqun qaldı bu sözdən, 

Qurd uladı, yatanları oyatdı. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin