Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ


IV BAŞLIQ {Arxadaşlığın nə demək olduğunu aydınlaşdıran danışıq}



Yüklə 1,55 Mb.
səhifə54/84
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#2707
1   ...   50   51   52   53   54   55   56   57   ...   84
IV BAŞLIQ
{Arxadaşlığın nə demək olduğunu aydınlaşdıran danışıq}
Bir gün Sokratın, arxadaşlığın nə demək olduğunu aydınlaşdıran bir danışığına qulaq asmışdım, mənə elə gəlir, arxadaş seçməklə, onlarla davranmaqla bağlı, bu danışıqda çox gərəkli öyüdlər vardır. Sokrat deyirdi: “Bunu çoxlarından eşitmişəm, insanın ömrü boyu özü üçün seçə biləcəklərindən ən yaxşısı- yaxınlarına arxa çevirməyən, könlüaçıq bir arxadaşdır; mənim bildiyimə görə, insanlar özlərinə arxadaş axtarmaqdan çox, başqa nələrinsə dalınca düşüb, onların qayğısını artıq şəkirlər. Ev, torpaq, qullar, mal-qara, ev avadanlıqlarını adamlar qan-tər axıdıb toplayır, onları bacardıqca qorumağa çalışırlar; arxadaşlara gəlincə, çoxları nə onları tapmağa, nə də olanları qoruyub saxlamağa çalışırlar. Bu azmış kimi, onlar qulluqçuları ağrınanda həkim çağırır, onu sağaltmaq üçün axçaya qızırqanmırlar, əllərindən nə gəlirsə eləyirlər, arxadaşları ağrınanda isə durub qıraqdan baxırlar; qulluqçuları öləndə bunu çox ağır itki sayır, yanıb yaxılırlar, arxadaşlarının ölümünü isə özləri üçün ağır itki saymırlar; özlərinin olan nə varsa qayğısını çəkirlər, baxımsız qoymurlar, ancaq qayğıya yardımı olan arxadaşlarını yoluxmurlar. Bundan başqa, adamlar öz varının, axçasının sayını, onlar lap çoxlu olsa belə, sonuncu dənəsinə kimi bilirlər, ancaq onlardan arxadaşlarının sayını soruşanda, birində bir, başqasında ayrı say deyirlər, onları öncə saya salır, sonradan çıxarırlar: deməli, arxadaşlar onlar üçün belə az dəyərlidir! Ancaq özlüyündə yaxşı arxadaşı, nə iləsə tutuşdursan, görərsən onun dəyəri ölçüyəgəlməzdir: hansı bir yaxşı minik verən at, əkin-biçinə yarayan güclü qoşa kəllər, yaxşı arxadaşın yerini verə bilər? Hansı qul arxadaş kimi sənə doğma ola, arxa-dayaq dura bilər? Hansı bir kimsə, yeri gələndə bütün işlərinə yaraya bilər? Yaxşı arxadaş isə, arxadaşının bütün işlərinə yarayır, istər yaşamıyla bağlı, istər toplumla bağlı olsun: onun gücü çatmayan bir işmi var, arxadaş yardıma gəlir; onun qorxub-üşəndiyi nəsə var, arxadaş çiyin-çiyinə dayanır; onun işinə axçamı gərəkdir, arxadaş tapıb verir; kimniləsə dil tapmalısan, arxadaş yanındadır, kiməsə güc göstərməlisən arxadaş hayında-harayındadır; onun uğuruna özündən çox sevinir, uğursuzluğa düşəndə isə, işlərini yoluna qoymaq üçün var gücü ilə çalışır. Adam iş görmək istəyəndə əllərinə arxalanırsa, özünü qorumaq üçün gözlərinə arxayındırsa, qulaqları onu yan-yörəni dinşəyib, yerinə görə davranmağa yönəldirsə, ancaq yaxşı arxadaş bu işlərin hamısını birdən, onlardan da yaxşı yerinə yetirə bilir. Bu harasıdır, o, özü üçün eləməyə ərindiyini də arxadaşı üçün eləməkdən qalmır. Buna baxmayaraq, biriləri ağaclara onların veriminə(məhsuluna) görə qulluq eləməkdən yorulmaq bilmir, ancaq qat-qat verimli olan arxadaşına qulluq göstərməyə ərincəklik eləyir.”


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin