Sosial fəlsəfə


Sosial fəlsəfənin prinsipləri: 1) sosial determinizm 2) tarixilik prinsipi 3) varislik prinsipi və s



Yüklə 72,75 Kb.
səhifə11/55
tarix02.01.2022
ölçüsü72,75 Kb.
#46845
1   ...   7   8   9   10   11   12   13   14   ...   55
sosial fəlsəfə

9.Sosial fəlsəfənin prinsipləri: 1) sosial determinizm 2) tarixilik prinsipi 3) varislik prinsipi və s.

Sosial fəlsəfə cəmiyyətdə baş verən proseslərinin məntiqi gedişini öyrənərkən aşağıdakı prinsiplərə əsaslanır: 1) sosial determinizm (sosial hadisələr arasında səbəb-nəticə və qanunauyğun əlaqələrin hərtərəfli nəzərə alınması); 2) tarixilik prinsipi (ictimai həyatı dəyişilmə və dinamikada götürmək); 3) varislik prinsipi (mühaftzəkar və novator tərəflərin ayırd edilməsi); 4) sosial ziddiyyətlərin aşkar edilməsi və onlara ictimai hadisə və proseslərin inkişaf mənbəyi kimi yanaşılması

Sosial fəlsəfə ilə cəmiyyəti öyrənən digər elmlər bir-birilə sıx qarşılıqlı təsirdə fəaliyyət göstərirlər. Belə ki, sosial fəlsəfə ən yüksək səviyyədə ümumiləşdirmələr aparır və öz müddəalarını daha mücərrəd formada ifadə edir. O, cəmiyyətin ən ümumi inkişaf qanunauyğunluqlarını və meyllərini öyrənir. Buna görə də o konkret ictimai elmlərə (iqtisadiyyat, sosiologiya, politologiya, tarix, hüquq, statistika və sair) münasibətdə ümumi metodologiya rolunu oynayır. Sonra, sosial fəlsəfə cəmiyyətin inkişafının, bütövlükdə tarixi prosesin ümumi nəzəriyyəsi olduğu üçün ayrı-ayrı ictimai elmlər öz konkret tədqiqat obyektlərinə dair konsepsiyalar işləyib hazırlayarkən ona arxalanırlar.

Deyilənlər sübut edir ki, sosial fəlsəfə konkret ictimai elmlər üçün mühüm əhəmiyyətə malikdir. Lakin nəzərdə tutulmalıdır ki, sosial fəlsəfə ilə həmin elmlərin əlaqələri birtərəfli deyildir. Başqa sözlə ayrı-ayrı ictimai elmlər də öz növbəsində sosial fəlsəfəyə güclü təsir göstərir, Bu onda ifadə olunur ki, sosial fəlsəfə həmin elmlərin əldə etdiyi konkret sahələrə dair elmi məlumatları ümumiləşdirir və buna əsaslanmaqla özü də inkişaf edir.




Yüklə 72,75 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin