Sosial fəlsəfə


sosial reallığa substrat (əşya deməkdir) - hadisəvi baxımdan yanaşma



Yüklə 72,75 Kb.
səhifə7/55
tarix02.01.2022
ölçüsü72,75 Kb.
#46845
1   2   3   4   5   6   7   8   9   10   ...   55
sosial fəlsəfə

sosial reallığa substrat (əşya deməkdir) - hadisəvi baxımdan yanaşma metodunun sosial idrakda mühüm rolu aşağıdakı ilə izah edilir. Həm sistemli-struktur təhlil metodu, həm də tarixi-genetik metod bir çox cəhətdən mücərrəd xarakter daşıyır. Onların əsas diqqəti sosial sistemi nəzəri səviyyədə araşdırmağa yönəlir. Halbuki sosial idrakın çox mühüm vəzifəsi real cəmiyyəti öyrənmək, hadisə və proseslərin təfərrüatını izləməkdir. Belə ki, konkret hadisələri öyrənmədən, substrat və funksiyaların qarşılıqlı şərtlənməsini başa düşmədən sosial sistem haqqında hərtərəfli elmi təsəvvür əldə etmək qeyri-mümkündür. Bunsuz cəmiyyətin bir mərhələdən digərinə keçməsi mexanizmini anlamaq olmaz. Buradan aydın olur ki, sosial idrakda substrat-hadisəvi metod çox zəruridir.

Müasir şəraitdə sosial idrakda humanitar-şəxsiyyət mövqeyindən yanaşmaq metodunun rolu və əhəmiyyəti artmaqdadır. Belə yanaşma öz mahiyyətinə görə təbiət elmləri ilə ictimai elmləri bir-birinə qarşı qoymaq demək deyildir. Məsələ burasındadır ki, hazırda insan problemi və onun gələcək perspektivdəki taleyi ilə bağlı məsələlər çox kəskin şəkildə qarşıda durur. Bu bir tərəfdən insanın vəziyyətini yaxşılaşdırmaq, onun mahiyyət imkanlarını reallaşdırmaq üçün əlverişli şəraitin yaranması ilə bağlıdır. Digər tərəfdən isə indi insanların mənəvi cəhətdən cılızlaşması təhlükəsi özünü göstərir. Müasir elmi-texniki sivilizasiyalılıq şəraiti insanın ümid və həyəcanlarına diqqətin mərkəzləşdirilməsini tələb edir.




Yüklə 72,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin