Sosial fəlsəfə


Sosial fəlsəfənin predmeti və funksiyaları



Yüklə 72,75 Kb.
səhifə3/55
tarix02.01.2022
ölçüsü72,75 Kb.
#46845
1   2   3   4   5   6   7   8   9   ...   55
sosial fəlsəfə

2. Sosial fəlsəfənin predmeti və funksiyaları.

Sosial fəlsəfənin predmetinə cəmiyyət həyatının əyani təsvir olunan və empirik yol ilə qavranılan tərəfləri deyil, xeyli dərəcədə ümumi və mücərrəd xarakter daşıyan xassələr, formalar və əlaqələr daxildir. Sosial fəlsəfə insanların başqaları ilə birgə fəaliyyətində yaratdığı fərdidən kənar və ondan yüksəkdə duran formaların, əlaqələrin və münasibətlərin sistemi kimi götürülən cəmiyyət haqqında düşüncələr deməkdir.

Bir sözlə, hər bir insan özündən asıh olmadan ictimai əlaqələrin və münasibətlərin çoxsaylı şəbəkəsi ilə əhatə olunur. Bu sosial şəbəkə və formaların özü də insanların birgə fəaliyyətinin məhsuludur. Məsələn, biz müəyyən hərəkəti edərkən onu nıövcud normalara uyğunlaşdırırıq. Çox vaxt fərqinə varmırıq ki, bu normaları da insanlar yaratmışlar.

Sosial fəlsəfədə də materializm və idealizm mövqeləri vardır. Birinci tərəf buna əsaslanır ki, ictimai həyatın əsas məzmununu təşkil edən fəaliyyətin motiv və məqsədləri insanların sosial varlığı ilə müəyən olunur. İdealizm isə bunu əsas götürür ki, fəaliyyət şüurlu prosesdir, insanlar əvvəlcədən öz fəaliyyətinin məqsəd və məzmununu təsəvvür edirlər. Bu baxışların hər ikisində həqiqət payı vardır. Təsadüfı deyildir ki, idealist sosial fəlsəfə zəminində cəmiyyətin və ayrıca bir insanın müxtəlif həyat fəaliyyəti sahələrinə aid çox maraqlı fikirlər irəli sürülmüşdür (məs. klassik alman fəlsəfəsi, Dürkheym, yenikantçılıq, müasir pozitivizm və sair).

Sosial fəlsəfənin spesifıkliyi onun yerinə yetirdiyi funksiyalarda da üzə çıxır. Qeyd edək ki, sosial fəlsəfənin funksiyaları öz ifadə formalarına görə ümumilikdə fəlsəfənin yerinə yetirdiyi funksiyalar ilə çox yaxındır. Bununla belə onlar spesifık xüsusiyyətlərə malikdir. Sosial fəlsəfənin əsas funksiyaları aşagıdakılardır: dünyagörüşü, nəzəri, metodoloji və proqnostik funksiyalar. Birinci funksiya onda ifadə olunur ki, sosial fəlsəfə insanlarda sosial aləm haqqında, burada insanların maddi həyat şəraiti və şüuru haqqında, insanın cəmiyyətdə yeri və rolu, həyatın məqsədi və mənası haqqında bitkin elmi təsəvvürlər formalaşdırır.

Nəzəri funksiya o deməkdir ki, sosial fəlsəfə sosial hadisələrin və proseslərin dərinliklərini öyrənməyə imkan verir. Onların mahiyyətini nəzəriyyə səviyyəsində araşdırır. Metodoloji funksiya bunu göstərir ki, cəmiyyət həyatının bu və ya digər tərəflərini öyrənən ayrı-ayrı ictimai elmlər (tarix, hüquq, iqtisadiyyat, psixologiya və başqaları) öz tədqiqat obyektlərini təhlil edərkən sosial fəlsəfənin ümumi müddəalarına arxalanırlar. Nəhayət sosial fəlsəfə proqnozlaşdırıcı funksiya yerinə yetirir. Belə ki, onun işləyib hazırladıgı müddəalar cəmiyyətin gələcək inkişaf meyllərini, insanların fəaliyyətinin perspektiv nəticələrini irəlicədən görmək imkanı verir. Bu funksiyaya əsaslanmaqla ayrı-ayrı sosial hadisələrin və bütövlükdə cəmiyyətin gələcək inkişafını proqnozlaşdırmaq mümkün olur.


Yüklə 72,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin