3.Sosial idrakın ontoloji, aksioloji və qnoseoloji tərəfləri.
Cəmiyyəti təşkil edən müxtəlif insan qrupları və fərdlər daim öz tələbatlarını, mənafelərini və məqsədlərini həyata keçirməyə çalışır. İctimai həyatın bu rəngarəngliyi sosial idrakın mürəkkəbliyini şərtləndirir. Sonuncu səbəb üzündən cəmiyyətin mövcudluğu və inkişafına dair müxtəlif baxışlar və nəzəriyyələr mövcuddur. Bu müxtəliflik sosial idrakın bütün əsas tərəflərinin (ontoloji, qnoseoloji və aksioloji) izahında özünü göstərir. Sosial idrakın ontoloji tərəfi dedikdə cəmiyyətin varlığının, onun fəaliyyəti və inkişafı qanunauyğunluqlarının və meyllərinin izahı başa düşülür.
Buraya həm də sosial fəaliyyətin subyekti kimi çıxış edən insan daxildir.
Sosial idrakın ontoloji baxımdan mürəkkəb olması üzündən burada obyektiv qanunlarm mövcudluğunu inkar edən baxışlar yaranmışdır. Məsələn, yenikantçılar göstərirdilər ki, cəmiyyətdə bütün hadisələr fərdi, bənzərsiz və təkrarolunmaz xarakter daşıyır. Burada ümumi, sabit və zəruri əlaqələri ifadə edən qanunauyğunluq yoxdur. Bu qəbildən olan baxışlar doğru deyildir, çünki cəmiyyət obyektiv əsaslar üzrə inkişaf edir. Onlar insanların şüurundan asılı olmadan və insanların onları bilib-bilməməsindən asıh olmayaraq mövcuddurlar. Həmin əsaslara misal olaraq cəmiyyətin iqtisadi inkişaf səviyyəsini, insanların tələbatları və mənafelərini göstərmək olar.
Sosial idrakın qnoseoloji tərifi bunu ifadə edir ki, o, həqiqi elmi bilik verə bilərmi və aşağıdakıları əhatə edir: ictimai hadisələrin dərk olunması formaları və mexanizmi, onun imkanları və hüdudları, sosial idrakda ictimai praktikanın rolu və bu praktikada dərk edən subyektin şəxsi təcrübəsinin əhəmiyyəti, konkret sosioloji tədqiqatların və eksperimentlərin sosial bilik əldə edilməsində rolu
Nəhayət sosial idrakın aksioloji (dəyərlər vasitəsilə qiymətləndirmə) tərəfı də mühümdür. Bu tərəf sosial idrakın spesifıkliyi ilə sıx bağlıdır. Belə ki, dəyərlər mövqeyindən yanaşma bir çox cəhətdən müxtəlif subyektlərin (fərdlərin və sosial birliklərin) malik olduğu dəyərlərdən, ehtiras və mənafelərindən asılıdır. Buna görə də sosial idrakın dəyərlərə münasibəti birmənalı izah olunmur. Bəziləri belə hesab edir ki, sosial idrakda dəyərlər momentinin iştirakı onun elmliyini heçə endirir. Digər bir mövqe isə göstərir ki, idraki tərəf ilə dəyər tərəfı bir-birinə qarşı durmur. Onlardan biri digərini tamamlayır və beləliklə də sosial həyatı daha dərindən öyrənməyə imkan verir.
Dostları ilə paylaş: |