Sosial fəlsəfə


Sistemli-struktur təhlil metodu



Yüklə 72,75 Kb.
səhifə6/55
tarix02.01.2022
ölçüsü72,75 Kb.
#46845
1   2   3   4   5   6   7   8   9   ...   55
sosial fəlsəfə

Sistemli-struktur təhlil metodu o deməkdir ki, cəmiyyəti sadəcə olaraq müxtəlif əlaqələrin və münasibətlərin məcmusu kimi götürmək doğru deyildir. Ona qanunauyğun və sabit əlaqələrin sahmanlı düzülməsini ifadə edən canlı orqanizm kimi baxmaq tələb olunur. Başqa sözlə, ona sistemin strukturu kimi yanaşmaq lazımdır.

Sosial idrakda sistemli-struktur təhlil metodunun tətbiqi bütünlükdə ümumbəşər tarixini öyrənmək, digər tərəfdən isə onun bu və ya digər mərhələsini dərindən araşdırmaq imkanı verir.



İkinci, tarixi-genetik metod birinci ilə sıx bağlıdır. Əslində bu metod sosial proseslərin yaranması və inkişafına zaman səpkisi baxımından yanaşılmasını ifadə edir. Beləliklə də tarixi-genetik metod sistemli-struktur təhlil metodunu bir növ tamamlayır. Belə ki, sistemli-struktur təhlili metodu cəmiyyəti mürəkkəb sistem kimi araşdırır, onun fəaliyyəti mexanizmlərini tədqiq edir. Lakin bu metod sosial reallığı yaranma və inkişaf halında götürmür. Tarixi-genetik metod isə onun bu məhdudluğunu aradan qaldırır.

Tarixi-genetik metodun mahiyyəti ictimai həyat hadisələrinin keçmişini, bu gününü və gələcək inkişafı meyllərini araşdırmaqdır. Bu metodun tarixiliyə əsas diqqət yetirməsi çox mühüm əhəmiyyət kəsb edir. Belə ki, o bir tərəfdən sübut edir ki, ictimai sistemin indiki vəziyyəti onun keçmişi ilə şərtlənir, ondan ayrılmazdır. Digər tərəfdən isə tarixi yanaşma tələbi ictimai reallığın müasir vəziyyətini əbədi və dəyişməz hesab etməyin mənasızlığını göstərir. O sübut edir ki, cəmiyyətin hər bir vəziyyəti müvəqqəti xarakter daşıyır, o dəyişilir.



5. Müasir sosial idrakın əsas ümumelmi metodları:substrat-hadisəvi metod; humanitar-şəxsiyyət mövqeyindən yanaşma metodu.


Yüklə 72,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin