Sosial işin təşkili prosesində sosial işçinin rolu haqqında məlumat verin


Uşaqlarının əlilliyini qəbul edən ailələrlə sosial işin təşkilini şərh edin



Yüklə 61,51 Kb.
səhifə39/41
tarix15.05.2022
ölçüsü61,51 Kb.
#57998
1   ...   33   34   35   36   37   38   39   40   41
Sosial işin təşkili imtahan cavabları

Uşaqlarının əlilliyini qəbul edən ailələrlə sosial işin təşkilini şərh edin

Uşaqlarının əlilliyini Qəbul edən ailələrlə ünsiyyət: Bütün əlilliyi olan uşağa sahib ailələrdə uşaqlarının gözləmədik xüsusi vəziyyəti qarşısında böyük bir şok yaşanar. Şokun ardınca “xeyr belə deyil, bu necə ola bilər” kimi inkar reaksiyaları yaşanar. Ailə uşağına qoyulan diqanozun səhv olduğunu isbat etməyə çalışar. Qorxu, narahatlıq, kədər kimi hisslər keçirə bilərlər. Bu davranışlar bir müddət davam edə bilər. Şok sovuşdurulduqdan sonra uşağının əlilliyini qəbul və ya rədd duyğuları görsənir. Uşağının xüsusi qayğıya ehtiyacı olduğu ilə barışan ailə uşaqları üçün lazım olanları etməyə başlayarlar. Ailə bir sistemdir və bu sistemdə bir fərdin başına gələn digər fərdlərə də təsir edir. Ailədə xüsusi qayğıya ehtiyacı olan uşağın olması və valideynlərin ona daha çox zaman ayırması digər uşaqlara emosional təsir edə bilər. Bunu özlərinə qarşı valideynləri tərəfindən edilmiş laqeyiddlik hissi kimi qebul edər, eyni zamanda özlərini dəyərsiz, əhəmiyyətsiz, hətta sevilməyən uşaq kimi görə bilərlər. Bu problemi yaşamamaq üçün daha yaxşı olar ki, valideynlər uşaqlarını bərabər sevdiklərini hiss etdirə bilsinlər, dgər uşaqlarına da mütləq zaman ayırmaları və onların ehtiyaclarını da fərq etdiklərini göstərməlidirlər. Ailə içində açıq və dürüst bir ünsiyyətin olmasının əhəmiyyəti böyükdür. Əlilliyi olan uşaqlarının diaqnozu mövzusunda məlumatları digər uşaqlarına dəqiq izah etməyə çalışmalıdılar. Bu digər uşaqlara xüsusi qayğıya ehtiyacı olan bacı və ya qardaşına necə köməklik edə biləcəyinə yardım edəcək. Uşağının təhsil və rehabilitasiya xidmətləri həyata keçirməsindəvə mütəxəssislərin verdiyi tapşırıqları yerinə yetirməklə valideynlər övladlarına kpməklik edə bilərlər. Aparılan araşdırmalarda, ataların xüsusi qayğıya ehtiyacı olan uşaqları ilə maraqlanması vəziyyətində uşaqların təhsil və rehabilitasiyada daha müvəffəqiyyətli olduqları görülmüşdür. Əlilliyi olan uşağa sahib ailələrə ünsiyyət zamanı lazım olan bir sıra məsləhətlər: 1. Uşağınızın vəziyyətini nə qədər erkən qəbul etsəniz sizin və uşağınızın vəziyyəti daha yaxşı olacaq deməkdir. Əlilliyi olan uşağın erkən diaqnozu, erkən rehabilitasiyası uşağınızın daha sürətli inkişafını təmin edəcək. 2. Uşağınızın əlillik səbəbi ilə əlaqədar diaqnozu öyrənin və bu mövzuda məlumatınızı artırın. Bu sahədə xidmət edən spesifik peşə terminləri öyrənin. Doğru məlumatı axtarmaqdan çəkinməyin. 3. Duygularınızı ailə üzvləri ilə paylaşın. Duyğularınızı göstərməkdən qaçınmayın. 4. Acı və hirs kimi təbii duyğularla necə baş ediləcəyini öyrənin. 5. Uşağınız üçün lazım olan təhsil proqramından istifadə edin. 6. Acıma hissindən qaçının, bunun uşağınızın inkişafını dəstəkləməsini mənfi təsir edəcəyini unutmayın. 7. Yalnız olmadığınızı unutmayın sizin vəziyyətdə olan bir çox ailə var. Çətinliklərlə baş edə bilmədə sizə köməkçi ola biləcək ən əhəmiyyətli qaynaq sizsiniz. 8. Hər fərdin özünə xas xüsusiyyətləri olduğuna inanın, ünsiyyət müddətində şərtsiz müsbət dünyagörüşü inkişaf etdirin. 9. Empatik davranış inkişaf etdirin. (Özünü qarşısındakı adamın yerinə qoyub obyektivliyini itirmədən onun problemlərinə onun kimi baxa bilməsi, onun hiss etdiklərini yaşaya bilməsi ) 10. Özünüzə vaxt ayırın. Hər zaman özünüz üçün sizi rahatlaşdırıb dincəldəcək vaxtın ayrılması sizə və uşağınıza daha çox köməkçi olacaq. 11. Özünüzə diqqət edin. Fiziki və psixoloji sağlamlığınızı qorumağa diqqət yetirin. 12. Digər uşaqlarınıza da mütləq vaxt ayırın. 13. Ailə içində təsirli ünsiyyət və aktiv dinləmə üsullarını tətbiq edin və bu üsulları mütləq öyrənin.


  1. Yüklə 61,51 Kb.

    Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin