Fərdlərlə və qruplarla sosial işi şərh edin.
Sosial işdə 3 tip klient mövcuddur:
Könüllü klientlər – onlar özləri sosial işçiyə müraciət edirlər.
Qeyri-könüllü klientlər – yaxınları, qohumları, müəllimləri və b. Tərəfindən sosial işçiyə yönləndirilir.
Hüquqi mandat altında olan klientlər – məhkəmə qərarı ilə sosial iş xidmətlərinə göndərilir. Fərdlərlə aparılan sosial iş (casework) zamanı sosial işçilər, mütəxəssisələr üz-üzə ünsiyyət və əlaqələr qurmaq vasitəsilə müştərilərinin şəxsi, sosial-iqtisadi, psixoloji və s. Probləmlərini həll etməyə çalışır. Fərdlərlə aparılan sosial işin məqsədi fərd və onun ailəsi, digər birliklər və ya ətraf mühiti arasında olan əlaqələrin pozulmasına səbəb olmuş amillərin tam və ya qismən aradan qaldırılmasıdır. Fərdlə aparılan sosial iş prosesinin mərhələləri:
1.Tədqiat, problemin öyrənilməsi – bu mərhələdə klient prosesə cəlb olunur. Məlumatların yığılması bu mərhələdə baş verir. Bu mərhələdə rəğbətli dinləmə, inam və etibarın nümayişi, məxfiliyin tam təmin edilməsi prosesin gedişatına çox kömək edə bilər.
2.Qiymətləndirmə mərhələsi – problemin klient tərəfindən təqdim edildiyi andan başlayır, problemin sosial işçi tərəfindən tam dərk edilməsi prosesi ilə bitir. Qiymətləndirmənin ən önəmli məqamı onun fərdlə aparılan bütün iş ərzində davam etməsindən ibarətdir.
3.Müdaxilə mərhələsi – müdaxilə etmək üçün qarşıya bir sıra məqsədlər qoyulur. Məqsədin vacibliyi mövcud problemin aradan səmərəli şəkildə qaldırılmasındadır. Bu mərhələdə sosial işçi klienti mövcud olan müvafiq xidmətlərə istiqamətləndirməyə çalışmalıdır.
4.Fərdlə aparılan işin dayandırılması mərhələsi – sosial işçi qarşıya qoyulan məqsədə çatıldığını, eyni zamanda klientin artıq kifayər qədər güclü olduğunu və qarşılaşdığı problemin öhdəsindən gəlməsi üçün kifayət qədər qabiliyyətinin olduğunu gördükdə prosesi başa çatdırır.
Qruplarla aparılan sosial iş. Barkerin 1995-ci ildə nəşr edilmiş “Sosial iş üzrə lüğət” kitabında qruplarla aparılan sosial işə aşağıdakı cür tərif verilmişdir: Qruplarla aparılan sosial iş müəyyən edilmiş müəyyən məqsədlərə çatmaq üçün bir araya gəlmiş və mütəmadi şəkildə görüşərək müxtəlif fəaliyyətlərdə iştirak edən insanlarla aparılan sosial iş müdaxiləsidir. Qrupda cəmlənmiş insanların ümumi maraqları və oxşar problemləri olur. Qrup psixoterapiyasından fərqli olaraq qrup işinin məqsədi sadəcə emosional problemlərin həllindən ibarət deyil, həmçinin sosial problemin həlli yollarının tapılması, məlumat mübadiləsi, sosial vərdişlərin inkişaf etdirilməsi, antisosial davranışların qarşısının alınması və s. Ola bilər. Çətin tərbiyə olunan və ya əlilliyi olan uşaqların valideynlərindən, tənha yaşayan insanlardan, qanunla münaqişədə olmuş insanlardan, zorakılığa məruz qalmış qadınlardan və s. Qrup təşkil etmək olar. Qrup üzvlərinin seçilməsi əsasən aşağıdakı meyarlar üzrə aparılır: Yaş Cins Ümumi problemlər Dəyərlər sistemi – dəyərlər sistemində olan müəyyən müxtəlifliklər qrup daxilində elə də böyük problem yaratmır, əksinə qrup daxilində məhsuldar ünsiyyətin yaradılmasında böyük rol oynaya bilər. Lakin dəyərlər sistemləri arasında olan daha böyük fərqlər qrup daxilində ciddi ziddiyyət və mübahisələrə səbəb ola bilər. Bilik – bu faktor qrup yaradılarkən ele də böyük əhəmiyyət kəsb etmir, lakin qrup üzvləri arasında bu göstərici üzrə fərq çox böyük olsa, bu real problemlə nəticələnə bilər. Struktura qarşı tolernat münasibətlər Adətən sosial işçi qrup üzvləri ilə fərdi müsahibələr vasitəsilə tanış olur. Qrup işi aparılacaq məkanda qrup üzvlərinin diqqətini yayaındıracaq əşyalar olmamalıdır. Daha yaxşı olar ki, qrup dairəvi şəkildə oturmuş olsunlar. Bu onlara hər birini görməyə imkan verəcək. Qrup üzvlərinin sayının 7-9 nəfər olması məqsədəuyğundur. Qrup 2 cür ola bilər: 1.açıq qrup – mövcud olduğu dövr ərzində yeni üzvlər qəbul edir. 2.qapalı qrup – qrup formalaşarkən ora daxil olmuş üzvlərdən ibarət olur. Qruplar məqsədlərinə çatmağa əsaslanaraq qısamüddətli və uzunmüddətli ola bilər. Görüş vaxtı, daha yaxşı olar ki, əvvəlcədən qrup üzvlərinin razılığı ilə təyin olunsun. Sosial işçi aparılan müzakirələri düzgün istiqamətləndirməsi üçün qrupun müzakirə məsələləri haqqında ətraflı məlumata malik olmalıdır. Istər fərdlər, istərsə də qrupla aparılan iş zamanı edilmiş yazılı qeydlər saxlanılmalıdır. Bu qeydlər məxfi saxlanılır. Qrupla aparılan iş zamanı bütün prosesin audio və ya video yazılması çox səmərəli, lakin eyni zamanda maliyyə tələb edən bir prosesdir. Bu proses sonradan sosial işçiyə qrupun qiymətləndirməsində çox kömək edə bilər. Qiymətləndirmə qrup işinin vacib aspektlərindən biridir. Qiymətləndirmə qrup formalaşdığı andan başlayır. Qrup işinin o zaman başa çatdırmaq lazımdır ki, qrup üzvləri sonradan qarşıya çıxacaq problemləri özləri həll etmək iqtidarında olsunlar.
Dostları ilə paylaş: |