Sosial işin təşkili prosesində sosial işçinin rolu haqqında məlumat verin


Sosial işin predmeti,subyekti, elementləri və funksiyalarını şərh edin



Yüklə 61,51 Kb.
səhifə6/41
tarix15.05.2022
ölçüsü61,51 Kb.
#57998
1   2   3   4   5   6   7   8   9   ...   41
Sosial işin təşkili imtahan cavabları

Sosial işin predmeti,subyekti, elementləri və funksiyalarını şərh edin.

Sosial iş daha çox tədbiqi xarakter daşıyır. Sosial işin bir elm kimi predmeti- şəxsiyyətin sosial qrupun, ictimai həyat fəaliyyətinə aid olan sosial prosesləri və hadisələri əhatə edir. Sosial işin subyektinə aşağıdakılar aiddir:

    1. Sosial yardım göstərən sosial işçilər və sosial pedaqoqlar

    2. Sosial işi tədris edən professor müəllim heyyəti

    3. Sosial işin inkişafını və ümumi vəziyyətini araşdıran tədqiqatçılar

    4. Ölkədə sosial siyasəti formalaşdıran və həyata keçirən idarəetmə kadrları

Sosial iş bir nəzəriyyə kimi sosail elmlərin ənənəvi istiqamətlərinin (fəlsəfə, politalogiya, iqtisadi nəzəriyyə, ontropologiya, tibb elmi, psixologiya, sosiologiya, etika) qovşağında yerləşir.Sosial iş sisteminin aşağıdakı elementləri mövcuddur.

  1. Sosial işin obyekt və subyektləri

  2. Sosial işin sahələri(səhiyyə,təhsil,istehsalat, itimai yerlər)

  3. Sosial işin metodları

  4. Sosial işin formaları

Sosial sistemlərin başlıca funksiyaları nizamı və inkişafı təmin etməklə bağlıdır. Lakin elə sosioloji nəzəriyyələr vardır ki, onlar sistemin potensiyalarını, yəni imkanlarını ön plana çəkir və müvafiq anlayışları formula edirlər. Bu halda sistemin aşağıdakı imkanları qeyd olunur: - tənzimləyici (bu, fərdlərin və qrupların davranışının tənzimlənməsini təmin edir); - ekstraktiv (bu, resursların cəlb olunmasını nəzərdə tutur); - atributiv (bu, cəmiyyətdə müdafiənin təmin olunmasını nəzərdə tutur); - distributiv (bu, status mövqelərinin və maddi nemətlərin bölgüsünü nəzərdə tutur). Beləliklə, sosial sistem çoxölçülü və çoxaspektli təşəkkül olub, mürəkkəb tərkibə, tipologiya və funksiyalara malikdir. Cəmiyyət sosial sistemlərin bütün xarakteristikalarını əks etdirir, ona görə də cəmiyyət ən mürəkkəb və ümumi sosial sistem hesab olunur.


  1. Yüklə 61,51 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin