Sosial işin etikasını izah edin.
Sosial işin peşəkar tətbiqi zamanı müəyyən olunmuş etik qaydaları bilmək və onlara əməl etmək sosial işin təməl hissəsidir. Sosial İşin Etikasına uyğun olarar hərəkət etmək bacarığı və etik qaydalara sadiqlik sosial işçilərin göstərdiyi xidmətlərin keyfiyyətinin ən əsas amilidir. Sosial işin əsas dəyərləri insanların bərabərliyinə və ləyaqətinə olan hörmət hissləridir. İnsan marqalarının müdafiəsi, ədalətin qorunub saxlanılması sosial işin bütün sferalarının əsasını təşkil edir. Sosial işin etikasının obyekti, predmeti, məqsəd, vəzifələri, funksiya və kateqoriyaları mövcuddur.
Obyekti-mütəxəssislərin profesional əxlaqıdır.
Predmeti-sosial işçilərin iş prosesində meydana çıxan etik münasibətləri, etik şüur və əməlləridir.
Məqsədi- peşə fəaliyyətini sosial cəhətdən bəyənilən məzmun və mahiyyətini təmin etmək və qoruyub saxlamaqdır.
Vəzifəsi- sosial qrupların, birləşmələrin münasibətlərini davranış və hərəkətlərini normativ cəhətdən nizama salmaqdır.
Sosial işin etikasının əsas kateqoriyaları peşəkar etik münasibətlər, etik şüur, etik hərəkətlər və mütəxəssislərin peşə borcudur. Sosial işin etikasının əsas kateqoriyaları aşağıdakılardır:
Peşəkar etik münasibətlər- bir kollektivin üzvləri arasında, sosial işçilər və onlara müraciət edənlər arasında, sosial işçilərlə müxtəlif təşkilatlar, müəssisələr arsında yaranır.
Etik şüur- peşə münasibətləri prosesində yaranan sosial gərçəkliyin və fəaliyyətin əksidir. Bu proses lazımı davranış və ideya kimi əks olunur.
Etik hərəkətlər- sosial iş sahəsində çalışan mütəxəssislərin onlara müraciət edənlər arasındaetik davranış çərçivəsində ardıcıl hərəkətləri başa düşülür.
Mütəxəssislərin peşə borcu- dedikdə sosial işçilərin bilikləri, peşə vərdişləri nəzərdə tutulur.
Dostları ilə paylaş: |