Sosial işin yaranma tarixi haqqında məlumat verin.
Sosial işin yaranma tarixi 4 mərhələyə ayrılır.
I mərhələ - qədim dövrdən başlayır.Qarşılıqlı yardım və dəstək formasında sosial işin arxaik formaları yaranmışdır. Sədəqə, mərhəmət, filantropiya və xeyriyyəçilk bu dövrdə formalaşmışdır.
II mərhələ - XIX əsrin sonu və XX əsrin əvvələrində sosial iş ayrıca peşə kimi formalaşmışdır.
III mərhələ - 80-cı illərdə sosial işin insan hüquqlarının müdafiəsi kimi dərk edilməsi formalaşır. Bununla bağlı 1948-ci ildə qəbul edilmiş Ümumidünya İnsan Hüquqları Bəyannaməsi və digər insan hüquqları sənədlərində əks olunmuş hüquqlar sosial işin fəaliyyət sahəsində xüsusi yer tutmağa başlayır.
IV – mərhələ 80-cı illərin sonu və 90-cı illərin əvvələrində sosial işin nəzəriyyəsi tam formalaşır. Və bununla dünya eliminə daha bir elm sahəsi əlavə olunur.
Hələ eramızdan əvvəl 1750-ci ildə qədim Babilistan hakimi Hammurapi Ədalət Kodeksini tərtib etmişdir. Qanuna daxil edilmiş əsas qanunlardan biri həbs olunan insanların bir-birinə dəstək olmalarının tələb edilməsi idi.
E.ə 1200-cü iə aid edilən qədim İudeyanın yazılı mənbələrində isə qeyd edilirdi ki, Allah yəhudilərdən yoxsul və bədbəxtlərə yardım etmələrini gözləyir. Bu qanunlar əslində ehtiyacı olan şəxslərə filantropiya (xeyriyyəçilik) əsasında yardımın göstərilməsini tənzimləyirdi ki, bu da sosial yardımın ilk formalarından birini təşkil edirdi. Filantropiya yunan sözü olub, mənası isə insan sevərik, ehtiyacı olanlara yardım mənasında istifadə olunur.
Sosial iş tarixi boyunca, işsiz və evsiz insanlara yardım məqsədi ilə fəaliyyət göstərmişdir.
Dostları ilə paylaş: |