Sosial işin təşkili prosesində sosial işçinin rolu haqqında məlumat verin


Sosial iş sistemləri haqqında məlumat verin



Yüklə 61,51 Kb.
səhifə5/41
tarix15.05.2022
ölçüsü61,51 Kb.
#57998
1   2   3   4   5   6   7   8   9   ...   41
Sosial işin təşkili imtahan cavabları

Sosial iş sistemləri haqqında məlumat verin

Sosial iş sistemi həm ictimai, həm dövlət xarakterli olur. Bu sistemin tərkib hissəsi kimi çıxış edən institutlar əhalinin sosial problemlərinin həlili ilə məşğul olan müəsisələrdir. Sistemlərin xüsusi tipi olan sosial sistemlər komponentlərinin çoxluğu, həmin komponentlər arasında, bütövlükdə sistemlə mühit arasında qarşılıqlı əlaqələrin rəngarəngliyi ilə səciyyələnir. Görkəmli sosioloq T. Parsons qeyd edirdi ki, sosial sistemlər ən əvvəl qarşılıqlı fəaliyyətdə, təsirdə olan fərdlərin sistemidir; fərdlər eyni zamanda həm canlı orqanizmlərdir, həm də şəxsiyyətlərdir və müəyyən mədəni sistemlərə mənsubdurlar.

Sosial sistemləri genetik əlamət baxımından maddi və ideal sistemlərə ayırmaq olar. Maddi sosial sistemlərə kiçik sosial qrupları (ailə, peşə qrupları, partiya özəkləri); böyük sistemləri (dövlət, partiyalar, həmkarlar təşkilatları konfederasiyası və s.); mürəkkəb sistemləri (dövlətlər birliyi, hərbi-siyasi bloklar, iqtisadi ittifaqlar və s.) aid edilə bilər. İdeal sistemlər insanın ətraf aləmi dərk etməsi ilə bağlıdır. Bu sistemlər də kiçik (fərdi şüur, şəxsiyyətin mənəvi dünyası), orta (müəyyən fərdlər qrupunun baxışlar sistemi, etnik qrupların adət və ənənələri), böyük (iqtisadi nəzəriyyə, sosiologiya elmi və s.), habelə universal (dünyagörüşü, mifologiya, din və [s.) sistemlərə ayrıla bilər. Formasına görə sosial sistemlər kiçik, orta, böyük və mürəkkəb sistemlər kimi təsnif oluna bilər. Sosial işdə mürəkkəb sistemlər həm də səviyyə cəhətdən də xarakterizə olunur:

Milli səviyyə-dövlət və cəmiyyətin müəssisələrini, təşkilatlarını təşkil edir, İctimai milli miqyasa kliyentin həyatı əhəmiyyət kəsb edən problemlərini həll etmək üçün şəraiti müəyyən edir və yaradır. Sosial müdafiə, əlavə təhsil, gənclər proqramları dövlət səviyyəsində müxtəlif komitələr və nazirliklər tərəfindən həyata keçirilir.

Regional səviyyə- region spesifikası, onun təbii, iqlim, iqtisadi,demoqrafik və digər göstəriciləri ilə müəyyən olunur. Reginal səviyyənin özünəməxsusluğusosial işin əsas istiqamətlərinin üstünlüklərində ifadə olunur.

Bələdiyyə səviyyəsi-şəhər səviyyəsində sosial işin məqsəd və vəzifələrini həyata keçirmək üçün idarə sahələrinin bölünməsinin spesifikasını əks etdirir.

Lokal səviyyə- icmanın konkret xüsusiyyətlərini, özünə məxsusluğu ilə əlaqədardır.




  1. Yüklə 61,51 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin