Sual 27. Kollektiv sosial-pedaqoji fenomen kimi. Kollektivin sosial-psixoloji səciyyəsi Cavab: Kollektivin sosial-psixoloji səciyyəsi kollektiv cəmiyyətin xüsusi tərkib hissəsi sayılır. Kollektivə daxil olan hər bir üzv kollektivin mənafeyi üçün çalışmalı kollektivin uğurları ilə sevinməli uğursuzluqlarında təəssüf hissi keçirməlidir. Bütün insan toplularına kollektiv deyilmir.Ümumi məqsəd üçün çalışır, fəaliyyət göstərən insan topluları kollektivadlanır. Uşaq kollektivini mütəxəsislər cəmiyyətin özünəməsus modeli hesab etmişlər. Kollektiv haqqında ilk nəzəriyyəsini rus pedaqoqu Makarenko hazırlamışdır.Uşaq kollektivinin əsas tipi sinif-şagird kollektivi hesab olunur.
Kollektiv sosial-psixoloji hadisə kimi qiymətləndirilir. Insanların birliyi kimi, kollektiv ilk növbədə, iki tələbi ödə malidir: o, ictimai-faydalı məqsəd güdməli və oradakı müna sibətlər təkcə şəxsi və qrup maraqlarına deyil, ictimai ma raqlara uyğun olmalıdır. İnkişaf etmiş kollektiv üçün hər cür münasibətlar yox, ictimai məqsədlərə və maraqlara yönəlmiş qarşılıqlı münasibətler (sosial-psixoloji, emosional, birlik, əməkdaşlıq) səciyyəvidir. Kollektivin hər bir üzvü başqaları ilə müxtəlif münasibətlər sisteminə daxil olur. A.S.Maka renko bu münasibətləri «məsul qarşılıqh asılılıq münasibətləri» adlandırirdi. Kollektivdə çox müxtəlif münasibət növləri mövcuddur: rəsmi və qeyri-rəsmi, işgüzar və şəxsi, rasional və emosional, bilavasitə və bilvasitə münasibətlər. İnkişaf etmiş kollektivdə bu münasibətlar bir-birinə qarşı qoyulmur, uzlaşdırılır. Burada ümumi məqsədə xidmət edən kollektiv münasibətlər formalaşır.
Gələcək nəsillərin şəxsiyyət kimi formalaşmasında kollektiv böyük əhəmiyyətə malikdir. Belə ki, kollektiv daxilində mövcud olan şəxsiyyətlər arası münasibətlər hər bir uşağa öz təsirini göstərir. Kollektiv vasitəsilə tərbiyə problemi pedaqogikada 20-ci illərdən etibarən aktuallaşmışdır və bu sahədə A.S.Makarenkonun müstəsna əhəmiyyəti danılmazdır. Kollektiv yeniyetmə və gənclərdə elə əxlaqi dəyərlər formalaşdırır ki, onlar düşdükləri içtimai məkanda kollektivdə qazandıqları davranışların köməyi ilə hərəkət edirlər. Kollektiv cəmiyyətlə şəxsiyyət arasında sosial-içtimai vasitədir və kollektiv daxilində insan həm müəllimin-tərbiyəçinin, həm də həmyaşıdlarının təsirinə məruz qalır. Kollektiv hər bir şəxsiyyətin özünü reallaşdıra biləcəyi sosial mühitdir.
Kollektiv sözü “kolleqa” latın sözündən olub “çoxluq, qrup, insan birliyi” mənasını verir. Kollektiv haqqında pedaqoq alimlərin öz elmi yanaşması var.
Şəxsiyyətin formalaşmasında kollektivin roluna münasibət birmənalı olmamışdır. Şəxsiyyəti kollektivə və ya kollektivi şəxsiyyətə qarşı qoyanların fikrinə görə, şəxsiyyətin kollektivə tabe olması onun yaradıcı fəaliyyətini aşağı salır və bu da şəxsiyyətin kollektiv içərisində əriyib məhv olmasına gətirib çıxarır. Lakin həqiqətdə isə insanın qabiliyyət və xassələrinin inkişafı, onun şəxsiyyət kimi formalaşması məhz kollektiv daxilində baş verir. Kollektiv daxilində insan başqası ilə ünsiyyətdə olub, başqasına lazım olduğunu dərk etməklə bərabər, özünün də bu mənəvi ünsiyyətdən məmnun olduğunu hiss edir.
Kollektivdə şəxsiyyətin tərbiyəsi həm tarixən, həm də mahiyyət etibarilə A.S.Makarenkoya aiddir. Onun fəaliyyətə başladığı dövrdə şagird kollektivi məsələsi həm nəzəri, həm də təcrübi cəhətdən çox az işlənmişdir. Sovet hakimiyyətinin ilk illərində uşaq kollektivi haqqında nəzəriyyələrdə bioloji amilə daha çox yer verməklə təhriflər edilirdi.
Şagird kollektivinin tərbiyə edilməsində yaxın, orta və uzaq perspektivlər əsaslı rola malikdir. Bu pespektivlər bir-birindən həm zaman kəsiyi etibarilə, həm əldə edilməsi müddətinin yaxın və uzaqlığı ilə, həm də keyfiyyətcə sadə və mürəkkəbliyi ilə fərqlənir.
Yaxın perspektivlər – daha sadə və yerinə yetirilməsi yaxın zamanda gözlənilən perspektivlərdir. Bu perspektivlər yaxın zövqü ödəməyə xidmət edən şəxsi istəklərin, fərdi meyillərin ödənilməsini nəzərdə tutur. Kinoya, konsertə getmək, müəyyən tədbirlərdə iştirak etmək, kollektiv gəzintiyə getmək yaxın perspektivin ən sadə növləri sayılır. Yaxın perspektivlərin içtimai-faydalı əməklə əlaqələndirilməsi tərbiyə işinin səmərəsini artırar və onun kollektiv planda qurulması həm də kollektiv daxili münasibətlərin möhkəmləndirilməsinə də öz töhfəsini verə bilər.
Orta perspektivlərin – yerinə yetirilməsi bir qədər uzaq olan mürəkkəb fərəhli vəzifələri nəzərdə tutur. Orta perspektivə daxildir: bayram günlərində və ümumxalq tədbirlərinda iştirak etmək, tarixi bayramların keçirilməsi, tədris ilinin başlanmasını və qurtarmasını qeyd etmək və s. Bu perspektivlərin pedaqoji baxımdan əhəmiyyəti ondan ibarətdir ki, onlar uşaq kollektivini əvvəldən hazırlaşmağa və bu sahədə əməyə sərf etməyə sövq edir.
Uzaq perspektivlərin – ümumi ölkə miqyasına qədər genişlənən perspektivlərdir. Onun ilk başlanğıcında uşaq kollektivinin gələcəyi, onun daha zəngin, daha mənalı, daha mədəni həyatı durur. Daha uzaq sərhəddi isə bütün xalqın, bütün respublikanın yüksəlişi durur.
İlkin kollektivin təşəkkülü ən azı dörd mərhələdən keçir.
1-ci mərhələ - bu mərhələdə uşaqların qarşısında içtimai mahiyyətli məqsədlər qoyulur. Bu mərhələ çox vaxt diktator mərhələsi də adlandırılır. Bu mərhələ kollektivin hər bir üzvünün mənəvi yüksəliş yoludur və bu mərhələ vaxt etibarilə bir həftə çəkir, bütün tələblər müəllim-tərbiyəçi tərəfindən qoyulur.Bu mərhələdə ən mühüm amil kollektivin fəaliyyətinin planlaşdırılmasıdır. Fəalların seçilməsi bu dövrdə ən mühüm addımdır.
2-ci mərhələ - kollektivin daha mürəkkəb vəzifələrinin həll edilməsi mərhələsidir. Bu mərhələdə onun təşkili üsulları mürəkkəbləşir, kollektiv tam özünüidarəyə keçir. Kollektiv üzvləri müstəqil hərəkət edir, düşünür, kollektivin bütün üzvləri özünüidarədə iştirak edir.
3-cü mərhələ - kollektiv üzvlərinin öyrənilməsi əhəmiyyət daşıyır və bu dövr üçün davamlı, humanist münasibətlər səciyyəvidir. Kollektivin içtimai rəyi formalaşır, cəmiyyətin xeyri üçün işlər, obyektiv çətinliklərin aradan qaldırılması, əhəmiyyətli mənəvi münasibətlərin qurulması bu dövrün prinsipial xüsusiyyəti olur.
4-cü mərhələ - kollektivin yetginlik mərhələsidir və onun bütün üzvləri kollektivin həyatında yüksək fəallıq göstərir. Tərbiyə özünütərbiyəyə keçir.
Şagird kollektivinin təşkilində və tərbiyəsində özünüidarə orqanlarının rolu böyükdür. Məktəb özünüidarəsi məktəblilərin fəaliyyətinin onların öz qüvvələri ilə təşkili forması olmaqla, müasir məktəbin tərbiyə işləri sistemində əsaslı yer tutur. Müntəzəm aparılan təhsil islahatları özünüidarə kollektivinin işinin təkmilləşdirilməsi, inkişaf etririlməsi yolu ilə məktəblilərin tədris və tərbiyə intizamını möhkəmləndirməyi və onlarda içtimai fəallığı gücləndirməyi tələb edir. Məktəbdə şagird özünüidarəsi sinif və məktəb formasında təşkil olunaraq fəaliyyət göstərir. Sinif özünüidarəsində sinfin fəalları-sinif nümayəndəsi, uşaq və gənclər təşkilatı nümayəndələri, divar qəzeti redaksiya heyəti və b. İştirak edirlər.
Məktəb səviyyəsində şagird özünüidarə orqanları sinif kollektivlərinin fəalları əsasında təşkil olunur. Şagird komitəsi, uşaq və gənclər təşkilatı şurası, müxtəlif sahələr üzrə fəaliyyət göstərən komissiyalar, uşaq birlikləri və s. İdarəedən orqanlar kimi fəaliyyət göstərirlər.
Ümumməktəb özünüidarə orqanları hər sinifdən bir nəfər seçməklə yaradılır. Məktəb-şagird özünüidarəsinin ali orqanı ildə bir dəfə keçirilən ümumi yığıncaq və ümumməktəb şagird konfransıdır. Şagird komitəsi məktəb-şagird özünüidarəsinin mərkəzi orqanı olmaqla V-XI siniflərdə ümumi yığıncaqda açıq səsvermə yolu ilə birillik müddətə seçilir. Şagird özünüidarəsini gücləndirmək üçün məktəb fəallarının sayının artırılması, şagirdlərin hər birinin məktəbin içtimai həyatında fəal iştirakı, kollektivin funksiyalarının mürəkkəbləşdirilməsi, sinif kollektivi ilə ümumi məktəb kollektivi arasında əlaqəni gücləndirmək kimi vəzifələri həyata keçirmək lazımdır. Bu funksiyalar həm də məktəblilərin dərsdənkənar vaxtlarının səmərəli təşkilinə kömək edir, məktəblilərdə içtimai faydalı işlərlə məşğul olmaq tələblərini tərbiyə edir.