Sosial pedaqogika imt s Sual Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi Cavab


Sual 26. Tərbiyənin tərkib hissələrinin sosial-pedaqoji prosesə təsiri



Yüklə 158,37 Kb.
səhifə27/62
tarix02.06.2023
ölçüsü158,37 Kb.
#122708
1   ...   23   24   25   26   27   28   29   30   ...   62
sos pdqgk imt

Sual 26. Tərbiyənin tərkib hissələrinin sosial-pedaqoji prosesə təsiri
Cavab:
Tərbiyə — insanın şəxsiyyətinin inkişafına, onun müasir mədəni dünyagörüşünün formalaşmasına, müəyyən baxışların yaranmasına yönəlmiş məqsədyönlü peşəkar fəaliyyətdir. Tərbiyə təlim-tədris müəssisələrində xüsusi təlim almış mütəxəssislər tərəfindən şəxsiyyətin formalaşması və yaranması məqsədilə hazırlanmış bütöv, şüurlu təşkil edilmiş prosesdir.

Bütöv tərbiyə prosesinin tərkib hissələri: əqli, mənəvi və s. tərbiyə.

Mənəvi tərbiyə - insanın dəyişməz və harmonik inkişafını təmin edən həyatı dəyərləndirməni şəxsdə formalaşdırmaq. Mənəvi tərbiyə insanın işlərinə və fikirlərinə ali məqsəd verən qürur, səmimiyyət, məsuliyyət və s. hissləri tərbiyələndirir.

Siyasi tərbiyə - insanlarda dövlətlər, millətlər, partiyalar arasında münasibətləri əks etdirən və onları ruhi-mənəvi, etik cəhətdən öyrənə bilən siyasi düşüncənin formalaşması. Obyektivlik, dəqiqlik, istiqamət seçə bilmək və ümumbəşəri dəyərlər cəhətdən həyata keçirilir.

Cinsi tərbiyə - insanlarda sistemləşdirilmiş, şüurlu planlaşdırılmış cinsi şüurunun yaranması, onların ailə həyatına hazırlanması.

Hüququ tərbiyə - hüquqi tərbiyənin və hüquqi davranışın formalaşması, ümumi məcburi ibtidai təhsilin hüquqi cəhətdən həyata keçirilməsi, qanuna tabe davranışın yaranması prosesidir.

Əmək tərbiyəsi – insanlarda ümümi əmək bilik və bacarıqlarının inkişafına, əməyə və əmək məhsullarına məsuliyyətli yanaşmanın psixoloji hazırlığına, şüurlu surətdə gələcək peşə seçiminə yönəlmiş tərbiyəçi və tərbiyə alanların birgə fəaliyyəti prosesidir. Ən qәdim tәrbiyә sahәlәrindәn olan əmək tərbiyəsi böyüyәn nәslin, ümumiyyәtlә, insanların әmәk fәaliyyәtinә hәm nәzәri, hәm dә tәcrübi nöqteyi-nәzәrdәn hazırlanmasını әhatә edir, әmәyin elmi әsasları, onun elmi tәşkili haqqında sistemli mәlumatlar verir, zәruri әmәk bacarıq vә vәrdişlәri, әmәyә, әmәk adamlarına, öz әmәk fәaliyyәtinә münasibәt formalaşdırır. Əmək tərbiyəsi prosesi hәm xüsusi dәrslәr, müxtәlif tip mәşğәlәlәr, hәm dә ayrı-ayrı fәnlәrin tәdrisi vasitәsilә hәyata keçirilir. Bu yolla insanlara onların yaşaması üçün әmәk fәaliyyәtinin birinci әsas şәrt olduğu aşılanır. Əmək tərbiyəsi işi mәktәbdәnkәnar tәrbiyә müәssisәlәrindә, mәdәniyyәt müәssisәlәri vә digәr tәrbiyә müәssisәlәrindә müxtәliftipli çalışmalar, tәdbirlәr, dәrnәklәr vasitәsilә dә hәyata keçirilir. Mәdәniyyәt müәssisәlәrindә, müxtәliftipli dәrnәklәrdә istehsalatdakı yeniliklәr, texniki yeniliklәrә aid elmi mәlumatlar verilir, hәm dә yeni әmәk bacarığı vә vәrdişi formalaşdırılır. Əqli, әxlaqi vә fiziki tәrbiyә ilә sıx әlaqәdar olan əmək tərbiyəsi uşaqlara elmi qanun vә qanunauyğunluqların tәtbiqini öyrәtmәklә bәrabәr, hәm dә onlara insan әmәyinә, әmәk adamlarına hörmәt, әmәk mәhsuluna qayğıkeş münasibәt hisslәri aşılayır. Uşaqların əmək tərbiyəsi erkәn yaşlarından ailәdә vә mәktәbәqәdәr tәrbiyә müәssisәsindә başlayıb, mәktәbdә müxtәlif formalarla davam etdirilir.

Əqli tərbiyə - intellektual mədəniyyətin, idrakı səbəblərin, əqli gücünün, düşüncəsinin, dünyagörüşünün və şəxsiyyətin intellektual azadlığının formalaşdırılması.

Fiziki tərbiyə - insanın fiziki inkişafına, sağlamlığının möhkəmlənəsinə, yüksək əmək qabiliyyətinin və daimi fiziki inkişafına tələbat yaranmasına yönəlmiş təkmilləşmə sistemidir.

Bədii tərbiyə - insanlarda hiss etmək, anlamaq, dəyərləndirmək, incəsənəti sevmək, ondan həzz almaq, bədii-yaradıcılıq fəaliyyətinin inkişafına tələbat və estetik dəyərlərin yaranmasına yönəlmiş tərbiyə növü.

Ekoloji tərbiyə - yeni yetişən nəsildə özündə təbiət haqda bilikləri və ona qarşı məsuliyyətli, humanist yanaşmanı ehtiva edən məqsədyönlü yüksək ekoloji mədəniyyətin formalaşdırılması, təbiətə qarşı ümummilli və ümumbəşəri dəyər kimi məsuliyyətli münasibətin yaranması.

İqtisadi tərbiyə - tərbiyəçilər və tərbiyə alanlar arasında təbiət, təsərrüfat və istehsalın, maraqlarının və tələbatının təşkilinə yönəlmiş, bilik və bacarıqlarının, tələbatlarının yaranmasına yönəlmiş münasibətlər.

Estetik tərbiyə - yetkinləşən insanda hissetmə, düzgün anlama, həyatda və incəsənətdə gözəlliklər yaratmağa və dəyərləndirməyə istiqamətlənmiş, yaradıcılıqda aktiv iştiraka, gözəllik qanunlarına əsasən yaratmağa istiqamətlənmiş müəllim və şagird arasında məqsədyönlü qarşılıqlı təsirdir.

Etik tərbiyə - şagirdlərdə yaxşı davranış qaydalarını, davranış mədəniyyətinin və münasibətinin formalaşmasına istiqamətlənmiş müəllim və şagirdlər araında məqsədyönlü qarşılıqlı münasibətdir.



Yüklə 158,37 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin