Sosial pedaqogika imt s Sual Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi Cavab


Sual 29. Kollektivdə şəxsiyyətlərarası münasibətlərin formalaşmasında müəllim-tərbiyəçinin rolu



Yüklə 158,37 Kb.
səhifə30/62
tarix02.06.2023
ölçüsü158,37 Kb.
#122708
1   ...   26   27   28   29   30   31   32   33   ...   62
sos pdqgk imt

Sual 29. Kollektivdə şəxsiyyətlərarası münasibətlərin formalaşmasında müəllim-tərbiyəçinin rolu
Cavab:
Məktəbdə sosial tərbiyə işinin səmərəsi müəllim və şagird kollektivlərinin fəaliyyətinin əlaqələndirilməsindən çox asılıdır. Tərbiyə kollektiv prosesdir; buna görə də o, bütün məktəb kollektivinin birgə və məqsədyönlü səyi nəticəsində mümkündür. Tərbiyə ustası A.S.Makarenko məktəbdə təlim-tərbiyə işinin müvəffəqiyyəti üçün ümumi məqsəd və normalarla yaşayan tərbiyəçi və tərbiyə olunanların vahid kollektivinin vacibliyini, bunsuz heç bir tərbiyə prosesinin mümkün olmadığını qeyd etmişdir.
Vahid pedaqoji kollektivin mühüm şərti orada şəxsiyyətlərarası münasibətlərin (o cümlədən, məktəb direktoru-müəllim-şagird münasibətlərinin) düzgün qurulmasından, düzgün ümumi ton və üslubun yaradılmasından ibarətdir. A.S.Makarenko kollektiv üslubun fərqləndirici əlamətlərini müəyyən etmişdir. Onlar aşağıdakılardan ibarətdir: a) gümrahlıq; b) şəxsi ləyaqətin dərk edilməsi; c) kollektiv üzvlərinin yoldaşlıq birliyi; ç) müdafiə olunmaq hissi; d) özünü saxlaya bilmək; e) fəallıq.
Görkəmli pedaqoqun təcrübəsində kollektiv üslubun digər əlamətləri də gözlənilirdi: hərkəs ətraf mühiti qorumağı və şəraitə görə özünü aparmağı, yoldaşa güzəştə getməyi bacarmalıdır; kollektiv üzvləri işdə məsuliyyət və vicdanlı olmalı, zahiri estetikaya (geyim, təmizlik, davranış və münasibət gözəlliyinə) əməl etməlidirlər.
Bütün bu üslub və ton təzahürləri kollektivin tərbiyəvi rolunu gücləndirmək, habelə kollektivdə ümumi ahəng yaratmaq baxımından böyük əhəmiyyətə malikdir. Ümumi ahəng müəllim və şagird kollektivlərini ümumi ideya və dəyərlər, ümumi intellektual həyat və ümumi fəaliyyət ətrafında birləşdirməklə sıx bağlıdır (Bu haqda VII fəsildə Yevlax rayonunun Xaldan kənd məktəbinin təcrübəsi nümunəsində bəhs edilmişdir).
Ümumi intellektual hayat pedaqoji və şagird kollektivlərini vahid məktəb kollektivində birləşdirir. Şən hazırcavabların yarışı, bilik yarışları, fənn dərnəkləri, fənn olimpiadaları, elm və mədəniyyət adamları ilə görüşlər – müəllim və şagirdlərin ümumi işinin sayəsində mümkün olur.
Eləcə də ümumi əmək məktəb pedaqoji və uşaq kollektivlərini bir-birinə yaxınlaşdırır. Məktəb üçün, insanlar və cəmiyyət üçün ürəkdən görülən iş və müntəzəm ictimai-faydalı əmək məktəb kollektivinin mənəvi həyatını zənginləşdirir və şagirdlərin şəxsiyyət kimi formalaşmasına da güclü təsir göstərir. Məktəb kollektivinin formalaşması və inkişafın da oradakı çoxcəhətli əlaqə və münasibətlərin təşkili mühüm əhəmiyyət kəsb edir. Uşaq və gənclər müxtəlif fəaliyyət növlərində iştirak etməklə, məktəbdə və məktəbdənkənar müxtəlif kollektivlərin (dərnəklər, klublar, idman bölmələri, marağa görə dəstələr və uşaq birliklərinin) üzvləri ilə qarşılıqlı əlaqələrə daxil olmaqla ictimai münasibətlər və sosial ünsiyyət təcrübəsi qazanırlar. Buna görə də məktəbdə müxtəlif kollektivlərin yaradılmasına və şagirdlərin onların fəaliyyə tində fəal iştirak etmələrinə nail olmaq vacibdir.
Məktəbdə uşaq kollektivlərinin növləri çoxdur. Onlar iki böyük qrupa bölünür. Kiçik (ilkin) kollektiv və böyük (ikincili) kollektiv. İlkin kollektiv – bilavasitə ünsiyyət və fəaliyyətlə (iş, məişət, emosional) bağlı olan uşaq qruplarıdır (sinif, dərnək, marağa görə dəstələr və s.). Böyük (ikincili) kollektiv öz tərkibi və istiqamətlərinə görə kiçik (ilkin) qrupları birləşdirən kollektivdir (məktəb, istirahət düşərgələri və b.). Kollektivlərin müxtəlifliyi, bir tərəfdən, hər bir uşağın ahəngdar şəxsiyyət kimi inkişafı üçün imkan yaradır, digər tərəfdən isə şagird müxtəlif münasibətlərə daxil olmaqla özünü şəxsiyyət kimi daha yaxşı ifadə və təsdiq edir. Hər bir şagird çoxcəhətli kollektiv əlaqə və münasibətlər sisteminə daxil olaraq sosial təcrübə qazanır. Belə qarşılıqlı əlaqələr eyni zamanda məktəbdə bütün şagirdlər (həmyaşıdları, bö yük və kiçiklər) arasında ümumi müsbət emosional mühitin yaranmasına kömək göstərir.
Məktəb təcrübəsində ilkin kollektivlərlə ümumməktəb kollektivi arasında əlaqələrin müxtəlif formaları tətbiq olunur: məktəbdə və ondan kənarda ictimai-faydalı əmək, ümum məktəb tədbirləri (bayramlar, müsabiqələr, yarışlar, idman oyunları, gəzintilər, olimpiadalar, tematik axşamlar, diskus siyalar və s.) bu qəbildəndir. Bunun sayəsində müxtəlif kollektivlərin qarşılıqlı əlaqələri genişlənir, işdə qarşılıqlı kömək təşkil edilir, sosial təcrübə mübadiləsi aparılır, uşaq və gənclərin təşkilati, icra, kommunikativ və digər bacarıqları formalaşır. Tərbiyəçi və sosial pedaqoqlar şagird kollektivlərində, xüsusən ilk (sinif) kollektivlərdə sağlam qarşılıqlı münasibətlərin formalaşmasına xüsusi diqqət yetirməlidirlər.

Yüklə 158,37 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin