Sosial pedaqogika imt s Sual Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi Cavab



Yüklə 158,37 Kb.
səhifə32/62
tarix02.06.2023
ölçüsü158,37 Kb.
#122708
1   ...   28   29   30   31   32   33   34   35   ...   62
sos pdqgk imt

Sual 31. Ailə tipologiyaları
Cavab:
Ailə insanları birləşdirən və şəxsiyyətin sosiallaşmasını həyata keçirən sosial “evdir”. Ailədə insanlar qohumluq əlaqələri ilə bağlı olur və onlar daim münasibətlər prosesində olur ki, bu münasibətlər də hər bir ailənin temperament tipindən, xüsusiyyətindən asılıdır. Ailə birliyi o zaman möhkəm olur ki, burada olan insanların maraq, zövq və tələbat ümumiliyi olsun.
Ailə münasibətləri müəyyən dərəcədə ailənin tipoloji xüsusiyyətlərini əks etdirir. Ailədə uşaqların sosiallaşması və şəxsiyyətinin formalaşması onların hansı tip ailədə yaşamasından birbaşa asılıdır. Ailə öz quruluşuna görə nuklear və mürəkkəb, tipinə görə, cavan, natamam, nikahdankənar, təkrar nikahdan yaranan ailə tiplərinə ayrılır. Müasir şəraitdə ən geniş yayılmış nuklear ailə tipi ər-arvad, uşaqlardan, 3-4 nəfərdən ibarət ailə tipidir. Ailənin nuklearlaşmasını çox vaxt şəhər hadisəsi hesab etsələr də bu tip ailələr artıq kəndlərdə də artmaqdadır.
Mürəkkəb ailə bir necə ailələrdən ibarət olur.
Cavan ailə - bu ərlə arvaddan ibarət olub, uşaqlı və ya uşaqsız, ilk nikah olub, 5 il müddətinə davam edən, ərlə arvadın yaşı 30-u keçməyən ailədir. Son illərdə belə ailələr artır və ailə quranların yaş həddi 21-24 -ə çatır.
Natamam ailə bu bir valideyinli ailə olub son illər sayı artmaqdadır. Belə ailə boşanma nəticəsində və ya valideyinlərdən birinin ölümü ilə yaranır.
Nigahdan kənar ailə nikahdan kənar uşaq dünyaya gəldikdə yaranır və bu ailə maddi çətinliklərlə bərabər, cəmiyyətin kəskin münasibəti ilə də üzləşir. Çox vaxt ata belə ailədə uşağın tərbiyəsində iştirak etmir.
Təkrar nikahdan yaranan ailə- bu hər iki valideynin olduğu ailədir və burada ümumi uşaqlarla yanaşı, əvvəlki nikahdan olan uşaqlar da var. Belə nikahlar XIX əsrdə çox az idi, lakin XX əsrdə, xüsusilə müharibələrdən sonra artdı. Belə ailələrin: atalığın əmlakına varis çıxmaq, ögey ana ilə uşaqların münasibəti, onların qarşılıqlı anlaşması kimi problemləri mövcuddur. Belə ailələrdə iş üçün psixoloji, klinik, təhsilverici və sosial proqramlar lazımdır. Unutmaq olmaz ki, belə ailədə hər bir üzvün yeni həyata, yeni münasibətlərə uyğunlaşma prosesi gedir. Bu zaman ailənin hər bir üzvünün problemlərinə diqqət və qayğı tələb olunur. Belə ailənin valideyinləri ilə iş aparan sosial pedaqoqdan vaxtı, yeri və pulu, qəbul olunmuş uşaqlara xərcləri və onlarla münasibətlərə diqqət yetirməyi tələb edilir. Ailə tipologiyasında natamam və təkrar nikahdan yaranan ailələr digər ailə tiplərinə nisbətən şagirdlərin sosaillaşmasında və şəxsiyyətinin formalaşdırılmasında yaranan neqativ təsirləri neytrallaşdırmaqda çətinlik çəkirlər. Çünki boşanandan və ya təkrar nikahdan sonra ailə münasibətləri daha da mürəkkəbləşir. Ögey ata və ya ana ilə şagirdin ailədaxili münasibətlərindəki ögeylik şagirdin mənlik şüurunda və əxlaqında müəyyən izlər buraxır. Belə ailələrdə uşaqlar üzərində nəzarət zəifləyir, onlara dərslərinin hazırlaşmasında müntəzəm kömək göstərilimir. Ailədaxilində və ailənin ətrafında yaranan gərginlik də uşağın hələ tam bərkiməmiş mənəviyyatına güclü zərbə vurur. Valideyinlər arasında münasibətlərin gərginləşməsindən yaranan ailə münaqişələri, valideyinlərin bir-birini uşağın gözü qarşısında təhqir etməsi halları təkcə natamam ailələr üçün spesifik deyil, bu hallara digər ailə tiplərində də rast gəlmək mümkündür. Demək olar ki, belə hallar uşaqların, xüsusilə yeniyetmələrin əxlaqının pozulmasına gətirib çıxarır. Bu da onu deməyə əsas verir ki, heç də ailədə mövcud olan ailə iqlimi ailənin tipindən asılı olmur və ailə iqlimini formal yox, mahiyyətinə görə qiymətləndirmək lazımdır.

Yüklə 158,37 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin