Sosial pedaqogika imt s Sual Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi Cavab


Sual 33. Ailə tərbiyəsində valideynlərin vəzifələri



Yüklə 158,37 Kb.
səhifə34/62
tarix02.06.2023
ölçüsü158,37 Kb.
#122708
1   ...   30   31   32   33   34   35   36   37   ...   62
sos pdqgk imt

Sual 33. Ailə tərbiyəsində valideynlərin vəzifələri
Cavab:
Cəmiyyətin ən əsas təməli və bünövrəsi ailədir. İnsanların bir-biri ilə evlənməsində əsas məqsəd onların hər birinin digərində əmin-amanlıq tapmasıdır. Əgər evlilikdə bunun əksi baş verirsə, deməli bu evlilikdə məqsəd hasil olmamışdır. Ailə üzvləri əsasən ata, ana və övladlardan ibarətdir.
Ailə üzvlərinin bir-birilərinə qarşı yerinə yetirməli olduqları bəzi vəzifələri var. Məsələn, valideynlərin uşaqlarına qarşı vəzifələri, uşaqların valideynlərinə qarşı vəzifələri, uşaqların bir-birilərinə qarşı vəzifələri və s... Təbii ki, bu siyahını uzatmaq da olar, amma məncə əsas araşdırılmalı olan vəzifələr bunlardır...
Valideynlərin uşaqlarına qarşı əsas vəzifələri onların ehtiyaclarını təmin etmək, onlara tərbiyə vermək, onları oxutmaq, peşə sahibi etmək, uşaqlar arasında (qız və ya oğlan, fərqi yoxdur) ayrı-seçkilik qoymamaq və ən əsası öz nümunələri ilə onlara hər şeyi (həm də ən gözəl şəkildə) aşılamaqdır. Digər tərəfdən, ailədə maddi və mənəvi cəhətdən tarazlığın qorunub saxlanması vəzifəsi də valideynlərin üzərinə düşür. Bu baxımdan, ailə uşaqların ədəb və əxlaq qaydalarını, ümumiyyətlə, bütün bu kimi digər xüsusiyyətləri öyrənməsi üçün əsas məktəbdir. Ona görə də, valideynlərin üzərinə düşən vəzifə çox ağırdır.
Ailə cəmiyyət qarşısında müəyyən vəzifələri həyata keçirir. Ailənin əsas vəzifəsi
- Reproduktiv- yəni nəsilartırmadır. Əhalinin bioloji cəhətdən təkrar istehsalını həyata keçirən ailə üçün A.Xarçevə görə bu başlıca vəzifədir. Bununla bərabər ailənin digər vəzifələri də vardır:
-Tərbiyəedici – vəzifəsi gənc nəslin sosiallaşması məhz ailədən başlayır və ata və ana ilk sosial tərbiyəçilərdirlər.
-Təsərrüfat-məişət – vəzifəsi ailənin fiziki durumunun saxlanması, ailə büdcəsinin idarə olunması,uşaq və yaşlılara qayğının göstərilməsi.
-Sosial nəzarət – vəzifəsi ailə öz üzvlərinin cəmiyyətdə, müxtəlif fəaliyyət sahələrindəki davranışına nəzarət etməklə, məsuliyyət daşıyır. Bu zaman ailənin hər bir üzvü ailə və cəmiyyət qarşısındakı borc hissini dərk edirlər.
-Mənəvi ünsiyyət -vəzifəsi ailənin hər bir üzvü məhz ailədə zənginləşir. Bu prosesdə ailənin malik olduğu adət-ənənələr, milli-mənəvi və dini dəyərlər həlledici rola malikdir.
-Sosial status – vəzifəsi ailə üzvlərinin cəmiyyətdə müəyyən sosial vəziyyət və mövqe qazanmasında əsaslı rol oynayır.
-İstirahət etmək – vəzifəsi səmərəli istirahətin təşkili, ailənin hər birinin maraqlarının qarşılıqlı zənginliyinin inkişaf etdirilməsi, ailənin hər bir üzvünün psixoloji müdafiəsi bu vəzifəyə daxildir.
-Sosial – vəzifəsi ailə cəmiyyətin mühüm sosial özəyi kimi nəsillərin sosial-mənəvi tərbiyəsini həyata keçirməklə bərabər, hər bir üzvünün idrak və əmək fəaliyyətini tənzimləyir. Ailə cəmiyyətin tarixən əldə etdiyi sosial təcrübənin mənimsənilməsi funksiyasını həyata keçirir.

Yüklə 158,37 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin