Sosial pedaqogika imt s Sual Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi Cavab


Sual 35. Uşaqların asudə vaxtlarının düzgün təşkili



Yüklə 158,37 Kb.
səhifə36/62
tarix02.06.2023
ölçüsü158,37 Kb.
#122708
1   ...   32   33   34   35   36   37   38   39   ...   62
sos pdqgk imt

Sual 35. Uşaqların asudə vaxtlarının düzgün təşkili
Cavab:
İstirahətin və asudə vaxtın təşkili məktəblilərin istər fiziki, istərsə də psixi sağlamlığı nöqteyi – nəzərindən böyük məna kəsb edir. Hər bir ailə uşaqların istirahət günləri və asudə vaxtlarının səmərəli təşkil olunmasına imkan daxilində şərait yaratmağa borcludur. Çünki uşaqların əxlaqi və estetik tərbiyəsinin inkişafında istirahətin özünə məxsus yeri var. Tətilin müxtəlif yerlərdə keçirilməsi uşaqlarda xoş təəssürat, gözəl əhval – ruhiyyə yaradır. Uşaqlar bir – biri ilə fikir mübadiləsi edir, təəssüratlarını bölüşür, yeni məlumatlar əldə edirlər.
Təəssüf ki, bir çox ailələr uşaqların istirahət və asudə vaxtlarının təşkil olunmasına bir o qədər də əhəmiyyət vermirlər. Hətta elə ailələr də var ki, övladını istirahət üçün maraqlı yerlərə, müxtəlif ölkələrə aparsa da uşaq daxilən bundan zövq almır. Səyahətlər onu sevindirmir. Deməli, burada ilk növbədə uşağın maraqları, psixologiyası, daxili aləmi nəzərə alınmalı, hər bir valideyn öz uşağı üçün nəyin daha maraqlı olduğunu bilməlidir.
Bəs, istirahətin, asudə vaxtın səmərəli təşkil olunmasının uşaq şəxsiyyətinin formalaşması üçün əhəmiyyəti nədən ibarətdir? Psixoloq Arzu Məmmədova hər bir valideynin bilməli olduqlarını qeyd edir və tövsiyyələrini nəzərə çatdırır:
1. İstirahət və asudə vaxtın səmərəli təşkili uşağın əxlaqi, estetik, əqli tərbiyəsində müstəsna rol oynayır.
2. Uşağın dünyagörüşü formalaşır, zənginləşir, təəssüratları inkişaf edir.
3. Sağlamlığı bərpa olunur. Yaxşı istirahət nəticəsində özünü gümrah və sağlam hiss edir.
4. Səmərəli istirahət və asudə vaxtın təşkili uşağı pis vərdişlərdən, adətlərdən qoruyur.
5. Birlikdə ailəvi istirahət uşağı ailəyə daha da yaxınlaşdırır. Ailədə mehribanlıq, qarşılıqlı anlaşma möhkəmlənir.
6. Tətildə çoxlu dostlar, yeni tanışlar qazanmaq imkanı yaranır. Uşağın ünsiyyətə olan tələbatının ödənilməsi, nitqinin inkişaf etməsi baxımından da tətil, istirahət çox əhəmiyyətlidir.
7. Müxtəlif yerlər, guşələr haqqında təəssüratlar uşaq təfəkkürü, eləcə də təxəyyülünün inkişafına zəmin yaradır.
8. Tətili təbiətin qoynunda keçirmək həm maraqlı, həm də uşaq üçün təbiət haqqında bildiklərinin yaddaşına daha möhkəm həkk olunması baxımından əhəmiyyətlidir.
9. Tətil günlərini və istirahəti səmərəli təşkil etmək istəyən valideyn övladının yaş xüsusiyyətlərini mütləq nəzərə almalıdır. Çünki uşağın yaşından asılı olaraq maraq sahəsi və tələbatları dəyişir. Özünəməxsus rəngarəng çalarlar kəsb edir.
10. Tətil zamanı uşaq ətraf aləmlə ünsiyyət prosesində ilk baxışda onun üçün təəccüblü görünən bir sıra hadisələrlə rastlaşır. Daxilində baş qaldıran suallara cavab tapmağa çalışır. Onda müşahidəçilik, tədqiqatçılıq qabiliyyətləri formalaşır.
11. Səmərəli istirahət zamanı uşaqda hisslərin inkişafı, emosiyaların zənginləşməsi prosesi gedir. Çalışmaq lazımdı ki, uşağa müəyyən qədər sərbəstlik və istədiyi kimi istirahət etmək imkanı verilsin. Bu zaman tətil, istirahət anlayışı onda müsbət hisslər, xoş əhval ruhiyyə yaradacaq.
Ümumiyyətlə uşaqların daxili rahatlığı, ruhi sakitliyinin bərpası, sters və depressiyadan, müxtəlif pis vərdişlərdən qorunması baxımından tətil, istirahət valideyn üçün böyük fürsət, yaxşı imkandır. Uşaqların hərtərəfli ahəngdar inkişafı onların daxili hisslərindən, əhval ruhiyyələrindən çox asılıdır. İnsan ruhən özünü xoşbəxt hiss edəndə onda həyat eşqi, yaşamaq həvəsi, nikbinlik daha da çoxalır.
Tətil günləri bu cür müsbət hisslərə, əhval – ruhiyyə ilə müşayiət olunarsa, növbəti dərs ilində şagirdlərin uğurları, təhsilə olan maraqları da artmış olacaq. Çünki onlar tətil və yaxşı istirahət sayəsində daxili komfort hissi əldə edirlər.

Yüklə 158,37 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin