Sual 36. Ünsiyyət sosiallaşma amili kimi Cavab: Insanlar arasında informasiya mübadiləsinin əsasını təşkil edən ünsiyyət prosesidir. Ünsiyyət prosesində insan öz bilik və təsəvvürlərini, şəxsi mülahizələrini, rəy və münasibətlərini bir –birinə çatdıra bilirlər. Məhz ünsiyyət vasitəsilə insanlar bir-birini anlayır və bir-birinə təsir edə bilirlər. Ünsiyyət insanların birgəyaşayış prosesinin əsasını təşkil edir.
Ünsiyyətin funksiyalarından ən geniş yayılmş qruplarına bunlar aiddir: birgə fəaliyyəti təşkil etmək; insanların bir-birini dərk etməsi və anlaması; qarşılıqlı münasibətləri formalaşdırmaq və inkişaf etdirmək funksiyaları.
Birgə fəaliyyəti təşkil etmək baхımından birgə əmək fəaliyyətinin planlaşdırılması və tənzim edilməsini təmin etmək ünsiyyətin yerinə yetirdiyi ən başlıca sosial funksiyadır. Məhz ünsiyyət prosesində birgə fəaliyyət planı formalaşır və onun ayrı-ayrı elementlərinin icrası iştirakçılar arasında bölünür. Birgə fəaliyyətin gedişi zamanı qarşılıqlı informasiya mübadiləsinin, qarşılıqlı stimulyasiyanın, işlərə nəzarət və onların tənziminin həyata keçirilməsi prosesi baş verir.
Ünsiyyətin digər mühüm funksiyası, yuхarıda qeyd edildiyi kimi, insanların bir-birini dərk etməsi və anlaması, dərk etmə funksiyasıdır. Bu funksiyanı həyata keçirməklə insanlar ünsiyyət prosesində bir-birini qavraya və anlaya bilirlər. Bu zaman eyniləşdirmə (identifikasiya), refleksiya və stereotipləşdirmə meхanizmlərindən istifadə insanların köməyinə çatır.
Qeyd olunan funksiyaların necə həyata keçirilməsi ünsiyyətdə olan insanların qarşılıqlı münasibətlərinin necə olmasından asılı olur. Pedaqoji fəaliyyətdə uğurun əldə edilməsində pedaqoji ünsiyyət əsas amillərdən biridir. Müəllimin şagirdlərlə təlim-tərbiyə prosesində həyata keçirdiyi ünsiyyət pedaqoji ünsiyyət adalanır. Təlim-tərbiyə prosesində müəllim pedaqoji ünsiyyətin aşağıdakı cəhətini nəzərə almalıdır: birgəfəaliyyətin iştirakçıları arasında informasiya mübadiləsinin, düzgün qarşılıqlı əlaqənin, fərdlərin bir-birinə qarşılıqlı təsirinin, adamların bir-birini qavraması və anlamasını nəzərə almalıdır.
Müəllimin şagirdlərə müraciət tərzinə görə ünsiyyət təşkiledici, qiymətləndirici, intizamyaradıcı olur. Ünsiyyət şagirdlərə nə isə yeni bir şey öyrətmək, yəni fərdi-idraki təlimatlandırmaq, söhbət etmək və s. Məqsədi daşıyır.
Müəllim ilə şagird arasındakı informasiya mübadiləsi ünsiyyətin məzmununu təşkil edir. Bu məzmun təlim prosesində müəllimin qarşıya qoyduğu məqsədlə ölçülür.
Uşağın bir fərd və şəxsiyyət kimi inkişafında onun başqa insanlarla ünsiyyəti əsaslı rol oynayır. Uşaqların qarşılıqlı münasibətləri müxtəlif və çoxşaxəli olur. Hər bir yaş dövründə ünsiyyət yeni məna kəsb etməklə spesifik rola malik olur. Təəssüf ki, bəzi ailələrdə baş verən sosial münaqişələr hətta ən yaxşı reputasiyaya malik olan şagirdin reputasiyasının həm pedaqoji, həm də şagird kollektivində aşağı düşməsinə şərait yaradır.