Sosial pedaqogika imt s Sual Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi Cavab


Sual 38. Sosial pedaqogikada uşaqların tipologiyası



Yüklə 158,37 Kb.
səhifə39/62
tarix02.06.2023
ölçüsü158,37 Kb.
#122708
1   ...   35   36   37   38   39   40   41   42   ...   62
sos pdqgk imt

Sual 38. Sosial pedaqogikada uşaqların tipologiyası
Cavab:
Sosial pedaqogikada uşaqların tipologiysı yeni məsələdir. Təsnifati aşağıdakı kimidir:

  • qaçqın, köçkün və şəhid uşaqlarının tərbiyəsi

  • yetim və kimsəsiz uşaqların tərbiyəsi

  • əlil uşaqların tərbiyəsi

  • miqrant uşaqların tərbiyəsi

  • çətin uşaqların tərbiyəsi

Qaçqın və köçkün uşaqlar özlərininn sosial psixoloji hadisələrlə zəngin olan tərcümeyi hallarında dövrün ictimai-siyasi, sosial-iqtisadi və demoqrafik xarakteristikasını əks etdirir. Aydın məsələdir ki, onların inkişafı və tərbiyəsi bu konteksdə gedir.
1990-1992-ci illərdə aparılan tədqiqatlar da göstərmişdir ki, həmin illərdə, yəni qaçqınçılıq dövrünün ilk illərində qaçqın və məcburi köçkün uşaqların təlim fəaliyyətində geriləmələr özünü göstərirdi. Çünki bu uşaqların təlim fəaliyyətinə iqtisadi çətinliklərlə müşayət olunan sosial çətinliklər və uşaqların yeni, ağır şəraitə asanlıqla adaptasiya edə bilməmələri də öz təsirini göstərirdi. Qaçqınlıq həyatının ağrı-acısını böyüklər ilə bərabər dadmış bu uşaqlar psixoloji baxımdan da öz yaşıdlarından seçilirdi. Belə ki, bu uşaqlar müharibənin dəhşətlərini görmüş, eyni zamanda özləri də onun iştirakçısı olmuş, onların çoxusunun gözləri önündə ailə üzvləri qətlə yetirilmiş, əsir götürülmüş, hələ bərkiməmiş psixikası sarsılmışdır. Psixoloji stress keçirmiş bu uşaqların doğma yerlərdən didərgin düşməsi, qaçqınlıq və köçkünlük həyatının ağırlığı onlarda emosional stress sindromunun yaranmasına gətirib çıxarmışdır. Belə uşaqların davranışında qorxu, stress, üzündə isə qəm, kədər hiss olunurdu. Onların bu xüsusiyyətləri təlim-tərbiyə prosesində nəzərə alınaraq və uşaqlardakı emosional stresin aradan qaldırılması üçün sistemli pedaqoji və sosiloji iş aparılması məqsədə uyğun olmuşdur. Belə siniflərdə dərs deyən müəllim təkcə tərbiyəçi yox, həm də psixoloq, psixoterapevt olmalı, hər vasitə ilə onların uşaq qəlbinə yol tapmağı bacarmalıdır.
Qaçqın (məcburi köçkün) şagirdlərin tərbiyəsində və onların dünyagörüşünün formalaşmasında fənnlərin bu istiqamətdə imkanlarından geniş istifadə etmək lazımdır. Bu məqsədlə şagirdlərin oxuduqları məktəblərdə tarix lektoriyasının yaradılması, torpaqlarımızın 20%-dən çoxunun işğal edilməsi, respublikamızda dövlətçiliyimizin qorunması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması aydınlaşdırılmalı və şagirdlərdə inam hissinin inkişafına nail olmaq üçün görülən tədbirlər vətənpərvərlik tərbiyəsi baxımından da əhəmiyyətlidir. Dövlətimizin yeritdiyi siayasət nəticəsində qaçqın və məcburi köçkün uşaqları təlim-təriyədən kənarda qalmamışlar və daim diqqət mərkəzində qalaraq bağça, məktəb və digər təhsil pillələri ilə təmin olmuşlar. Təbii ki, qaçqınlıq və məcburi köşkünlük həyatı uşaqların psixologoyasında, təfəkküründə dərin izlər buraxmışdır. Bu məqəsdlə anket sorğuları keçirilmişdir. 65% uşaq ürək ağrısı ilə rayonları işğal olunmamışdan əvvəl daha yaxşı oxuduqlarını və məktəbə daha böyük həvəslə getdiklərini, 35 % isə əvvəl necə oxuyurdularsa indi də elə oxuduqlarını qeyd etmişlər. İlk baxışdan bu cavablar sadə görünsə də, onların özünəməxsus pedaqoji mənası vardır. Beləki, şagirdlərin məktəbə də, təlimə də münasibəti köklü dəyişmişdir. Təbii ki, bu məsələdə onların canlı yaşadıqları müharibənin dəhşətləri öz psixoloji təsirini göstərmış onlarda dərin izlər buraxmışdır.
Demoqrafiyada uşağın hər iki valideynini itirməsi ən ağır proseslərdən biri kimi qiymətləndirilir. Tərbiyə nəzəriyyəsi və təcrübəsi sahəsində ilk demoqrafik problem yetim uşaqlar problemidir. Adi həyatda belə hallara müharibə şəraitində, zəlzələ nəticəsində, gündəlik həyatda baş verən xəstəliklər, qəzalar və s. Hallarda valideynlərini itirmiş uşaqlara rast gəlinir. Tarixən bütün ölkələrdə bu problem olmuş və olacaqdır. Əsrlər və qərinələr boyunca, yetim və kimsəsiz uşaqlar insanları humanizmə səsləyən təsirli, yadda qalan obrazı formalaşmış, onun həyatı, taleyi barəsində psixoloji pedaqoji yönümdə saysız-hesabsız öyüd-nəsihətlər, atalar sözləri, qiymətli kəlamlar söylənilmişdir.
Əlil uşaqlar problemi də həmişə olduğu kimi, bu gun də aktualdır. “Uşaq hüquqları Konvensiyası”nın 23-cü maddəsinin qeyri-rəsmi qısa şərhində qeyd edildiyi kimi “Əlil uşaq, onun maksimum müstəqilliyi və sosial inteqrasiyasını təmin edən şəraitdə onun tam dəyəri və layiqli həyat sürməsinə kömək etmək üçün xüsusi qayğı, təhsil və hazırlıq hüququna malikdir.
Hər bir şagird kollektivində çətin uşaqlar olur və onlarla pedaqoji işin aparılması müəllim və tərbiyəçidən xüsusi sosial səriştə tələb edir. Hər bir uşaq özünəməxsus qabiliyyət və bacarıqlara malik olur və bu xüsusiyyətlər uşaqların sosiallaşması prosesində yaxşı və ya pis istiqamətdə inkişaf edir. Çətin uşaqlarda bu keyfiyyətlərin formalaşması imkanları məhdud olur və bu da özünü onların cəmiyyətə çətin adaptasiyasında göstərir.
Məlum məsələdir ki, uşaq anadan çətin uşaq kimi doğulmur və onun bu statusu qazanması üçün müəyyən “münbit” şərait yaranır. Deməli bu “münbit şərait” onu əhatə edən mühit, cəmiyyət və ailədir. Çətin yeniyetmələri tədqiqatçılar davranış xüsusiyyətlərinə görə 3 qrupa bölürlər:
1-ci qrupa daxil olan uşaqlar həm fiziki, həm də psixoloji cəhətdən öz həmyaşıdlarından geri qalırlar. Belə uşaqlarda özünəqapanma, məsuliyyətsizlik,hisslərin qeyri-sabit olması kimi xüsusiyyətlər özünü qabarıq göstərir. Onlar aqressiv olur, tez-tez dərsdən yayınıb, heç kimə tabe olmaq istəmirlər.
2-ci qrupa daxil olan uşaqlarda sürətli cinsi inkişaf gedir və onlar yüksək affektli, aqressiv olmaları ilə fərqlənirlər. Müəllimin və valideynin müəyyən qadağasına çox çılğın və aqressiv cavab verirlər.
3-cü qrupa daxil olan yeniyetmələr üçün cinsi pozğunluq, avaraçılıq, narkotik vasitələrdən istifadə etmək kimi mənfi xüsusiyyətləri ilə fərqlənirlər. Asosial həyat tərzi sürən və həmişə münaqişə baş verən ailələrdən çıxmış belə uşaqlar çox kinli, aqressiv, qəddar və tez özlərindənçıxan olurlar. Sağlam olmayan bu cür həyat tərzi yeniyetmənin orqanizminin anormal inkişafına şərait yaradır.

Yüklə 158,37 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin