Sosial pedaqogika imt s Sual Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi Cavab


Sual 40. Sinfin sosial-pedaqoji xarakteristikası



Yüklə 158,37 Kb.
səhifə41/62
tarix02.06.2023
ölçüsü158,37 Kb.
#122708
1   ...   37   38   39   40   41   42   43   44   ...   62
sos pdqgk imt

Sual 40. Sinfin sosial-pedaqoji xarakteristikası
Cavab:
Sinif – şagird kollektivi məktəbdə uşaq kollektivinin əsas tipi olmaqla bərabər, həm də kiçik qrupdur. Sinif kiçik qrup olmaqla həm də öz spesifik xüsusiyyətlərinə görə digər qruplardan fərqlənir. Sinif şagir-müəllim, şagird-şagird münasibətlərinin mövcud olduğu sosial-psixoloji məkandır. Bu məkanın psixoloji simaları olan müəllim və şagird şəxsiyyətinin mürəkkəbliyi, ziddiyyətli olması sinif kollektivinə öz təsirini göstərir.
Sinif kollektivində qarşılıqlı münasibətlərin iki qatı özünü göstərir, belə ki,
Birinci qat- formal və ya rəsmi münasibətləri ehtiva edir. Müəllim-şagird, şagird-şagird, sinif nümayəndəsi-şagird və s. Pedaqoji prosesə daxil olan münasibətlər formal münasibətlərə aiddir.
İkinci qat- sinifdəki şagird kollektivində qeyri-formal və ya qeyri-rəsmi münasibətlər də özünü göstərir. İki qızın və ya iki oğlanın dostluğu bu münasibətlərə misal ola bilər. Beləliklə, sinif kollektivi daxilində 2-3, 3-4 və ya 4-5 nəfərlik mikroqruplar yaranır. Bir şagird hər iki münasibətdə özünü göstərə bilər və ya formal münasibətdə geridə qalan şagird, qeyri-formal münasibətdə öz fəallığı ilə seçilə bilər. Hər bir sosial pedaqoq sinif ilə işləyən zaman şagirdlərin formal və qeyri-formal münasibətlərdəki nüfuzunu və mövqeyini nəzərə almalıdır. Mütəşəkkil kollektivlərdə qeyri-formal münasibətlər formal münasibətlərin məzmunu ilə şərtlənir ki, kollektivin sonrakı inkişaf mərhələlərində bu şərtlənmə dəyişə də bilər.
Sinif kollektivində fəallar, rəsmi və ya qeyri-rəsmi liderlərin yaranması sinif kollektivində sosial-pedaqoji münasibətlərin formalaşmasında önəmli rola malikdir. Sinfin ictimai-faydalı həyatında kollektivin digər üzvlərinə nisbətən daha çox fəallıq göstərən fəallar ilə müəllim işgüzar münasibət yaratmaqla onları öz köməkçisinə çevirir. Sinif kollektivində sinif nümayəndəsinin seçilməsi ilə sinfə rəsmi lider seçilir. Çox vaxt sinif rəhbəri bir məqamı nəzərdən qaçırır: adətən əlaçı şagirdi sinif nümayəndəsi seçən sinif rəhbəri onun kollektiv daxilindəki nüfuzunu və liderlik bacarığını nəzərə almır. Seçildikdən sonra kollektiv daxilində gedən proseslərdə zəif iştirakı və ya aşağı nüfuzu qeyri-rəsmi liderin ortaya çıxmasına şərait yaradır. Artıq uşaqlar sinif nümayəndəsinin sözü ilə deyil, qeyri-rəsmi liderin sözü ilə oturub dururlar, onunla məsləhətləşirlər, ona xüsusi hörmət bəsləyirlər. Düzdür, sinifdə əlaçı şagirdlər işgüzar(formal) münasibətlər sistemində xüsusi yer tutsalar da, qeyri-rəsmi liderlərin rolu yuxarı siniflərə keçildikcə daha da artır. Bu amili nəzərə almayan müəllim kollektivin inkişafına nail ola bilməz. Bəzən sinif nümayəndəsi eyni zamanda, həm də sinfin liderinə çevrilir.
Sinif nümayəndəsinin olması ilə bərabər sinifdə digər lider yaranarsa bu kollektivdə şəxsiyyətlərarası və qruplararası ziddiyyətə də gətirib çıxara bilər. Bu o zaman baş verə bilər ki, sinifdə rəsmi və qeyri-rəsmi münasibətlər kollektivin ümumi məqsədlərinə uyğun gəlməsin. Belə bir şəraitdə sinif rəhbəri hər iki tərəfin qarşılıqlı münasibətini yaxınlaşdırmalı, onları kollektivin ümumi məqsədləri ilə əlaqələndirməlidir.
Şəxsiyyətin sosiallaşmasına təsir dən amillərdən biri də sosial demoqrafik amillərdir.
Milli təhsil konsepsiyası baxımından öz-özlüyündə xüsusi aktuallıq kəsb edən bu məsələ nəinki ümumi pedaqoji, həm də fənlərin tədrisi metodikası istiqamətində, demək olar ki, öyrənilməmişdir. Halbuki inkişafetdirici və tərbiyəedici təlim prinsipləri məhz bu baxımdan ayrı-ayrı fənlərin imkanlarının sistemli şəkildə təhlil olunmasını, təlim prosesində sosial-demoqrafik amillərin neqativ təsirlərini səmərəli yollarla neytrallaşdırılmasına xüsusi diqqət yetirilməsini tələb edir. Müəllimlərin iş təcrübəsinin təhlili göstərir ki, onlar sosial-demoqrafik amillərin neqativ təsirlərini neytrallaşdırmaq məqsədilə müəyyən tərbiyə işi aparsalar da, bu sahədə dərsin imkanlarından çox vaxt səmərəli istifadə edə bilmirlər. Bunun üçün sinif kollektivinin demoqrafik xarakteristikası və şagirdlərin demoqrafik bioqrafiyalarını müəyyənləşdirmək məqsədəuyğundur. Sinif kollektivinin demoqrafik xarakteristikası və şagirdlərin demoqrafik bioqrafiyası (şagirdin təlim səviyyəsi, təlimə münasibəti, dərsə davamiyyəti, təlim nöqsanları, idrak fəaliyyəti, təlimə qabilliyi, ailənin tipi, valideynlərin peşə və təhsil səviyyəsi, ailədə uşaqların sayı və s.) pedaqogikada təhlil edilir. Demoqrafiya elmində demoqrafik bioqrafiya anlayışından müvəffəqiyətlə istifadə olunur. Ailə problemlərilə bağlı olaraq, “demoqrafik xarakteristika” anlayışına böyük əhəmiyyət verilir. Sinfin demoqrafik xarakteristikası ailənin tipini, sosial-peşə və təhsil strukturunu və s. Özündə əks etdirir. Onlardan hər biri ilə əlaqədar olaraq şagirdin təlim fəaliyyətində də özünəməxsus cəhətlər meydana çıxır. Sinfin demoqrafik xarakteristikasını sinfin mənimsəmə səviyyəsi yönümündə təhlil etdikdə bu cəhətləri asanlıqla görmək olar. Lakin əsaslı pedaqoji nəticə çixarmaq üçün təkcə sinfin demoqrafik xarakteristikasıilə mənimsəmə səviyyəsinin əlaqəsini nəzərdən keçirmək hələ kifayət deyildir. Məsələni ətraflı təhlil etmək üçün bütün digər şərtlərlə yanaşı hər bir şagirdin sosial inkişaf şəraitini demoqrafik – pedaqoji istiqamətdə aydınlaşdırmaq lazımdır. Bu həm də ona görə vacibdir ki, sinfin demoqrafik xarakteristikası nisbətən ümumi ölçülərlə səciyyələnir və hələ hər bir şagirdin demoqrafik bioqrafiyasını bütün dolğunluğu ilə əks etdirmir. Şagirdləri öyrənmək üçün onların demoqrafik bioqrafiyasının əhəmiyyəti xüsusilə böyükdür.Şagirdlərin demoqrafik bioqrafiyasında onların tərcümeyi-halı demoqrafik proseslərə görə araşdırılır və bu zaman demoqrafik baxımdan onun həyatı üçün səciyyəvi olan mühüm faktlara xüsusi diqqət yetirilir. Demoqrafik xarakteristika və bioqrafiya təhlil edildikdə şagirdlərin təlimə inkişaf dinamikası ilə demoqrafik proseslərin, xüsusilə ölüm və böşanma nəticəsində ailədə yaranmış dəyişikliklər arasında müəyyən əlaqənin olması ortaya çıxır. Məktəb təcrübəsində belə faktlara daha çox rast gəlinir ki, “atası vəfat edəndən sonra pis oxumağa başladı” və ya “atası evdən gedənə qədər yaxşı oxuyurdu”.

Yüklə 158,37 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin