Sosial pedaqogika imt s Sual Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi Cavab


Sual 43. “ Çətin uşaqlar ” problemi və onun sosial-pedaqoji məsələləri



Yüklə 158,37 Kb.
səhifə43/62
tarix02.06.2023
ölçüsü158,37 Kb.
#122708
1   ...   39   40   41   42   43   44   45   46   ...   62
sos pdqgk imt

Sual 43. “ Çətin uşaqlar ” problemi və onun sosial-pedaqoji məsələləri
Cavab:
“Çətin”uşaqlar dedikdə çox vaxt sözə baxmayan, dərsdə səs salan,dərsi pozan uşaqlar nəzərdə tutulur. Buna pedaqoji baxımsızlıq səbəbindən yaranan uşaqları aid edirlər. Psixoloji ədəbiyyatda “çətin” uşaqların psixolji təhlilini belə verirlər:
-davranışında, hərəkətlərində çətinlik dərəcəsi müəyyənləşdirilən uşaqlar
-baxımsızlıq səbəbindən əxlaqında, dünyagörünüşündə, əqidəsində yaranan çətinlik dərəcəsi olan uşaqlar
-əlverişsiz, çətin şəraitdə tərbiyə olunan uşaqlarda özünü göstərən çətinlik dərəcəsi olan uşaqlar.
-düzgün qurulmayan münasibətlər əsasında yaranan çətin uşaqlar.
L.D.Stolyarenko “çətin”uşaqları üç qrupa bölür:
-Təcavüzkar uşaqlar- Belə uşaqlarda təcavüzkarlıq hərdən şəraitlə əlaqdar olaraq yaranmır. Bu onların xarakterik əlamətlərinə çevrilir və həmişə də özünü göstərir. Ancaq belə olan halda onları təcavüzkar adlandırmaq olar.
-Yüksək, idarə olunmayan səviyyəyə çatan emosianallığa malik olan uşaqlar- belə uşaqların hər hərəkəti yüksək həyəcanlıqla qarşılanır və bunu ətrafındakılara da keçirir. Onlar kədərlənəndə də, sevinəndə də bunu yüksək həyəcanlıqala qarşılayır.Yəni, diqqəti cəlb etməyi sevirlər.
-Hədsiz dərəcədə utancaq, hər şeydən tez təsirlənən, küsəyən, qorxax, həyəcanlı uşaqlar- belə uşaqlar diqqət cəlb etməyi sevmirlər. Utandıqları üçün problemlərini gizlədir və heç kimə demirlər.
Çətin uşaqlarla iş məktəb psixoloqlarının öhdəsinə düşür. Məktəb psixoloqları çalışmalıdır ki, uşaqlarda belə halların yaranma səbəblərini diaqnostik metodların köməyi ilə vaxtında araşdırıb, səbəbini tapıb, ona uyğun da psixoprafilaktik işlər aparılmalıdır. Psixoprafilaktik işləri aparakən mütləq şagirdlərin fərdi xüsusiyyətləri nəzərə alınmalıdır.
Sual 44. Uşaq alkoqolizmi, narkomaniyası və cinayətkarlığı problemlərinin sosial- Pedaqoji məsələləri
Cavab:
Müasir dövrdə cəmiyyəti narahat edən və aktuallığı ilə diqqəti çəkən problemlərdən biri də narkomaniya, alkoqolizm və toksikomaniyadır. Xüsusilə böhran yaş dövründə olan yeniyetmələrin bu tipli zərərli maddələrdən istifadəsi onların həyatını puç edərək psixi və fiziki asılılıq vəziyyətini yaradır. Ona görə də, hazırda yeniyetmələrin böhran yaş dövründə tez-tez rast gəlinən psixi və davranış pozuntuları, onların psixokorreksiyası, psixoprofilaktikası məsələsi xüsusi əhəmiyyət kəsb edir. Yeniyetmələrlə psixoloji işin təşkili və aparılması texnikasını psixoloqlarla yanaşı, həkim və müəllimlər də bilməlidir. Psixoloji işin əsas vəzifəsi fiziki və psixi inkişaf mərhələsini yaşayan yeniyetmələrə pis vərdişlərin orqanizmə nə dərəcədə zərərli olduğunu anlatmaq, onları bu aludəçilikdən uzaqlaşdırmaq, bu yola düşənlərə yardım göstərməkdən ibarətdir. Yeniyetmələrin oxuduğu tədris müəssisəsinin müəllimlərinin alkoqolizm və narkomaniya əleyhinə aparılan psixoprofilaktik işə qoşulması zamanı daha yüksək nəticələr əldə olunur. Bu məqsədlə müəllimlər arasında yeniyetməlik dövrünün psixofizioloji özəllikləri haqqında məlumat, inkişaf etməkdə olan orqanizmə alkoqol və narkotik maddələrin psixofarmakoloji təsiri, addiktiv davranışın formalaşması, yeniyetmələrdə alkoqolizm və narkomaniyanın ilkin yaranma əlamətləri haqqında məzmunlu, izahlı dərslər aparılması məqsədəuyğundur.

Yüklə 158,37 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin