Sosial pedaqogika imt s Sual Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi Cavab



Yüklə 158,37 Kb.
səhifə42/62
tarix02.06.2023
ölçüsü158,37 Kb.
#122708
1   ...   38   39   40   41   42   43   44   45   ...   62
sos pdqgk imt

Sual 41. Uşaqların tipologiyası
Cavab:
Uşaqların tipologiyasının təsnifatı:
-Qaçqın, məcburi köçkün uşaqların tərbiyəsi məsələsi
-Yetim və kimsəsiz uşaqların tərbiyə məsələsi
-Əlil və miqrant uşaqların tərbiyə məsələsi
-Çətin uşaqların tərbiyəsinin sosial-pedaqoji məsələləri.
Sual 42. Müasir şəraitdə uşaq cinayətkarlığının xüsusiyyətləri
Cavab:
Müasir dövrdə “çətin uşaq” probleminin pedaqoji nəzarətdən çıxması “uşaq” çinayətkarlığının artmasına şərait yaradır. Belə uşaqlar potensial çinayətkar qrupuna daxil olmaqla ətrafdakılar üçün də təhlükə mənbəyinə çevrilirlər. Mütəxəssislərin fikrincə bu uşaqlar təlimə marağın itirilməsi, daha çox dərs buraxılması, kollektiv tədbirlərdə iştirak etməmək, məktəbdə özlərini yad adam kimi aparmaq, daha çox qeyri-formal uşaq qruplarına meyl etmək və vaxtının çoxusunu orada keçirtmək cinayət törətmiş uşaqlar üçün səciyyəvidir. Qeyri formal qruplardakı uşaqların yaş həddi yarıdan çoxunda 14-17, üçdə bir hissəsindəisə 18-20 yaş civarında dəyişir. Belə qruplarda yeniyetmələr cinayəti demək olar ki, qrup halında həyata keçirirlər. Tədqiqatçı alim H.Əlizadənin gəldiyi nəticəyə görə cinayətkar yeniyetmələr arasında 14 yaşlılar-11%, 15 yaşlılar-7%, 16-17 yaşlılar isə 42% təşkil edirlər. Belə qruplarda kiçik yaşlı uşaqlar üstünlük təşkil edir və daha çox həyata keçirilən cinayətlərdə yardımçı kimi iştirak edirlər. Yeniyetmələr tərfindən törədilən cinyətlərin 95% oğlanlar, 5 % isə qızlar tərəfindən törədilir. Lakin oğlanlardan fərqli olaraq qızlar cinayətdə birbaşa deyil, dolayısı ilə iştirak edirlər. Uşaq cinayətkarlığının yaranma səbəbləri içərisində uşağın hansı ailədə yaşaması, oradakı sosial mühit, ailədaxili münasibətlərdəki qeyri sabitlik əsaslı rola malikdir. Bir çox tədqiqatçıların fikrincə yetkinlik yaşına çatmış cinayətkarların təxminən yarısı məhz natamam ailələrdən olan uşaqlardır. Yetginlik yaşına çatmamış cinayətkar uşaqların da böyük əksəriyyəti məhz belə ailələrdən çıxmış uşaqlardırlar. Bu uşaqların bir hissəsinin atası, digər hissəsinin anası, az bir hissəsinin isə hər iki valideyni olmamışdır.
Yeniyetmə cinayətkarlığının getdikcə artması ilə bağlı mütəxəssislər cinayətlərin qarşısını almaq üçün ailə institutuna sosial-pedaqoji və iqtisadi diqqətin artırılmasını prioritet məsələ kimi qiymətləndirirlər. Çünki bu gün həm iqtisadi, həm sosial, həm də mənəvi cəhətdən çətinlik çəkən ailələrdə tərbiyə prosesinin rəvan getməsi üçün şərait olmadığından burada yaşayan yeniyetmələrin çətin uşaqlara, daha sonra isə cinayətkarlara çevrilməsi ehtimalı çoxdur. Bu baxımdan problemin aradan qaldırılması üçün ailə-məktəb-cəmiyyət üçlüyünün birgə fəaliyyəti zəruridir. Gələcək uşaq cinayətlərinin qarşısının alınması üçün məktəb ilə ailə arasında sıx əlaqə yaradılmalı, həm valideyin, həm də uşaqlar arasında pedaqoji-psixoloji və hüquq tərbiyəsi aspektindən geniş təbliğat aparılmalıdır.

Yüklə 158,37 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin