Sosial pedaqogika imt s Sual Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi Cavab


Sual 53. Sosial pedaqogikanın tədqiqat metodları



Yüklə 158,37 Kb.
səhifə50/62
tarix02.06.2023
ölçüsü158,37 Kb.
#122708
1   ...   46   47   48   49   50   51   52   53   ...   62
sos pdqgk imt

Sual 53. Sosial pedaqogikanın tədqiqat metodları
Cavab:
. Sosial pedaqoji tədqiqatlarda müəyyən metodlardan istifadə edilir. Problemin xarakter və miqyasına görə metodlar fərqlənir. Ən ümumi metod kimi dialektik metodlardan istifadə edilir.
Dialektik metod – varlığın və idrakın ümumi və mühüm xüsusiyyətlərinin əlaqə və münasibətlərini əks etdirir və tədqiqatçını öyrənilən problemə elmi yanaşma strategiyası ilə silahlandırır, tədqiqatın və onun nəticələrinin obyektiv və əsaslı olmasına şərait yaradır. Ümumi metodlara nəzəri idrak metodları, idrakın ümumi məntiqi metod və priyomları daxildir. Pedaqoji tədqiqatlar təlim-tərbiyə prosesini təkmilləşdirmək məqsədilə planlı şəkildə aparılan axtarışdır. Dörd mərhələsi vardır:
1.Nəzəri tədqiqat metodları
2.Eksperimental tədqiqat metodlar
3.Praktik tədqiqat metodları
4.Tarixi müqayisəli tədqiqat metodları
5.Riyazi metodlar
I. Nəzəri metodlar – sosial pedaqogikanın köklü problemlərini üzrə aparılır. Cəmiyyətin tərbiyə imkanları, sosial tərbiyənin məzmunu, şəxsiyyətin sosiallaşması, sosial pedaqogikanın başqa elmlərlə qarşılıqlı əlaqəsi və s. Bu kimi köklü problemlər nəzəri-tədqiqat metodları vasitəsilə araşdırılır. Nəzəri tədqiqat metodlarına daxildir: təhlil, tərkib, onların vəhdəti, induksiya, deduksiya, müqayisəli-tarixi təhlil və s. Nəzəri təhlil müəyyən prosesi tərkib hissələrinə bölməklə, nəzəri tərkib isə onları bir tam halında birləşdirməklə aparılır. Təhlil və tərkibin vəhdəti sosial-pedaqoji hadisələrin mahiyyətini, pedaqoji prosesdə əlaqə və münasibətləri müəyyənləşdirməyə ümumidə xüsusini, xüsusidə isə ümumini tapmağa imkan verir.
II. Praktik tədqiqat metodlarına – müsahibə, müşahidə, anket sorğusu pedaqoji konsilium, pedaqoji sənədlərin və fəaliyyətin öyrənilməsi metodları daxildir.
Müşahidə - müxtəlif elm sahələrində olduğu kimi sosial pedaqogikada da müşahidə metodundan geniş istifadə edilir. Hadisələrin gedişinə qarışmadan onları təbii şəraitdə öyrənməyə müşahidə deyilir. Müşahidənin bir neçə forması vardır: tam və seçici, sistemli və sadə, geniş və məhdud, açıq və gizli, uzunmüddətli və qısamüddətli. Məsələn, tam müşahidədə proses bütövlükdə, başlanandan qurtarana qədər əhatə olunur. Seçmədə isə prosesin bu və ya digər cəhətləri öyrənilir. Sosial-pedaqoji proseslərin müşahidəsi zamanı hər hansı bir sosial-pedaqoji hadisə onun baş verdiyi şəraitdə öyrənilir, başqa sözlə, bu və ya digər sosial pedaqoji hadisəni öyrənmək üçün onun baş verdiyi şərait dəyişmir. Müşahidə mahiyyətcə obyektiv metoddur. Müşahidədə səhvə yol verməmək üçün faktları ciddi surətdə izləyərək mürəkkəb hadisələr haqqında fikir yürütmək lazımdır və bu zaman subyektiv fikirlərə çox yer vermək olmaz. Müşahidənin səmərəsi müşahidəçinin mövqeyindən də asılıdır. 3 mövqe var: müşahidəçi-rəhbər, müşahidəçi-şahid və müşahidəçi-iştirakçı.
Müsahibə - sosialogiyada müsahibə və anketləşdirmə sorğu metodları kimi xarakterizə olunur və bu daha geniş yayılmış metoddur. Belə ki, əgər müşahidə metodunun köməyi ilə tədqiqatçı fərdin indiki zamanda real davranış faktlarını qeyd edirsə, sorğu metodu vasitəsilə isə tədqiqatçı fərdin keçmişdə və hal-hazırdakı hadisə və prosesin mahiyyətini, səbəblərini, başvermə şəraitini aşkara cıxarmaq məqsədilə aparılan və gələcək planları haqqında məlumat ala bilmək üçün edilən sual-cavab metodudur. Müsahibənin səmərəli olması üçün bəzi tələblər verilir: müsahibəni kiminlə, nə məqsədə, hansı suallar əsasında aparılacağı müəyyən edilməli, alınan cavablar qeyd olunmalı və təhlil edilməlidir. Müxtəlif müsahibə növlərindən istifadə edilir:
Yönəldiyi məqsədə görə (rəy bildirilən və sənədli müsahibələr)
Texnikasına və formasına görə (standart və qeyri-standart)
Aparılma üsuluna görə (təkrar, qrup, eyni şəxslə bir neçə dəfə-çoxdəfəli, müəyyən hadisəyə yönəlmiş – fokslaşdırılmış).
Müsahibənin səmərəsi üçün bəzi şərtləri gözləmək lazımdır:
a) əlverişlı şərait – mənəvi psixoloji mühit yaradılmalıdır
b) pedaqoji takt gözlənilməlidir
c) adət olunmuş təbii mühitdə aparılmalıdır
d)suallar düzgün qoyulmalı və etibarlı cavabların alınmasına diqqət yetirilməlidir
e) cavablar dəqiq qeydə alınmalıdır.
Beləliklə, fərdin subyektiv rəyləri, hissləri, davranış motivləri haqqında dolğun məlumat alınması müsahibəalma texnikasından da çox asılıdır. Buna görə sosial pedaqoq müsahibə prosesində ilk növbədə mehribançılıq, xeyirxahlıq və səmimi şəraiti yaratmalı, sualların düzgün qoyuluşunu və etibarlı cavabların alınmasına xüsusi diqqət yetirməli, istər respondentlərin cavablarını, istərsə də özünün qeydlərini tam və dəqiq protokollaşdırmalıdır.
Anketləşdirmə - Sosial-pedaqoji tədqiqatda anket sorğusundan geniş istifadə edilir. Problem barədə ayri-ayri fərdlərin və kollektivin mövqeyini, rəyini öyrənmək məqsədilə keçirilən yazılı sorğudur. Anket sorğusunda suallar düzgün seçilməlidir və tipinə görə - açıq və qapalı; birbaşa və dolayısı; cavabın məzmununa görə; məqsədə görə olur. Onun quruluşu 3 hissədən: giriş hissə, əsas hissə və demoqrafik hissə(pasportcadan) ibarət olur. Giriş hissədə anketin keçirilməsinin ümumi və inzibati qaydaları izah edilir. Əsas hissə ən böyük və məzmunca mürəkkəb hissədir. Bu hissədə suallar respodentləri maraqlandırmalı, aidiyyatı olan məlumatların üzə çixarılmasına xidmət etməli və cavablardan əldə edilən məlumatların dərinləşdirilməsi və dəqiqləşdirilməsi həyata keçirilir. Sosiologiyada sorğunun əsas növlərindən biri sosiometrik sorğudur. Bu üsul qrup və kollektivdə şəxsiyyətlərarası münasibətləri öyrənmək məqsədilə aparılır. Bu üsuldan ilk dəfə amerika alimi Con Moreno istifadə etmişdir. Sosial pedaqogikada bu üsuldan daha çox istifadə edilir. Bu metod kollektivin hər bir üzvünün kollektivdə yeri, rolu, mövqeyi haqqında fikir söyləməyə, kollektivdaxili qruplaşmaları və onların liderlərini müəyyən etməyə kömək edir.
Sənədlərin və şagird fəaliyyət məhsullarının öyrənilməsi metodu. Sənədlərin 3 növü var: şəxsi, pedaqoji və ictimai. Şəxsi sənədlərə məktub və gündəliklər, tərcümeyi-hal, xatirələr və s. Aiddir. Pedaqoji sənədlərə jurnallar, hesabatlar, protokollar, şəxsi işlər, iş planları və s. Aiddir. İctimai sənədlərə qanunlar, nizamnamələr, əsasnamələr, əmr və sərəncamlar, proqramlar, təlimatlar və s. Hüquqi sənədlər aiddir. Şagirdlər həm təlim prosesində, həm də məktəbdənkənar vaxtlarda onlara verilən tapşırıqları yerinə yetirirlər (inşa yazmaq, şəkil çəkmək, şeir və hekayə yazmaq). Bu işlər şagirdin fəaliyyət məhsulları olub, onların özündən asılı olmayaraq maraqlarını, motivlərini, yaşadığı hiss və həyəcanı əks etdirir. Bu metodla sosial-pedaqoq şagirdlərinin maraqlarını, motivlərini, öyrənə və onların təlimə, ayrı-ayrı fənlərə münasibətinin xüsusiyyətlərini səciyyələndirə bilir.
Pedaqoji təcrübənin öyrənilməsi və ümumiləşdirilməsi metodu. Müasir elmi-metodik meyarlara görə pedaqoji təcrübəni öyrənərkən şagirdlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsi ilə yanaşı, onların ümumi inkişaf və səviyyəsi də hökmən nəzərə alınmalıdır. Pedaqoji nəzəriyyə pedaqoji təcrübə ilə vəhdətdə inkişaf etməlidir. Onların vəhdəti pozulanda təlimdə formalizm halları baş verir, ciddi nöqsanlar meydana çıxır. Buna görə də məktəb təcrübəsinin müqayisəli şəkildə, yəni həm qabaqcıl, həm də adi müəllimlərin iş təcrübəsini müqayisəli şəkildə öyrənmək lazımdır. Bu zaman müsbət cəhətlərin, mövcud nöqsanların inkişaf meyillərini müəyyən etməyə, mənfi meyillərin qarşısını almağa daha çox diqqət yetirilməlidir.
Pedaqoji konsilium – bu metod Y.K.Babanskinin rəhbərlik etdiyi esperimental məktəblərin iş təcrübəsində geniş istifadə edilmişdir. Bu məfhum tibbi məfhum olub, professor və həkim heyəti ilə diaqnostik məramla keçirilir. Pedaqoji təcrübədə də bu imkandan istifadə etməklə sosial-pedaqoji tədqiqatın müəyyən bir mərhələsində onun nəticələri sinif rəhbəri və ayrı-ayrı fənn müəllimləri ilə birlikdə müzakirə edilir, müəyyən faktlar dəqiqləşdirilir, həmin sinifdə tərbiyə işinin strategiyası və taktikası müəyyənləşdirilir.
III. Tarixi-müqayisəli tədqiqat metodu. Sosial pedaqogikada müxtəlif ölkələrdə və ya müxtəlif tarixi dövrlərdə cəmiyyətin tərbiyə imkanları öyrənilərkən bu metod çox əhəmiyyətlidir. Bu metodla müxtəlif sosial-pedaqoji sistemlər müqayisəli şəkildə öyrənilir və bu təhlil əsasında şagirdlərin təlim müvəffəqiyyətlərinin vəziyyətinin dəyişmə istiqamətləri, ona təsir edən amillər, elmi yeniliklərin məktəb təcrübəsinə tətbiqi, təhsilin məzmununun yeniləşməsi, təşkilati-pedaqoji işin gücləndirilməsi və s. Məsələlər müqayisə edilir, onların fərqli və oxşar cəhətləri araşdırılıb üzə çıxarılır.
Modelləşdirmə metodu – müəyyən sosial-pedaqoji sistemi xüsusi modellər yaratmaq yolu ilə təsvir etmək metodudur. Əyani-obrazlı şəkildə sxem, cədvəl, çertyoj və s. İlə sosial-pedaqoji prosesi xarakterizə etməyə imkan verir Bu yolla sosial tərbiyənin sistemini, sosial münasibətlıərin strukturunu, müəllimin mənəvi-etik simasını müəyyənləşdirməyə imkan verir.
IV. Eksperiment tədqiqat metodu. Bu metoddan geniş istifadə olunur və kompleks xarakter daşıyır. Digər metodlarla birlikdə tətbiq olunur. Bu halda bəzi mənbələrdə empirik-nəzəri metodlar kimi səciyyələndirilir. Nəzəri və praktik fəaliyyət six bitrləşir. Bu metodlara eksperiment, təcrübi-eksperimental iş, sınaq metodları daxildir. Eksperiment müəyyən fərziyyəni yoxlamaq metodudur. Onun məqsədi səbəb nəticə əlaqələrini, yeni forma və metodların səmərəliliyini sosial-pedaqoji təsirlərlə və onun nəticələri arasındakı asılılıqları və s. Aşkara çıxarmaqdan ibarətdir. Məqsədinə görə müəyyənləşdirici, öyrədici-dəyişdirici və yoxlayıcı olur. Təşkili formasına görə təbii, laborator və kompleks eksperiment olur. Müddətinə görə uzunmüddətli və qısamüddətli olur. Eksperimentin təşkilində 2 paralel qrup - eksperimental və nəzarət qruplarının yaradılması tələb olunur. Bu qruplar bir-birinə oxşar olsalar da eksperimental qrup eksperimentdə iştirak edir, nəzarət qrupu isə bilavasitə iştirak etmir. Ancaq eksperimentdən əvvəl və sonra hər iki qrupda test yoxlaması keçirilir. İlkin və son testlərin nəticələri müqayisəli təhlil olunur. Sosial pedaqogikada N.M.Kazımovun qeyd etdiyi kimi, müəyyənləşdirici və dəyişdirici eksperimentdən istifadə edilir. Müəyyənləşdirici eksperimentdə hər hansı bir sinifdə və ya qrupda sosial tərbiyə işinin səviyyəsi üzə çıxarılır və mövcud sosial-pedaqoji vəziyyəti təkmilləşdirmək zərurəti yarandıqda isə dəyişdirici eksperimendən istifadə edilir. Eksperimentin fərziyyəsi dəqiq müəyyən edilməli, nəticə yaxçı olarsa onu geniş miqyasda tətbiq etmək lazımdır.
Sınaq metodu – yeni ideyanı, metod və vasitəni kollektiv şəkildə yoxlamaq məqsədilə aparılır. Qabaqcıl təcrübənin tətbiqi və ya eksperimentlə bağlı olur. Birinci qabaqcıl təcrübənin ideyası, səmərəliliyi yoxlanılır, sonra isə eksperimentdən əvvəlki və sonrakı vəziyyət yoxlanılır.
Ekspert qiymətləndirılməsı metodu. Pedaqoji tədqiqat metodologiyasına görə çox maraqlı olan bu metodda ekspert rəylərinin alınması çox əhəmiyyətlidir və bunun üçün eksperti tədqiqatın məqsədi ilə tanış etmək lazımdır. Sosiologiyada 3 fünksiyası qeyd edilir:
1.Sosial gerçekliyin müxtəlif hadisə və proseslərin inkişaf təmayüllərinin proqnozu
2.Kütləvi sorğu nəticələrinin səmərəlilik dərəcəsinin qiymətləndirilməsi
3.Qrup və kollektivin attestasiaysı
V. Riyazi-statistik, sosioloji metodlar. Tərbiyə və təhsilin sosial aspektləri ilə bağlı məsələlərin tətbiqində geniş yer tutur. Tədqiqat materialları kəmiyyət baxımından riyazi metodlarla işlənilir və bu zaman bu məsələlərə xüsusi diqqət yetirilir:
Məlumatlar kompüterə verilmək üçün kodlaşdırılır.
Məlumatlar təsvir olunur: cədvəllər, diaqramlar və s.qurulur.
Statistik metodlarla təhlil olunur.
Riyazi cəhətdən modelləşdirilir.
Tədqiqat materiallarının kəmiyyət üzrə təhlili keyfiyyət təhlili ilə də bağlıdır. Son zamanlar hər iki təhlili özündə birləşdirən, riyazi metodların tətbiqi zamanı formalizmi aradan qaldırmağa və eləcə də təlim-tərbiyənin diaqnostik məqsədlərini uğurla həyata keçirmək üçün kvalimetriya metodundan istifadə edilməyə başlanılmışdır.
Statistik metod – sosial pedaqoji prosesdə bir cox asılıqları və qanunauyğun əlaqələri aşkara çıxarmağa kömək edir. Məsələn: hər bir şagirdin biliyinin yoxlanması tezliyi ilə sinifin təlim uğurlarının arasındakı asılılığın öyrənilməsi, şagirdlərin biliyinə nəzarətdəki fasilələrlə təlim göstəriciləri arasındakı asılılığın tətbiqi, şagirdlərin sayı ilə hər bir şagirdin və sinifin orta təlim göstəriciləri ara sındakı asılılığın tətbiqi və s.
Sosioloji metod – Pedaqogika sosial elmdir. Sosial tərbiyənin hec bir hadisəsini onu doğuran sosial şəraiti tədqiq etmədən dərindən və əhatəli dərk etmək qeyri-mümkündür. Sosioloji metodlar şəxsiyyətin sosiallaşmasına təsir edən amilləri, uşağın çoxcəhətli sosial münasibətlərini aşkara cıxarıb tənzim etməyə kömək göstərir. Bu metoda kütləvi sorğular, intervyu, reytinq, test, sosiometrik metodları aiddir.
Reytinq metodu – sosial pedaqoji fəaliyyətin bu və ya digər sahəsini müəyyən edən meyarlar əsasında qiymətləndirilməsində ifadə olunur. Hər hansı bir keyfiyyəti 4 ballı şkala ilə maksimal və minimal ballarla müəyyənləşdirmək lazımdir. Sonra hər keyfiyyət üzrə öyrənilən şəxsin fəaliyyətinin orta ruyazi göstəriciləri hesablanır və artma və ya azalma sırası ilə yerləşdirilir. Reytinqin müəyyən tələbləri olur: peşəkarlıq, kreativlik, obyektivlik, təfəkkürün genişliyi və s.
Sosiometrik metod – qrupda sosial-psixoloji qarşılıqlı münasibətləri öyrənmək üçün aparılan sorğudur. Bunun üçün qrupda müıyyən suallar vasitəsilə liderlər müəyyən olunur(kiminlə bir komandada olmaq istəyirsən və s.) Bu yolla müəllim-şagird, şagird-şagird münasibətləri aydınlaşdırılır. Cavablar müxtəlif formada cədvəl, qrafik, şkala və s. Şəklində əks etdirilir və təhlil edilib ümumiləşdirilir.
Sosioloji metodun nəticələri digərləri ilə əlaqələndirilməlidir. Ümumiyyətlə, obyektiv nəticə əldə etmək üçün tədqiqat zamanı sosial-pedaqoji tədqiqat metodları kompleks şəkildə tətbiq olunur, alınan nəticələr tutuşdurulur.
Sosial pedaqoji tədqiqatın metodikası – tədqiqatın metodologiyasına əsaslanmaqla müəyyənləşdirilir, tədqiqatın texnologiyasını bütün mərhələlərini özündə əks etdirir. 3 mərhələsi var:
Hazırlıq mərhələsində tədqiqatın nəzərə məsələləri araşdırılır: tədqiqatın
Obyekti, predmeti, məqsədi, vəzifələri, tədqiqatın problemi müəyyən edilir, fərziyyə və tədqiqat metodları müəyyənləşdirilir.
İcra mərhələsində tədqiqat metodlarının köməyilə pedaqoji faktlar toplanıb
Tədqiq edilir və müvafiq nəticələr çıxarılır. Nəticələr eksperiment və təcrübə ilə yoxlanılır.
AYekun mərhələdə tədqiqat materialları kəmiyyət və keyfiyyət baxımından
Təhlil olunur, fərziyyənin düzgün olub-olmaması aydınlaşdırılır. Tədqiqat materialları nəzəriyyə əsasında şərh edilir və yeni qanuauyğunluqlar müəyyən olunur.

Yüklə 158,37 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin