Sual 50. Pedaqoji məharətin sosial əhəmiyyəti Cavab: Pedaqoji məharət müxtəlif xüsusiyyətlərlə səciyyələnir. Pedaqoji məharət bir tərəfdən ölçühissi iləbağlıdır digər tərəfdən isə şagirdlərlə düzgün münasibət saxlamaq bacarığıdır. Uşaq qrupları emosionallığı ilə seçilirlər. Dərs zamanı sinifdə müxtəlif situasiyalar baş verə bilər. Həmin anda müəllimin fikirləşib hər şeyi ölçüb biçməyə vaxtı olmur.. Lakin müəllim həmin anda həm elmi metodik həm də pedaqoji etika baxımından düzgün qərar verməlidir. Başqa sözlə. Situasiya anında müəllim məharətlə sərrast bir söz işlədərək və qətiyyətli hərəkət edərək anındaca problemi həll etməlidir. Dərs isə öz axarında davam etməlidir.
Öz işinin əsl ustası olan qabaqcıl müəllimlərin iş təcrübəsi pedaqoji məharətlə zəngindir. Pedaqoji məharət mahiyyət etibarilə pedaqoji qabiliyyətlərin hər biri ilə xüsusilə kommunikatıv perspektiv qabiliyyətlərlə bağlıdır. Onun məzmun və forması həm də müəllimin şagirdlərlə münasibət sahəsində əsaslandığı sosial stereotip və etalənlarla müəyyən olunur. Müəllimlər çox vaxt asanlıqla yaxşı və pis şagirdlərı ayırır, onları təlim müvəffəqiyyətinə və intizam səviyyəsinə görə ağıllı, tənbəl, avara və s. Kimi səciyyələndirirlər. Başlıca cəhət isə ondan ibarətdir ki, müəllimlərin bu şagirdlərlə qarşılıqlı münasibətdə köklü fərqlər meydana çıxır. Ailədə baş verən demoqrafık dəyişikliklər şagirdlərin təlim fəaliyyətinə tədricən neqativ təsir edir. Bu zəmində müəllimlərin də şagirdlərə münasibəti dəyişir. Belə şəraitdə şagirdin müəllimlərlə münasibətlərində ziddiyyətli cəhətlər əmələ gəlir. Belə şagirdlər həmişə müəllimlərin onlara qarşı münasibətini haqsız və ədələtsiz hesab edirlər.
Pedaqoji məharətin müxtəlif meyarları var:
Dərsdə yaranan sosial pedaqoji şəraut
Onun iştirakçılarını,ilk növbədə müvafiq şagirdin bir şəxsiyyət kimi xüsusiyyətlərinin adekvat qiymətləndirilməsi və nəzərə alınması bütün hallarda əsas cəhət kimi özünü göstərir.
Sual 51. Sosial-pedaqoji mədəniyyət və pedaqoji mədəniyyət anlayışları Cavab: Pedaqoji peşə mədəniyyəti müəllimin pedaqoji bacarıqları ilə birbaşa bağlı, onunla əlaqəli bir mədəniyyətdir. Müəllimin müəyyən pedaqoji bacarıqlara malik olması, onun özünü reallaşdırması, pedaqoji özünütəsdiqi, həmçinin pedaqoji prosesdəki müvəffəqiyyəti üçün zəruri olduğu kimi, pedaqoji mədəniyyəti üçün də əhəmiyyətlidir. Pedaqoji peşə mədəniyyəti mücərrəd bir məfhum deyildir. Bu, müəllimin pedaqoji fəaliyyəti zamanı üzə çıxan, görünən, əks olunan mədəniyyətidir. Bu mədəniyyət müəllimin davranışında, danışığında, uşaqlarla, onların valideynləri, həmkarları ilə ünsiyyətdə olduğu zaman özünü göstərən mədəniyyətdir. Müəllim onlarla necə rəftar edir, necə danışır, onlara necə müraciət edir və şagirdlərə tələbləri necə verir, məktəbdə və məktəbdən kənarda hərəkət və davranışı necədir və s. Bütün bunlar onun pedaqoji peşə mədəniyyətinin konkret ifadəsi kimi özünü göstərir. Beləliklə, müəllimin pedaqoji peşə mədəniyyətinin məzmununun konkret olaraq aşağıdakılardan ibarət olduğunu göstərmək olar:
Müəllimin pedaqoji fəaliyyəti prosesində özünü göstərən mədəniyyəti;
Şagirdlərlə, həmkarlarla və valideynlərlə olan pedaqoji ünsiyyət mədəniyyəti;
Müəllimin şəxsi, özünəməxsus mədəniyyəti;
Müəllimin dərsdənkənar vaxtlarda uşaqlara olan münasibəti;
müəllimin konkret milli və ümumbəşəri mədəniyyətə malik olması ilə səciyyələnən mədəniyyəti.
Bunlar vahid, bir məcrada birləşərək müəllimin ümumi peşə mədəniyyətini formalaşdırır ki, bunların da bir qisminin olmaması və ya zəif olması müəllimin peşəkar pedaqoji mədəniyyətində müəyyən çatışmazlıqlara gətirib çıxarır. Müəllimin pedaqoji fəaliyyəti onun peşəkarlıq səviyyəsinin yüksəlməsində əsas baza rolunda çıxış edir. Pedaqoji fəaliyyət genişləndikcə və yeniliklərlə zənginləşdikcə peşəkarlıq üçün zəruri olan keyfiyyətlər də yaranır və getdikcə dolğunlaşır. Müəllimin fəaliyyət sferasının genişlənməsi yeni-yeni keyfiyyətlərin yaranmasına, dəyərlər iyerarxiyasının bir pillədən digərinə, daha yüksək pilləyə keçməsinə səbəb olur. Müəllim peşəkar pedaqoji fəaliyyət sistemində özünü daha yaxşı hiss etməklə yeni-yeni keyfiyyətlər əldə etməyə çalışır ki, bunlar da onun peşəkarlığının daha da dərinləşməsinə stimullar yaradır. Müəllimin pedaqoji fəaliyyəti olduqca mürəkkəb texnoloji proseslərin həyata keçirilməsi ilə xarakterizə olunur. Bu proseslərin zənginliyi pedaqoji prosesin tamlığına və bütövlüyünə gətirib çıxarır ki, bu da ayrı – ayrı müəllimlərin peşəkarlığının fərdi və fərqli cəhətləri kimi özünü göstərir. Müəllimin pedaqoji peşə mədəniyyəti müəllimin yaradıcı fəaliyyəti ilə sıx surətdə əlaqədardır. Müəllim pedaqoji fəaliyyətə yaradıcılıqla yanaşdıqda, ona yaradıcı münasibət bəslədikdə bunlar həm onun peşə funksiyasının reallaşmasında, həm də müxtəlif texnoloji əməliyyatların yerinə yetirilməsində yüksək nəticələrə səbəb olur, pedaqoji fəaliyyət dəyər səviyyəsinə yüksəlir. Yaradıcı axtarışların nəticəsi olan texnoloji yeniliklər pedaqoji fəaliyyəti daha da məzmunlu və məqsədyönlü edir. Pedaqoji peşə mədəniyyətinin formalaşması bir sıra amillərlə səciyyələnir. Bunlar müəllimin ümumi mədəniyyətindən başlayaraq, onun bilik, bacarıq və vərdişlərini əhatə etməklə müəllim şəxsiyyətinin tamlığında özünü büruzə verir. Müəllim bir etalon şəxsiyyət kimi istər təlim-təhsil prosesində, istərsə də digər fəaliyyət zamanı öz hərəkət və davranışını, danışığını, ünsiyyət tərzini nizamlamağı bacarmalı, bu bacarıqların yüksək səviyyədə reallaşmasına nail olmalıdır. Pedaqoji peşə mədəniyyəti nə birdən-birə yaranır, nə də müəllimlik diplomu ilə birgə verilir. Burada inqilabla, yəni birdən – birə də nail olmaq mümkün deyildir. O, müəllimin pedaqoji fəaliyyəti ilə yanaşı gedərək, onun işgüzarlığı, pedaqoji peşəyə olan sevgisi, yaradıcı pedaqoji təfəkkürə malik olması ilə müşayiət olunur. Eyni zamanda, burada işgüzar mühitin yaradılması, yaradıcılıq üçün münbit şəraitin olması, kollektivdə müsbət psixoloji iqlimin olması, digər bir sıra obyektiv və subyektiv amillər də mühüm rol oynayır. Müəllimin pedaqoji yaradıcılığına stimul verən belə amillər həm də pedaqoji peşə mədəniyyəti ilə müşayiət olunduqda daha səmərəli nəti-cələrə səbəb olur. Bu baxımdan müəllimin pedaqoji peşə mədəniyyətinin formalaşmasının aşağıdakı bir sıra səmərəlilik göstəricilərini qeyd etmək olar:
Müəllimin pedaqoji peşə mədəniyyətinə dair nəzəri – metodoloji biliklərə malik olması və onun əsaslarına yiyələnməsi. Burada müəllimin etikanı, pedaqogikanı, psixologiyanı, pedaqoji psixologiyanı, psixopedaqogikanı, uşaqların yaş xüsusiyyətlərini yaxşı bilməsi, pedaqoji prosesin qanunauyğunluqlarına, prinsiplərinə və metodlarına, həmçinin təhsilin kulturoloji əsaslarına dair biliklərə yiyələnməsi başlıca şərtlərdəndir.
Şagird şəxsiyyətinə hörmətlə və humanistcəsinə yanaşmağı müəllimin öz fəaliyyətində nəzərə alması. Humanistlik müəllim peşəsinin mahiyyətində, onun daxilində olan bir xüsusiyyətdir. Müəllimin peşə fəaliyyəti uşaqların şəxsiyyət kimi formalaşdırılması ilə xarakterizə olunduğundan şəxsiyyətə şəxsiyyət kimi yanaşmaq tələb olunur. Onları gələcəyin böyük şəxsiyyətləri kimi görmək, şəxsiyyətlərinə hörmət etmək, tərbiyələrinə humanist mövqedən yanaşmaq müəllimin özünə də böyük hörmət qazandırır. Bu keyfiyyətlərlə müəllimin ixtisas bilikləri üst-üstə düşdükdə müəllim əsl müəllim kimi özü də hörmət qazanmış olur. Yalnız avtokratik mövqedən yanaşmaq, uşaqları qorxutmaq, onları valideynləri ilə və ya imtahanla hədələmək nə müəllimin özünə, nə də pedaqoji prosesə fayda verir. Heç bir fiziki təsir, fiziki cəza isə yolverilməzdir. “Müəllimin vurduğu yerdə gül bitmir, güllər solur” Fiziki cəza şagirdin müəllimə inamını azaldır, onun uşaq qəlbində müəllimə qarşı heç də xoş olmayan hislər yaradır, müəllimin xeyirxahlıq və humanistlik kimi missiyalarına zərbə vurur.
Müəllimin sosial-pedaqoji dəyərlərin daşıyıcısı kimi onu özünün gündəlik pedaqoji fəaliyyətində əks etdirməsi. Müəllim təkcə nəsillərarası varisliyin deyil, həm də mədəniyyətin, dəyərlərin daşıyıcısı kimi mühüm bir missiyanı da yerinə yetirir. Müəllim bu gün fəaliyyət göstərməklə gələcəyi qurur, gələcəyin təməl daşlarını qoyur. O özünün fəaliyyəti ilə keçmişin sınaqlardan keçib gələn elmi, mədəniyyəti yeni nəslə ötürür və gələcəyi nəzərə almaqla onlarda yeni bilik, bacarıq və vərdişlər formalaşdırır. Keçmiş nəsillərdən miras qalan yaxşılıqları gənc nəslə aşılamaqla yanaşı, onların yerinə yetirə bilmədikləri, lakin Vətən, millət, xalq üçün gərəkli olan bir çox problemlərin gələcəkdə həll edilməsi üçün onlarda yeni bilik, bacarıq və vərdişlər yaradır. Həm də təkcə bunları yox, onları mənimsəmək motivləri də formalaşdırır.
Müəllimin yaradıcı pedaqoji təfəkkürə malik olması və pedaqoji yaradıcılıqla məşğul olması. Müasir dövrdə təhsilin sürətlə və yüksək səviyyədə inkişafı, aparılan islahatlar müəllimdən yeni pedaqoji təfəkkürə malik olmaq və təkcə mövcud olanlarla kifayətlənmək deyil, pedaqoji yaradıcılığa meyilli olmaq və onunla məşğul olmağı tələb edir. Yaradıcı pedaqoji təfəkkür müəllimin yeniliklər üzərində düşünməsi, pedaqoji prosesi özünün yenilikləri, yaradıcı münasibəti ilə daha da məzmunlu və maraqlı etməsi üçün fikirləşməsi, yeni-yeni yollar üzərində düşünməsidir. Yaradıcı pedaqoji təfəkkür müəllimi öz fəaliyyətində daim yeniliklər etməyə sövq etməklə, onu nail olduqları ilə kifayətlənməməyə, daha da yaxşı işləməyə sövq edir, pedaqoji yaradıcılıqla məşğul olmağa tələbat yaradır. Müəllimlər pedaqoji prosesə yanaşmada heç də eyni mövqedə, eyni səviyyə və qabiliyyətdə deyildirlər. Onların bir qismi mövcud pedaqoji və metodik ədəbiyyatlarda, tövsiyələrdə, təlimat və göstərişlərdə verilən müsbət cəhətləri öz fəaliyyətlərində tətbiq etməklə kifayətlənməyərək, özləri də pedaqoji yaradıcılıqla məşğul olur və müəllif texnologiyalarından istifadə edirlər. Pedaqoji yaradıcılıqla məşğul olmaq, yeniliklər axtarmaq, öz fəaliyyətində daha səmərəli hesab etdiyi metodlar axtarıb tapmaq və tətbiq etmək tələbatı onu yaradıcı müəllim səviyyəsinə qaldırır. Müəllim yaradıcı müəllim kimi öz fikirlərini həm də həmkarları ilə paylaşır, onlara metodik kömək göstərir.
Yaradıcı pedaqoji təfəkkür müəllimi daim yeniliklər axtarışına çıxarır, onu öz təcrübəsini daha da zənginləşdirməyə stimullaşdırır və gündəlik fəaliyyətinə yeniyeni çalarlar əlavə etməklə onu peşəkar pedaqoq səviyyəsinə qaldırır