Sosial pedaqogika imt s Sual Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi Cavab


Sual 34. Uşaqların sosial müdafiəsi



Yüklə 158,37 Kb.
səhifə35/62
tarix02.06.2023
ölçüsü158,37 Kb.
#122708
1   ...   31   32   33   34   35   36   37   38   ...   62
sos pdqgk imt

Sual 34. Uşaqların sosial müdafiəsi
Cavab:
Hər bir uşağın müdafiə olunmaq hüququ var. UNICEF Azərbaycanda, xüsusilə inteqrasiyalı sosial xidmətlər, ədliyyəyə çıxış və uşaq hüquqlarının monitorinqi sahələrində uşaqların milli müdafiə sistemlərinin gücləndirilməsi istiqamətində iş aparır. Uşaqların milli müdafiə sistemləri sosial rifah, təhsil və səhiyyə məsələləri ilə məşğul olan təşkilatlardan, habelə risk vəziyyətində olan uaqlarla bağlı cavab tədbirlərinə məsuliyyət daşıyan hüquq-mühafizə orqanları və strukturlarından ibarətdir. Güclü uşaq müdafiəsi sistemi adətən uşaqların və onların ailələrinin üzləşdiyi çoxsaylı qarşılıqlı çətinliklərin öhdəsindən gəlmək iqtidarındadır. Həssas ailələri nəsillər boyu tez-tez üzləşdikləri potensial məhrumiyyətlər dairəsindən xilas etmək üçün bu ailələrdəki uşaqlara qarşı mövcud təhlükələrin səbəblərini aydın şəkildə başa düşmək lazımdır. Təhlükə dedikdə, uşağın zorakılığa, istismara, sui-istifadəyə, etinasızlığa məruz qalması və heç bir səbəb olmadan ailəsindən ayrılması halları başa düşülür. Səbəbləri aydın şəkildə başa düşdükdən sonra həmin təhlükələri azaldan və ya aradan qaldıran müvafiq xidmətlər paketi hazırlamaq və həyata keçirmək olar. Ən ağır məhrumiyyətlərlə üzləşən uşaqların və onların həssaslığına səbəb olan əsas amillərin müəyyənləşdirilməsi işi UNICEF-in düzgün əlaqələndirilmiş, çoxsahəli cavab tədbirlərinin həyata kecirilməsi istiqamətində Azərbaycan hökuməti ilə birgə aparılan fəaliyyətinin mərkəzində dayanır. Bu fəaliyyət aşağıdakıları nəzərdə tutur:

  • Çətin həyat şəraitinin qiymətləndirilməsi və müasir xidmətlərə istiqamətləndirmə;

  • Uşaqlara və ailələrə göstərilən sosial xidmətlər üzrə keyslərin idarə olunması;

  • İnkişaf ləngimələri və ya əlilliyi olan uşaqlar üçün sosial xidmətlərin göstərilməsi;

  • Baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçün sosial xidmətlərin göstərilməsi;

  • Mobil (proaktiv) xidmətlərin göstərilməsi.


Yüklə 158,37 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin