Sosial psixologiya Psixi həyatın sosial kökləri: interpsixika fenomeni


Kiçik qrupun struktur xüsusiyyətləri



Yüklə 93,9 Kb.
səhifə3/51
tarix22.12.2022
ölçüsü93,9 Kb.
#77440
1   2   3   4   5   6   7   8   9   ...   51
Sosial psixologiya (1)

Kiçik qrupun struktur xüsusiyyətləri

Hər bir qrupda şəxsiyyətəlrarası münasibətlər qrup üzvlərinin sosial-psixoloji statusunu əks etdirir.Sosial psixologiyada bu cəhət “rəhbər işçi “ , “lider”, “tabe işçi” və s. kimi anlayışlarla ifadə olunur.
Hər qrupun öz başçısı olur.Sosial psixologiyada qrupun idarə edilməsi prosesində iki cəhəti – rəhbərlik və liderliyi fərqləndirirlər.
Rəhbərlik – yüksək səviyyəli təşkilatlar tərəfindən rəsmi surətdə təsdiq edilmiş əsasnamə çərçivəsində qrupun idarə olunması prosesidir. Liderlik dedikdə işçilərdən birinin şəxsi nüfuzunun qrupun bir çox və ya bütün üzvlərinin davranışına təsiri nəzərdə tutulur.
Lider rolunda başqalarına təsir göstərəməyi bacaran işçilər çıxış edə bilirlər. Lider özünün işgüzar və şəxsi keyfiyyətləri , ünsiyyətə girmək qabiliyyəti ilə fərqlənir. O, məhz bu xüsusiyyətlər hesabına insanların psixologiyasına təsir göstərə bilir. Bir sıra hallarda lider rolunda müəyyən adamlar qrupu da çıxış edir.
Müasir sosial psixologiyada liderlik anlayışının 50-dən çox tərifi mövcuddur.
Lider sosial-psixoloji fenomen kimi müxtəlif obyektiv və subyektiv amillərin təsiri nəticəsində meydana çıxır.
Liderliyin üç funksiyası var :
a)Təşkilatçılıq funksiyası
b) İnformasiya funksiyası
c) Sosializasiya funksiyası
Təşkilatçılıq funksiyasında lider qrupun məqsədini müəyyən edir, qərar qəbulunu, məqsədlərin yerinə yetirilməsi yollarını, rol və vəzifə bölgüsü aparır , qrup üzvlərini konkret işlərə təhrik edir və s.
İnformasiya funksiyası qrup fəaliyyətinin səmərəli olması naminə bir tərəfdən zəruri informasiyasının toplanılması, işlənilməsi və hifz edilməsi, digər tərəfdən onların qrup üzvlərinə vaxtında verilməsindən ibarətdir. Sosializasiya funksiyası isə liderin qrup üzvlərinə göstərdiyi təsirləri əks etdirir. Liderin istifadə etdiyi müsbət və mənfi sanksiyaları da bu funksiyaya daxildir.
Rəhbərlik və liderlik müxtəlif sosial–psixoloji fenomenlərdir. Sosial psixologiyada rəhbər işçi və lider arasında aşağıdakı fərqlər müəyyən edilmişdir(İ.Parıgin ):
1. Rəhbərlik rəsmi əsasda meydana çıxan müxtəlif sosial təşkilat və təsisatlarda sosial prosesdir. Liderlik isə qrupdaxili şəxsiyyətlərarası münasibətlər əsasında əmələ gələn prosesdir. Əgər rəhbər işçi rəsmi surətdə təyin olunursa, lider qeyri-rəsmi surətdə irəli sürülür.
2. Rəhbərlik qrupda işlərin vəziyyət və fəaliyyətinin nəticələri üçün qanun qarşısında məsuliyyə daşıyır. Liderlik isə qrupun fəaliyyəti üçün hüquqi cəhətdən heç bir şəxsi məsuliyyət daşımır.
3. Rəhbərlik sahəsi son dərəcə genişdir. Liderin təsir sahəsi mikromühit səviyyəsi ilə məhdudlaşır.
4. Rəhbər işçiyə qanunla müəyyən hüquq və səlahiyyət verilir. Lider isə qanunla müəyyən edilmiş sanksiyalar sisteminə malik deyildir.
5. Rəhbər işçi tərəfindən qərar qəbulu prosesi mürəkkəbdir və əsasən vasitəli xarakter daşıyır. O, böyük informasiya sistemi kanallarına malikdir. Lider isə qrup tərəfindən qərarın qəbul edilməsinə təsir göstərir və onda daha çox bilavasitə iştirak edir.
Rəhbər işçi eyni zamanda lider rolunda çıxış etdikdə, kollektivin inkişafı üçün əlverişli psixoloji şərait yaranır. Rəhbər işçinin həm də lider olması bu gün xüsusilə böyük əhəmiyyət kəsb edir.


  1. Yüklə 93,9 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin