Sosial psixologiya Psixi həyatın sosial kökləri: interpsixika fenomeni


Sosial psixologiyanın predmeti: D.Mayersin tərifi



Yüklə 93,9 Kb.
səhifə5/51
tarix22.12.2022
ölçüsü93,9 Kb.
#77440
1   2   3   4   5   6   7   8   9   ...   51
Sosial psixologiya (1)

Sosial psixologiyanın predmeti: D.Mayersin tərifi

Sosial psixologiya nəyi öyrənir? Ona necə tərif vermək olar? Sosial psixologiyanın onlarla tərifi mövcuddur. Bu təriflərdən bəzilərini qeyd edək.
Bəzi müəlliflərin fikrincə, sosial psixologiya fərdlərin davranışını sosial stimulların funksiyası kimi öyrənir (Yones, Gerrard). Stetland və Kanona görə, bu elm davranışı koqnitiv aktivliyin nəticəsi kimi araşdırır.
Q.Ollport Amerika sosial psixologiyasının inkişafı prosesini ümumiləşdirərək 60-cı illərin axırlarında göstərirdi ki, sosial psixologiya başqa insanların fərdin fikirlərinə, hislərinə və davranışlarına necə təsir göstərdiyini öyrənən elmdir.
Son zamanlar D.Mayersin sosial-psixologiyaya verdiyi tərif diqqəti daha çox cəlb edir. Bu tərifə görə, sosial psixologiya insanların bir-biri haqqında necə fikirləşdirini, onların bir-birinə necə təsir göstərdiyini və bir-birlərinə necə münasibət bəslədiklərini öyrənən elmdir.
Sosial psixologiya bu tərifi açıqlayanda üç kateqoriyaya – şəxsiyyət, qrup və ünsiyyət kateqoriyalarına əsaslanır.
Hər bir sosial qrup və kollektivdə insanlar şəxsiyyət kimi iştirak edirlər. Onların qrup və kollektivdə qarşılıqlı münasibətləri şəxsiyyətlərarası münasibət kimi formalaşıb inkişaf edir. Ünsiyyət prosesi də həmişə şəxsi xarakter daşıyır. Bu kontekstdə də s/p-ya başlıca olaraq aşağıdakı problemləri təhlil edir.
I. Şəxsiyyətin sosial-psixoloji problemləri. Şəxsiyyət problemini 1-ci növbədə ümumi psixologiya öyrənir. Şəxsiyyətin sosializasiyası, sosial yönümü və s. məsələləri isə s/p-ya öyrənir. s/p-yada şəxsiyyət müəyyən sistem, qrup və kollektiv daxilində tədqiq edilir, yəni başqa adamlarla birgə fəaliyyəti prosesinə nəzərdən keçirilir. II. Qrupların sosial psixologiyası.S/p-ya həm böyük, həm də kiçik sosial qrupları öyrənir. Qrupların s/p-yasına aşağıdakılar daxildir:
a) Böyük qruplarda (makromühitdə) sosial-psixoloji hadisələr.
b) Kiçik qruplarda (mikromühitdə) sosial-psixoloji hadisələr.
III. Ünsiyyət və qarşılıqlı təsir prosesinin sos.-psixoloji problemləri.Ünsiyyət bütün sos.-psixoloji hadisələrin mənbəyini təşkil edir.
Sos. P-yada ünsiyyət müxtəlif istiqamətlərdə - kommunikativ (informasiya mübadiləsi), interaktiv (qarşılıqlı təsir) və perseptiv (insanların bir-birini qavraması) axımıdan təhlil olunur. Ünsiyyət və qarşılıqlı təsir real surətdə qruplarda baş verir.


  1. Yüklə 93,9 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin