Sosial psixologiya Psixi həyatın sosial kökləri: interpsixika fenomeni


Ünsiyyət çətinlikləri və onların aradan qaldırılması yolları



Yüklə 93,9 Kb.
səhifə4/51
tarix22.12.2022
ölçüsü93,9 Kb.
#77440
1   2   3   4   5   6   7   8   9   ...   51
Sosial psixologiya (1)

Ünsiyyət çətinlikləri və onların aradan qaldırılması yolları

Ünsiyyət prosesində müəyyən çətinlikləri-kommunikativ maneələr müşahidə olunur.
Müxtəlif sosial qruplara mənsub olan adamlar arasında sosial,siyasi,dini,peşə fərqləri və s. kəskin şəkildə özünü ğöstərdikdə, onlar situasiyanı eyni şəkildə başa düşmür, hadisələrə müxtəlif baxımdan yanaşırlar və s. Şübhəsiz ki, belə maneələr olduqda da kommunikasiya prosesi həyata keçir.
Psixoloqların fikrincə, kommunikativ maneələri aradan qaldırmaq üçün adamların ünsiyyət mədəniyyətini artırmaq,onlara ünsiyyət vərdişləri aşılamaq lazımdır.
Müasir dövrdə ünsiyyət aşılamağın təsirli vasitəsi kimi sosial-psixoloji treninqdən istifadə olunur.
Sosial-psixoloji treninq sosial-psixologiyanın tətbiqi məsələlərindən biridir. Özünüdərketmə, ünsiyyət və qarşılıqlı təsir vərdişlərinin formalaşması sahəsində qrup metodlarının işlənilməsi və tətbiqi onun əsas vəzifəsini təşkil edir. Sosial-psixoloji treninq prosesində başlıca vasitə qrup diskussiyasında və rolu oyunlardan istifadə olunur.
Sosial-psixoloji treninq ideyasını alman psixoloqu Kurt Levin irəli sürmüşdür. Z.Freydin psixoanaliz, C.Morenonun sosiometriya nəzəriyyəsində və s.-də də müəyyən dərəcədə öz əksini tapmışdır.
K.Rocers fərdin qavrayış aləminə xüsusi əhəmiyyət verirdi. Onun fikrincə, fərdin davranışı guya onun qavrayışı ilə müəyyən olunur, o, reallığı necə qavrayırsa, ona elə də reaksiya göstərir.
K.Rocers belə hesab edirdi ki, qrupda şəxsiyyətlərarası münasibətləri yaxşılaşdırmaq şəxsiyyətin özünü təkmilləşdirilməsini təmin etmək olar. O,bu sahədə sosial-psixoloji treninqə böyük əhəmiyyət verirdi.
Sosial-psixoloji treninq məqsədilə xüsusi kiçik qruplar təşkil olunur. 1949-cu ildə bu qruplara T – qrup adı verildi (T – “Treninq” sözünün ilk hərfidir – treninq qrup deməkdir).
T – qrup qısa müddət ərzində fəaliyyət göstərir. Qrup üzvləri arasında bir tərəfdən şəxsi münasibətlər yaradılır, digər tərəfdən öz münasibətlərini başa düşmələrinə diqqət yetirilir.
Sosial-psixoloji treninqdən rəhbər işçiləri, müəllimlər, həkimlər, psixoloqlar, ticarət işçiləri və s. hazırlığında istifadə olunur. Ər-arvad konfliktlərinin aradan qaldırılması, valideynlərlə uşaqlar arasında münasibətlərin yaxşılaşdırılması və s. sahələrdə də sosial-psixoloji treninq geniş tətbiq olunur.


  1. Yüklə 93,9 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin