AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
44
itkil rini mümkün q d r az göst rmi dil r. Da ıntılara m ruz qalan
k ndl rin mütl q ks riyy tinin az rbaycanlı k ndl ri olmasına bax-
mayaraq, erm nil r vurulan ziyanın miqyası q sd n i irdilmi di.
r van qubernatoru qraf V.Tizenhauzenin 1905-ci il dair hesa-
batında quberniya razisind ba vermi i ti a lar zamanı t kc h min
ild quberniya razisind 125 k ndin da ıntılara m ruz qaldı ı qeyd
edilmi dir
1
.
Erm ni mü llifi A-Do 1905-1906-cı ill rd 133 az rbaycanlı
k ndinin da ıdıldı ını, 24 az rbaycanlı k ndi is tamamil darmada-
ın edildiyind n v xarabazarlı a çevrildiyind n m lumat almaq üçün
bir n f r bel canlı ahid tapılmadı ını yazır
2
. H min 24 k ndin adları
kompensasiya öd nilm si üçün t rtib edil n siyahılara daxil edilm -
mi di.
Polyak silli Amerika t dqiqatçısı Tadeu Svyatoxovski çar Ru-
siyasının r smi dair l rinin verdikl ri m lumatlara saslanaraq 1905-
1906-cı ill rd C nubi Qafqazda 158 müs lman, 128 erm ni k ndinin
da ıdıldı ını v yaxud yandırıldı ını, 10 min d k insan t l fatı oldu-
unu qeyd etmi dir
3
.
Ümumiyy tl , 1905-1906-cı ill rd C nubi Qafqazda 1,5 mil-
yon halinin ya adı ı razini hat ed n milli münaqi l r zonasında
t qrib n 100 min n f r q zalardakı, bir neç min n f r h rl rd ki
ev-e ikl rind n did rgin dü mü , insan itkisi 10 min n f rd n artıq
olmu du. Ümumiyy tl , r van v Yelizavetpol (G nc ) quberniyaları
razisind 200-d n artıq az rbaycanlı ya ayı m nt q si da ıntılara
m ruz qoyulmu , halisi etnik t mizl nm y v kütl vi qır ınlara m -
ruz qoyulmu dur.
Erm nil rin 1905-1906-cı ill rd tör tdikl ri kütl vi qır ınlar
XX srd soyda larımızın m ruz qoyulduqları soyqırımı v deporta-
siyalar silsil sinin ilk m rh l sidir.
1
: . 368, . 1, . 116, .3.
2
A-Do, göst ril n s ri, s.402.
3
Quliyev V. M. Az rbaycanda erm ni zülmü. Bakı, 1999, s.152.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
45
1917-1920-Cİ İLLƏRDƏ ŞƏRQİ ANADOLU, NAXÇIVAN VƏ
İRƏVAN BÖLGƏSİNDƏ ERMƏNİLƏRİN TÜRK-MÜSƏLMAN
ƏHALİYƏ QARŞI TÖRƏTDİKLƏRİ SOYQIRIMLARI
Güntəkin Nəcəfli
Tarix elmləri üzrə fəlsəfə doktoru
I Dünya müharibəsinin yaratdığı mürəkkəb şəraitdən istifadə
edərək ermənilər qonşu xalqların hesabına milli dövlət yaratmaq id-
dialarını gerçəkləşdirməyə başladılar. Bu sərsəm ideyanın həyata keçi-
rilməsi üçün isə yeganə yol bu ərazilərdə yaşayan yerli əhalinin məhv
edilməsi idi.
1917-ci ildən başlayaraq Şərqi Anadoluda, 1918-1921-ci illərdə
Naxçıvan və İrəvan bölgəsində türk-müsəlman əhaliyə qarşı erməni-
lərin həyata keçirdiyi soyqırımlarını sübut edən çox sayda qiymətli
sənədlər bu gün Türkiyə Cumhuriyyəti Başbakanlıq Osmanlı Arxivin-
də (BOA) qorunub saxlanılır. Bu sənədlərin müəyyən hissəsi Baş-
bakanlıq Osmanlı Arxivinin əməkdaşları tərəfindən hazırlanaraq iki
cildlik toplu şəklində çap olunmuşdur.
1
Arxivdən əldə olunan sənədlər-
dəki faktiki materiallar sübut edir ki, 1918-1920-ci illərdə ermənilərin
Şərqi Anadolu (Qars, İğdır, Bayəzit, Muş, Van, Ərzurum, Trabzon,
Kağızman və s.) , Naxçıvan və İrəvan bölgəsində on minlərlə dinc, si-
lahsız türk-müsəlman əhali – Azərbaycan türkləri, Şərqi Anadolu türk-
ləri, Osmanlı türkləri, o cümlədən uşaqlar, qadınlar, qocalar etnik
mənsubiyyətlərinə görə amansızcasına qətlə yetirilmişdir.
BOA-nın müxtəlif fondlarından əldə edilmiş sənədləri təhlil edər-
kən ermənilərin türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırım
cinayətlərini əhatə dairəsinə görə üç qrupa ayırmaq mümkündür.
1. Şərqi Anadolu bölgəsində ermənilərin türk-müsəlman əha-
liyə qarşı həyata keçirdiyi soyqırımlar:
I Dünya müharibəsi illərində Şərqi Anadolunu ələ keçirmək
istəyən Rusiya ordusunun tərkibində hərbi təlim görmüş 150 min
erməni əsgəri və tərkibində təqribən 10 min silahlını birləşdirən 4
1
Ermeniler tarafından yapılan katliam belgeleri. (1914-1919) c.I; (1919-1921) c.II,
Ankara, 2001.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
46
erməni könüllü birlikləri (drujinaları) var idi.
1
Rusiyada 1917-ci il
oktyabr çevrilişindən sonra rus qoşunlarının tərkibində Qafqaz cəbhə-
sində Türkiyəyə qarşı vuruşan erməni əsgər və zabitləri əllərində silah
Cənubi Qafqaza qayıdırdılar. Üstəlik, ermənilərin “Qərbi Erməni-
stan” adlandırdıqları Şərqi Anadolu ərazilərindən həmin dövrdə 260
minə yaxın erməni qaçqınları da Cənubi Qafqaza gəlmiş, əsasən İrə-
van quberniyasında özlərinə sığınacaq tapmışdılar.
2
Şərqi Anadolunun mühüm strateji əhəmiyyətli bölgəsindən biri
olan Ərzuruma ermənilər xüsusi əhəmiyyət verirdilər. Rusiya ermə-
niləri buradan Türkiyəyə keçərək, bölgədə öz mərkəzlərini yaratmış-
dılar. Trabzon-Van yolunun ortasında yerləşdiyindən, Ərzurum həm
quru yolla Qafqazdan, həm də Trabzon yolu ilə (dənizdən) Batum,
Göstənçə və digər yerlərdən müntəzəm məlumat almaq, vilayətlərə
silah, hərbi sursat göndərmək üçün çox əlverişli idi. 1916-cı il fevralın
16-da Ərzurum rus qoşunları tərəfindən ələ keçirildi. ABŞ tarixçisi
St.C.Şou yazırdı: "Bunun ardınca bütün müharibə ərzində ən dəhşətli
qırğın baş verdi: milyondan çox müsəlman kəndlisi qaçmalı oldu.
Onlardan minlərcəsi Ərzincana çəkilən Osmanlı ordusu ilə birlikdə
qaçmağa cəhd göstərərkən tikə-tikə doğrandı".
3
1919-cu ilin yayında təkcə Ərzurumda 426 nəfər türk-müsəl-
man milli mənsubiyyətinə görə ermənilər tərəfindən xüsusi işgəncə-
lərlə, boğularaq, yandırılaraq məhv edilmişdir.
4
Hələ I Dünya müharibəsi zamanı Kağızmanda böyük qismi fə-
rari əsgərlərdən ibarət olan ermənilər ruslar tərəfindən silahlandırıl-
mışdı. 800-dən çox erməni toplaşmış, buraya ermənilərdən ibarət rus
könüllü bölüyü də gəlmiş, beləliklə, bölgədəki silahlı ermənilərin sayı
15000 nəfərə çatmışdı. 1919-cu ilin iyulunda keçmiş Kağızman mü-
təsərrifi Arslan bəy və İsmayılzadə Əhməd əfəndi ailələri ilə birlikdə
Kağızmandan Qarsa gedərkən yolda erməni hərbiçiləri tərəfindən bu-
run və quldurları kəsilməklə faciəli şəkildə qətl edilmişdi. Erməni
hərbçilərinin Kağızmana olan hücumları artdığı üçün yerli türk-mü-
səlman əhalinin əksəriyyəti doğma yurdlarını tərk edərək dağlara çə-
kilmiş, onların mal və mülklərini ermənilər tərəfindən talan edilmiş-
1
Арутюнян А.О. Кавказский фронт. 1914-1917 гг. Ереван, “Айастан”. 1971, c. 296.
2
История армянского народа. Ереван, изд-во Ереванского ун-та, 1980, с. 285.
3
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c. II, Bakı, 2005, s.373-374.
4
Ermeniler Tarafından Yapılan Katliam Belgeleri. (1914-1919) c.I, s.377.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
47
dir.
1
1919-cu ilin yayında ermənilər Kağızmanda türk-müsəlman əha-
lini vəhşicəsinə qətl edərək Araz çayına tökmüşlər.
2
1914-1921 ci ilin əvvəllərinə kimi ermənilər Qars və Ərda-
handa 30000 min əliyalın əhalini məhv etmişlər. 1919-cu ilin əvvə-
lində Qarsda 9 millət vəkili qətl edilmışdir.
3
Təkcə 1920-ci ildə Qar-
sa məxsus kəndlərdə ermənilər tərəfindən 3945 nəfər türk-müsəlman
əhali acnacaqlı işgəncələrlə soyqırıma məruz qalmışdır.
4
Ermənilərin və onların avropalı havadarlarının ən çox təbliğat və
təşkilat işi apardıqları bölgə isə Van idi. Erməni komitələri bölgədəki
konsulluqlardan, məktəblərdən, kilsələrdən və dərnəklərdən istifadə
edərək, sürətlə təşkilatlanmış və quldurluğa başlamışdılar. Bölgənin
daşnak liderlərinə Qafqazda, o cümlədən Qarabağda törətdiyi cinayət-
lərə görə Rusiya hökuməti tərəfindən edama məhkum edilmiş İşxan və
Aram da qatılmışdı. Van gölünün Axtamar adasındakı ruhani məktəbi
təşkilatın mərkəzinə çevrilmişdi. Van-Muşun erməni əhalisinin qiyama
hazırlanmasına Vandan millət vəkili olan Papazyan rəhbərlik edirdi.
Təkcə 1915-ci ildə Vanın Rəşadiyə bölgəsinin Aynak kəndində
15 nəfər, Abbasağa bölgəsinin eyni adlı kəndindən 14 nəfər, Həsənli
aşirətindən 2000 nəfər, Van və ətrafından 5200 nəfər acnacaqlı şəkildə,
müxtəlif işgəncələrlə ermənilər tərəfindən soyqırıma məruz qalmışdır.
1916-cı ildə isə Van və kəndlərindən 44233 nəfər türk-müsəlman
əhalisi ermənilər tərəfindən görünməmiş vəhşiliklə məhv edilmişdir.
5
Vanın işğalından sonra rusların təhriki ilə erməni qiyamları
ətrafa yayılmış, erməni quldur dəstələri bir çox yerlərdə qətllər
törətmiş və bəzi kəndləri tamamilə viran etmişdilər.
Muşda və ətrafında əvvəlcə 7000 erməni silahlandırılaraq, kənd-
lərə səpələnmişdi. Ordudan fərarilik edən ermənilər də onlara qoşul-
dular və Sasunda böyük quldur dəstələri təşkil olundu. Daşnak dəstə-
ləri və "Hınçaq" qrupları bölgəyə gələn "ruslara sədaqətlərini və
şücaətlərini" göstərmək üçün cəbhə boyu türk kənd və qəsəbələrindəki
qadın, uşaq və yaşlılara təsəvvürə gəlməz işgəncələr verib qətlə yeti-
rirdilər. Muş süqut edərkən erməni quldurları qarşılarına çıxan müsəl-
1
Bax: Başbakanlık Osmanlı Arşivi (BOA) HR. SYS. 2877/39.
2
BOA, HR. SYS. 2877/73.
3
Bax: Ermeniler Ttarafından.., c.I, s.375-376.
4
Bax: Ermeniler Tarafından .., c.II, s.1054.
5
Bax: Ermeniler Tarafından.., c.I, s.375-377.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
48
manları rəhmsizcəsinə qətlə yetirir, qadınların namusuna toxunub,
yaşlıları diri-diri yandırırdılar. Ayaz nahiyəsində 15 kəndin sakinləri
ayaqlarına ağır at nalları vurulub, Hazal gölünə atıldılar.
1
Təkcə 1915-ci ildə Muşun kəndlərində 300 nəfər, Muş və ətra-
fında 800 nəfər acnacaqlı şəkildə, Anak monastırı qarşısında 10 nəfər,
Akçan kəndində 19 nəfər canlı-canlı quyulara doldurularaq ermənilər
tərəfindən məhv edilmişdir.
2
Böyük dövlətlərin Cənubi Qafqaz bölgəsinə “nəzarət etmək”
siyasəti gücləndikdən sonra onların yardımına arxalanan Ararat Res-
publikasının Naxçıvan qəzası, İrəvan quberniyası ilə yanaşı həm də
Şərqi Anadoluda – əsasən Araz çayı ətrafında yaşayan türk-müsəlman
əhalisinə qarşı soyqırım siyasəti daha da intensivləşdi. 1919-cu ilin
iyulunda ermənilər Araz çayı ətrafında yerləşən Dəşti, Əfşar, Xınalıq,
Qaralar, Şirazlı, Caddə, Görəvan, Tavat və s. kəndlərinə hücum
edib yerli əhaliyə görünməmiş işgəncələr vermişlər. Erməni cəlladları
yerli əhalini diri-diri yandırmış və canlı-canlı basdırmışlar. Canını
qurtara bilən əhali doğma ocaqlarını tərk edərək dağlara çəkilmişdir.
Adı çəkilən kəndlərdəki bütün məhsulların və əhaliyə məxsus əşyalar
ermənilər tərəfindən tamamilə talan edilib aparılmışdır. Bütün bunlar
yerli şahidlər tərəfindən 1919-cu il iyulun 3-də tərtib olunmuş sənəd-
də
3
öz əksini tapmışdır.
1920-ci il 30 iyun tarixli bir sənəddə ermənilərin Qaraurqan,
Kağızman, Ərzurum, Qars, Bayəzit, Sarıqamış və Araz ətrafla-
rında qadın və uşaqlar da daxil olmaqla dinc əhalinin müxtəlif bədən
üzvlərinin kəsilərək ayrı-ayrı şəkillərdə qətliam etdikləri, qadınlara
hücum və təcavüz olunduğu, kəndlərə olunan basqınlar və əhalinin
diri-diri yandırılması və s. hadisələrlə bağlı ingilis nümayəndəsinə
göndərilən məlumat öz əksini tapmışdır. Həmin sənəddə Nuruşlu
kəndindən 60 yaşlı Məhəmməd oğlu Əli, Hilə kəndindən 13 yaşlı Ağa
oğlu İdris, İsalı kəndindən 50 yaşlarında Əziz oğlu Rüşdinin cəsədləri
Rusiya sərhədləri ilə üzbə-üz İxtiyar dərəsi deyilən məhəllədə
tapılmışdır. Bunlardan birincisi yalnız kəlləsindən vurulmuş, ikincisi
isə silah və bıçaqla vurulmuş və qulaqları kəsilmişdi. Üçüncünün kəl-
1
Azərbaycan Xalq Cümhuriyyəti.., c. II, s.373-375.
2
Bax: Ermeniler Tarafından.., c.I, s.375-377.
3
BOA, HR. SYS. 2877/16.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
49
ləsində bir neçə silah və bıçaq yarası və bədəninin ayrı-ayrı üzvləri
kəsilmiş halda tapılmışdır.
1
1920-ci ilin sonunda ermənilər Qars bölgəsinin Taşnik, Suba-
tan, Ani və Danyalıq kəndlərindəki əhali acnacaqlı şəkildə - ağız və
burunlarını kəsilərək gözləri oyularaq, gənc qız və qadınlara təcavüz
edilərək erməni cəlladları tərəfindən məhv edilmiş və bütün əmlakları
qəsb edilmişdir.
2
1920-ci il martın 6-da tərtib olunmuş sənəd
3
XV Nizami ordu
komandanlığına ünvanlanmışdır. Qarslı Məşədi Səmədin qırmızı muğ-
la və islam komitəli möhürü olan bu məktubunda ermənilərin təkrar
Zərşad qəzasına hücuma keçərək 2 min nəfərlik türk-müsəlman əhali-
ni dəhşətli bir formada məhv etməsi açıqlanır. Həmin sənəddə : “ Mü-
səlmanların mənəviyyatını bütünlüklə qırmaq üçün müsəlman qızlarını
12 zanqrə (araba) dolduraraq Gümrüyə götürmüş və 6 zanqrilini də
Qarsda gizlədərək erməni evlərində yerləşdirilmişdi. Qarsda olan
ermənilər bazar açaraq orada Zərşadın talan edilməsi zamanı qanına
qəltan edilən müsəlmanların qadınlarının qiymətli əşyalarını, geyim-
lərini təcili satmaqdadırlar. Zarşad kəndlərindən alınan 15 min mal
heyvanın ermənilər tərəfindən Qızıl Şaq-şaq stansiyasına götürdüklə-
rini və bu xəbərin müsəlmanlar üzərində böyük təsir buraxdığı” yan-
dırıcı dillə anladılır.
2. Naxçıvan bölgəsində ermənilərin türk-müsəlman əhaliyə
qarşı həyata keçirdiyi soyqırımlar:
Başbakanlıq Osmanlı Arxivinin (BOA) müxtəlif fondlarından
əldə edilmiş sənədlərdə 1919-cu ilin yayından başlayaraq 1921-ci ilin
əvvəlinə qədərki dövr ərzində Naxçıvan qəzasında həyata keçirilən
soyqırımı cinayətləri haqqında ibrətamiz materiallar öz əksini tapmış-
dır. Ermənilərin Naxçıvan qəzasında həyata keçirdiyi soyqırımların
daha çox olmasının əsas səbəbi Naxçıvan bölgəsinin əlverişli strateji
mövqedə yerləşməsi və burada 2 aylıq erməni idarəçiliyinin tətbiq
olunmasıdır. Bölgə əhalisinin iradəsi əleyhinə olan bu idarəçilik Nax-
çıvan qəzasını Ermənistan (Ararat) Respublikasına birləşdirmək məq-
sədi güdürdü.
1
BOA, HR. SYS. 2877/13.
2
BOA, HR. SYS. 2878/81.
3
BOA,HR SYS. 2878/22.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
50
BOA sənədləri içərisində Naxçıvan qəzasında erməni idarəçiliyi
dövründə erməni hərbi birləşmələrinin həyata keçirdiyi soyqırımları
əks etdirən materiallar daha çoxdur. Bu sənədlər sübut edir ki, er-
mənilər Naxçıvan qəzasında öz bədnam niyyətlərinə nail olmaq üçün
dinc əhalinin canlı-canlı yandırılması, kütləvi şəkildə diri-diri torpağa
basdırılması, vəhşicəsinə canlı halda balta ilə doğranması, amansız
işgəncələrlə son nəfərədək qətl edilərək Araz çayına tökülməsi kimi ən
qəddar və ağılasığmaz əməllərə əl atmaqdan belə çəkinməmişlər.
Təkcə bir gün ərzində Naxçıvan və Şərurda 45 kənd tamamilə məhv
edilmişdir.
1
Əgər 1918-ci ilin mayına qədər azərbaycanlı əhaliyə qarşı
kütləvi talanlar və vəhşiliklər I Dünya müharibəsində iştirak etmiş er-
məni hərbi hissələri və yerli ermənilərin quldur dəstələri tərəfindən
həyata keçirilirdisə, Ararat Respublikasının yaranmasından sonra türk-
müsəlman əhalisinin soyqırımı rəsmi İrəvanın dövlət siyasətinə
çevrildi və bu işdə dövlətin nizami silahlı qüvvələrindən fəal istifadə
olunmağa başlandı.
1919-cu ilin iyulunda tərtib olunmuş bir sənəddə erməni hərbi
birləşmələrinin Naxçıvan qəzasının Yengicə, Qıvraq kəndlərinə silah
toplamaq bəhanəsi ilə hücum edib yerli əhaliyə görünməmiş işgəncə-
lər verməsi – günahsız əhalini canlı-canlı yandırması və diri-diri bas-
dırması təsvir olunmuşdur. Canını qurtaran insanlar doğma kəndlərini
tərk edərək dağlara çəkilmişdir. Bundan əlavə, adı çəkilən kəndlərdəki
məhsulların və bütün əşyaların ermənilər tərəfindən tamamilə qəsb
edildiyi qeyd olunur.
2
Digər tərəfdən Birləşmiş Ştatlar Cənubi Qafqaz, İran və Türki-
yənin qovuşuğunda yerləşən Naxçıvana xüsusi hərbi-strateji əhəmiy-
yəti olan ərazi kimi baxırdı. Qafqazda nüfuz dairəsi qazanmağa çalı-
şan ABŞ-ın əlverişli strateji mövqedə yerləşən Naxçıvan bölgəsində
möhkəmlənmək planları Antanta dövlətlərinin Ermənistana ali komis-
sar təyin etdikləri amerikalı polkovnik V.Haskelin 1919 ilin sentya-
brında irəli sürdüyü "Haskel layihələri" adlandırılan sənəddə öz əksini
tapmışdı. Layihədə Azərbaycan torpaqları olan Naxçıvan və Şərur-
Dərələyəz qəzalarının əlahiddə bitərəf zona elan edilməsi və bu əra-
zidə Naxçıvan general-qubernatorluğunun yaradılması nəzərdə tutu-
1
BOA, DH. KMS. 53-3/15.
2
BOA, HR SYS. 2877/16.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
51
lurdu. ABŞ-ın himayəsi altın Naxçıvana yiyələnməyə çalışan Ararat
Respublikası "Haskel layihələri"nin gerçəkləşməsi üçün canfəşanlıq
göstərirdi. 1919 ildə ABŞ Azərbaycan ərazisinin bir hissəsini – Naxçı-
van diyarını ələ keçirməyə cəhd göstərdi. V.Haskelin Azərbaycan və
daşnak Ermənistanı hökumətlərinə göndərdiyi direktivdə göstərilirdi
ki, Naxçıvan diyarında və Şərur-Dərələyəz qəzasında başda amerikan
general-qubernatoru olmaqla "Neytral idarə zonası" təsis edilir. Eyni
zamanda polkovnik Haskel dəmir yollarının və İrəvanla Culfa ara-
sındakı teleqraf xəttinin Birləşmiş Ştatların nəzarəti altına verilməsini
tələb edirdi.
Haskelin müavini polkovnik Ceyms Rey 1919 il oktyabrın 24-də
Naxçıvana gəldi və Müsəlman Milli Şurası qarşısında V.Haskelin bə-
yanatını elan edərək, qubernatorluğun yaradıldığını, ABŞ ordusunun
mühəndisi, polkovnik Edmund L.Dellinin ona başçı təyin olunduğunu
bildirdi. Ermənistan-daşnak hökumətinin razılıqla qarşıladığı bu bə-
yanat Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qəti etirazı və
Naxçıvan əhalisinin ciddi müqaviməti ilə üzləşdi. Naxçıvan Milli
Şurasının və bütün Naxçıvan əhalisinin təkidlə Ceyms Rey qərarını
dəyişməyə məcbur oldu. Delli Naxçıvanda general-qubernator kimi
deyil, Antanta ali komissarı V.Haskelin nümayəndəsi kimi qaldı. La-
kin, bölgə əhalisinin güclü müqaviməti və inadlı mübarizəsi, Azər-
baycan Xalq Cümhuriyyəti Hökumətinin isə ciddi diplomatik səyləri
bu növbəti təxribat aktının qarşısını vaxtında aldı və ermənilərin Nax-
çıvanı ABŞ-ın yardımı ilə ələ keçirmək niyyətini növbəti dəfə puça çı-
xardı. 1920-ci ilin yanvarında sonuncu Amerika əsgəri Naxçıvan tor-
pağını tərk etdi.
1
1920-ci il martın 6-da tərtib olunmuş bir sənəddə
2
Şərur, Çıl-
dır və Ağbabada ermənilərin türk-müsəlman əhaliyə etdiyi zülm və
qətliamlardan sonra amerikalı polkovnik Haskel digər amerikalı və
ingilis məmurları ilə bölgəyə gələrək əhalini sakitləşdirməyə çalışmış-
dı. Həmin vaxt ermənilərin eyni məntəqələrdəki 28 kəndə təkrar hü-
cum edərək daha dəhşətli qətliamlar törətmiş, gənc qadın və qızları
bölgədən götürmüşlər. XV Korpus komandanlığına rəsmi məktubdur.
1
Bax: Азербаиджанская Демократическая Республика (1918-1920); Musayev İ.
Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyəti və xarici döv-
lətlərin siyasəti (1917-1921-ci illər), Bakı, 1996.
2
BOA, HR SYS. 2878/22.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
52
Başbakanlıq Osmanlı Arxivindən əldə olunan sənədlər içəri-
sində Naxçıvan qəzasında erməni hərbi birləşmələrinin həyata keçir-
diyi soyqırım cinayətini əks etdirən materiallar kitabın arxasına əlavə
olunmuşdur. Burada soyqırıma məruz qalan insanların adları açıqlan-
mışdır. 1918-1920-ci illərdə Naxçıvanın Şərur və Sədərək bölgəsində
ermənilər tərəfindən 56 kənddə həyata keçirilən soyqırımı nəticəsində
428 nəfər qətl edilmiş, 2.286 ev yerlə-yeksan olunmuş, 7.178 nəfər
evsiz-eşiksiz qalmış, bunun nəticəsində 6.740 nəfər səfalətdən məhv
olmuş, 24 qadın erməni təcavüzünün qurbanı olmuş, 3.971.200 pud
ərzaq, 731500 pud pambıq, 169.250 qoyun və 47.367 baş qaramal
ermənilər tərəfindən qəsb edilmişdir. Dərələyəz bölgəsində isə erməni
hərbi birləşmələrinin həyata keçirdiyi soyqırım nəticəsində 54 kənddə
57.240 nəfər qətl edilmiş 9.735 ev yerlə-yeksan olunmuşdur.
1
Bütün
məhv olan insanların ümumi sayı 64408 nəfərdir.
Bu soyqırımlar Naxçıvanın sovetləşməsindən sonra da davam
etmişdi. 1921-ci ildə Naxcıvan qəzasında ermənilər tərəfindən işgəncə
ilə 12 nəfər öldürülmüşdü.
2
3. İrəvan bölgəsində ermənilərin türk-müsəlman əhaliyə qarşı
həyata keçirdiyi soyqırımlar:
Cənubi Qafqazı, o cümlədən Şərqi Anadolunu türk-müsəlman
əhalidən «təmizləmək» üçün Böyük dövlətlərin dəstəyinə arxalanan
Ararat Respublikasının həyata keçirdiyi soyqırım siyasəti nəticəsində
Azərbaycanın Naxçıvan bölgəsi ilə yanaşı tarixi Azərbaycan torpağı
olan İrəvan bölgəsinin azərbaycanlılar yaşayan kəndləri tamamilə yer-
lə-yeksan edilmiş, bölgə əhalisi öz-yurd yuvalarından qaçqın düşmüşdü.
1918-1920-ci illərdə İrəvan quberniyası ərazisində ermənilərin
Azərbaycan türklərinə məxsus yaşayış məntəqələrini silah gücünə
darmadağın etməsi, müsəlmanlara qarşı törətdikləri misli görünməmiş
vəhşiliklər, bu zülmlərə son qoyulması tələbi ilə əhalinin Şərq cəbhəsi
ordu komandanlığından yardım tələb etməsi dövrün müxtəlif arxiv
sənədlərində öz əksini tapmışdır.
3
03 iyul 1919-cu il tarixli “Ermənilərin Sevan (Göycə) əhalisinə
rəva gördükləri mezalimlerin icra edildiyi məntəqələrin təsviri”
adlanan xəritədə həmçinin Ağbulaq, Zəruşad, Şörəyel, Qəmərli,
1
BOA,HR SYS. 2878/93.
2
BOA,HR SYS. 2878/93.
3
BOA, HR SYS. 2878/81; BOA, HR SYS. 2878/85.
|