Soyqirimlari


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI



Yüklə 29,34 Mb.
Pdf görüntüsü
səhifə16/16
tarix07.09.2017
ölçüsü29,34 Mb.
#29215
1   ...   8   9   10   11   12   13   14   15   16

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
179
Nizami Xudiyev - Azərbaycan Respublikası Dövlət Televiziya və 
Radio Verilişləri Şirkətinin sədri 
Fərəməz Maqsudov - Azərbaycan Elmlər Akademiyasının prezi-
denti 
Anar Rzayev - Azərbaycan Yazıçılar Birliyinin sədri 
Cəmil Quliyev - Azərbaycan Elmlər Akademiyası ictimai elmlər 
bölməsinin akademik-katibi əvəzi 
İqrar  Əliyev - Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutu-
nun direktoru 
Budaq Budaqov - Azərbaycan Elmlər Akademiyası Coğrafiya 
İnstitutunun direktoru 
Ataxan Paşayev - Azərbaycan Respublikasının Nazirlər Kabineti 
yanında Baş Arxiv İdarəsinin rəisi 
Yusif Yusifov - N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Uni-
versitetinin ümumi tarix kafedrasının müdiri 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın ic-
rası ilə bağlı məsələləri həll etsin. 
 
Heydər ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 18 dekabr 1997-ci il 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
180
“AZƏRBAYCANLILARIN SOYQIRIMI HAQQINDA”  
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
 
(26 mart 1998-ci il) 
 
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımı-
zın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edil-
mişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqət-
lər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. 
Azərbaycan xalqına qarşı  dəfələrlə törədilmiş  və uzun illərdən 
bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılma-
mış səhifələrindən biridir. 
1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay 
müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqları-
mızın bölünməsinin  əsasını qoydu. Azərbaycan xalqının bu milli fa-
ciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müd-
dətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azər-
baycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbay-
can torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi. 
İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskun-
laşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq 
təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında “Er-
məni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldu-
lar. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqla-
rından qovulması  və  məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. 
“Böyük Ermənistan” ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma 
dövlətin Azərbaycan torpaqlarında yaradılmasına “bəraət qazandırmaq 
məqsədilə” erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş ge-
niş miqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qaf-
qazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib his-
səsini təşkil edirdi. 
Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsb-
karları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş-
miqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başla-
nan vəhşilikləri Azərbaycanı  və indiki Ermənistan  ərazisindəki azər-
baycanlı  kəndlərini  əhatə etdi. Yüzlərlə yaşayış  məntəqəsi dağıdılıb 
yerlə yeksan edildi, minlərlə azərbaycanlı  vəhşicəsinə  qətlə yetirildi. 
Bu hadisələrin təşkilatçıları  məsələnin mahiyyətinin açılmasına, ona 
düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azər-

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
181
baycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq 
iddialarını pərdələmişlər. 
Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral 
və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz 
iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-
ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı al-
tında Bakı kommunası  tərəfindən ümumən Bakı quberniyasını azər-
baycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçiril-
məyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər 
Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc 
azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. 
Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli me-
marlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri 
dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. 
Azərbaycanlıların soyqırımı Bakı,  Şamaxı, Quba qəzalarında, 
Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın 
başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu əra-
zilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, 
milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. 
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin 
mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər  Şurası 1918-ci il 
iyulun 15-də bu faciənin tədqiqi məqsədilə fövqəladə istintaq komissi-
yasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırı-
mını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazi-
sində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiy-
yətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xü-
susi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə 
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü 
kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soy-
qırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə 
tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq 
Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. 
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün isti-
fadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra 
torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu 
ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da 
genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar 
SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən 
kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
182
Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və 1948-1953-
cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə 
deportasiyasına dövlət səviyyəsində nail oldular.  
Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən 
etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniya-
sına başladılar. Keçmiş sovet məkanında müntəzəm  şəkildə yayılan 
kitab, jurnal və  qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, 
memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mən-
sub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda onlar tərəfindən 
bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhd-
ləri də güclənirdi. “Yazıq, məzlum erməni xalqı”nın surətini yaradaraq 
əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olu-
nur, azərbaycanlılara qarşı soyqırımı törədənlər soyqırımı qurbanları 
kimi qələmə verilirdi. 
Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən 
və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə mə-
ruz qalaraq kütləvi surətdə qovulur. Azərbaycanlıların hüquqları ermə-
nilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəl-
lər törədilir, onlara qarşı repressiyalar həyata keçirilir. Azərbaycan 
kəndlərinin tarixi adları  dəyişdirilir, toponimika tarixində misli görün-
məyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verir. 
Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda 
böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırı-
lır. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və 
mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni 
ideologiyasının təqiblərinə məruz qalır. 
Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə 
yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yara-
dırdı. Xalqımıza qarşı aparılan soyqırımı siyasəti özünün siyasi-hüqu-
qi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında ermənilər 
tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı. Ermənilərin sovet 
rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-ci illərin ortalarında 
daha da güclənən antiazərbaycan təbliğatına Azərbaycan Respublika-
sının rəhbərliyi vaxtında lazımi qiymət vermədi. 
1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin 
ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqların-
dan qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. 
Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayətinin Ermənistan SSR-in 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
183
tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qəra-
rını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasi-
təsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazı-
lıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qar-
şısında qaldı. Respublikada keçirilən mitinqlər zamanı torpaqlarımızın 
işğalı siyasəti qətiyyətlə pislənsə də, Azərbaycan rəhbərliyi öz passiv 
mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin 
yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə 
Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, 
yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu. 
1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli 
görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olu-
nan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alın-
ması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı. 
Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avan-
türist hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız 
erməni qəsbkarları  tərəfindən öz doğma yurd-yuvalarından didərgin 
salınmış, çadırlarda yaşamağa məhkum edilmişdir. Ərazimizin 20 fai-
zinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətən-
daşımız şəhid olmuş, xəsarət almışdır. 
Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaq-
larının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı 
düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-
ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci 
il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbay-
can Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu 
gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi dava-
mı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin 
hökmü kimi qəbul edir. 
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini 
qeyd etmək məqsədilə qərara alıram: 
1. 31 mart azərbaycanlıların soyqırımı günü elan edilsin. 
2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun 
ki, azərbaycanlıların soyqırımı ilə bağlı hadisələrə həsr olunmuş xüsu-
si sessiyanın keçirilməsi məsələsinə baxsın. 
 
Heydər ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 26 mart 1998-ci il 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
184
AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ İLƏ ƏLAQƏDAR  
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN BƏYANATI
 
(31 mart 1998-ci il)  
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respubli-
kası Prezidenti Zati-aliləri cənab Heydər Əliyevin "Azərbaycanlıların 
soyqırımı haqqında" Fərmanının tariximizin bu qaranlıq səhifələrinə 
işıq saçan ilk rəsmi sənəd kimi böyük əhəmiyyətini qeyd edir və 80 il 
bundan əvvəl azərbaycanlılara qarşı törədilmiş cinayətlərin ildönümü 
ərəfəsində 31 mart gününün "Azərbaycanlıların soyqırımı günü" elan 
edilməsini milli yaddaşımızı dirçəldən, tarixi həqiqətlərin üzə çıxma-
sına və öz yerini tutmasına təkan verən mühüm siyasi - hüquqi və mə-
nəvi aksiya sayır. 
Bu mühüm sənəddə tariximizdə ilk dəfə olaraq Azərbaycanın 
XIX  əsrdə zorakılıqla parçalandığından sonra azərbaycanlılara qarşı 
törədilmiş, bəşər tarixində görünməyən vəhşiliklərlə həyata keçirilmiş 
kütləvi qırğınların - soyqırımlarının rəsmən adı çəkilir, xüsusilə 1905-
1907, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə erməni millətçi, 
şovinist dairələri və onları dəstəkləyən böyük dövlətlərin mürtəce qüv-
vələri tərəfindən bütün Zaqafqaziya miqyasında azərbaycanlı  əhaliyə 
qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açılır, "Böyük 
Ermənistan" xülyasını həyata keçirməyin əsas və real yolunu tarix bo-
yu bu ərazilərin yerli sakini olmuş azərbaycanlıların məhv edilməsin-
də, köçürülməsində, onların tarix və mədəniyyət abidələrinin dağıdıl-
masında, yer adlarının dəyişdirilməsində görmüş antiazərbaycan qüv-
vələrin mənfur fəaliyyətinə siyasi qiymət verilir. 
Azərbaycanın çar Rusiyası  tərəfindən işğalını  rəsmiləşdirən Gü-
lüstan və Türkmənçay sülh müqavilələrindən sonra Azərbaycana on 
minlərlə erməninin köçürülməsi, həm də din birliyi əsasında onlara 
yerli əhali ilə müqayisədə böyük hüquq və imtiyazların verilməsi tez-
liklə rus-erməni alyansı tərəfindən azərbaycanlı əhalinin hər vasitə ilə 
sıxışdırılmasına gətirib çıxardı. "Daşnak" və "Hnçak" kimi erməni 
millətçi partiyalarının fəaliyyətə başlamasından və fanatik erməni küt-
lələrini şovinist ideyalar ətrafında birləşdirməsindən sonra isə bu pro-
ses daha da sürətləndi. Birinci rus inqilabının başladığı 1905-ci ildə si-
lahlanmış mütəşəkkil erməni dəstələri etnik zəmində soyqırımı kimi 
dəhşətli bir cinayətin Qafqazda ilk müəllifləri olmuşlar. 1905-1907-ci 
illərdə onlar Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qara-

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
185
bağda, Zəngəzurda kütləvi şəkildə azərbaycanlılara divan tutmuş, şə-
hər və  kəndləri yandırmış, uşaqları, qadınları, qocaları misilsiz qəd-
darlıq və vəhşiliklə öldürmüşlər. həmin dövrdə təkcə Şuşa, Cavanşir, 
Cəbrayıl və Zəngəzur qəzalarında 75 Azərbaycan kəndi yerlə-yeksan 
edilmiş,  İrəvan və  Gəncə quberniyalarında isə 200-dən artıq yaşayış 
məntəqəsi viran edilmişdir. Erməni vəhşiliyindən sağ qurtara bilən on 
minlərlə azərbaycanlı öz doğma yurd-yuvasını  tərk etmək məcburiy-
yəti qarşısında qalmış, bununla da Azərbaycanda tarixi artıq bir əsrə 
yaxınlaşmaqda olan həqarətli qaçqınlıq ənənəsinin əsası qoyulmuşdur. 
Ermənilərin Azərbaycan xalqına qarşı çevrilmiş soyqırımı siyasə-
ti çar Rusiyasında mərkəzi hakimiyyətin süqut etdiyi, keçmiş imperi-
yanın dərəbəyilik və anarxiya şəraitində yaşadığı 1918-ci ildə daha ge-
niş vüsət almışdır. Bu dövrdəki soyqırımı daha mütəşəkkil şəkildə və 
daha böyük bir qəddarlıq və amansızlıqla həyata keçirilmişdi. Təkcə 
1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğan-
da, Lənkəranda ermənilər 50 mindən çox azərbaycanlını  qətlə yetir-
miş, evlərini talan etmiş, on minlərlə adamı öz yurd - yuvalarından di-
dərgin salmışdılar. Yalnız Bakıda 30 minə yaxın soydaşımız xüsusi 
amansızlıqla qətlə yetirilmiş, Şamaxı qəzasının 58 kəndi dağıdılmış, 7 
min nəfərədək adam, o cümlədən 1653 qadın və 965 uşaq öldürülmüş, 
Quba qəzasının 122 müsəlman kəndi yerlə-yeksan edilmişdi. Qaraba-
ğın dağlıq hissəsində 150-dən çox, Zəngəzur qəzasında 115 Azərbay-
can kəndi vəhşicəsinə dağıdılmış,  əhaliyə cinsinə  və yaşına fərq qo-
yulmadan qəddarcasına divan tutulmuşdu. İrəvan quberniyasında 211, 
Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılmış, yandırılmış və talan 
edilmişdir. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birin-
də göstərilir ki, qısa müddət ərzində bu tarixi Azərbaycan şəhərində və 
onun çevrəsində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 132 min 
azərbaycanlı  məhv edilmişdir. Erməni cəza
 
dəstələrinin törətdikləri 
vəhşiliklər, daşnak hakimiyyəti dövründə yürüdülən "türksüz Ermə-
nistan" siyasəti nəticəsində İrəvan quberniyasının azərbaycanlı əhalisi-
nin sayı 1916-cı ildə 375 min nəfərdən 1922-ci ildə  cəmisi 70 min 
nəfərə enmişdir. Göründüyü kimi, qısa müddət ərzində soyqırımın və 
geniş miqyaslı etnik təmizləmələrin aparılması  nəticəsində erməni 
millətçiləri qarşılarına qoyduğu məqsədə əsasən nail olmuşlar. 
Şovinist ruhlu erməni millətçilərinin azərbaycanlılara qarşı 
soyqırımı cinayətlərinin cəzasız qalması, bu cinayətlərə heç bir siyasi-
hüquqi qiymətin verilməməsi səbəbindən sovet hakimiyyəti dövründə 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
186
də azərbaycanlılar onlara qarşı yeridilən antihumanist siyasətlə  dəfə-
lərlə üzləşmişlər. Ermənistan SSR ərazisində yaşayan azərbaycanlıla-
rın taleyi bu düşünülmüş, rüsvayçı siyasətin əyani təzahürüdür. "Sürü-
nən" deportasiyalar, habelə 1948-1953 və 1988-1989-cu illərin zorakı 
deportasiyaları nəticəsində Ermənistan SSR-dən yarım milyona yaxın 
azərbaycanlı qovulmuş, onların bütün əmlakı talan edilmişdir. 
1988-ci ildən başlayan erməni ekspansiyası, ermənilərin Dağlıq 
Qarabağda apardıqları  işğalçı müharibə  və etnik təmizləmə azərbay-
canlıların soyqırımı qurbanlarının sayını  əhəmiyyətli dərəcədə artır-
mışdı). Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal edilmiş, 18 
mindən çox azərbaycanlı həlak olmuş, 20 mindən çox yaralanmış, 50 
mindən çox əlil olmuş, 4 mindən çox əsir və itkin düşmüş, girov götü-
rülmüş, 4 mindən çox sənaye və kənd təsərrüfatı müəssisəsi, 660 mək-
təb və  uşaq bağçası, 250 xəstəxana və tibb müəssisəsi dağıdılmış, 
azərbaycanlıların doğma yurdu olan yaşadıqları 724 şəhər, kənd və 
qəsəbə qarət edilmiş, dağıdılmış  və yandırılmışdır.  Əsrin  ən dəhşətli 
cinayətlərindən biri olan Xocalı faciəsində bütöv bir iri yaşayış məntə-
qəsi tamamilə yox edilmiş, 613 nəfər dinc əhali, onlardan 63 nəfər az-
yaşlı  uşaq, 106 nəfər qadın vəhşicəsinə öldürülmüş, 487 nəfər  şikəst 
olmuş, 1275 nəfər sakin - qocalar, uşaqlar, qadınlar  əsir götürülərək 
ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətə məruz qalmışlar. 
Bütün bunların nəticəsində  təkcə XX əsrdə iki milyondan çox 
azərbaycanlı bu və ya digər şəkildə şovinist erməni dairələrinin və on-
ların havadarlarının yürütdükləri soyqırımı siyasətinin təsirinə  məruz 
qalmışdır. Demək olar ki, indi Azərbaycanda erməni millətçi zülmün-
dən bu və ya başqa şəkildə zərər çəkməyən ailə yoxdur. 
Azərbaycan Respublikasının Milli Məclisi əsl həqiqətin açılması 
və tarixi ədalətin bərpası naminə, habelə  gələcəkdə azərbaycanlılara 
qarşı yeni-yeni soyqırımı cinayətlərinin qarşısının alınması məqsədilə 
bəyan edir ki, qətiyyətlə demokratiya yolunu tutmuş Azərbaycan döv-
ləti erməni millətçiliyinin və onun antiazərbaycan ruhlu himayəçi-
lərinin X1X-XX əsrlərdə  dəfələrlə azərbaycanlılara qarşı soyqırımı 
cinayətini törətdiklərini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün 
mövcud üsul və vasitələrdən istifadə edəcəkdir. 
Azərbaycan Respublikasının Milli Məclisi azərbaycanlılara qarşı 
soyqırımı cinayətlərinin cəzasız qalmasını  və bu barədə beynəlxalq 
ictimaiyyətdə məlumatın olmamasını nəzərə alaraq Birləşmiş Millətlər 
Təşkilatına, Parlamentlərarası  İttifaqa, Avropada Təhlükəsizlik və 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
187
Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına, Müstəqil Dövlətlər birliyi-
nə, başqa beynəlxalq təşkilatlara və dünya ölkələrinin parlamentlərinə 
və hökumətlərinə müraciət edir ki: 
1. X1X-XX əsrlərdə erməni millətçiliyinin və onun havadarla-
rının azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətini tanısınlar; 
2. Gələcəkdə soyqırımı cinayətlərinin cəzasız qalmasının qarşısı-
nı almaqdan ötrü təsirli beynəlxalq hüquq mexanizmləri yaradılması 
işini tezliklə başa çatdırsınlar; 
3. Azərbaycanlılara qarşı yeni soyqırımı cinayətlərinə yol veril-
məməsi üçün Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in Minsk 
qrupu çərçivəsində dinc yolla ədalətli həll olunmasına yardım etsinlər. 
 
(Bəyanat Azərbaycan Respublikası Milli Məclisinin 1998-ci il 
31 mart tarixli iclasında qəbul olunmuşdur). 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
188
QUBA ŞƏHƏRİNDƏ “SOYQIRIMI MEMORİAL KOMPLEKSİ”NİN  
YARADILMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI  
PREZİDENTİNİN SƏRƏNCAMI
 
(30 dekabr 2009-cu il) 
 
Ötən əsrin əvvəllərində erməni-daşnak quldur dəstələrinin Azər-
baycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə  və 
təcavüz siyasəti nəticəsində Bakı, Quba, Qarabağ, Şamaxı, Kürdəmir, 
Salyan, Lənkəran və digər bölgələrdə on minlərlə günahsız azərbay-
canlı  qətlə yetirilmiş, xalqımıza qarşı XX yüzilliyin ən faciəli soyqı-
rımlarından biri törədilmişdir. Təkcə Quba qəzasında 1918-ci ilin ap-
rel-may ayları  ərzində 122 kənd tamamilə dağıdılmışdır. Quba şəhə-
rindəki kütləvi məzarlıqda soyqırımı nəticəsində hədsiz amansızlıq və 
xüsusi qəddarlıqla öldürülən azərbaycanlılarla yanaşı ləzgilərin, yəhu-
dilərin, tatların və digər milli azlıqlara mənsub olan minlərlə insanla-
rın zorakılığa məruz qaldığı aşkar edilmişdir.  
Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyəti-
nə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yadda-
şının qorunması  və soyqırımı qurbanlarının xatirəsinin  əbədiləşdiril-
məsi məqsədi ilə qərara alıram: 
1. Azərbaycan Respublikasının Quba şəhərində “Soyqırımı me-
morial kompleksi” yaradılsın. 
2. Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nə-
zərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fon-
dundan Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradıl-
ması üçün Quba Rayon İcra Hakimiyyətinə 1,0 (bir) milyon manat 
məbləğində vəsait ayrılsın. 
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 
2-ci bəndində  nəzərdə tutulmuş  vəsaitin maliyyələşdirilməsini müəy-
yən olunmuş qaydada həyata keçirsin. 
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu 
Sərəncamdan irəli gələn məsələləri həll etsin.  
 
İlham ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti  
 
Bakı şəhəri, 30 dekabr 2009-cu il. 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
189
“XOCALIYA ƏDALƏT” KAMPANİYASININ KEÇİRİLMƏSİ İLƏ  
BAĞLI TƏDBİRLƏR HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI  
PREZİDENTİNİN SƏRƏNCAMI 
(13 fevral 2014, 18:40) 
 
 
 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 
32-ci bəndini rəhbər tutaraq qərara alıram: 
 
1. Beynəlxalq səviyyədə keçirilən “Xocalıya  ədalət” kampaniya-
sının  əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasının 2014-
cü il dövlət büdcəsində  nəzərdə tutulmuş Azərbaycan Respublikası 
Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər 
və İdman Nazirliyinə 1,0 (bir) milyon manat ayrılsın. 
 
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 
1-ci hissəsində  nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən 
olunmuş qaydada təmin etsin. 
 
 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan 
irəli gələn məsələləri həll etsin. 
 
 
 İlham ƏLİYEV 
 Azərbaycan Respublikasının Prezidenti 
 
 Bakı şəhəri, 13 fevral 2014-cü il. 
 
 
 
 

Yüklə 29,34 Mb.


Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin