AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
156
tifaqının DQMV Filialının katibi B.Ulubabyan Muxtar Vilayətin er-
məni millətindən olan məsul partiya və sovet işçilərinin imzaladığı
ərizəni Sovet İttifaqı KP MK-ya göndərir. Azərbaycan SSR Dövlət
Təhlükəsizliyi Komitəsi bu barədə respublika rəhbərliyinə məlumat
vermiş və təxribatçıların qarşısını almaq üçün zəruri tədbirlər gör-
müşdü. 1966-cı ildə respublikanın dövlət xüsusi xidmət orqanları
gizli fəaliyyət göstərən 40 nəfər üzvü olan «Erməni gənclər ittifaqı»
adlı təşkilatın İrəvandan olan emissarları Muxtar Vilayətin ərazisində
öz özəklərini təşkil etməyə cəhd göstərdikləri zaman respublika xü-
susi xidmət orqanları tərəfindən onların qarşısı alınmışdı. 1966-cı
ilin avqustunda isə Sovet İttifaqı KP MK-nın Baş katibi L.Brejnevin
ünvanına göndərilən və altında 2000-ə qədər erməni «ziyalısı»nın
imzası olan məktubda deyilirdi: «Qarabağ ərazisinə və milli tərkibinə
görə Ermənistanındır, quruluşuna, mənəvi dünyası və məişətinə görə
Ermənistanındır, Qarabağın tarixi Ermənistanın tarixidir, Qarabağın
dili, incəsənəti və ədəbiyyatı ermənilərindir. Nəzərə alınsa ki, Ermə-
nistan SSR mövcuddur, onun ayrılmaz hissəsini süni şəkildə Sovet
Ermənistanından ayırmaq məqsədəuyğun deyil».
1
«Ermənistan SSR-
in elm və mədəniyyət xadimlərinin Sovet İttifaqı Kommunist Parti-
yasının XXIII qurultayına müraciəti» adlı bu məktub haqqında 1966-
cı il sentyabrın 30-da Ermənistan KP MK-nın birinci katibi A.Koçin-
yanın və Nazirlər Sovetinin Sədri B.Muradyanın Sovet İttifaqı KP
MK-ya ünvanlandıqları məktubda da məlumat verilir. Məktubun
müəllifləri DQMV-nin və Naxçıvan MSSR-in yaranması ilə bağlı
tarixi «faktları» və «sənədləri» istədikləri kimi yozaraq, daha doğ-
rusu, saxtalaşdıraraq, həmin ərazilərə olan iddialarını siyasi, iqtisadi
və etnik amillərlə, «DQMV zəhmətkeşlərinin müxtəlif təbəqələrin-
dən olan insanların Ermənistan KP MK-ya çoxsaylı məktubları» ilə
əsaslandırmağa çalışırdılar. Həmin vaxt Azərbaycan SSR DTK sədri-
nin müavini işləmiş Heydər Əliyev sonralar, artıq Azərbaycan Res-
publikasının Prezidenti olduğu dövrdə bu hadisələri belə xatırlayırdı:
«Yadımdadır, 1966-cı, ya 67-ci ildə idi, Moskvadan bir qərar gəldi.
O vaxt Axundov məni çağırdı. Sov. İKP MK-nın qərarı idi, yazmış-
dılar ki, «Azərbaycan KP MK-ya – Axundova, Ermənistan KP MK-
ya – Koçinyana tapşırılsın ki, bu məsələni müzakirə edib məruzə et-
sinlər». Bu nə demək idi? Deməli, Azərbaycanın məsələ
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
157
məyi Ermənistana tapşırırlar. Elə bununla da onu həlli.dirdil ər, –
yəni «siz g.din, onlarla bu m əsələni həlli.din». O dey əcək ki, mənim
olmalıdır, biz də deyəcəyik ki, yox. Oturduq, məsləhətləşdik. Mən
ona d.dim ki, bilirsin iz, Siz Moskvaya g.tm əli və Brejnevlə görüş-
məlisiniz. Getdi və Brejn.vi ba şa saldı. Brejnev onu anladı və özü də
o qərarı ləğv elədi. Bu, 67-ci ildə olan hadisədir».
1
Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları fonun-
da 1967-ci ildə Azərbaycan SSR DQMV ətrafında vəziyyət yenidən
gərginləşdi. Bu baxımdan Heydər Əliyevin 1967-ci il iyunun 26-da
Azərbaycan KP MK-nın Birinci katibi V.Y.Axundova yazdığı 10/579
№-li məxfi məktub diqqəti cəlb edir. Məktubda deyilirdi ki, iyun ayının
23-dən 24-ə keçən gecə Xankəndidə bəzi küçələrdə erməni dilində 8x9
sm ölçüdə 300 vərəqə yayılmışdır. Həmin vərəqələrdə Azərbaycan
SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin Ermənistan SSR-ə
birləşdirilməsi tələb edilir və millətçi fikirlər irəli sürülürdü.
2
Xankəndidə azərbaycanlılarla ermənilər arasında münaqişə ol-
muş və qan tökülmüşdü. Münaqişəyə səbəb Azərbaycan SSR DQMV
Martuni rayonunun Kurapatkino kəndində
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
158
DTK-nın hazırladığı hesabatda DQMV ətrafında yaranmış vəziyyəti
təhlil edərək yazırdı: «Bir çox hallarda vilayətdə siyasi cəhətdən mənfi
və cəmiyyətə zidd hərəkətlər onların bilavasitə təşkilatçısı və iştirakçı-
sı olan Ermənistan SSR-in bəzi millətçi əhval-ruhiyyəli ünsürlərinin
təsiri ilə baş verirdi. Bunu son 5 ildə toplanmış faktlar sübut edir. Er-
mənistan SSR-dən Xankəndinə gələn şəxslər burada, guya DQMV-nin
Ermənistan SSR-ə birləşəcəyi haqqında müxtəlif şayiələr yayırdılar,
bununla bağlı xüsusi hazırlanmış müraci
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
159
lanmış sərhədlərin qrafik təsviri baxılsın və təsdiq edilsin.
1
Azərbay-
can SSR Ali Soveti Rəyasət Heyətinin Sədri M.İsgəndərov və katibi
Z.Şükürovanın 1969-cu il may ayının 7-də imzaladıqları «Azərbaycan
SSR ilə Ermənistan SSR arasındakı sərhədin qrafik təsvirinin təsdiq
edilməsi haqqında» iki maddədən ibarət qərarda (№805-VII) deyilirdi
ki, Azərbaycan SSR ilə Ermənistan SSR arasında Zaqafqaziya MİK
tərəfindən təsdiq edilmiş sərhədin göstərilən respublikaların paritet
komissiyası tərəfindən 1:25.000 miqyaslı topoqrafik xəritələrin vərə-
qələrinə keçirilmiş və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən təq-
dim olunmuş qrafik təsviri bəyənilsin; Azərbaycan SSR Nazirlər So-
vetinə tapşırılsın ki, respublika sərhədi təsvirinin müvafiq sahələrdə
Ermənistan SSR nümayəndələri ilə birlikdə naturaya keçirilməsini
1969-cu il noyabrın 1-dək təmin etsin. Azərbaycan KP MK Bürosu-
nun 1969-cu il 21 may tarixdə keçirilən iclasında (pr. №100, 4-q) iki
respublika arasında sərhədlərin coğrafi təsvirini təsdiq etməyə dair
Azərbaycan SSR Ali Sovetinin qərar layihəsi bəyənilmişdi.
2
Lakin 1968-ci il 28 oktyabr tarixli qərarı ilə müəyyən edilmiş
sərhədlər Gədəbəy rayonu Hacılar kəndinin Kalinin adına kənd əhali-
sinin etirazına səbəb olmuş və onlar 1969-cu ilin iyun ayında müəyyən
olunmuş sərhəd zolağından kənarda qalmış torpaqlarının onlara qay-
tarılmasını tələb etmişdilər. Arxiv sənədlərindən məlum olur ki Heydər
Əliyev Azərbaycan SSR-ə rəhbər seçiləndən bir həftə sonra, 1969-cu il
iyulun 22-də Azərbaycan KP MK Bürosunun iclasında Gədəbəy rayo-
nunun kolxozları ətrafında yaranmış ağır vəziyyət haqqında məsələni
cəsarətlə qaldırmış və müzakirə etmişdi. Nəticədə Azərbaycan KP MK
Birinci katibi Heydər Əliyevin və Azərbaycan SSR Nazirlər Sovetinin
Sədri Ə.Əlixanovun imzası ilə Gədəbəy rayonu kolxozlarının iqtisadiy-
yatının dirçəlməsi, sosial problemlərinin həlli məqsədilə 9 maddədən
ibarət geniş tədbirlər planı nəzərdə tutan xüsusi qərar qəbul edilmişdi.
Onu da qeyd etmək lazımdır ki, 1982-ci ilin dekabrında Heydər Əliye-
vin Moskvaya yeni vəzifəyə keçdikdən sonra iki respublika arasında ye-
nidən sərhədlərin ayrı-ayrı sahələri üzrə mübahisələr yaranmışdı.
1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edilərkən Ermə-
nistan SSR rəhbərliyi Erməni Qriqoryan Kilsəsinin təhriki ilə yenidən
1
ARPİİSSA f.1, siy.56, iş 93, 13, v.10-11.
2
Qasımlı M.C. Heydər Əliyev –istiqlala gedən yol (1969-1987-ci illər). Bakı: BDU,
2006, v.90.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
160
Azərbaycan SSR-in DQMV-ti ərazisinin Ermənistan SSR-ə birləşdiril-
məsi ilə bağlı SSRİ Mərkəzi hökumətinə müraciət etdi. Qeyd etmək
lazımdır ki, 1977-ci il noyabrın 23-də keçmiş SSRİ Nazirlər Soveti
Rəyasət Heyətinin iclasında Ermənistan SSR rəhbərliyinin təkidi ilə
Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin Ermə-
nistan SSR-ə birləşdirilməsi məsələsi müzakirə olunmuş və bununla
bağlı təklif irəli sürülmüşdü (SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin
iclas protokolu. 23 noyabr 1977-ci il, № 61, 11-4133). Məsələdən xə-
bər tutan Heydər Əliyev erməni siyasi təcavüzünün qarşısını almaq
üçün qəti addımlar atır.
1
O, Azərbaycan MEA A.A.Bakıxanov adına
Tarix İnstitutunun «Azərbaycanın qədim tarixi» şöbəsinin rəhbəri
t.ü.e.d., prof. İ.H.Əliyevə Qarabağ regionunun qədim Azərbaycan tor-
pağı olması haqqında elmi arayış hazırlamaq barədə müraciət edir.
T.ü.e.d., prof. İ.H.Əliyev hələ 1945-ci ildə bu məsələ ilə bağlı o za-
man Azərbaycan SSR rəhbəri işləyən M.C.Bağırova belə bir elmi ara-
yış təqdim etdiyini söyləyir və Heydər Əliyevə bu arayışı yenidən işlə-
yərək ona təqdim etməyi təklif edir. Təklifi bəyənən Heydər Əliyev
elmi arayış hazır olduqdan sonra onu Azərbaycan KP MK Bürosunda
müzakirə edərək Ermənistan SSR rəhbərliyinin iddialarının əsassız
olması haqqında qərar qəbul edilir və həmin qərar keçmiş SSRİ rəhbə-
ri L.İ.Brejnevə təqdim olunur. Heydər Əliyevin atdığı qəti addımlar
nəticəsində ermənilərin çirkin niyyəti baş tutmur.
2
Əslində Heydər Əliyevin SSRİ rəhbərliyində olan nüfuzu, Er-
məni Qriqoryan Kilsəsini və erməni millətçi-separatçılarını çox nara-
hat edirdi. Buna görə də o 1982-ci ildə Sov.İKP Siyasi Bürosunun
üzvü seçildikdən və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini tə-
yin edildikdən sonra, ermənilər Azərbaycan SSR rəhbərliyində yaran-
mış zəiflikdən istifadə edərək 1984-cü ildə Qazax rayonun 5 min hek-
tar torpağı sahəsinin Ermənistan SSR-ə verilməsi haqqında rayon əha-
lisinin qəti etirazlarına baxmayaraq respublika rəhbərliyinin razılığını
ala bilmişdilər.
XX əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ
məkanında və ilk növbədə Ermənistan SSR ərazisində antiazərbaycan,
antitürk təbliğatı və terrora səfərbərlik daha da güclənməyə başladı.
1985-ci ildə Azərbaycan SSR-in DQMV-də erməni separatizmi açıq-
1
Heydər Əliyev I cild. Bakı, 2013, səh.111.
2
Ч.А.Султанов. Противостояние. Баку, 2013, стр.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
161
aşkar şəkildə təbliğ olunurdu. Qeyd etmək lazımdır ki, bu proses
M.S.Qorbaçovun SSRİ rəhbəri seçilməsindən sonra daha geniş miqyas
aldı. 1985-ci ilin əvvəlində Ermənistan KP MK birinci katibi K.Də-
mirçiyan Sov.İKP MK-nın Siyasi Bürosuna qondarma «erməni soyqı-
rımı»nın 60 illiyi ilə bağlı 24 aprel tarixinin hər il SSRİ-də anım günü
kimi qeyd olunması təklifi ilə müraciət edir. Siyasi Büronun iclasını
aparan M.S.Qorbaçov buna razılıq versə də H.Ə.Əliyevin, N.A.Tixo-
novun və A.A.Qromıkonun sərt etirazları ilə qarşılaşır. K.Dəmirçiya-
nın təklifini bəyənən M.S.Qorbaçov H.Ə.Əliyevin kəskin etirazını
gördükdən sonra onunla qarşıdurmaya getməyə cəsarət etmir, lakin
onun bu mövqeyinə də unutmur.
1
Buna görə də M.S.Qorbaçovun 1987-ci ilin oktyabr ayının 20-də
Heydər Əliyevin SSRİ rəhbərliyində tutduğu yüksək vəzifədən uzaq-
laşdırılmasına nail olduqdan sonra ermənilərin öz çirkin və cinayətkar
niyyətlərini reallaşdırmaq ümidlərini daha da artırdı. Rəsmi Moskva
1987-ci ilin noyabrında Parisdə M.S.Qorbaçovun iqtisadi məsələlər
üzrə müşaviri olan akademik Abel Aqenbekyanın dili ilə Qarabağ hə-
rəkatına müsbət münasibətini, qeyri-rəsmi olsa da, bütün dünyaya bil-
dirməkdən çəkinmədi. A.Aqanbekyan «Humanite» qəzetinin 18 no-
yabr 1987-ci il tarixli sayında dərc olunmuş müsahibəsində Azərbay-
can SSR ərazisi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan
SSR-ə verilməsinin məqsədəuyğun olmasını və bu barədə dövlət baş-
çısına təklif verdiyini bildirdi.
2
«Qarabağ» Komitəsinin Azərbaycan SSR-də, xüsusən DQMV-
də uzun müddət gizli fəaliyyət göstərən yerli təşkilatı «Krunk» adı al-
tında açıq fəal fəaliyyətə başlamışdı. 1988-ci il martın 2-də «DQMV-
nin Ermənistanla yenidən birləşdirilməsi uğrunda mübarizə Komitəsi»
- iri müəssisə rəhbərlərini birləşdirən «55-lər Komitə»si yaradılmışdı.
1988-ci ilin fevralın 26-27-də SSRİ dövlət xüsusi xidmət orqan-
larının razılığı ilə ermənilər Azərbaycan SSR-in Sumqayıt şəhərində
antiazərbaycan təxribatı törətdikdən sonra, bunu bəhanə edərək Ermə-
nistan SSR ərazisindən, öz tarixi etnik torpaqlarından – İrəvan şəhəri
də daxil olmaqla 185 kənddən və başqa yaşayış məntəqələrindən 250
min azərbaycanlı deportasiya olundu, onlara məxsus 31.000 ev, şəxsi
təsərrüfat, 165 kollektiv təsərrüfatların əmlakı talandı, 214 nəfər öldü-
rüldü, 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncə verildi və qız-gə-
1
Ч.А.Султанов. Противостояние... Баку, 2011, стр. 97.
2
Azərbaycan tarixi VII cild, 2008, səh.257.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
162
linlərin namusu təhqir olundu. 15 mindən çox kürd və bir neçə min rus
millətinə məxsus əhali Ermənistan SSR-dən çıxarıldı.
1
1988-1989-cu illərdə Ermənistanın hərbi-ideoloji təcavüzünün
güclənməsi nəticəsində deportasiya, etnik təmizləmə və soyqırımına
məruz qalan azərbaycanlı əhali Azərbaycan SSR-ə pənah gətirdi və bu
da öz növbəsində respublikada ictimai-siyasi sabitliyin gərginləşməsinə
səbəb oldu. Mərkəzi hökumətin Azərbaycan xalqına qarşı yeritdiyi düş-
mən siyasəti nəticəsində genişlənən Ermənistanın hərbi təcavüzü onu
milli azadlıq mübarizəsinə qaldırdı. 1990-cı il yanvarın 20-də SSRİ
Prezidenti M.S.Qorbaçov ermənilərin ərazi iddialarına qarşı etiraz edən
Azərbaycan xalqını cəzalandırmaq üçün Bakı şəhərinə SSRİ və Azər-
baycan SSR-in Konstitusiyaları və respublikanın suveren hüquqları po-
zularaq qoşun yeridilməsi haqqında fərman verdi və Azərbaycan xalqı-
na qarşı qanlı soyqırımı cinayəti törədildi. SSRİ dövlətinin bu cinayə-
tinə qarşı öz ilk etiraz səsini qaldıran görkəmli dövlət xadimi Heydər
Əliyev oldu. O, 1990-cı il yanvarın 21-də Azərbaycan SSR-in Moskva
şəhərindəki Daimi Nümayəndəliyinə gələrək SSRİ dövlətinin M.S.Qor-
baçovu Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı cinayətində
ittiham etdi və onun bu etirazı bütün dünyada böyük əks-sədaya səbəb
oldu. SSRİ dövlətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətə etiraz
olaraq Heydər Əliyev 1990-cı ilin iyulunda Sov.İKP sıralarını tərk etdi-
yini bəyan edərək Vətəni Azərbaycana qayıtdı. Respublika rəhbərliyi
Heydər Əliyevin ölkənin siyasi mərkəzi olan Bakıda qalmaması üçün
hər cür təxribatlara əl atıldı və o terror aktı ilə hədələndi. Həyat üçün
real təhlükənin mövcud olduğunu hiss edən Heydər Əliyev Naxçıvan
MR-na getməyə məcbur oldu. O, 1990-1993-cü illərdə ağır blokada
şəraitində olan Azərbaycan Respublikası Naxçıvan MR-nın yaşaması,
onun sərhədlərinin qorunması üçün mümkün olmayanı mümkün etdi.
Heydər Əliyev 1991-ci ilin fevralında Azərbaycan Ali Sovetinin sessi-
yasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
çox sərt məzmunda məruzə ilə çıxış etdi və o zaman Azərbaycan döv-
lətinin problemin həlli ilə bağlı konkret tədbirlər proqramı olmadığını
söylədi. Lakin, onun irəli sürdüyü tədbirlər respublika rəhbərliyi tərə-
findən qəbul edilmədiyi üçün çox qısa bir zaman ərzində Azərbaycan
xalqına düşmən tərəfindən çox ağır zərbələr vuruldu. 1992-ci il fevralın
ortalarında Ermənistanın hərbi quldur dəstələri növbəti dəfə Xocavənd
1
Azərbaycan tarixi VII cild, 2008, səh.258.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
163
rayonunun Qaradağlı kəndinə güclü hücuma keçdilər.. Dörd gün davam
edən qeyri-bərabər döyüşdən sonra erməni quldurları Qaradağlı kəndini
ələ keçirərək onun 92 müdafiəçisini və 54 sakinini vəhşicəsinə qətlə
yetirərək onları silos quyularına atdılar. Qalan əhali isə əsir alındı. Təca-
vüzkar Ermənistan «dövləti» Azərbaycan Respublikasına qarşı qanlı
terror aksiyalarını daha da genişləndirdi. 1992-ci il yanvarın 8-də
«Krasnovodsk-Bakı» dəniz sərnişin bərəsində belə bir terror aktı nəticə-
sində 25 nəfər həlak oldu. 88 nəfər ağır yaralandı. Həmin il fevralın 28-
də Qudermes stansiyası yaxınlığında «Kislovodsk-Bakı» sərnişin qa-
tarının partladılması zamanı 11 nəfər həlak oldu, 18 nəfər yaralandı.
Təkcə belə bir faktı qeyd etmək lazımdır ki, ermənilər tərəfindən Azər-
baycan Respublikasına məxsus dəmir yolu nəqliyyatı sistemində 1989-
cu il iyulun 14-dən 1994-cü il mayın 7-nədək 206 terror aktı həyata
keçirilmişdi.
1
Erməni quldurları Rusiya Federasiyası MN-nə məxsus Xankən-
dindəki 366-cı mexanikləşdirilmiş atıcı alayı ilə əlbir olaraq XX əsrin
Xatın, Sonqımı faciələrini geridə qoyan Xocalı soyqırımını törətdilər.
1992-ci il fevralın 25-də axşam saat 21-də erməni hərbi birləşmələri,
366-cı alay (üç batalyondan ikisi tam tərkibdə, biri isə qismən), habelə
xarici ölkələrdən gətirilmiş muzdlu quldurlar Xocalıya hücum etdilər.
Hərbi təcavüz nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 azsaylı
uşaq, 70 qoca öldürüldü. 1000 nəfərdən artıq dinc sakin o cümlədən
76 uşaq müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu. 1275 nəfər
əsir alındı, 8 ailə bütövlüklə məhv edilmiş, 25 uşaq hər iki valideyni-
nin itirmiş, 130 uşaq valideynlərindən birini itirmiş, 56 nəfər xüsusi
qəddarlıq və amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyul-
muş, gözləri çıxarılmış, başları kəsilmiş, hamilə qadınların qarnı sün-
gü ilə deşilmişdir. Bütün bu dəhşətləri görən 366 alayın 02270 saylı
xüsusi şöbəsinin rəisi polkovnik V.R.Savelyev RFMN Baş Qərargahı
yanında Baş Kəşfiyyat İdarəsinə, BMT və Avropa Şurasına ünvanlan-
dığı müraciət məktubunda (hesabatında –C.B.) Azərbaycan xalqına
qarşı soyqırımı cinayətinin törədildiyini etiraf edir: «Mən məndən on
addımlıqda güllə yarası almış səkkiz-doqquz yaşında qızcığaza yardım
edə bilmədim. Mən Allahın məni cəzalandıracağı o gündən qorxuram.
Lənətlənmiş günlər bir-birini əvəz edirdi».
2
1
Azərbaycan tarixi, VII cild, 2008, səh.359.
2
Ч.А.Султанов. Последний удар империи. Баку, 20 января 1990г., Баку, 2004, стр.478.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
164
Hadisələri ilk olaraq vidiolentə olan Azərbaycan jurnalistləri
Seyidağa Mövsümlü və Çingiz Mustafayev çəkdikləri videogörü-
ntülərdən məlum oldu ki, «öldürülənlər içərisində 2 yaşından 15 yaşı-
na qədər olan uşaqlar əksəriyyət təşkil edirdi». Faciənin şahidi olan
fransız jurnalisti Jan-İv Ginyet yazırdı: «Mən müharibələr haqqında,
alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm, lakin 5-6 yaşlı
uşaqları, dinc əhalini qırmaqla ermənilər onları arxada qoydular».
1
1992-ci il martın 10-da RF-nın Prezidenti B.Yelçinin ünvanına
Daxili İşlər Naziri yerin məktub göndərir və Xocalı hadisəsi ilə bağlı
görüşmək istədiyini bildirir və məktuba Xocalı faciəsi ilə bağlı video-
kasseti əlavə edir. General Yerin B.Yelçinə yazırdı: «Xocalıda uşaqla-
rı, qadınları və qocaları güllələmişlər. Öldürülənlərin başlarının dərisi
soyulmuşdur». Videolentdə RF MN 366 alayının cinayət hərəkətləri
qeydə alınmışdı. Bu sözlər N.Qavrilovun 1998-ci ildə Sankt-Peter-
burqda nəşr olunan «Военные ведомости» jurnalının 96-cı səhifəsin-
dən götürülmüşdür.
2
B.Yelçin videokassetə baxdıqdan sonra xüsusi
sərəncam (0219/21-OD-1992.III.12) imzaladı və bu sərəncama əsasən
bu videogörüntülərin RF ərazisində göstərilməsi qadağan edildi.
3
Erməni quldurları Rusiya Federasiyasının hərbi dairələrinin kö-
məyinə arxalanaraq 1993-cü ildə Kəlbəcər, Ağdam, Fizuli, Cəbrayıl,
Qubadlı və Zəngilan rayonlarını işğal edərək etnik təmizləmə aparmış
və nəticədə Azərbaycan Respublikasının 1000 010000-dən çox vətən-
daşı öz ölkəsində qaçqına çevrildi. Hərbi təcavüz nəticəsində 100 000
nəfər yaralanmış, 50 000 şikəst olmuş, 20 min nəfər şəhid olmuş 4853
nəfər itkin düşmüş və onlardan 439 nəfəri əsirlikdə öldürülmüş, 783
nəfər isə indiyə qədər əsirlikdədir. Bütövlükdə isə «Əsir, itkin düşmüş,
girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası»nın 1
yanvar 2011-ci il tarixinə olan məlumatına əsasən əsir, itkin düşmüş
və girov götürülmüş şəxslərin sayı 4049 nəfər təşkil etmişdir. Onlar-
dan 3273 nəfər hərbçi, 771 nəfər mülki şəxsdir, 5 nəfərinin isə hərbiçi
və ya mülki şəxs olduğu məlum deyil. Mülki şəxslərdən 47 nəfəri itkin
düşərkən yetkinlik yaşına çatmamış uşaq (17 nəfər azyaşlı qız), 247
nəfər nəfər qadın, 347 nəfər yaşlı şəxsdir ki, onlardan 149 nəfəri qa-
1
Azərbaycan tarixi, VII cild, 2008, səh.359.
2
Ч.А.Султанов. Последний удар империи. Баку, 20 января 1990г., Баку, 2004,
стр.479.
3
Yenə orada.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
165
dındır. Bu günədək əsir və girovluqdan 1309 nəfər azad edilmişdir.
Onlardan 343 nəfər qadın, 1056 nəfəri kişidir. Qeyd etmək lazımdır
ki, azad olunan şəxslərdən 170 nəfəri uşaq (65 nəfər azyaşlı qız), 289
nəfərin yaşlı şəxsdən 112 nəfəri qadındır. Bundan əlavə Dövlət Ko-
missiyasına daxil olmuş materialların analizi zamanı 563 nəfərin əsir
və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi
müəyyən edilmişdir. Onlardan 104 nəfəri qadın, 448 nəfəri kişidir. Bu
şəxslərin yalnız 137 nəfərinin yalnız adı məlum olduğu halda, onlar-
dan 74 nəfərin adı məlum deyildir. 1991-1992-ci illər ərzində Azər-
baycan Respublikasının keçmiş DQMV-nin ərazisi Ermənistan Res-
publikası silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra, 1993-cü
il aprelində Kəlbəcər rayonunun işğalı ilə Azərbaycan Respublikasına
qarşı hərbi təcavüzün yeni mərhələsi başlandı. 1993-cü ilin iyulun 24-
dən – oktyabrın 28-nədən Rusiya Federasiyasının hərbi–siyasi yardımı
ilə Ermənistan Respublikası silahlı qüvvələri Azərbaycan Respublika-
sının Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal
etdi. Ermənistan Respublikası tərəfindən həyata keçirilmiş hərbi təca-
vüz nəticəsində Laçın rayonundan 71000, Kəlbəcər rayonundan
74000, Ağdam rayonundan 165600, Füzuli rayonundan 146000, Cəb-
rayıl rayonundan 60000, Qubadlı rayonundan 87900, Zəngilan rayo-
nundan isə 395000 nəfər Azərbaycan Respublikası vətəndaşı mə
|