AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
75
A.A.Əmircanov, M.Ş.Əsədullayev, M.R.Vəkilov, M.H.Hacinski,
M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, F.X.Xoyski və başqaları var idi.
1
Bütün bunlar yalnız, rusları deyil, həm də erməniləri də həyəcanlandı-
rırdı. Ona görə də Bakı Soveti və erməni daşnakları mart günləri ərə-
fisində bütün qüvvələrini birləşdirməyə başlamışdılar.
Erməni əhalisinin bütün siniflərinin nümayəndələri bu mühari-
bədə iştirak etməyi özlərinə “borc” bilirdi. Burada neft sənayeçiləri,
mühəndislər, həkimlər, kontor işçiləri, bir sözlə erməni əhalisinin bü-
tün təbəqələri öz “vətəndaşlıq” borcunu icra edirdilər.
St.Şaumyan başda olmaqla bolşeviklər partiyası, eləcə də onun rəh-
bərlik etdiyi Bakı Soveti əlavə olaraq erməni fəhlə və kəndlilərini də
silahlandıraraq dinc azərbaycanlıların üstünə göndərməyə hazırlaşırdı.
Bütün bunlar azmış kimi, St.Şaumyan Moskvadan hərbi kömək almaq
üçün müraciət etmişdi. St.Şaumyan Stalinə məktub yazaraq, xahiş edirdi
ki, Qafqaz qırmızı ordusunu (oxu: erməni ordusunu-V.A.) təşkil etmək
üçün təcili olaraq on milyon manat (rubl) ayırsınlar.
2
Bolşeviklər partiyasının üzvü A.İvanov “Bakı Kommunasının
Komissarları” adlı xatirəsində, özünəməxsus formada, mart hadisələri
zamanı qüvvələrin düzülüşünü belə göstərmişdi: İcraiyyə Komitəsinin
tərəfində yenicə formalaşdırılmış Qırmızı Ordunun beynəlmiləlçi ba-
talyonu (onun beynəlmiləlçi batalyonun tərkibi əsasən erməni və rus-
lardan ibarət idi – A.V.), fəhlə Qırmızı Ordusu, 35-ci Türküstan polku,
2-ci Erməni polku, daşnakların erməni drujinaları, “Qars” və “Ərdə-
han” gəmiləri idi.
3
Mart qırğınları ərəfəsində bolşeviklər tərəfindən yaradılan İnqi-
labi Müdafiə Komitəsinin tərkibinə P.Caparidze, Q.Korqanov, İ.Su-
xartsev (sol eser), St.Şaumyan daxil idilər. Eyni zamanda mart döyüş-
ləri günlərində Bakıda bolşevik dəstəsinin rəisi N.Anançenko, komis-
sarı isə S.Martikyan idi.
4
Azərbaycan əhalisinə qarşı vuruşmada erməni milli hissələrin-
dən istifadə etmək və sağ eserlərin və daşnakların arxasınca gedən rus
və erməni fəhlələri Sovet hakimiyyəti tərəfindən mübarizəyə cəlb et-
1
Мамедова Л. Деятельность Армянских политических организации в Азер-
байджане (1918-1920 гг.): Дисс. ... канд. ист. наук. Баку, 1996, 193 с. C.79
2
Шаумян С.Г. В. 2-х т. Т. 2, Москва: Госполитиздат, 1958, 411 с. C.160.
3
ARPİİSSA, f. 268, siy.23, iş 265. v.4.
4
İbrahimov Z. Sosialist inqilabı uğrunda Azərbaycan zəhmətkeşlərinin mübarizəsi.
Bakı: Azərnəşr, 1957, 585 s. S.349.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
76
mək üçün İnqilabi Müdafiə Komitəsi həmin partiyaların nümayəndə-
lərini də dəvət etmişdilər.
1
Yeni yaradılan erməni-bolşevik Komitəsi aprelin 1-də səhər
tezdən piyada qüvvələri, eləcə də top və təyyarələrdən istifadə etməklə
bütün qüvvələri ilə hücuma keçmişdi.
2
Bakıda türk-müsəlmanlar erməni-rus bolşevik silahlı dəstələrinin
aktiv fəaliyyətini gördüyündən, özünümüdafiə tədbirləri görməliydi və
silaha əl atmağa məcbur idilər. Lakin türk-müsəlmanların hərbi təşkilatı
və sursatı kifayət qədər deyildi, hətta, demək olar ki, yox dərəcəsində
idi. Belə olan halda, təbidir ki, mübarizədə müsəlmanların qalib gəlməsi
mümkün deyildi. Bunu yaxşı başa düşən St.Şaumyan, “Daşnaksütyun”
və Erməni milli şurası Bakı şəhərində qabaqcadan planlaşdırılan və xü-
susi hazırlıq görülmüş dəhşətli qırğınlara, qarətlərə başladılar. Bütün
faciələr türk-müsəlmanların yaşadığı məhəllələrdə baş verirdi.
Fövqəladə Təhqiqat Komissiyasınin sənədlərində qeyd olunur
ki, Erməni Milli Komitəsinin hərbi drujinası adlandırılan, Yeqişa Pax-
lavuninin rəhbərlik etdiyi erməni silahlı dəstəsi müsəlmanların yaşadı-
ğı ərazilərə atəş açmağa başlamışdı. Demək olar ki, eyni bir vaxta Le-
von Saatsazbekovun erməni dəstəsi şəhərin “Şamaxinka” adlanan his-
səsini atəşə tutdu. Martın 19-da səhər tezdən, hələ müsəlmanların
oyanmadığı bir vaxta, erməni əsgərləri hücuma keçdilər. Ermənilərin
birinci hücumu şəhərin “Kərpiçxana”, “Məmmədli” və “Poxlu Dərə”
adlandırılan hissəsinə istiqamətlənmişdi. Burada yaşayan əhalinin, de-
mək olar ki, hamısı müsəlmanlar idi. Şəhərin bu rayonu və başqa
müsəlman rayonları dənizdən “Ərdəhan” və “Janr” hərbi paraxodları-
nın toplarından atəşə tutulurdu, Ermənikənd tərəfdən isə, ermənilər
toplardan atəş açırdılar.
3
Həmin hadisələrin şahidlərindən biri, o
vaxtlar “Nikolay Bünyatov” gəmisində komandir köməkçisi işləmiş
Kazım Ələsgər oğlu Axundov FTK-ya verdiyi izahatında erməni hərbi
hissələrinin Bakı şəhərinin “Məmmədli” və “Poxlu Dərə” deyilən yer-
də türk-müsəlmanlara amansızcasına və qəddarcasına divan tutmala-
rından bəhs edirdi.
1917-ci ildən bolşevik partiyasının üzvü olmuş Blyuminin xatirəsi
“Bakıda fevral şevrilişi. 1917-ci il” adlanır. O, xatirəsində yazırdı ki,
1
Azərbaycan tarixi 3 cilddə. III c., s.119.
2
Сеф С.Е. Борьба за Октябрь в Закавказье. Тбилиси: Зак Книга, 1932, 162с. C.141
3
ARPİİSSA, f. 277, siy. 2, iş 14, v. 49.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
77
18-ci ilin mart hadisələrində bizim silahlı qüvvələrimiz olmadığından
daşnak dəstələrindən istifadə etdik. Lakin daşnak dəstələri öz alçaq işlə-
rini həyata keçirdilər. Vətəndaş müharibəsi əvəzinə milli qırğın törət-
dilər, 20.000-nə qədər müsəlmanı qətlə yetirdilər.
1
1918-ci ilin mart qırğınlarının ilk şahidi olan, bolşevik Blyumin
ilk xatirəçidir ki, mart qırğınlarında 20 min müsəlmanın qətlə yetiril-
məsini göstərmişdi. O, “müsəlman əhalisinin bolşeviklərə quldur, soy-
ğuncu kimi baxırdılarını” da qeyd etmişdir.
1918-ci ilin mart hadisələrində bolşevik drujinacısı olmuş N.Əs-
riyants xatirəsində yazırdı ki, Şaumyan bizi xəbərdar etdi ki, Müsava-
tın qərargahına hücum etmək üçün siqnal olacaq, belə də oldu. Silahlı
dəstələr qərargaha hücum etdi və ora ələ keçirildi.
2
Rusların Xəzər dənizində olan hərbi donanması ermənilərin fit-
vasına uyaraq şəhərin müsəlmanların sıx yaşadığı məhəllələri top atə-
şinə tutdular. Bu atəş nəticəsində müsəlmanların əsas ibadət yeri sayı-
lan “Təzə pir” məscidinin minarələri ağır zədə aldı. Mənbənin verdiyi
məlumata görə rus matrosları müsəlmanlara qarşı çıxış etmək istəmir-
dilər. Ermənilər onları aldadaraq, inandırmışdılar ki, müsəlmanlar rus-
ları, ümumiyyətlə, bütün xristianların hamısını doğrayıblar. Lakin
matroslara aydın olanda ki, müsəlmanlar ruslara nəinki toxunmayıb-
lar, əksinə onları müdafiə ediblər və yedizdiriblər, yalnız bundan son-
ra toplardan atəşi dayandırdılar.
3
Bütün bunlara baxmayaraq, bu top
atəşləri nəticəsində hər halda şəhərin tikililərinə və əhalisinə böyük
ziyan dəymişdi.
Erməni daşnakları bolşevik bayrağı altında, əlverişli mövqedən
istifadə edərək, əvvəlcədən hazırladıqları plana uyğun olaraq, Bakı şə-
hərində 1918-ci il matrın 30-dan aprelin 1-nə kimi, üç gün ərzində türk
xalqına qarşı qırğın törətdilər ki, bu da minlərlə insanın ölümü ilə nəti-
cələndi.
4
Azərbaycanın istiqlalı yolunda ilk qurbanlar burada verildi.
5
Hadisələrin şahidlərindən biri - birinci müsəlman süvari atlı dəs-
təsənin komandiri Əli Əsədullayev öz izahatında “ermənilərin “İs-
1
ARPİİSSA, F.276, siy.2, iş 20, v. 18-19.
2
ARPİİSSA, F.276, siy.2, iş 20, v. 45-48.
3
ARPİİSSA, f. 277, siy. 2, iş 14, v. 49.
4
Zeynaloğlu C. Müxtəsər Azərbaycan tarixi. Bakı, Azərbaycan Dövlət Kitab
Palatası, 1992, 144 s. S.110.
5
Mehmet Saray. Quzey və Güney Azərbaycan Türklərinin Tarixi. Bakı, Şərq və
Qərb, 2010, 724 s. S.270.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
78
mailiyyə” binasını, “Kaspi” qəzeti redaksiyasının binasında saxlanılan
Quranın 5 min nüsxəsini yandırdıqlarını, 8 qadının və uşaqların güllə-
lədiklərini ...” və s. hasdisələrdən bəhs etmişdir.
Ermənilərin biz bolşevik, sosialist bilmərik, müsəlmansan kifa-
yətdir, deyə hətta müsəlman sosialistlərini qətlə yetirmələri bir daha
onu göstərir ki, onların əsas planı azərbaycanlıları daha çox qırmaq,
qorxutmaq və öz doğma torpaqlarından qovmaq olmuşdur.
Bolşevik N.N.Kolesnikova öz xatirələrində həmin dövrdə Bakı-
da baş verənləri belə şərh edərək yazırdı ki, müsavatçılar sıxışdırılıb
şəhərdən uzaqlaşdırılan kimi ayrı-ayrı silahlı daşnak dəstələri şəhərdə
qırğına, evləri yandırmağa, talanlar törətməyə, heç bir şeydə günahı
olmayan dinc vətəndaşları, başlıca olaraq azərbaycanlıları qətlə yetir-
məyə başladılar. Erməni silahlı dəstələrinin rəisi Tatevos Əmirov bi-
zimlə sıx əlaqə saxlayırdı.
1
Tatevos Əmirov Bakıda, eləcə də Azərbay-
canın başqa bölgələrində azərbaycanlıların amansızcasına qətlə yetiril-
məsinə, onların evlərinin qarət olunmasına, bilavasitə, rəhbərlik edən-
lərdən biri olmuşdur.
1918-ci ilin mart hadisələrində bolşevik drujinacısı olmuş N.Əs-
riyantsın xatirəsində Şaumyanın göstərişi ilə Əmirovun başçılığı altın-
da hərbi dəstələrin yaradıldığı və bu dəstənin müsavatçıların qərarga-
hına hücum edərək oranın ələ keçirilməsindən bəhs olunur.
2
Tatevos
Əmirovun qardaşı Arsen Əmiryan isə Bakı Xalq Komissarları So-
vetinin tərkibinə daxil idi.
Mart döyüşləri günlərində qətl və soyğunçuluqda ən çox azğınlıq
edən daşnaklar olmuşdur, çünki bunu etməyə daşnakların daha çox im-
kanı var idi. Bu imkanı onlara, nəzarətləri altında olan və döyüş təcrü-
bəsinə malik erməni silahlı dəstələrin olması, eyni zamanda Bakıda er-
məni-bolşevik St.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti vermişdir.
H.Sultanov həm qərargahda, həm də İcrakomda yeganə türk ol-
duğunu da vurğulamışdı. Onun sözlərinə görə mart hadisələri zamanı
“daşnaklar Məşədini (Məşədi Əzizbəyov nəzərdə tutulur-A.V.) güllə-
ləməyə apararkən ermənilərin əlindən alınaraq İcrakoma gətirilmişdi.
3
1
Колесникова Н.Н. Из истории борьбы за Советскую власть в Баку (август
1917 г. – июль 1918 г. Воспоминания. Баку: Азернешр, 1958, 119 с., С.71.
2
Azərbaycan xalqına qarşı 1918-ci il Mart soyqırımı. Sənədlər toplusu (üç cilddə). III
cild. Xatirələr. Bakı, Çaşıoqlu, 2010, 447 s. S.312
3
ARPİİSSA, f.268, siy.23, iş 104, v. 10-11.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
79
1918-ci ilin mart hadisələri zamanı bolşevik drujinaçılarının sı-
rasında türk-müsəlmanlara qarşı döyüşən A.Baranov xatirəsndə “...
qalaya hücum edən döyüşçülərin rəhbəri Anastas İvanoviç Mikoyan
olduğunu, onun ayağından yaralandığını, ... Çəmbərəkənd ətrafında
daşnak hərbi hissələrinin bütün müsəlmanları qətlə yetirdiyini qeyd et-
mişdi”.
1
Bolşeviklər mart hadisələrində “qələbə” əldə etdikdən sonra im-
kanlı azərbaycanlıların evlərini əllərindən almış, onların var-dövlətlərini
qarət etmişdilər. Sonradan onlar Bakıdan Həştərxana qaçmaq istəyərkən
həmin qarət olunmuş qiymətli əşyaları da özləriylə aparmağa cəhd gös-
tərmişdilər. Bu faktı 1917-1918-ci illərdəki inqilabi hadisələrdə bol-
şevik drujinaçısı kimi iştirak etmiş, 1917-ci ildən bolşeviklər partiyası-
nın üzvü S.Ter-Qabrielyan 1958-ci il fevralın 25-də yazmış olduğu xati-
rəsində təsdiqləyir. O yazırdı: “Bakıda sovet hakimiyyəti üçün təhlükə
yarandığından yoldaş Şaumyan dövlət bankı əmlakının paraxodla Həş-
tərxan şəhərinə aparılması barədə əmr verdi”.
2
Baqdasarovun xatirəsində bolşeviklərin Bakıdan getməmişdən
əvvəl Arakelyanın Alyoşanın yanına gəlməsindən və onların 86 mil-
yon götürmələrindən (bu pulların böyük bir hissəsi 1918-ci ilin mart-
iyul aylarında, bolşeviklər hakimiyyətdə olduğu dövrdə, Azərbaycanın
qəzalarında Hamazaspın, Lalayevin, T.Əmirovun və b. başçılıq etdiyi
erməni silahlı dəstələri tərəfindən törədilən kütləvi qırğınlar zamanı
türk-müsəlmanlardan qarət olunmuşdur-A.V.) bəhs olunur.
3
Bakı şəhərində müsəlman əhalisinə qarşı ermənilərin törətdikləri
qanlı cinayətləri açıb göstərən sənədlərdə qeyd olunur ki, yaxşı silah-
lanmış, təlim keçmiş erməni əsgərləri çoxlu miqdarda pulemyotların
mühafizəsi ilə hücum edirdilər. Ermənilər müsəlmanların evlərinə so-
xulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-
doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları
içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, baş
götürüb qaçan valideynlərin atıb getdikləri südəmər körpələrin, demək
olar ki, hamısını öldürüb, valideynlərin özlərini isə elə yaxaladıqları
yerdə asıb-kəsirdilər. Müsəlmanları qırıb-çatmaqla yanaşı, ermənilər
1
ARPİİSSA, F.276, siy.2, iş 20, v. 75.
2
Azərbaycan xalqına qarşı 1918-ci il Mart soyqırımı. Sənədlər toplusu (üç cilddə).
III cild. Xatirələr..., 298-322s.
3
Yenə orada, s.331.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
80
onların əmlaklarını da məhv edir, az-çox qiymətli olan şeyləri isə öz-
ləri ilə aparırdılar. Sonralar təkcə bir yerdə torpağın altından 57
müsəlman qadın və qızın meyidi tapılmışdır. Onların qulaqlarını,
burunlarını kəsmiş, qarınlarını yırtmışdılar.
1
Daşnaklar əsir etdiyi müsəlmanları Azadlıq meydanının qarşı-
sında olan Rekordun (teatr binası) yanında güllələdiyini qeyd edən
Baqdasarov yazırdı: “Daşnaklar gənc türkləri güllələyir və onları
məhv edirdilər”.
2
Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində mart hadisələ-
rinin şahidlərinin ifadəsinə əsasən, 1918-ci ilin martında, yalnız Bakı-
da daşnaklar bolşeviklər, menşeviklər və başqa partiyalarla birgə 12
mindən çox günahsız müsəlmanın qətlə yetirildiyi göstərilmişdi.
3
Artıq öz məqsədlərinə nail olduqlarını görən Şaumyan
“1918-ci il aprelin 1-də Müsəlman təşkilatlarına ultimatum ver-
mişdi. Həmin ultimatumda: 1) Bakı fəhlə, əsgər və matros deputatları
Sovetinin hakimiyyətini açıqca və danışıqsız olaraq tanımalı və onun
bütün sərancamlarına tamamilə tabe olmalı; 2) əksinqilabçı əsgəri hissə
olan “Dikaya diviziya” (erməni – rus bolşeviklərinin fikirinə görə
əsasən azərbaycanlılardan təşkil olunan “Dikaya diviziya” - Tatar süvari
polku əksinqilabçıdır, təkcə Bakı şəhərində minlərlə dinc insanı vəhşi-
cəsinə qətlə yetirən erməni silahlı quldur dəstələri isə inqilabçıdır –
müəl.) Bakı və onun rayonları ərazisində saxlanıla bilməz. Digər müsəl-
man milli əsgəri hissələri, habelə erməni əsgəri hissələri (erməni əsgəri
hissələri nəinki şəhərdən çıxarıldı, əksinə onlar yenə də bolşeviklərin
əsas hərbi qüvvəsi olaraq qalırdı – müəl.) ya şəhərdən çıxarılmalı, ya da
tamamilə fəhlə, əsgər və matros deputatları Sovetinə tabe edilməlidirlər.
Əhalinin bütün silahı fəhlə, əsgər və matros deputatları Sovetinin nəza-
rəti və uçotu altında olmalıdır; 3) Bakıdan Tiflisə qədər va Bakıdan Pet-
rovska qədər dəmir yol xəttinin açılması üçün təcili tədbirlər görülməsi
göstərilirdi”.
4
Bu tələblərin yerinə yetirilməsi müddəti 1918-ci il aprelin
1-də, gündüz saat 3-ə təyin olunmuşdu.
1
Quliyev D.P. Tarix şahiddir ki. 1918-1920-ci illərin hadisələri bu günün gözü ilə:
faktlar və şərhlər // Həyat, Bakı, 1992, 22 may, №100.
2
Azərbaycan xalqına qarşı 1918-ci il Mart soyqırımı. Sənədlər toplusu (üç cilddə). III
cild. Xatirələr. Bakı, Çaşıoqlu, 2010, 447 s. S.331.
3
Садыгов М. Ответь тебе даст история. Геноцид азербайджанцев в цифрах,
фактах, документах – ХХ век. Баку: Мутарджим,1995,382 с. C.34-35.
4
ARRİİSSA, f. 276, siy. 2, iş 16, v.15.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
81
Danışıqlar axşam saat 5-də başlamışdı. Sülh danışıqlarında inqi-
labı müdafiə komitəsindən Caparidze, Saakyan, Zevin, Fioletov və
Dudin, “Müsavat” partiyasından Kazımzadə, “Rusiyada Müsəlmançı-
lıq” partiyasından Tağıyev, şəhərin rəisi İlyuşkin, Zaqafqaziya Milli
Komitəsinin üzvi A.M.Topçubaşov, Molla Hacı Mir Mirmöhsün və
Hacı Hüseyn Tağıyev, Erməni Milli Şurasından L.Atabekyan və Ter-
Mikaelyan, görkəmli müsəlman və erməni ictimai xadimləri, İranın
konsulu və başqaları iştirak etmişdi.
1
Azərbaycan nümayəndə heyətinin üzvləri tələbləri yerinə yetir-
məyə razı olduqlarını bildirmişdilər və cavab sənədinə imza atmışdı-
lar. Lakin bu razılaşmaya baxmayaraq, St.Şaumyanın fitvası ilə ermə-
ni-bolşevik silahlı dəstələri yenə də Bakı şəhərində kütləvi qırğınları,
soyğunçuluğu davam etdirmişdilər.
N.Nərimanov yeni yaranmaqda olan Sovet hakimiyyətinin ilk
acı zərbəsini məhz Bakıda, 1918-ci il mart qırğını zamanı almışdır.
Belə ki, mart hadisələri zamanı Şaumyanın rəhbərlik etdiyi Sovet ha-
kimiyyətinin “müdafiəçiləri” olan erməni silahlı dəstələri az qala Nəri-
manovu və onun ailə üzvlərini qətlə yetirmişdilər. N.Nərimanov nəin-
ki silahlı toqquşmanın qarşısını almaq imkanına malik idi, əksinə onun
özü ölümlə üz-üzə qalmışdır.
Ermənilər müsəlmanları qruppa ilə əsir edib öz qərargahlarına
apararkən, yolda onları kütləvi güllələyirdilər. İş o yerə çatmışdır ki,
hətta müsəlmanların bolşevik olması da onları xilas etmirdi.
N.Nərimanov “Ucqarlarda inqilabımızın tarixinə dair” adlı əsə-
rində yazırdı: “Mən sübut etməyə çalışırdım ki, vətəndaş müharibəsini
indiki vaxtda başlamaq təhlükəlidir, belə ki, o milli qırğına çevrilə
bilər. Mən bunu ona görə deyirdim ki, o zaman Bakıda ancaq daşnak-
lardan ibarət olan çoxsaylı erməni milli hərbi hissəsi yerləşirdi. Bakı
şəhəri üzrə üç gün vəhşiləşmiş daşnakların dəhşətli azğınlığı baş ver-
mişdi. Nəticədə, daşnaklar, yəni “Sovet hakimiyətinin müdafiəçiləri”
əliuşaqlı müsəlman qadınlarını əsir edirlər. Burada bizim müdafiəçilə-
rimiz daşnaklar tərəfindən qadınlar üzərində törədilən alçaq təhqirlər
haqqında susmaq lazım gəlir.
2
Şəhərdə Bakı Sovetinin erməni-rus bolşevik qüvvələri azərbaycan-
lılara qarşı qanlı qırğınları zamanı ictimai və şəxsi binalara da çox böyük
1
ARRİİSSA, f. 276, siy. 2, iş 155, v.15.
2
Nərimanov N. Ucqarlarda inqilabımızın tarixinə dair. Bakı: Azərnəşr, 1992, 77 s. S.32-33.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
82
ziyan dəymişdir. Belə ki, “Açıq söz” və “Kaspi” qəzetlərinin redaksiyala-
rı yandırılmış, Bakıda ən iri məscid bombalanmışdı.
1
FTK-ya verdiyi izahatda Ağa Hüseyn Tağıyev “İsmailiyyə” bina-
sının ermənilər tərəfindən yandırılmasını belə təsvir edirdi: ... martın
20-də mən qala qapısında və müsəlman xeyriyyə cəmiyyətinin binası
yanında … olanda “Kaspi” qəzeti redaksiyası yaxınğındakı döngən üç
nəfər silahlı erməni ilə birlikdə Tatevos Əmirovun binaya girdiyini
gördüm; bundan sonra tezliklə bina yanmağa başladı və o yandı”.
Bakıda “İsmailiyyə” Xeyriyyə Cəmiyyətinin binası, Şirvanşahlar
Sarayı ansambılına daxil olan XIV əsrdə tikilmiş Keyqubad məscidi,
oktyabr ayında Cənubi Azərbaycandakı avşarların məskun olduğu Ur-
miya şəhərinin abidələrini rus əsgərləri ermənilərlə birlikdə yandırıb kü-
lə döndərmişdilər.
2
Bununla əlaqədar olaraq, Fövqəladə Təhqiqat
Komissiyasının sənədləri içərisində çoxsaylı materiallar vardı. Belə sə-
nədlərdən biri, 1918-ci il noyabrın 22-də Komissiya üzvləri Məmməd
xan Təkinski ilə A.E.Kluqenin birgə tərtib etdikləri protokolun mate-
riallarıdır. Həmin sənəddə göstərilir ki, bu ilin sentyabrında Azərbaycan
– Türk ordusunun Bakı şəhərinə daxil olması ilə Fövqəladə Təhqiqat
Komissiyasının sədri Ələkbər bəy Xasməmmədovun tapşırığı əsasında,
komissiyanın üzvü Mirzə Cavad Axundzadə fotoqraf Litvinovun kömə-
yi ilə Bakıda görkəmli ictimai və müsəlmanların şəxsi binalarının şəkli-
ni çəkdirmişdi. Çəkilən şəkillər aşağıdakılardır:
1. Nikolayevsk küçəsindəki “Kaspi” qəzetinin redaksiya binası dağı-
dılmışdı.
2. Müsəlman Xeriyyə Cəmiyyətinin “İsmailiyyə” binasının şərq tə-
rəfi dağıdılmışdı.
3. “Dağıstan” mehmanxanasının yerləşdiyi, Bazar küçəsindəki Xanla-
rovun evi dağıdılmışdır. Burada əsasən müsəlmanlar yaşayırdılar.
4. Bazar küçəsindəki keçmiş “İsgəndəriyyə” mehmanxanasının bina-
sı dağıdılmışdı. Burada da əsasən müsəlmanlar yaşayırdılar.
5. Bazar
və Qubernski küçələrinin tinindəki “İslamiyyə” mehmanxa-
nası dağıdılmışdı. Burada da əsasən müsəlmanlar yaşayırdılar.
6. Top atəşi nəticəsində Təzəpir məscid binasının cənub tərəfi zədə-
lənmişdir. Həmin binanın şərq hissəsi də o cür dağıdılmışdı.
1
Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi. ARPİİSSA, f.1, siy. 85, iş
462, v.520.
2
Erməni könüllüləri,Tiflis, 1916, s.12.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
83
7. Top atəşi nəticəsində Şah məscidi minarəsinin şərq tərəfi zədələn-
mişdi.
1
Şəhərin bütün qeyri – türk hissəsi mart qırğını başlanan kimi
sinfi fərq qoymadan xristianlıq zəminində müsəlman-türk əhalisinə
qarşı birləşmişdi. Erməni ordusunun hissələri, özlərini bolşevik, men-
şevik adlandıranların hamısı bu işdə iştirak edirdilər. Qəribə burasıdır
ki, Bakıdakı erməni qoşunları üzərinə tutduqları bolşevik maskasının
rəngi hələ qurumamış öz zərbələrini birinci növbədə müsəlman zəh-
mətkeş və fəhləsinin üzərinə saldılar. Paytaxtımzın küçələri fəhlə me-
yitləri ilə dolu idi.
2
Fövqəladə Təhqiqat Komissiyasına verdiyi izahatda Bakı sakini
Mirzə Əhməd Hüseynzadə həmin dəhşətli günləri belə yada salırdı:
Bu ilin mart ayının ortalarında mən Vaçiyansı bir qrup silahlı erməni
ilə, sülh bağlanan günü, evlərə girərək müsəlmanları əsir adı altında
apararaq yolda onların hamısını öldürdüyünün şahidi olmuşam. Niko-
lay küçəsindəki Təbriz mehmanxanasında 88 nəfər iran taciri var idi,
onların hamısını Vaçiyans küçəyə çüxarıb, səkkiz nəfərdən başqa, 80
nəfər taciri öldürdü. Baş vermiş həmin hadisə haqqında İran konsulu
da bilir.
3
1918 – 1920-ci illərdə Erməni dövlətinin Baş naziri olmuş Kaçaz-
nuni yazırdı ki, bizim köməyimizlə Bakıda bolşeviklər “Müsavat”ı dar-
madağın etdilər (1918-ci ilin martında), biz isə bolşeviklərin və rus ele-
mentlərinin köməyi ilə Bakını türk – tatar hücumundan qoruya bildik.
4
Ermənilərin dinc müsəlmanları qətlə yetirmələri, yalnız 36-cı
Türkistan polkunun tələbindən və dənizçilərin hədələrindən sonra da-
yandırılmışdı. Dənizçilər tələb etmişdilər ki, əgər ermənilər müsəlman-
ları öldürməkdən əl çəkməsələr, onda ermənililərin yaşadığı hissələrə
toplardan atəş açacaqlar. “Ərdəhan” və “Krasnovodsk” hərbi gəmiləri
şəhərin şərq hissəsində yerləşən limanına yaxınlaşdı
5
Yalnız bundan
sonra ermənilər məcbur olub atəşi və qırğınları dayadırmışdılar.
St.Şaumyanın 1918-ci il aprelin 13-də RSFSR Xalq Komissarla-
1
ARPİİSSA, f. 277, siy.8, iş 536, v.174.
2
Həsənov C. 1918-ci ilin mart: vətəndaş müharibəsi, yoxsa türk – müsəlman
soyqırımı? «Azadlıq» qəz., Bakı, 1994, 31 mart, № 31.
3
ARPİİSSA, f. 277, siy. 2, iş 13, v.5.
4
Качазнуни Ов. Дашнакцутюн больше нечего делать! Баку: Элм, 1990, 92 с.
C.21
5
ARPİİSSA, f. 277, siy. 2, iş 14, v. 49.
|