Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)


 BAKININ TƏBRİZƏ AÇIQ MƏKTUBU



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə53/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   49   50   51   52   53   54   55   56   ...   99
175
 BAKININ TƏBRİZƏ AÇIQ MƏKTUBU
Çox düşündüm izzətli, hörmətli, sevgili Təbrizim, açıq məktubumu sənə 
yetirim, ya yox? Belə qərara gəldim ki, yetirsəm yaxşıdır. Məktubdan qo-
pan harayım qulağına yetişəndə bəlkə sənə hökmranlıq edən güc adamları 
da insafa gələ və bizim, həm də sənin də əzizin olan iki gənc şairimizi 
– Fəridimizi və Şəhriyarımızı bizə qaytaralar. Axı İslami dəyərlərlə otu-
rub-duran başbilənlər gənc balalarımıza qıyıb onları zindan küncünə at-
mamalıdır.  Vallah  mən  Bakı  sən  Təbrizə  ərz  edirəm  ki,  bu  gənclərin 
heç bir günahı-zadı yoxdur. Bu günah deyilən şeyi sənin molla ağaların 
özlərindən uydurublar, necə deyərlər, icad ediblər. Elə götürüb qurumaq 
təhlükəsilə  üzbəüz  qalmış  Urmu  gölünün  dərdinə  bir  çarə  icad  etsinlər 
də… Necə deyərlər qəfildən xofa düşüblər. Axı bu gənclər şeir, sənət işı-
ğına getmişdilər sənin bizə doğma və əziz olan şəhərinə. Bəs nədən bu 
balaları  İran  molla  rejiminin  dəmir  barmaqlıqlar  arasına  saldı?  Gənclik 
gələcək  deməkdir,  yaradıcılıq  deməkdir,  həyat  eşqi  deməkdir.  Bəs  bu 
həyat eşqini iki gənc şairimizin ürəyində dərdə çevirən İran hakimiyyəti 
Allahın qəzəbindən qorxmurmu? Axı Güney Azərbaycan mənim qoynum-
da yaşayanların da Vətəni sayılır. İnsan öz Vətəninə niyə gedə bilməsin? 
Eşitdiyimə görə sizə getməkçün indiki dillə desək heç viza rejimi də yox-
dur. Bəs nə vaxta qədər yalançı qadağalar, boğazdan yuxarı Allah sevgisi 
dünyada ayaq tutub yeriyəcək?..
Təbrizim,  adam  da  öz Vətəninə  icazə  ilə  gedər?!  Bilirəm  ey,  sən  də 
irtica qüvvələrinin təzyiqi altında əzilirsən, amma nə edim, dərdimi sənə 
açıq  məktub  şəklində  çatdırmağı  qərara  aldım.  Səhərdən  axşama  qədər 
minbərlərdə “Allahu-əkbər” deyən İran mollaları iki yaradıcı gənci get-
diyi  yerə  niyə  peşman  edib?  Əziz Təbrizim,  axı  qonağı  belə  qarşılayıb, 
belə  yola  salmazlar.  Bilirəm  ey,  indi  durub  deyəcəksən  ki,  mənim  nə 
günahım,  bunu  ikiayaqlı  bəndələr  ediblər.  Əziz  və  müqəddəs Təbrizim, 
sən  o  başbilənlərinizə  mənim  dilimdən  ərz  elə  ki,  müqəddəs  Ramazan 
günlərində  Fəridimizi  və  Şəhriyarımızı  qaytarsın  bizə…  Mən  Bakı,  o 
qədər qonaqlar qəbul edib yola salıram ki, vallah, billah heç birini də tu-
tub saxlamıram. Əziz Təbrizim, istəkli qardaşım, sən o mollalara de ki, 
müqəddəs  Quranımızda  şairlər  haqqında  ayə  var,  o  ayəyə  and  verirəm 
sizin  padşahınızı  ki,  Şəhriyarımızı  və  Fəridimizi  qaytarsın  özümüzə! 
Həmin ayədə bəhs olunur ki, sevgili Allah şairlərə ilham verib, məhz o 


176
ilhamın  işığından  vəcdə  gəlib  şairlər  yazırlar.  Onlar  gəncdirlər,  böyük 
istəklə, arzuyla sənin qoynuna təşrif buyurmuşdular. Öz istedadlarını sənin 
müqəddəs  torpağında  istəkli  söz  adamlarınla  bölüşsünlər,  amma  sənin 
ağayi-mollaların  heç  ipə-sapa  yatmırlar  ki,  yatmırlar.  Vallah  Təbriz,  o 
cavanların təhsili yarımçıq qalıb, dəftərdən, kitabdan, evdən-eşikdən uzaq 
düşüblər. Mən Bakı elə bilirdim ki, bizim tək düşmənimiz var, o da gəmidə 
oturub gəmiçiylə dalaşan ermənilərdir, amma, qardaş, deyəsən sənin molla 
hakimiyyətin  çalışır  ki,  məni  də  səninlə  düşmən  etsin.  Daha  düşünmür 
ki,  heç  qardaşdan  qardaşa  düşmən  olar?  Heç  əti  də  sümükdən  ayırmaq 
olar?  Əlqərəz,  əziz Təbriz,  and  olsun  mənim  damarlarımdan axan  neftə 
ki, məndən sənə düşmən olmaz. Bizim hər ikimizin bir düşməni var o da 
özünə yalandan erməni adı qoyan, bizlərin erməni çağırdığı haylardır. Biz 
hər ikimiz o azğın düşmənə qarşı mübarizə aparmalıyıq. Elə sənə hakim-
lik edən farslar da müsəlman qardaşlar deyilmi? Bəs o mollalar bilmirmi 
müqəddəs  Quranımızda  yazılıb  ki,  müsəlman  müsəlmanın  qardaşıdır?! 
Vallah,  Təbriz,  heç  orda  məzhəblərdən  də  söhbət  getmir.  Əksinə,  dini 
firqələrə parçalayanlar cəhənnəmlə hədələnir. Mən Bakı, sən Təbriz qar-
daşımdan  xahiş  edirəm,  molla  ağaların  hüzuruna  yetir  ki,  müqəddəs 
Ramazan  günlərində  nə  inciklikləri  varsa  tamamən  unutsunlar.  Barışıq 
şərbətini birnəfəsə başlarına çəkib zindanda günahsızcasına günü-günə ca-
layan gənc şairlərimiz Fərid və Şəhriyarı buraxsınlar bu taya… Mən Bakı 
sənə deyirəm ki, bu həm gözəl Allahımıza, həm də ürəyində insanlıq eşqi 
olan hər bir bəndəyə xoş gələr… Xoşca qal, əziz Təbrizim, bu mən qardaşın 
sən qardaşa kiçicik naməsi idi. Rica edirəm bu diləkçəmi öz başbilənlərinə 
yetir. Gecikdirmə a… Az qala yadımdan çıxmışdı… Qoy balalarımın soy 
adını da tam yazım ki, məktub ora yetişəndə anlaşılmazlıq olmasın. Fərid 
Hüseyn və Şəhriyar Hacızadə… Sən bu məktubu Baş Mollanıza yetir a, 
bəlkə  Ramazan  günlərində  savab  qazanmaq  istədi.  Ən  yaxşı  savab  bu 
uşaqların məhbəsdən azad olunmasıdır. Əziz Təbrizim, de ki, onlara savab 
qazanmağa gecikməsinlər, çünki hər gecikmənin də düşər-düşməzi olur… 
  
29.07.2012



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin