Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə51/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   47   48   49   50   51   52   53   54   ...   99
 


171
SAYMAN ARUZA DİLƏKÇƏM 
 Çox düşündüm bu diləkçəni sizə nəzmlə yazıb, amma sonra fikrimdən 
qəti şəkildə döndüm. Səbəbi də bu oldu ki, güman edirəm nəsrə daha çox 
maraq var. Ona görə də hələlik ki, sizinlə öz duyğularımı bir məqalə halında 
bölüşmək istəyirəm. Hələ uşaq vaxtlarımdan bizim xalqın, yəni Azərbaycan 
türklərinin bəxti gətirməyən bir xalq olduğunu tam mənasıyla dərk etməyə 
başladım. Hələ körpə vaxtlarımdan boğazımda kilidlənib qalan qəhər bu 
gün də məni boğmaqdadır. Deməli, mən bütün yaşadığım ömrü qəhərlə 
keçirmişəm. Bu qəhərin mahiyyətində isə ikiyə parçalanmış millətimizin 
fars və rus əsarətində əzilməsi, mənfur imperialistlər tərəfindən hayların 
(ermənilərin)  üstümüzə  qısqırdılması  dayanır.  Bir  neçə  ilin  söhbətidir. 
Qayınım  bizə  əl  telefonunda  kimdənsə  götürdüyü  kiçik  bir  video-sü-
jet  gətirmişdi.  Həmin  videoda  fars-molla  rejiminin  qadın  və  kişiləri  dar 
ağacından asma səhnəsi nümayiş etdirilirdi. Orta əsrlərə məxsus dəhşətli 
bir görüntü… Mən özümdən asılı olmayaraq əllərimlə üzümü möhkəm-
möhkəm  tutdum  ki,  bu  dəhşətli  səhnəni  görməyim,  çünki  bu  vəhşətli 
mənzərəyə dözə bilmədim. İndi də cəzalar var, özü də ondan da qorxunc, 
amma o cəzaları bütöv toplum qarşısında səhnələşdirmirlər və müqəddəs 
kitabımız Quranın heç bir surə və ayəsində öz toplumuna bu cür cəzadan 
bəhs  edilmir…  Deməli,  molla  rejimi  düzgün  yolda  deyil.  Allah  onları 
düz yola qaytarsın, əgər düz yolda olsaydı oradakı çoxsaylı Azərbaycan 
türklərinin səsini boğmazdı, onları yazılı ana dilindən məhrum etməzdi, 
orta məktəblərdə oz dillərində oxumağa icazə verərdi. Ən nəhayət, onları 
doğma torpaqlarından dünyanın hər yerinə səpələməzdi. 
Mən  hələ  heç  Təbrizə  ayaq  basmamışam,  Güneyimizi  görməmişəm. 
Bilirsiz niyə? Ona görə ki, fars rejiminin həmvətənlərimizə qarşı tutduğu 
acı mövqe ilə barışa bilmirəm. Təbriz, Urmiya, Xoy, qurumaq təhlükəsi 
ilə üzbəüz qalmış Urmu gölü üçün burnumun ucu göynəyir, amma mən 
torpaqlarımızı işğal altında saxlamış mürtəce bir hakimiyyətin bayrağının 
altından keçib Güneyə getmək istəmirəm. Sizə bu məktubu boğula-boğula, 
qəhər  içində  yazıram.  Bu  məktubu  mənə  yazmağa  məcbur  edənlərin 
acığına demək istəyirəm ki, qeyrətli həmvətən, istedadlı soydaş, ruhdan 
düşmə, ilahinin göndərdiyi həqiqi sözə-sova tapınanlar sizin yanınızdadır.
İyirmi ildi torpaqlarımızın, Qarabağımızın imperiya dəstəyilə ermənilər 
tərəfindən zəbt edilməsi fonunda Quzey Azərbaycanımız nisbi müstəqillik 


172
qazanıb, bu millətimizin itkiləri, göz yaşları, ağrı-acıları hesabına olub… 
və bu gün də işğal davam edir… Millətimiz otaylı-butaylı tikanlı sərhədləri 
dağıdıb bir-biri ilə qucaqlaşanda mən elə bilirdim ki, bizi mənən, ruhən heç 
kim bir-birimizdən ayıra bilməz, amma düşmənlərimiz həm çöldə, həm də 
içəridədirlər. Onlarla mübarizədə bizlər ayıq-sayıq olmalıyıq. Bu yaxınlarda 
eşitdim ki, sizə qarşı içəridən basqılar var. Açığı, çox sarsıldım, İlahi, biz 
hələ  birləşmək  üçün  nə  qədər  mübarizə  yolu  keçməliyik?  Əslində  Bakı 
Quzeyli-Güneyli hər birimiz üçün, Anadolu türkləri demişkən, baş kənddir, 
paytaxtdır və məsum-məlul müstəqilliyimiz güneyli-quzeyli hər birimizin 
tale  payıdır. And  olsun  Pişəvərilərin,  Səttarxanların,  Məmmədəminlərin 
şərəfli  ruhuna  ki,  bu  belədir!!!  Ona  görə  tutduğunuz  kürsüdən  heç  yerə 
çəkilməyin. Bu Bakı BÜTÖV AZƏRBAYCANINDIR. Sizə kimsə ögey 
gözlə  baxırsa,  bu  bizim,  ürəyində  VƏTƏN  sevgisi  olanların  hər  biri 
üçün  yaradır.  Bizim  hər  birimiz  bu  yaranın  dərinləşməsinə  yox,  bütöv 
Azərbaycanımızın sabahına xidmət etməliyik. Bu yolda sizə könül dolusu 
uğurlar diləyi ilə…
  22.07.2012 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin