YUVA DAĞIDANLARA VƏ
YUVASI DAĞILMIŞLARA DİLƏKÇƏM
Əslində bu yazını heç zaman qələmə almazdım, bu yaxınlarda baş verən
“Sulutəpə əhvalatları” olmasaydı. Vətəndaşa ən rahat ölkə onun Vətəni
olmalıdır. Biz Azərbaycan türklərində, ən pis qarğış “Evin başına uçsun”,
“Evin dağılsın” və ən xoş alqış isə “Evin tikilsin”, “Evin abad olsun”
deyimləridir. Yəqin ki, bu sözlər istər sevgidən, istərsə nifrətdən el arasında
tez-tez işlədilən ifadə vasitələridir. Biz əslində heç zaman bir-birimizə
mərhəmətli olmamışıq. Əlimizə imkan düşən kimi, özümüzdən imkansızı
əzməyə çalışmışıq. Qeyri-müsəlman əhaliyə isə xüsusi məhəbbət, sayğı
bəsləmişik. Hələ 20 il müstəqillik keçəndən sonra da rusların dilindən qırıla
bilmirik, uşaqları indiyədək bir qismimiz müstəqil Quzey Azərbaycanında
rus dilində oxutdururuq və bununla da bol-bol qürurlanırıq. İnsani hisslər
hər millətdə gözəl keyfiyyətdir, əgər varsa, ancaq bu insaniliyi birinci
özünə, soyuna, kökünə, dindaşına bəsləməlisən, necə deyərlər, əvvəl
163
məscidin içi, sonra çölü… Biz ümumilikdə götürəndə evi dağılmış, evi
başına uçmuş millətlərdənik, çünki nə qədər qaçqın-köçkün həyatı yaşayan
və bu ağrıyla da dünyasını dəyişən soydaşlarımız var. Düzünə qalanda
heç biz fəxr ediləsi millət də deyilik, yarımız farsın, yarımız rusun əsarəti
altında kölə həyatı yaşamaq məcburiyyətində qalmışıq. Bu gün də elə
Güneyli bacı və qardaşlarımız bu əsarətin acısını dadmaqdadır. Bu da
deyəsən elə bizim bir-birimizə sevgimizin az olmasından irəli gəlib. Əgər
belə olmasaydı vaxtında birləşib bu köləlik adlı ağır ləkənin kölgəsində
ömür-gün sürməzdik…
Qayıdaq mövzunun üstünə. Düzü, sizdən nə gizlədim, Sulutəpədə baş
verən yuvadağıtma əməliyyatı məni möhkəm sarsıdıb. Bəlli məsələdir ki,
imkanlı adamın evini bu ölkədə heç kim dağıda bilməz.
Bu zornan-gücnən daşı daş üstə qoyub özünə yuva quranların faciə-
sidir! Əgər, işdir şayəd, imkanlının evini dağıtmış olsalar da, hüquq-
mühafizə orqanları tərəfindən tutarlı cəzaya düçar olarlar. Bu cəza yetim-
yesirə verilən cəzadır. Bütün bu baş verənlərin ARDNŞ-lə əlaqəli olması
məndə təəssüf doğurur, çünki o idarə mənə doğmadır və mən o idarənin
tabeliyində işləmişəm. Ömrümün 22 ilini ARDNŞ-in tabeliyində olan
Dəniz Mədən Geofizika Ekspedisiyasında yerin tədqiqilə məşğul olan
şöbədə mühəndis işlədiyim üçün, yerin üstündən baş açmağa çətinlik
çəkdiyimə baxmayaraq, yerin altından baş çıxarma təcrübəm var. Bir il
bundan qabaq, Binəqədi ərazisindən təsadüfən maşınla keçərkən, mədən
ərazilərində tikilən evləri görəndə, təəccüb etmişdim. Ona görə ki, o yerlər
insan yaşamı üçün təhlükəli ərazi sayılmalıdır! Tam istismardan çıxmış
mədən ərazilərinin çirki təmizləndikdən sonra o yerlərdə meşə zolaqları
salınmalıdır. Belə ki, istismardan çıxmış quyuların, yenidən qazlılığının
artması ilə əlaqəli, işləmə təhlükəsi var. Yəni hər hansı orda tikilən ev ha-
çansa göyə sovurular, yəni partlayışla üz-üzə qala bilər. Bəs Bakıda bu işlə
məşğul olan aidiyyəti orqanlar niyə bu vaxta qədər susublar? O ərazidə
minlərlə ev tikilib, hətta deyilənlərə görə orta məktəb də inşa olunub. Bu
vaxta qədər ARDNŞ özü niyə susqunluq göstərib və bu tikintiyə seyrçi
qalıb? Bəs korrupsiya üzrə idarə hara baxıb? Qoy bu sualların cavablarını
məsuliyyət daşıyanlar xalqa açıqlasınlar, amma mən mədən ərazilərdə evi
uçulmuşlara, yuvası dağılmışlara üzümü tutub demək istəyirəm ki, qətiyyən
bunu çox ürəyinizə götürməyin. Sadəcə, dəymiş ziyanı tələb eləyin, çünki
ziyanın yarısından qayıtmaq özü də xeyirdir. Mən sizə sadalayım niyə?
164
1. Mədən ərazilərində yaşayış üçün tikilən evlər təhlükəlidir.
2. Torpaqda şüalanma gedir. Orda xərçəngə, qan azlığına tutulma
ehtimalları çoxdur. Şüalanma gedən yerdə oksigen qıtlığı yaranır, bu da
ağciyər, ürək çatışmazlığı xəstəliklərinə səbəb ola bilər.
3. Bakıya üz tutub, mərkəzi özünə yuva seçənlərə isə, demək istəyirəm
ki, bu ərazi oksigen kasıblığından neçə illərdir ki, əzab çəkir. Neftli ərazilər
insan yaşayışı üçün əlverişli sayılmır.
Üstəlik də istiqlalımızı qazandıqdan sonra ilk olaraq paytaxtda ekoloji
cəhətdən təmiz olan tramvay, trolleybus və Bakı bağlarına gediş-gəlişi
təmin edən elektrik qatarlarını şəhərdən yığışdırdılar. Bu da paytaxtda
oksigen qıtlığının daha da artmasına səbəb oldu. Minlərlə balaca, böyük
minik maşınları bu ərazidə ekoloji fəlakətin artmasına xidmət edir.
Mənə inanmırsınızsa, səhər saat 8-də gəmiyə minib Böyük Zirə (Nargin)
adasının yaxınlığına qədər gedin və ordan Bakıya baxın. Siz üstündə sıx
sarı duman dayanmış bir şəhər görəcəksiz. Bu sarı duman zəhərdir, sarı
zəhər. Bu isə Bakının oksigen çatışmazlığından xəbər verir. Bu gün pay-
taxtda oksigen qıtlığından əzab çəkən xəstələrin sayı artıb. Buna ürək
çatışmazlığı deyirlər. Özü də bu xəstəlik axır illərdə xeyli sayda cavan
insanlarımızın arasında baş verir, yəni yarımçıq ömürlülərin sayını artırır.
İnsan ömrünün səhifələrindən bəllidir ki, o heç də çox uzun deyil. Və qısa
ömrü daha da qısaltmağa nə lüzum?
ARDNŞ-ə isə demək istəyirəm ki, insanlarla kobud rəftar, qəddarlıq,
dünyada dördüncü hakimiyyət sayılan jurnalistin hüququnu tapdalamaq, ona
əl qaldırmaq şəninizə ucalıq gətirməz. Bir də sizdən rica edirəm ki, yerli-yersiz
ARDNŞ-in ərazisi adlı dəmir lövhələri harda gəldi yapışdırmayın. Bir az diqqətli
olun, məsələn, mən Pirallahı adasında yaşayıram. Yaşadığımız mənzil isə 80
il bundan öncə tikilib. Hazırda bu evlər Abşeron neftin balansından alınıb və
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib. Yəni bu evlərin ARDNŞ-ə
dəxli yoxdur. Deyəsən, bu neft bizi istiylə yox, tüstü ilə boğmaq istəyir. Bir el
məsəlində deyildiyi kimi “qızınmadıq istisinə, kor olduq tüstüsünə...” Mənim
Bakı ərazisində yaşayan imkansız camaatımıza bir məsləhətim də var. Elə
mən də sizqarışıq gəlin hər ailə özünə bir çadır alsın, çünki evimizin qəfildən
sökülmə məqamı çatsa, Allah eləməmiş, onda, heç olmasa, başımızı salmağa
çadırımız olsun. Sonda İlahidən diləyim budur ki, bizim insanlarımızda bir-
birinə qarşı istəyi, sevgini, ülfəti artırsın. Amin!..
Vəssalam, şüdtamam… Hələlik deyəcəyim bu qədər...
20.04.2012
|